Məhkəmə qərarları › İş №2(105)-1944/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1944/2022

04.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1944/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-299/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XDEN-00003-15/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu, 9170,66 manat dəbbə borcu, ümumilikdə 50961,44 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan xx.xx.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 16, 6 saylı evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-299/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, XDEN-00003-15/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 32658,34 manat əsas borc, 9036,98 manat faiz borcu, 200 manat dəbbə borcu, ümumilikdə 41895,32 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanılan xx.xx.2020-ci il tarixli, XDENG-00003- 15/20A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 16, 6 saylı evə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 16, 6 saylı evin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iş üzrə cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi dinləyərək və işdə olan sübutları, işin bütün faktiki hallarına uyğun qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(012)-299/2022 nömrəli qətnaməsi ləğv olunmalı, mülki iş baxılması üçün aidiyyatı üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edildiyi kimi iş materiallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yenə həmin Məcəllənin 45.2-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyatı ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd edildii kimi iddiaçı hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan məhkəmə isə ərazi aidiyyatını yoxlamadan işi icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Məhkəmənin bu mövqeyi əsassızdır və qanunvericiliyin tələbinə ziddir. Belə ki, daha öncə qeyd olunduğu kimi, AR MPM-in 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Apellyasiya kollegiyası həmin normanı qeyd edərək bildirir ki, hazırkı iddia tələbi mahiyyət və predmet etibarı ilə nə müstəsna aiddiyyatla bağlı iddialar, nə də iddiaçının seçiminə görə aidiyyatla bağlı iddialar kateqoriyasına aid deyildir. Belə olan halda hazırkı iddia tələbinə yuxarıda qeyd olunan əsaslar üzrə Abşeron Rayon Məhkəməsində baxıla bilməzdi. AR MPM-in 384.0 və 384.0.4-cü maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi prosessual hüquq normalarının tələblərinə uyğun olaraq ərazi aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş aidiyyatı üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 39, 44, 45, 263- 264, 384.0.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(012)-299/2022 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyatı üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver