Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1935/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 23 fevral 2022-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, İddiaçı 23 fevral 2022-ci ildən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsi sədrinin müşaviri vəzifəsinə (bu mümkün olmadıqda ixtisasına uyğun digər işə (vəzifəyə)) bərpa edilməsi, cavabdeh Sumqayıt Bələdiyyəsindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin 23 fevral 2022-ci il tarixli, 16 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 23 fevral 2022-ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbində onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması sözlərinin «onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) yaxud bu mümkün olmadıqda ixtisası və peşəkarlıq vəsiyyəsi nəzərə alınmaqla uyğun başqa bir işə bərpa olunması» kimi oxunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək Sumqayıt Bələdiyyəsində işləmişdir. Həmin təşkilatda 2002-ci ildə hüquqşünas vəzifəsində işləməyə başlamış, 2007-ci ildə icra aparatının hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsinə keçirilmiş, 2016-cı ilin iyun ayında isə bələdiyyə sədrinin müşaviri vəzifəsinə təyin olunmuşdur. Bu müddət ərzində yerli özünüidarə orqanı olan Sumqayıt Bələdiyyəsinin qulluqçusu kimi və bələdiyyənin aparıcı işçilərindən biri olaraq bələdiyyə ərazisində yaşayan vətəndaşların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi göstərməyə və heç bir fiziki və ya hüquqi şəxsin qanuni maraqlarının pozulmasına, əsassız şəkildə incidilməsinə imkan verməməyə çalımışdır. Lakin 2021-ci ilin yanvar ayında bələdiyyə rəhbərliyində baş vermiş dəyişiklikdən sonra Sumqayıt Bələdiyyəsində bələdiyyənin yeni sədri tərəfindən uzun illər bələdiyyədə işləmiş işçilərin müxtəlif bəhanələrlə işdən azad edilməsi prosesinə başlanılmışdır. Həmin vaxtdan etibarən Sumqayıt Bələdiyyəsinin sədrinin vəzifəsini icra edən, daha sonra da bələdyyə sədri təyin olunan Sərviz Süleymanov onunla açıq-aşkar şəxsi qərəzliyə başlamış, başqa yollarla onu işdən uzaqlaşdıra bilmədiyindən onun vəzifə ştatının ixtisar edilməsi üsulu ilə onun əmək müqaviləsinə xitam vermişdir. Belə ki, ona 17 dekabr 2021-ci il tarixdə “əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi” təqdim edilərək Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli, 17 saylı qərarına əsasən bələdiyyə sədrinin müşaviri vəzifəsinin ixtisara düşdüyü, ştatının ixtisara düşməsi ilə əlaqədar ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun xəbərdarlıq edildiyi bildirilmişdir. Halbuki, Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli, 17 saylı qərarı barədə ona hər hansı məlumat verilməmiş, həmin qərarın surətini ümumi şöbənin müdirindən istədikdə də bu qərarın surətinin verilməməsi barədə bələdiyyə sədrini tapşırığının olduğu bildirilmişdir. Nəticədə, əmək qanunvericiliyinin ziddinə olaraq onunla bağlanılmış əmək müqaviləsinə bələdiyyə sədrinin 23 fevral 2022-ci il tarixli, 16 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, adı çəkilən əmr tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ona ştatının ixtisar edilməsi ilə əlaqədar 2021-ci ilin dekabr ayının 17-i tarixdə xəbərdarlıq edilsə də, xəbərdarlıq müddətinin başa çatması gözlənilmədən Sumqayıt Bələdiyyəsinin 2022-ci ilin yanvar ayının əvvəllərində təsdiq edilmiş ştat cədvəlində onun işlədiyi "bələdiyyə sədrinin müşaviri” ştatı çıxarılmışdır. Eyni zamanda, həmin dövrdə ştatları ixtisar edilmiş peşəkarlıq səviyyəsi və ixtisası ondan da aşağı olan digər işçilərin hamısı başqa uyğun işlə təmin edilsələr də, ona bu cür uyğun iş təklifi verilməmişdir. Eyni zamanda, əmək qanunvericiliyinə əsasən onunla bağlanmış əmək müqavləsinə xitam verilməmişdən əvvəl həmkarlar ittfaqı təşkilatının üzvü olduğundan, bələdiyyənin həmkarlar ittifaqı təşkilatına bələdiyyə sədri tərəfindən əsaslandırılmış təqdimatla müraciət edilməli və həmin təqdimata əsasən həmkarlar ittifaqı təşkilatının onun iştirakı ilə iclası keçirilməklə əsaslandırılmış qərarı qəbul edilməli olduğu halda, qanunvericiliyin bu tələblərinə aşkar şəkildə riayət edilməmişdir. Bələdiyyə sədrinin 23 fevral 2022-ci il tarixli, 16 saylı əmrindən də görünür ki, sözügedən əmrin qəbul edilməsi üçün Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2022-ci il tarixli, 17 saylı iclasının qərarı və əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş əsas götürülmüş, bununla bağlı bələdiyyənin həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış qərarı olmamışdır. Bu da həmin qərarın mövcud olmadığını sübut edir və məhkəmə gedişatında cavabdeh arxa tarixlə hazırlayacağı halda isə vəzifə saxtakarlığına yol verilməklə cinayət törədilməsi kimi tərəfindən qiymətləndiriləcəkdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin sədri S.Süleymanov özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Nəzərə alınsa ki, onun ştatının ixtisara salınması barədə bələdiyyə qərarı qəbul edildikdən sonra bələdiyyədə onlarla yeni ştat açılmış və bələdiyyə sədrinin, yaxud ona yaxın olanların “adamları” işə qəbul edilmiş və bu gün də qəbul edilməkdədirlər, aydın olur ki, bələdiyyə sədrinin sözügedən əmri qərəzli və obyektivlikdən kənar xarakterə malikdir. 20 ilə yaxındır ki, Sumqayıt Bələdiyyəsində qüsursuz işləmiş bir mütəxəssis olaraq onun qanunsuz olaraq bu şəkildə işdən uzaqlaşdırmağını onun şəxsiyyətinə və hüquqlarına birbaşa zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də o, maddi ziyanla yanaşı, bu qanunsuz əməl nəticəsində ona vurulmuş mənəvi ziyanın da cavabdehdən ödənilməsini tələb etməkdə qərarlıdır. Bu səbəbdən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və iddiaçının işdən azad olma proseduru tam qanunamüvafiq qaydada həyata keçirilmişdir. İddiaçının iddia ərizəsində Sumqayıt Bələdiyyəsinin sədri barəsində qeyd etdikləri tamamilə yalan və heç bir həqiqətə uyğun olmayan məlumatlardır. Sumqayıt Bələdiyyəsinin rəhbərliyi bələdiyyənin iş qabiliyyətini daha da keyfiyyətli həyata keçirməsi üçün bir sıra tədbirlər həyata keçirmiş və onlardan biri də Sumqayıt Bələdiyyəsinin strukturunda qanunamüvafiq dəyişikliklərin həyata keçirilməsi olmuşdur. Bununla əlaqədar Sumqayıt Bələdiyyəsi 30 noyabr 2021-ci il tarixdə 17 saylı iclas protokolunun qərarı ilə Sumqayıt Bələdiyyəsinin İcra aparatının 2022-ci il üçün yeni ştat cədvəlini təsdiq etmişdir. Qeyd olunan qərar ilə Sumqayıt Bələdiyyəsinin ştat cədvəlində bir sıra ştatlar ləğv olunmuş və bunlardan biri də bələdiyyə sədrinin müşaviri ştatı olmuşdur. Bununla əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq bildirişi təqdim olunmuşdur. Rəhbərlik tərəfindən iddiaçıya Sumqayıt Bələdiyyəsinin İcra aparatının digər şöbəsində iş təklif olunmuş, lakin iddiaçı ona təklif olunan işi qəbul etməmişdir. Bu səbəbdən də qanunvericiliyin tələbinə uyğun iddiaçıya verilən 2 ay müddət bitdiyi üçün Sumqayıt Bələdiyyəsinin 23 fevral 2022-ci il tarixli 16 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan qanun normaları çərçivəsində qanunamüvafiq qaydada iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmkarlar ittifaqının qərarı olmadan işdən çıxarılmasını qanunsuz sayaraq iddia tələbini təmin etməsi iş materiallarında sübuta yetirilməmişdir. Məhkəmə mötəbərsübutlara istinad etmədən mübahisələndirilən əmrin qanunsuz verilməsinə dair nəticəyə gəlmişdir. Halbuki, qətnamədə göstərilənlər belə bir nəticəyə gəlməyə əsas vermir. Məhkəmə əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər arasında yaranmış münasibətlər üzrə aşkar səhv nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(060)- 3284/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam olaraq rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi M.M.Abbasov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi barədə əmrin düzgün verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Orxan Adıgözəldənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. X2 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, №-MŞB/6- 1822 saylı arayışdan görünür ki, tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 23 fevral 2022-ci il tarixli 16 saylı əmrindən görünür ki, Sumqayıt Bələdiyyəsi sədrinin müşaviri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 23 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əsas olaraq Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2022-ci il tarixli, 17 saylı iclasının qərarı və əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi göstərilir. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixi xəbərdarlıq bildirişin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəlləsinin 296-cı maddəyə əsaəsn fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəlləsinin 71-ci maddəyə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşin hallarından göründüyü kimi, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin yuxarıda şərh olunan 70-ci maddəsinin b) bəndinə istinad olunmuşdur. Həmin bəndə əsasən əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edildikdə xitam verilə bilər. Əmək Məcəlləsində əmək müqaviləsinə olunan 70-ci maddənin b) bəndi ilə xitam verilməsi qaydaları həmin Məcəllənin 71, 77, 80-ci maddələri ilə tənzimlənir və göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən qeyd edilən normalarla müəyyən edilmiş qaydalar gözlənilməlidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən 30 noyabr 2021-ci il tarixli (17 saylı Protokol) Sumqayıt Bələdiyyəsi İcra aparatının 2022-ci il üçün ştat cədvəlinin təsdiq edilməsi haqqında qərarından görünür ki, Sumqayıt Bələdiyyəsi İcra aparatının 2022-ci il üçün aylıq əmək fondu 26525 manat olmaqla ştat cədvəli 60 ştat vahidi təsdiq edilməsi qərara alınmışdır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1386 saylı məktubunun məzmunundan görünür ki, Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə (protokol №17) “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsaslanaraq bələdiyyənin strukturunda dəyişiklik aparılaraq idarəetmə və maliyyə məsələləri optimallaşdırılmış, bələdiyyə sədrinin müşaviri və digər bir neçə ştat vahidi 2022-ci ilin yanvar ayından ixtisar edilmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsi qeyd olunan arayışında 30 noyabr 2022-ci il tarixli qərara (protokol №17) istinad edərək bələdiyyənin strukturunda dəyişiklik aparıldığını, ştat vahidinin ixtisar olunduğunu göstərmişdir. Halbuki, həmin qərarda müşavir statının ləğv olunması, yaxud ştatların ixtisarı barədə har hansı bir göstəriş nəzərdə tutulmayıb. Qanunvericiliyin tələbinə görə isə müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul olunmalı idi. Qeyd olunanlar bunu deməyə əsas verir ki, Bələdiyədə struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğvi təsdiq edilmədən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, nəhayət xx.xx.2022ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam olunması haqqında əmr verilmişdir. Halbuki, Bələdiyyədə ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgötürənin əmri olmadan iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. Bununla da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur. Bundan başqa, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin hansı zərurətdən irəli gəlməsi əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 76-cı maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əməkə Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaya etiraz edilsə də, həmçinin sübutların təqdim edilməsi vəzifəsi üzərinə qoyulsa da cavabdeh tələb olunan sübutları, həmçinin iddiaçıya peşəkarlıq səviyyəsinə uyğun iş təklif olunması və iddiaçının bundan imtina etməsi ilə bağlı heç bir dəlili təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən Əmək Məcəlləsinin 80-cı maddəsinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əfsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən əmək qanunvericiliyinin qeyd olunan normalarının tələbləri pozulmuş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, yazılı qərarı olmamışdır. Məhkəmə işin faktiki hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli, habelə məhkəmə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılması ilə bağlı qanunvericiliyin göstərişini nəzərə alaraq hesab edir ki, iddiaçı əvvəlki işinə ((vəzifəsinə) bu mümkün olmadıqda ixtisasına uyğun işə (vəzifəyə)) bərpa edilməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Əmək Məcəlləsinin 290-ci maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək qanunvericiliyinə görə bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı “mənəvi zərər” hissədə iddia tələbini məhkəmədə sübuta yetirə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Orxan Adıgözəldənin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 30 iyun 2022-ci il tarixli 2(060)-3284/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1935/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1935/2022
17.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver