Məhkəmə qərarları › İş №2(105)-1887/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1887/2024

18.12.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Sair öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1887/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7267/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 15 noyabr 2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, 72 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7267/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan iddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(060)-7267/2024 saylı qərardadından şikayət vermişdir. Şikayətə həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(060)-7267/2024 saylı qərardadından şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələblərindən də göründüyü kimi, iddia tələbi həm də mənzildən çıxarılma və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi - yəni daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılan, 10-cu mikrorayon, bina 3, 72 saylı mənzil Sumqayıt şəhərində ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan). Аnаlоji məsələ ilə bаğlı Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin mövqеyi аşаğıdаkı kimidir. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kоllеgiyаsı 2(102)-2436/15 sаylı, 19 iyun 2015-ci il tаriхli Qərаrındа göstərmişdir ki, “Аpеllyаsiyа instаnsiyаsı məhkəməsi müəyyən еtmişdir ki, iddiа tələbi mənzildən çıхаrılmа bаrədədir. Cаvаbdеh mənzilə qеyri-qаnuni sаhiblik еdir. Mənzil Nəsimi rаyоnunun ərаzisində yеrləşdiyindən Mülki Prоsеssuаl Məcəllənin 39.1-ci mаddəsinin tələbləri bахımındаn müstəsnа аidiyyət qаydаlаrınа uyğun оlаrаq işə Nəsimi rаyоn məhkəməsində bахılmаlıdır.” Qеyd оlunаn Qərаrı ilə Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kоllеgiyаsı hеsаb еtmişdir ki, аpеllyаsiyа instаnsiyаsı məhkəməsi iş üzrə müəyyən еtdiyi fаktiki hаllаrа prоsеssuаl hüquq nоrmаlаrını düzgün tətbiq еtmiş, prоsеssuаl qаnun pоzuntulаrınа yоl vеrməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Göründüyü kimi hаzırkı tələblə bаğlı mülki işə müstəsnа аidiyyət kimi Sumqayıt Şəhər Məhkəməsində bахılmаlıdır. Anoloji iddia tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində hazırda da eyni mülki işə başqa hakimin icraatında da baxılır. Bundan əlavə, anoloji iddia tələbi ilə əvvəllər Nəsimi Rayon Məhkəməsinə də müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsi də ilk öncə hazırda Sumqayıt Şəhər Məhkəməsinin anoloji məsələ, yəni aidiyyətlə bağlı səhv mövqeyindən çıxış edərək iddianın geri qaytarılması barədə eyni qərardadı qəbul etsə də, verilmiş şikayət əsasında məhkəmə öz səhvini düzəltmiş və şikayətimizi təmin edərək, iddianın geri qaytarılması barədə öz qərardadını ləğv etmiş və işi icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. (qeyd olunan qərardad da şikayətə əlavə olunur) Bundan başqa anoloji işlə bağlı çox saylı iddia tələbləri ilə bağlı məhkəmənin qüvvədə olan qətnamələri və qərarları mövcuddur ki, prosessual qanun pozuntularına yol verilmədiyi də məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7267/2024 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(060)- 7267/2024 saylı qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(060)-7267/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(060)-7267/2024 saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 7267/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş iddianın icraata qəbul edilibedilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən Azərbaycan Respublikası MPM-in 35.1, 39, 152.1, 152.1.3-cü-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 02 iyun 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə istinadla qeyd etmişdir ki, işdə İddiaçı hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 3ilməsini istədiyi müqavilənin predmeti olan əmlak isə Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3-də yerləşən 72 saylı mənzildir. İddiaçı hazırda iddia ilə müstəsna aidiyyat qaydalarına uyğun olaraq əmlakın yerləşdiyi yer üzrə məhkəməyə, yəni Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki işə müstəsna aidiyyat qaydalarına uyğun olaraq baxılmalı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı müqavilənin ləğv edilməsi ilə yanaşı cavabdehin Sumqayıt şəhərində yerləşən mənzildən çıxarılmasını və həmin mənzilin boşaldılmasını xahiş etmişdir. Belə olan halda yuxarıda sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qeyd olunan əsasla qəbul edilməsindən imtina edilməsi barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7267/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264,395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7267/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver