Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-191/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı və Cavabdeh2 İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əqdin etibarlı hesab edilməsi və evdən çıxarılma tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onunla X7 arasında Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üzrə bağlanmış 30 iyul 1999-cu il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 həyat yoldaşı X8 razılığı ilə X9 məxsus Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə 30 iyul 1999-cu ildə ona satmışdır. X10 həmin vaxt ağır yataq xəstəsi olduğu üçün alqı-satqını onun adından həyat yoldaşı etmişdir. Həmin vaxt o, X6 aralarında olan razılığa əsasən evin dəyəri olaraq əvvəlki pulla 2 milyon manat pul ödəmişdir. Bu barədə aralarında digər şəxslərin də iştirakı ilə akt tərtib edilmişdir. Həmçinin alqı-satqı zamanı X3 və X8 övladı Cavabdeh1 da alqı-satqıda iştirak etmiş lakin o, həmin aktı imzalamamışdır. Alqı-satqı zamanı həmin evin texniki pasportu ona təqdim edilmişdir. O, əqdi icra etsə də, yəni evin pulunu ödəsə də, X7 və X10 evə dair zəruri sənədləşməni apararaq əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməmişlər. Belə olan halda əqdi rəsmiləşdirə bilməmişdir. O, evi aldığı andan həmin evi sökərək öz vəsaiti hesabına ev inşa etmişdir. Hal-hazıra kimi həmin evdə mülkiyyətçi kimi ailəsi ilə birlikdə yaşamaqdadır. Bu barədə digər sübutları da vardır. O, əqdi rəsmiləşdirmək istəsə də, hal-hazırda bunu edə bilmir və X8 övladı Cavabdeh2 son vaxtlar onunla həmin evə dair mübahisə yaratmaqdadır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən ona məxsus yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49.6 kvm olan həyətyanı sahəsi 0.43 ha. olan ev iddiaçının mərhum atası X9 məxsus olmuşdur. Cavabdeh onların həmkəndliləridir. O, Cavabdeh2 mərhum atasının vəfatından sonra mərhum anası X1 icazə alaraq həmin evdə kirayədə yaşamışdır. Valideynlərinin vəfatından sonra evdə yaşamağına ciddi zərurət olmadığı üçün iddiaçı da, cavabdehə bir söz deməmişdir. Lakin, son vaxtlar dəfələrlə ona xəbər göndərib xəbərdarlıq etmişdir ki, evi ailə üzvləri ilə birlikdə tərk etsin. Lakin iddiaçı, evi tərk etmək əvəzinə hazırki iddia ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, 11.11.2020-ci il tarixli çıxarışa əsasən, Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 49.6 kvm olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırda cavabdeh ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan evdən çıxmırlar. Cavabdehə onun mülkiyyətində olan evdən çıxarılmasına dair xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Tərəflərin ilk iddia və qarşılıqlı iddia ərizələrinə qarşı yazılı etirazları daxil olmamışdır. İş materialında olan 1987-ci ilin iyun ayında tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, Dəvəçi rayonu Mollakamallı kəndində yerləşən fərdi yaşayış evi ümumi sahəsi 49,6 kvm, yaşayış sahəsi 34,5 kvm olmaqla iki otaqdan və 15,1 kvm köməkci sahəsi olan yaşayış evi X8 adına qeydə alınmışdır. Həmin tikilinin mövcud olduğu torpaq sahəsi sənəd üzrə 3800 kvm, faktiki 3655 kvm olmuşdur. Vİ-JQ seriyalı, 444192 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X4 birgə nikahlarından xx xxxx 1975-ci ildə Kəmalə adlı uşaqları doğulmuşdur. 30 iyul 1999-cu il tarixli aktdan görünür ki, X9 məxsus olan şəxsi evi və həyətyanı torpaq sahəsi Mollakamallı kənd sakini İddiaçı şahidlərin iştirakları ilə 2 (iki) milyon AZM qiymətində alqı-satqı əməliyyatı aparılmış və bu aktın doğruluğunu M.Orucova, İddiaçı, A. Talıbova və Q.Kərimov öz imzaları ilə təsdiq etmişlər. "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən, Şabran rayon X17 tərəfindən verilmiş bildirişdən, əhalidən vergilərin qəbulu üçün qəbzdən, "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, Şabran rayonu Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin kommunal xərcləri İddiaçı tərəfindən ödənilmiş, bütun bildirişlər İddiaçı adına gəlmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********01-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.11.2020-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Mollakamallı kəndində yerləşən 49.6 kvm ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 adına qeydə alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-072F, Kod 30406058 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarına əsasən X5 mülkiyyətinə 0.43 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməmiş və Cavabdeh2 İddiaçı qarşı evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, İddiaçı və X7 arasında əqd bağlanarkən fərdi yaşayış evinə dair mülkiyyət sənədi olmamışdır. Həmin daşınmaz əmlaka dair mülkiyyət sənədi 11.11.2020-ci il tarixdə verilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 11.11.2020-ci il tarixli çıxarışa əsasən Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 49.6 kvm olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarış verilmişdir. Cavabdeh2 sözügedən yaşayış evinin mülkiyyətçisidir, o, hazırda onun mülkiyyətində olan fərdi yaşayış evindən İddiaçı və onun ailə üzvlərinin çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı onunla X7 arasında Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üzrə bağlanmış 30 iyul 1999-cu il tarixli əqdin etibarlı olması barədə tələbi əsassızdır.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71-ci maddələri, Mülki Məcəllənin 139.1, 146.1, 157.1, 157.2, 178.1, 324.1, 324.2, 324.4, 405-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: O, mübahisəli evi söküb yenidən tikmişdir və evi sökən zaman qarşı tərəf məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Evi sənədləşdirib adına keçirmək üçün cavabdehlərdən notariusa getməyi tələb etmiş, lakin onlar bilərəkdən notariusa getməmişlər. Məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehlər qanunsuz yollardan istifadə edib evə dair çıxarış almışlar. Cavabdeh1 evi almaq üçün ödədiyi 2 milyon manatdan əlavə 1 baş yanı balalı inək də vermişdir. Mübahisəli evə sonradan alınmış çıxarış Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri kobud surətdə pozularaq mirasqoyanın ölümündən illər keçdikdən sonra mirası qəbul etmə faktı müəyyən olunmadan, ötürülmüş müddət bərpa olunmadan notarius tərəfindən qanunazidd olaraq X8 digər vərəsələrinin xəbəri olmadan, vərəsəliyə çağırılmadan vərəsəlik işi açılaraq verilmişdir. Əslində vərəsəlik işi ilə əlaqədar məsələlər məhkəmədə həll olunmalı idi. Bu səbəbdən də, həmin çıxarış məhkəmə tərəfindən etibarsız hesab edilərək ləğv edilməlidir. Onu çıxartmaq istədikləri ev mövcud deyildir, o, əvvəlki evi söküb yeni ev tikmişdir və hazırda tikdiyi evdə yaşayır. Yeni tikdiyi evin ölçüləri, otaqların sayı və texniki göstəriciləri fərqlidir. DƏDRX-dən çıxarış veriləndə onun yaşadığı evə gəlib ölçüləri götürmək istəyəndə o, mütəxəsisləri evə buraxmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə yol verərək təqdim edilmiş sübut növlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılsa da, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilsə də bu hallara düzgün hüquqi qiymət verilməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 324.1, 324.2 və 324.4. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 405.1. Tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdhi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təqdiqlənməsi tələb edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı və X7 arasında Şabran rayonu, Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üzrə bağlanmış 30 iyul 1999-cu il tarixli əqdin etibarlı olması barədə ilk iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə ilk iddia barədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinə dair hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qarşılıqlı iddia tələbinə dair hissədə isə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən ona məxsus yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qarşılqlı iddia tələbi təmin edilərkən İddiaçı ailə üzvlərinin konkret kimlərdən ibarət olması, əhatə dairəsi və posessual vəziyyətləri müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 10/6135 nömrəli rəyi ilə müəyyən edilir ki, mübahisə predmeti fərdi yaşayış evinin faktiki göstəriciləri ilə texniki pasport sənədində qeyd olunan göstəricilər arasında kəskin uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki mülki iş materiallarında olan 1987-ci il tarixdə tərtib edilmiş, 1888 invertar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” sənədində mübahisə predmeti olan fərdi yaşayış evinin 1 açıq eyvan, 1 qapalı eyvan və 2 yaşayış otağından ibarət olduğu göstərildiyi halda, həmin tikilinin faktiki olaraq 1 giriş hissə, 1 mətbəx, 1 sanitar qovşaq və 5 yaşayış otağından ibarət olduğu müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları və işin halları ilə müəyyən olur ki, hazırda mübahisə predmeti olan ərazidə inşa edilmiş yeni tikililər məhz 1987-ci ilin iyun ayında tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda əksini tapmış Dəvəçi rayonu Mollakamallı kəndində yerləşən fərdi yaşayış evinin özülü üzərində inşa edilmişdir. Bu fakt işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan rəyə tənqidi yanaşaraq nəzərə alır ki, hazırda mübahisə predmeti olan yaşayış evi 1987-ci ilin iyun ayında tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda əksini tapmış Dəvəçi rayonu Mollakamallı kəndində yerləşən fərdi yaşayış evi ümumi sahəsi 49,6 kvm, yaşayış sahəsi 34,5 kvm olmaqla iki otaqdan və 15,1 kv.m köməkçi sahəsi olan yaşayış evinin özülü üzərində inşa edilmişdir. Sözügedən yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 11.11.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır, hazırda qüvvədədir və həmin yaşayış evinin çıxarışı ilk iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli, 10/6135 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- qarşılıqlı iddia «İddiaçı ailə üzvləri Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın» hissəsində ləğv edilərək qarşılıql iddia həmin hissədə təmin edilməməli, qətnamə - «İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməsin və qarşılıqlı iddia İddiaçı Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın» hissəsində dəyişdirilmədən saxlanmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsi qismən- qarşılıqlı iddia «İddiaçı ailə üzvləri Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın» hissəsində ləğv edilsin və qarşılıqlı iddia həmin hissədə təmin edilməsin. Qarşılqılı iddia qismən təmin edilsin. Qətnamə - «İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməsin və qarşılıqlı iddia İddiaçı Cavabdeh2 məxsus Şabran rayonu, Mollakamallı kəndində (indiki Dəvəçi kəndi) yerləşən 49.6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılsın» hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-191/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-191/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver