Məhkəmə qərarları › İş №2(105)-202/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-202/2024

08.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-202/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair qarşılıqlı iddia tələbi üzrə (Açar sözlər: maneənin aradan qaldırılması, torpaq mübahisəsi, qanunsuz tikilinin sökülməsi, maddi ziyan-sübutetmə) X8 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə İlk İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə, X7, vəkili X14, Qusar rayon Avaran Bələdiyyəsinin sədri X12 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;

1. Qusar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyat idarəsi tərəfindən verilmiş 27 dekabr 2001-ci il tarixli 337 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar rayonu Avaran kəndində yerləşən ümümi torpaq sahəsi 25000 kvadrat metrdən ibarət olan və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, yaşayış sahəsi 33,0 kvadrat metr, ümumi sahəsi 66,0 kvadrat metr olan yaşayış evi İddiaçı adına qeydə alınmışdır.

2. KOD 30103018 JN-048F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran kəndində yaşayan İddiaçı, X3 və X10 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. KOD ******* JN-157F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran kəndində yaşayan Cavabdeh, X7 və X2 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-7069/2023 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4933 nömrəli ekspert rəyindən görünür ki, JN:048F KOD 30103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X4, X11 mülkiyyətinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.366 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN:048F KOD 30103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 1-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır.

5. JN-157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh Abdulman oğlunun, X7, X5 mülkiyyətlərinə verilmiş Qusar rayon Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.388 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 2-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır. Qeyd: JN:048F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X4, X11 mülkiyyətinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən torpaq sahəsində faktiki 0.046 ha artıq torpaq sahəsi mövcuddur, lakin mövcud uyğunsuzluğa görə həmin artıq torpaq sahəsinin dəqiq hansı hissədə olması müəyyən etmək mümkün deyildir. JN-157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh Abdulman oğlunun, X7, X5 mülkiyyətlərinə verilmiş Qusar rayon Avaran kəndində yerləşən torpaq sahəsində faktiki 0.138 ha artıq torpaq sahəsi mövcuddur, lakin mövcud uyğunsuzluğa görə həmin artıq torpaq sahəsinin dəqiq hansı hissədə olması müəyyən etmək mümkün deyildir. Müqayisə etmək üçün yerquruluşu planından müvafiq sxem əlavə olunmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4933 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək təqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4933 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

8. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-35/2023 saylı qərardadı ilə İddiaçı ərizəsi əsasında, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair iddianın darvaza arxasında zəbt etdiyi yol kənarındakı torpaq sahəsinin boşaldılması hissəsində icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətə qarşı törədilən qəsdə son qoyulmasına, 16 ədəd akasiya ağaclarının kəsilməsinə maneə törədilməsinə, darvaza arxasında zəbt etdiyi yol kənarındakı torpaq sahəsinin boşaldılmasına, beton divarın arxasında yerləşən hasarın yerinə qaytarılmasına və tökülmüş zibillərin götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İlk iddia onunla əsaslandırılmışdır ki, Qusar rayonun Avaran kəndində 0.32 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona və ailəsinə məxsusdur. Cavabdehin evi və həyətyanı torpaq sahəsi qonşuluğunda yerləşir. Ona məxsus həyətyanı torpaq sahəsi cavabdehin torpaq sahəsindən şaxlardan düzəldilmiş hasarla ayrılır. Hasarın arxası boyu, ona məxsus həyətyanı torpaq sahəsində akasiya ağacları çıxmışdır. Həmin akasiya ağacları balaca olduğu dövrdə bir neçə ədədi onun tərəfindən kəsilmişdir. Hazırda çəpər boyunca 16 ədəd yaşı 40-50 ildən artıq olan akasiya ağacları qurumuş vəziyyətdə qalmışdır. Həmin akasiya ağacları yaşayış evinə real təhlükə yaratdığı üçün, o, həmin ağacları kəsmək qərarında gəlmiş, lakin cavabdeh aralarındakı hasarın öz tərəfindən quraşdırıldığını əsas tutaraq, ağacların kəsilməsinə müxtəlif maneələr törədərək, onunla mübahisəyə başlamış, aralarında bir neçə dəfə müxtəlif münaqişələr olmuş, nəticədə həmin ağacları kəsə bilməmişdir. 2019-cu ilin sentyabr ayında Avaran Bələdiyyəsinə müraciət edərək, həyətyanı torpaq sahəsinə baxış keçirilməsini, akasiya ağaclarının vəziyyəti barəsində müvafiq arayış verilməsini xahiş etmişdir. 03 sentyabr 2019-cu il tarixdə Avaran Bələdiyyəsinin sədri X18, Avaran kənd sakini X6 iştirakı ilə həyətyanı sahəyə baxış keçirərək, müvafiq akt tərtib edilmiş, akt həmin şəxslər tərəfindən imzalanmış, aktda 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə yaratdığı barədə qeyd aparılmışdır. 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə yaratdığını Qusar rayon Avaran Bələdiyyəsinin 05 oktyabr 2019-cu il tarixli 26 saylı və Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyinin 18 avqust 2020-ci il tarixli 327 saylı arayışları ilə təsdiqlənir. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində bitmiş 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə törətməsi işə əlavə olunan 6 ədəd fotoşəkillərlə təsdiqlənir. Avaran Bələdiyyəsinin sədri X18 cavabdehə ağacların onun tərəfindən kəsilməsinə maneə olmamağını təklif etsə də, həmin təklifə məhəl qoymayaraq növbəti dəfə onunla yersiz mübahisəyə başlamış, ağacların onun çəpərinin yanında olduğunu bəhanə edərək kəsməyə icazə verməmişdir. Bundan əlavə cavabdeh evinə gələn yolun həyətyanı torpaq sahəsinin darvazasının böyründən yolun bir hissəsini özbaşına tutaraq (zəbt edərək) müxtəlif kol-kosla yığaraq, normal avtomaşın hərəkətinə maneə törətmiş, darvazasının arxasındakı kol-kosların və özü tərəfindən həmin əraziyə tökülən zir-zibilin yığışdırılmasından qəti imtina etmişdir. Həyətyanı torpaq sahəsində cavabdehlə aralarında olan hasardan aralı onun tərəfindən beton divar inşa edilmiş, divarın arxasında qalan boş yer də cavabdeh tərəfindən zibilliyə çevrilmişdir. Bütün divar boyunca digər istiqamətlərə qonşularına məxsus torpaq sahələrinə cavabdeh tərəfindən zir-zibil tökülmüşdür, lakin qonşular cavabdehə bir neçə dəfə irad tutsalar da, sonuncu onların da qanuni tələblərini rədd etmiş, hasarların altına tökülmüş zibillərin götürülməsindən imtina etmişdir. 29 avqust 2019-cu il tarixdə onun tərəfindən Qusar Rayon Məhkəməsinə müvafiq ərizə yazılmış, ərizədə cavabdehlə aralarında münasibətlər göstərilmiş, onun əməlləri barəsində qeyd edilmiş, lakin ərizə qanunla tələb olunan iddia formasında olmadığından tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehdən bir neçə dəfə 16 ədəd akasiya ağaclarının yaşayış evinə real təhlükə yaratdığı üçün, həmin ağacların kəsilməsinə qarşı törədilən qəsdə, maneələrə son qoyulmasına, darvazasının böyründə zəbt etdiyi yolun açılmasına, həmin yola yığdığı kol-kosların götürülməsini, həmçinin həyətyanı sahəsində inşa edilmiş, beton divarın arxasından çəkilmiş, hasarın əvvəlki vəziyyətdə bərpa edilməsinin və divarın arxasında yığılmış zibillərin götürülməsini tələb etmişdir. Lakin, cavabdeh tərəfindən bu cür hərəkətlər davam etdirildiyi üçün, onun hərəkətlərinə məhkəmə vasitəsilə son qoyulmasını məqsədəmqüvafiq sayır.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ilkin İddiaçı Səlaməddin oğlunun iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilərək hasarın dibində ara məsafəsi gözləmədən tikilmiş ilkin İddiaçı məxsus qanunsuz tikililərin sökülməsi, həyətində olmuş akasiya ağaclarının qanunsuz kəsilmə tələbi ilə vurulmuş ziyana görə cavabdehlər İddiaçı Səlaməddin oğlu, Qusar rayonu Avaran kənd Bələdiyyəsi, Qusar Avaran kənd ərazi dairəsi tərəfindən vurulmuş 35.000 manatın birgə ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətə qarşı qəsdə son qoyulmasını, 16 ədəd akasiya ağaclarının kəsilməsinə şərait yaradılmasına, beton divarın hasarının sökülməsi və zibillərin götürülməsinə dair ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Qarşılıqlı iddianın verilməsinin yaranmasının əsasları üçün bu işdə əldə etdiyi sənədlərin təhrif olması və işin həqiqi hallarını ifadə etməyən ilk iddiaçının birtərəfli maraqlarını ifadə edən sənədlərdən ibarətdir. İddia ərizəsində ilk iddiaçı göstərir ki, onun qonşusu Cavabdeh artıq 1 əsrdən artıq istifadəsində olduğu belə ki, hasarın özünə məxsus həyət hissəsində əkilmiş, təxminən 80 yaşdan yuxarı olan ağacları kəsməklə həmin hasarı ara məsafə gözləməməklə özünün tikdiyi tikintilərə maneə yaradır. Belə ki, əldə edilən sənədlərdən görünür ki, ilk İddiaçı həyətyanı sahəsi 1988-ci ilin qeydiyyat vəsiqəsinə əsasən 25 sot təşkil edir. Cavabdeh həyətyanı sahəsi atası represiya qurbanı (arayış № 07/2772) Sovet hakimiyyəti gəldiyi zaman evi 3 dəfə müsadirə olmaqla (müsadirə olunmuş protokolun surəti) evi ilə birgə torpaqları da müsadirə olunmuşdur. X36 Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə dövlət islahatı zamanı, sonra Qusar rayonu Avaran kənd Aqrar İslahat Komissiyasının 1997-ci il 11 dekabr 17/2 saylı qərarı ilə islahat apararkən 90% kənd camaatı, o cümlədən İddiaçı və s. olmaqla zəbt olunmuş torpaqlar vardır. Həyətyanı sahəsi 65 sota çevirib 35 sot torpaq hər subyektə əlavə olunub bəxş olunmuşdur. Hələ də davam edən Aqrar İslahat zamanı kənd camaatına düşən Avaran Qışlaqdan 35 hektar bağ sahəsi bölgüyə salınmayıb, onu bələdiyyə sədri Hacıbala müəllim Mucuq kəndinə odun kimi sataraq mənimsəmişdir. 35 hektar bağ sahəsi Aqrar İslahat komissiyasından gizlədilib. Bu barədə də, arxiv sənədləri var. Aqrar islahatı zamanı onun ailəsinə də bəxş olunmuş 35 sot həyətyanı torpağın harda olmağı sual altındadır. Cavabdeh əmlakı o vaxtdan əmlak hüquqlarını pozaraq talana-talana bu günə kimi İddiaçı kimilər əmlakına ziyan yetirməkdə davam edir. 11 dekabr 1997-ci il tarixli qərarı əsasında 25 sot təşkil edir. Cavabdeh tərəfindən X16 rayon X22 Abdulladan həyətyanı sahəsində əkdiyi ağacların kəsilməsinə dair qanunsuz tələblər rədd edilmiş və ona izah edilmişdir ki, bu ağaclar qiymətli sərvətdir və ekoloji sərvət kimi onun həyətinə heç bir maneə yaratmır, lakin o bu qanunsuz tələblərini dayandırmır, əsassız olaraq məhkəmələrə müraciət etmişdir. İlkin iddiaçı tərəfindən tikilən tikililər onun hasarından ara məsafəsi gözləməklə tikilməli olduğu halda, sonuncu tikinti normalarını qəsdən bilərəkdən pozmuşdur. Hesab edir ki, İddiaçı əməlində qanunla cinayət tərkibi, və ya inzibati tərkib yaradan tikinti normalarına aid hüquq pozuntularının qəsdən törədilməsi əməli olduğu üçün həmin hissədə prokurorluğa məlumat verməklə araşdırılma aparılmalıdır. Belə ki, qonşunun onun qanuni torpaq sahəsinə müdaxiləsi və ondan öz həyətindəki ağacların cavabdehlər həm bələdiyyə həm də icra nümayəndələri tərəfindən tələb edilməsi qanunsuz əmlak toxunulmazlığına müdaxilə kimi qiymətləndirilməlidir və cavabdehlər tərəfindən ona vurulmuş bu ziyana görə ən azından 16 dan çox ağac olduğunu nəzərə alaraq hər ağac üçün 3.000 manatdan yuxarı olduğunu nəzərə alsaq 50.000 manata yaxın kompensasiya ödənilməlidir. İddiaçı onun hasarının sərhəddində heç bir ara məsafə saxlamadan tikinti aparmışdır. Sənədlərdən görünür ki, məhz həmin iddia etdiyi tikililər qanunsuz tikilmişdir buna görə də onun öz hesabına sökülməli başqa yerə köçürülməlidir.

13. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-35/2023 saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, iş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərclərinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X13, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki tələb üzrə iddiaçıların göstərdiyi hallar məhkəmə təqdidatının gedişində hər hansı sübutlarla təsdiq olunmadğından həm ilk iddia, həm də qarşılıqlı iddia tələbi rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İnsan Hüquqlarının və X17 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 157.1, 157.2, 152.5, 157.4, 157.8, 170.2, 180.1, 180.2, 180.4, 1091, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 14.2, 77.1, 117.1, 118.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı olaraq özünə məxsus olan torpaq sahəsində akasiya ağacı əkmiş və onları ekoloji sərvət halına salmışdır ki, bu hal onun AR MM-nın 152-ci maddəsinə əsasən müstəqil istifadə etmək hüququm əsasında müəyyən olunur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin onun qanuni torpaq sahəsinə müdaxiləsi və həm bələdiyyə, həm də icra nümayəndələri tərəfindən onun torpaq sahəsindəki ağacların kəsilməsini tələb etmələri əmlak toxunulmazlığına müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdehlər tərəfindən ona vurulmuş ziyana görə 16 dan çox ağac kəsilmişdir ki, hər ağacın dəyərinin 3.000 manatdan yuxarı olduğu nəzərə alınsa ona 50.000 manata yaxın kompensasiya ödənilməlidir. Digər tərəfdən İddiaçı tərəfindən onun torpaq sahəsinin sərhədində məsafə saxlamadan tikinti işləri aparılmışdır. Halbuki AR keçmiş Mülki Məcəlləsi həmçinin AR “Şəhərsalma və tikinti normaları haqqında” əsasnamədə qeyd olunur ki, tikintilər əsasında qonşuya aid həyətin relyefi o cümlədən hasarından məsafəyə riayət olunmalıdır. Bu cür məsafə gözlənilmədən aparılan tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində və ya şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak AR MM-nin 180-cı maddəsinə əsasən özbaşına tikinti hesab edilir. Özbaşına tikili tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikildiyi üçün bu qurğu və tikintilər İcra Hakimiyyəti orqanlarının və maraqlı tərəfin qəbul edilmiş müraciəti əsasında məhkəmə qərarı əsasında sökülə bilər. Belə ki təqdim edilmiş sənədlərdən görünür ki, məhz həmin iddia edilən tikililər qanunsuz tikilmişdir və onlar onun öz hesabına sökülməli başqa yerə köçürülməlidir. Onu da qeyd edir ki, ilk iddia ərizəsinə əlavə olunmuş Qusar Avaran kənd icra ərazi dairəsi nümayəndəliyinin 18 avqust 2020-ci il tarixli 327 saylı arayışları, Qusar rayon Avaran bələdiyyəsinin 05 oktyabr 2019-cu il tarixli 26 saylı arayışı səlahiyyətlərini aşmaqla verildiyi andan etibarsız sayılmalı və onun mülkiyyət toxunulmazlığı hüququnu pozduğu üçün həmin sənədləri verən orqan barəsində müvafiq qərar çıxarılaraq bu hərəkətlərdə hüquq pozmanın dərəcəsinin müəyyən edilməsinin araşdırılması üçün aidiyyəti orqanlara göndərilməlidir. Göründüyü kimi işə baxan məhkəmə bu halları araşdırmadan mübahisə üzrə tam aydınlaşdırılma aparılmadan əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ilk İddiaçı öz torpaq sahəsi ilə onlara məxsus torpaq sahəsi arasında əkilmiş akasiya ağaclarını qazmaqla, onlara məxsus olan torpaq sahəsinə doğru təxminən 5 metr ölçüdə içəri keçərək, ev inşa etmişdir. İddiaçı bu cür əməllərinə yenədə davam edərək iki torpaq sahəsinin arasında ağaclardan ibarət sərhədi həmin ağacları qazmaqla pozaraq, Cavabdeh məxsus torpaq sahəsini zəbt edir. İddiaçı bu cür əməlləri nəticəsində onlar maddi ziyanla üzləşmişlər. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflərə məxsus torpaq sahələri arasında daş hasar yoxdur. Ayırıcı sərhəd onların babası tərəfindən uzun illər əvvəl akasiya və digər ağacların əkilməsi vasitəsilə yaradılmışdır. İddiaçı isə akasiya ağaclarını qazmaqla, onlara məxsus olan torpaq sahəsinə doğru təxminən 5 metr ölçüdə içəri keçərək, ev inşa etmişdir. İddiaçı bu cür əməllərinə yenədə davam edir. İddiaçı bu cür əməlləri nəticəsində onlar maddi ziyanla üzləşmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili İlqar Cəfərov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflərə məxsus torpaq sahələrin arasında daş hasar yoxdur. Ayırıcı sərhəd cavabdehlər tərəfindən ağacların əkilməsi vasitəsilə yaradılmışdır. İddiaçı isə akasiya ağaclarını qazmaqla, cavabdehə məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməklə ev inşa etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin əldə etdiyi müvafiq ekspert rəyində bütün suallar üzrə ətraflı dəqiq cavablar əldə edilməmişdir. İddiaçı bu cür əməlləri nəticəsində onlar maddi ziyanla üzləşmişlər. Hesab edir ki, tərəflər arasında daş hasar mütləq çəkilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin əsası yoxdur. Torpaq sahələri arasında qeyd edilən akasiya ağacları onun evinə real təhlükə yaratdığından o dəfələrlə cavabdehə həmin ağacların kəsilməsi barədə müraciət etmiş lakin nəticəsi olmamışdır. Buna görə də o hüquq mühafizə orqanlarına müraciət etmiş və 1999-2000-ci illərdə hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilmiş və cavabdeh tərəfindən əkilmiş ağacların iddiaçının evi üçün təhlükə ehtimalı yüksək olduğundan ağacların kəsilməsi göstərişi verilmişdir. Bundan sonra o cavabdehin oğlu ilə birlikdə həmin ağacların bir qismini kəsmişlər. Qarşılıqlı iddia tələbində sökülməsi tələb olunan divar isə 1997-1998-ci ildə inşa edilmişdir. Qarşılıqlı iddia tələbi əsassız olduğu kimi, apellyasiya şikayəti də əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Qusar rayon Avaran Bələdiyyəsinin sədri X19 izahatında mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi məhkəmə kollegiyasının iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin . 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir

27. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnamənin yalnız qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirmiş, qətnamənin digər hissəsi mübahisələndirilməmişdir.

30. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Araşdırılan işdən görünür ki, ilk İddiaçı Səlaməddin oğlu Cavabdeh qarşı iddia qaldırsa da, qarşılıqlı iddiaçı Cavabdeh kimi İddiaçıla yanaşı Qusar rayonu Avaran kənd Bələdiyyəsi və kənd icra nümayəndəliyini də göstərmişdir.

33. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsi icraata götürülərkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riyaət edilməmiş, MPM-in 155-156-ci maddələrinin tələbindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir.

34. Lakin kollegiya təqdim olunmuş qarşılıqlı iddianın icraata götürülməsini, qarşı tərəfin bundan şikayət verməməsini, iddialara mahiyyəti üzrə birgə baxılmasını və sonda əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından həmin iddia tələbi çərçivəsində baxılmasını mümkün hesab etmişdir.

35. Hər iki iddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələblər özlüyündə qeyri-müəyyən olmaqla, sonda “mülkiyyətə qəsdin və maneələrin aradan qaldırılmasına, tikililərin sökülməsi və vurulmuş ziyanın ödənilməsinə” yönəlmişdir.

36. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmiş, bundan yalnız qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək, özü tərəfindən verilmiş iddianın təmin olunmasını xahiş edir. Ona görə də kollegiya yalnız təmin olunmayan qarşılıqlı iddia üzrə araşdırma aparır.

37. İşdən göründüyü kimi mövcud mübahisə üzrə hər iki iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə etmək niyyətini bəyan edir.

38. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Qusar rayonu Avaran kəndində yerləşən ümumi torpaq sahəsi 25000 kvadrat metrdən ibarət olan və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, yaşayış sahəsi 33,0 kvadrat metr, ümumi sahəsi 66,0 kvadrat metr olan yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Həmçinin Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran kəndində yaşayan İddiaçı, X3 və X10 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni qərara əsasən Qusar rayonu Avaran kəndində yaşayan Cavabdeh, X7 və X2 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Başqa sözlə tərəflər onlara məxsus olan torpaq sahələrinin hüquqi statusu baxımından bərabər statuslu şəxslərdir.

39. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası barədə qərardadın icrasına dair müvafiq mütəxəssis və ekspert rəyindən müəyyən edilmişdir ki, hər iki tərəf sənəd üzrə onlara məxsus olan torpaq sahəsinin ölçüsündən daha artıq ölçüdə naturada torpaq sahəsini istifadə edirlər. Daha konkret şəkildə desək, yuxarıda istinad olunan mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçı mülkiyyət sənədinə əsasən 0.32 ha olan torpaq sahəsinə malik olsa da, faktiki olaraq naturada 0.366 ha torpaq sahəsinə sahiblik etdiyi, qarşılıqlı iddiaçı Cavabdeh isə mülkiyyət sənədinə əsasən 0.25 ha torpaq sahəsinə malik olmaqla, naturada faktiki olaraq 0.388 ha torpaq sahəsinə sahiblik etdiyi məlum olmuşdur. Bunun nəticəsidir ki, tərəflərə sənəd üzrə məxsus olan torpaq sahələri ilə faktiki istifadə olan torpaq sahələri arasında kəskin konfiqurasiya fərqləri olduğundan müvafiq ərazidə mübahisəli torpaq sahəsinin iddiaçı yaxud cavabdeh tərəfindən zəbt edilməsi kimi halları müəyyən etmək mümkün olmamışdır.

40. Qarşılıqlı iddia tələbi isə bir neçə hissədən ibarət olmaqla, əslində həmin tələblər arasında məntiqi və hüquqi bağlılıq müəyyən edilmədiyi kimi konkret tələbə uyğun hər hansı mötəbər dəlillərlə də əsaslandırılmamışdır.

41. Qarşılıqlı iddia tələbinin hər hansı dəlillə əlaqələndirilmədiyi qənaətində olan məhkəmə kollegiyası onuda qeyd edir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi 2001-ci il tarixə aiddir. Apellyator isə sonuncunun torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin konkret olaraq nədən ibarət olması və sonuncunun mülkiyyət hüququna nə kimi müdaxilə təşkil etdiyini əsaslandırmamışdır.

42. Digər tərəfdən apellyator qarşılıqlı iddia tələbində akasiya ağaclarının kəsilməsi səbəbindən ona dəymiş 35 min manat məbləğində maddi ziyanın ilk İddiaçı, eləcə də Qusar Rayon Avaran Bələdiyyəsindən və Qusar Rayon Avaran İcra nümayəndəliyindən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir ki, tələb bu hissədə sübut olunmamaqla, onun əsaslılığına dair heç bir faktiki hal aşkar edilməmişdir.

43. Konkret şəkildə istər tələbdə ziyan adı verilən pulun yaranması əsası, istər məbləği, istərsə də pulun tutulmalı şəxslərin vurulmuş ziyanda hər hansı təqsirinə dair məhkəməyə heç bir mötəbər, əsaslı şübhələrdən kənar dəlil təqdim edilməmiş, qarşılıqlı iddia ərizəsi bilavasitə tərəfin şəxsi mülahizəsi kimi qiymətləndirilən formal xarakterli şikayət məzmununda tərtib olunmuşdur.

44. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidr. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 77.1, 218.1-ci maddələr)

45. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

46. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

47. Göründüyü kimi hazırki tələbin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

48. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

49. Beləliklə göründüyü kimi apellyator qarşılıqlı iddia tələbinin dəlillərinə dair hər hansı sübutu nə birinci, nə də ki apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

51. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver