Məhkəmə qərarları › İş №2(105)-208/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-208/2023

23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-208/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Baxışov Qırxlər Seyfulla oğlunun və İddiaçı2 Qırxlər qızının Cavabdeh qarşı ilk, Cavabdeh Baxışov Qırxlər Seyfulla oğluna və İddiaçı2 Qırxlər qızına qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və eyni zamanda ilk iddia üzrə İddiaçı2 Qırxlər qızının nümayəndəsi X2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əzı̇ z oğlunun iştirakları ilə, Baxışov Qırxlər Seyfulla oğlunun və İddiaçı2 Qırxlər qızının Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh Baxışov Qırxlər Seyfulla oğluna və İddiaçı2 Qırxlər qızına qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-0349 seriyalı 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu Palçıq-oba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Xaçmaz rayonunun Palçıqoba bələdiyyəsinin ərazisində balıqçılıq təsərrüfatının yaradılması üçün Baxışov Qırxlər Seyfulla oğluna satılmış 0,20 ha torpaq sahəsi onun mülkiyyəti kimi xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

2. Xaçmaz rayon İHB-nın 440 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamından Çıxarışa əsasən Xaçmaz rayonu, Palçıqoba kənd sakini Baxışov Qırxlər Seyfulla oğluna Palçıqoba bələdiyyə ərazisində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir.

3. Cavabdeh (1-ci tərəf) ilə Baxışov Qırxlər Seyfulla oğlu (2-ci tərəf) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə X7 Seyfulla oğlu müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahələrini əvəzsiz və müddətsiz olaraq “Tərəflərin” balıqçılıq üzrə birgə müəssisəsinə verilməsini öz öhdəsinə götürmüşdür. X7 Seyfulla oğlu müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahəsinin birgə idarə edilməsi və mülkiyyət hüququnun nizamlanması məqsədi ilə vətəndaş Cavabdeh “Tərəflər” arasında öz imzaları ilə təsdiq edilmiş mülki etibarnamə verilməsini öz öhdəsinə götürmüşdür. “2-ci Tərəfin” verdiyi etibarnamə ikitərəfli (yazılı) razılaşma olmadan ləğv edilə bilməz. Etibarnamə “1-ci Tərəfin” razılığı olmadan ləğv edildiyi halda, “2-ci Tərəf” aldıqlarının hamısını digər tərəfə qaytarmağa, mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini (ünvanı qeyd edilmiş torpaq sahəsində tikilmiş obyektlərin dəyəri daxil olmaq şərti ilə) pulla ödəməlidir. “1-ci Tərəf” isə etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri, ikitərəfli razılaşma olmadan, 3-cü tərəfə verildiyi halda 1-ci tərəf tam olaraq “2-ci Tərəfə” dəymiş maddi və mənəvi ziyanı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin etibarnamə vasitəsi ilə hüquqlarının nizamlanmasına 20 ədəd su hövzəsinin (yardımçı tikililəri də daxil olmaqla) tikilməsi başa çatdıqdan sonra xitam verilir. Tikinti başa çatdıqdan sonra “Tərəflər” Xaçmaz şəhəri, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin (dövlət aktı-JN0349; kod ********) Baxışov Qırxlər Seyfulla oğlunun, üstündəki bütün tikililərin isə Cavabdeh adına özəlləşdirilməsini öz öhdəsinə götürmüşlər. Mülkiyyət hüququ təsdiqləndikdən sonra gəlirdən pay bolgüsü 3-cü maddə ilə tənzimlənir. “Tərəflər” öz mülkiyyətlərini satmaq hüququna malikdirlər. Mülkiyyətini satmaq qərarını verdikləri halda ilk alıcı qismində yalnız “Tərəflər” iştirak edə bilər. Mülkiyyətin dəyəri bazar qiymətlərinə uyğun hesablanır. Tərəflər razılığa gələ bilmədikləri halda, yalnız hər iki “Tərəfin” yazılı icazəsinə əsasən mülkiyyət üçüncü tərəfə satıla bilər. Vətəndaş Cavabdeh müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş balıqçılıq təsərrüfatının yaradılması üçün lahiyə-smeta sənədlərində nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürmüşdür. Çəkilmiş xərclər ikitərəfli razılaşma yolu ilə həyata keçirilir və xərc sənədləri “Tərəflərin” imzaları ilə təsdiqlənir. Tərəflər xərc sənədlərindən əlavə digər razılaşdırılmamış xərclər haqqında iddia ilə çıxış edə bilməzlər. Müştərək müəssisənin ilkin gəliri qanunvericilik ilə nəzərdə tutulmuş xərclər çıxıldıqdan sonra hissə-hissə olaraq “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə yönəldilir. Bütün xərclər (verqi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan 50%-i “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə, qalan 50% isə Maddə 3-də qeyd edilmiş pay bölgüsünə uyğun xərclər siyahısı ilə tənzimlənir. “1ci Tərəf”in sərmayəsi hissə-hissə ödənilərək tam geri qaytarıldıqdan sonra pay bölgüsü yenə də 3-cü maddə ilə tənzimlənir. Tikinti və göl təsərrüfatına yönəldilmiş sərmayələr “1ci Tərəfə” tam ödənildiyi halda, balıqçılıq təsərrüfatına aid bütün göl, torpaq, tikinti və s. mülkiyyət hüququ iki “Tərəf” arasında, hər birinə 50% pay düşmək şərti ilə notarial qaydada təsdiqlənir. Bu halda tərəflər maddə 2.2-də qeyd edilmiş mülkiyyət hüququnu dəyişdirməyə borcludurlar. Bütün xərclər (vergi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan vəsait üzrə pay bölgüsü 50% Cavabdeh, 40% Baxışov Qırxlər Seyfulla oğluna, 10 % isə X5 verilməsi ilə həyata keçirilir. Müqavilə tərəflər arasında 20 oktyabr 2015-ci il tarixdə imzalanmışdır.

4. Tərəflər arasında yazılıb imzalanmış qəbzə əsasən xx.xx.2015-ci il tarixli 2600 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən imzalanaraq verilmiş, Qırxlər Baxışov tərəfindən imzalanaraq götürülmüşdür.

5. Xərc sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 21000 ABŞ dolları, 220 ABŞ dolları, 2900 ABŞ dolları, 6800 ABŞ dolları, 3000 ABŞ dolları, 2000 ABŞ dolları, 1420 ABŞ dolları, 860 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və Baxışov Qırxlər Seyfulla oğlu tərəfindən imzalanaraq alınmışdır.

6. xx.xx.2015-ci il tarixində 1000 ABŞ dolları məbləğində Qırxlər Baxışova aid pulu X12 Ələkbərova vermiş, həmin məbləği X9 Baxışova çatdırması barədə qəbzi imzalamışdır.

7. "xxxx" QSC-nin pul köçürülməsi haqqında qəbzlərinə əsasən xx.xx.2015-ci il tarixində 4000 manat, xx.xx.2015-ci il tarixində 5000 manat və xx.xx.2015-ci il tarixində isə 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və Baxışov Qırxlər Seyfulla oğlu tərəfindən imzalanaraq alınmışdır.

8. Xərclərin siyahısına əsasən xx.xx.2015-ci il tarixdə müəssisəyə cəmi 25400 ABŞ dolları vəsait xərclənmişdir.

9. Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notarisu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Baxışov X4 rayonunun Palçıqoba kəndində yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini qızı İddiaçı2 Qırxlər qızına bağışlamışdır.

10. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı2 Qırxlər qızının mülkiyyətindədir.

11. Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4 iyun 2018-ci il tarixli etibarnaməyə əsasən İddiaçı2 Qırxlər qızı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi Baxışov Qırxlər Seyfulla oğluna etibar etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

12. İlk iddia üzrə iddiaçılar Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsi Cavabdeh geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən onlara vurulmuş 540.000 manat həcmində maddi zərərin əvəzi, 50.000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzi, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Cavabdeh ilk iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından müştərək qaydada onun tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində ona vurduqları maddi zərərin əvəzi kimi mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti 370.000 (üç yüz yetmiş min) manatın, Qırxlər Baxışovun torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40.000 (qırx min) manatın, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manatın, Qırxlər Baxışovun tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, Palçıqoba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi, kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə Qırxlər Baxışovun ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 manat pulun, Qırxlər Baxışov tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 9180 manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən Qırxlər Baxışova əmək haqqı olaraq ödənilmiş 6800 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə və qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh təkrar vəsatəti əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin mübahisə predmeti olan müəssisəyə çəkilən xərclərin qiymətləndirilməsi haqqında Ç-168 nömrəli 22 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən sözügüdən 0.20 ha torpaq sahəsində birmərtəbəli tikili (qaraj, anbar) - 16500 manat, ikimərtəbəli tikiliyə (yaşayış, ofis) - 39000 manat, daxilində ikimərtəbəli hovuzlarla birgə olan tikiliyə - 62000 manat, açıq havada olan 10 ədəd birbirinə bitişik hovuzlara 36000 manat, açıq havada olan 8 ədəd bir-birinə bitişik hovuzlara - 29 000 manat, ümumilikdə bütün tikililərə ehtimal edilən çəkilmiş xərc 182500 (bir yüz səksən iki min beş yüz) manat təşkil etmişdir.

16. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli iş üzrə 10 sentyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim İlkin Xəlilov) ilk iddia üzrə iddiaçılar Baxışov Qırxlər Seyfulla oğlunun və İddiaçı2 Qırxlər qızının ilk iddiasının İddiaçı2 Qırxlər Qızına münasibətdə qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 Qırxlər qızına məxsus olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həm İddiaçı1 izahatına, həm də xx.xx.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Baxışov Qırxlər Seyfulla oğlunun 2016-cı ilin əvvəllərindən ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 Qırxlər qızının mülkiyyətində olan 0.20 ha torpaq sahəsindən çıxarılması halı müəyyən edilmişdir. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin 5 iyul 2017-ci il tarixli, 2(067)-2459/2017 nömrəli qətnaməsi ilə Baxışov Qırxlər Seyfulla oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin hüquqi əhəmiyyət daşımadığı müəyyən edilmişdir.

18. Məhkəmə ilk iddia üzrə iddiaçıların Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin və 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirilən mənəvi zərərin əvəzinin tutulmasına dair hissəsi barədə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

19. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə qeyd etmişdir ki, işin hallarından tərəflər arasında balıqçılıq təsərrüfatının yaradılması və təsərrüfatdan birgə istifadə ilə bağlı tərəflər razılaşma olduğu, qarşılıqlı iddia üzrə iddiaçının məhz həmin razılaşma əsasında birgə təsərrüfatın yaradılması üçün xərclər çəkdiyi, eyni zamanda 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 Qırxlər qızına məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları müəyyən edilmişdir. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə hüquqi nəticələr yaratmasa da, tərəflərin həmin müqavilə əsasında razılığa gəldiklərini və Cavabdeh məhz həmin razılaşma çərçivəsində balıqçılıq təsərrüfatına xərclər çəkdiyini təsdiq etmişdir. 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların balıqçılıq təsərrüfatının yerləşdiyi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 Qırxlər qızına məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları və həmin vaxtdan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müəssisənin yerləşdiyi torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, məhkəmə belə hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı razılıq çərçivəsində çəkdiyi xərcləri maddi zərər kimi qiymətləndirməklə, onların əvəzinin ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz.

20. Həmçinin, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zaur X1 aldatmaqla özünə məxsus olmayan torpaqda balıqçılıq təsərrüfatı yaradılması barədə razılığa gəlməsi və özünün Qırxlər Baxışova məxsus olmayan torpaq sahəsi üçün xərclər çəkməsi barədə iddiada qeyd edilən dəlili barədə qeyd etmişdir ki, iş materiallarında olan 4 iyun 2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı2 Qırxlər qızı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi Baxışov Qırxlər Seyfulla oğluna etibar etdiyindən, Qırxlər Baxışovun həmin vaxt torpaq sahəsi barədə mülkiyyətçidən alınmış etibarnamə əsasında sərəncam vermək hüququnun olduğu müəyyən edilmişdir. İşin hallarından onun Cavabdeh aldatmaqla sonuncunun balıqçılıq təsərrüfatı yaradılması üçün xərclər çəkməsinə səbəb olmaq niyyətinin olduğu müəyyən edilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 139.3, 152.1-152.3, 157.2, 178.1, 1096, 1099-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun deyil, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, məhkəmə işdə müəyyən edilmiş faktlar və sübutlar əsasında deyil, heç bir hüquqi əsası olmayan subyektiv mülahizələrinə əsasən yekun nəticəyə gəlmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

24. Cavabdeh vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 3 fevral 2021ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 03-08/21 nömrəli 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə yaradılmış tikinti və abadlıq işləri hazırda istifadəyə yararlı olması, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə abadlıq işlərinin nəzərə alınmaqla hovuz tikilişi üzrə 169900 manat, köməkçi binanın tikilisi üzrə 96050 manat, inkubator sexi üzrə 37800 manat və cari təmir işləri üzrə 10000 manat, ümumilikdə isə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 313750 manat dəyərində müəyyən edilmişdir.

25. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən Baxışov Qırxlər Seyfulla oğlu ********** VÖEN-lə, İddiaçı2 Qırxlər qızı ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN-lə "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla qeydiyyata alınmışlar.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-546/2021 nömrəli mülki iş üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi ilkin iddiaçılar və qarşılıqlı iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir.

28. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3- 32.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) kassasiya instansiyası məhkəməsində birinci icraat

29. Baxışov Qırxlər Seyfulla oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7257/2021 nömrəli 1 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), İlqar Dadaşov və Kəmaləddin Bədəlov) Baxışov Qırxlər Seyfulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 31.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-485/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsini hesab etmişdir ki, hazırkı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 139.3, 152.1-152.3, 157.2, 178.1, 1096, 1099-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

e) kassasiya instansiyası məhkəməsində ikinci icraat

35. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) 2(102)-3712/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-485/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

37. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan və apellyasiya instansiyası məhkəməsinin əsaslandığı "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli rəyinə görə balıqçılıq təsərrüfatının yaradılması üçün hovuzların, yaşayış ofis, qaraj və anbarın tikilməsinə çəkilmiş xərcin ehtimal olunan məbləği 182.500 manat təşkil edir.

38. Cavabdeh iddia etməsinə görə isə onun tərəfindən 20 ədəd su hovuzunun təmirtikinti işlərinə görə 370.000 manat məbləğində vəsait sərf edilmiş, İddiaçı1 torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə görə 40.000 manat, tikililərin onun mülkiyyətinə keçirilməsinə görə 18.600 manat vermiş, torpaq sahəsinin təmizlənməsi, kiçik həcmli inkubator hovuzların və s. yaradılmasına görə 21.000 ABŞ dolları, balıqların alınması, yetişdirilməsi və s. işlərə görə müxtəlif məbləğlərdə vəsait sərf etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təsərrüfatın Cavabdeh vəsaiti hesabına yaradılması inkar olunmasa da, yuxarıda göstərilən əsaslara istinad olunmaqla ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddianın isə rədd olunması qanuni və əsaslı sayılmışdır.

40. İşdən görünür ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd olunmasının qanuni olması barədə nəticəyə gələrkən qanunun heç bir normasına istinad etməmiş və nəticəsini qanunun tələblərinə uyğun əsaslandırmamışdır.

41. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Cavabdeh torpaq sahəsinin mülkiyyətçisini təsərrüfatın idarə edilməsindən eləcə də, gəlir əldə etməsindən kənarlaşdırması mübahisənin göstərilən qaydada həlli üçün əsas verməmişdir.

42. Halbuki, ilk növbədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması müəyyən olunmalı və mübahisə həmin normanın tələbinə uyğun həll olunmalı idi.

43. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən külli miqdarda vəsait sərf olunmaqla yaradılmış vəsaitin bütünlüklə iddiaçılarda saxlanması onların əsassız varlanmasına, cavabdehin isə əmlakından məhrum olmasına səbəb olur.

44. Əgər apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıların iştirakı olmadan müəssisəni tək idarə etməklə gəlir əldə edib həmin gəlirdən iddiaçılara verməməsi qənaətinə görə qarşılıqlı iddianı əsassız sayırdısa, işdən göründüyü kimi məhkəmə həmin istiqamətdə heç bir araşdırma aparmamış və belə vəziyyətdə iddiaçıların müəssisənin gəlirindən onlara düşən payı tələb etmək hüququna malik olmasını nəzərə almamışdır.

45. Müəyyən olunduğu kimi, Cavabdeh tərəfindən təsərrüfatın yaradılması ilə əlaqədar pul vəsaiti tərəflərin ümumi razılığı əsasında sərf edilmiş və müəssisənin fəaliyyəti tam təmin edilmişdir.

46. Belə vəziyyətdə tərəflərin hərəkətləri Mülki Məcəllənin 1091-1095-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməklə mübahisənin həlli imkanı araşdırılmalı idi.

47. Lakin, yuxarıda qeyd olunduğu kimi, qətnamə qarşılıqlı iddia tələbinin hər hansı qaydada təmin olunması imkanının qarşısını alan maddi hüquq normasına istinadən əsaslandırılmamaqla maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

48. Tərəflər arasında bağlanmış birgə təsərrüfatın yaradılması barədə müqavilənin notariatda təsdiq olunmaması və onun tərəflər üçün hüquqi nəticələr yaratmaması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlər qarşılıqlı iddianın rədd edilməsi üçün əsas verməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əzı̇ z oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

50. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və eyni zamanda ilk iddia üzrə İddiaçı2 Qırxlər qızının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (...) Maddə 157. Mülkiyyətin müdafiəsi

157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

53. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3712/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-485/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270.000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat, 1500 ədəd balığın satılmasından əldə edilmiş vəsaitə görə 3000 manat, cəmi 274.700 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

56. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

57. İşin mübahisəsiz hallarından müəyyən olunduğu kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqılı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təsərrüfatın yaradılması ilə əlaqədar pul vəsaiti tərəflərin ümumi razılığı əsasında sərf edilmiş və müəssisənin fəaliyyəti tam təmin edilmişdir.

58. Cavabdeh vəsatəti əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin mübahisə predmeti olan müəssisəyə çəkilən xərclərin qiymətləndirilməsi haqqında Ç-168 nömrəli 22 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən sözügüdən 0.20 ha torpaq sahəsində birmərtəbəli tikili (qaraj, anbar) - 16500 manat, ikimərtəbəli tikiliyə (yaşayış, ofis) - 39000 manat, daxilində ikimərtəbəli hovuzlarla birgə olan tikiliyə - 62000 manat, açıq havada olan 10 ədəd birbirinə bitişik hovuzlara 36000 manat, açıq havada olan 8 ədəd bir-birinə bitişik hovuzlara - 29 000 manat, ümumilikdə bütün tikililərə ehtimal edilən çəkilmiş xərc 182500 (bir yüz səksən iki min beş yüz) manat təşkil etmişdir.

59. Birinci apellyasiya icraatı zamanı Cavabdeh vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 03-08/21 nömrəli 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə yaradılmış tikinti və abadlıq işləri hazırda istifadəyə yararlı olması, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə abadlıq işlərinin nəzərə alınmaqla hovuz tikilişi üzrə 169900 manat, köməkçi binanın tikilisi üzrə 96050 manat, inkubator sexi üzrə 37800 manat və cari təmir işləri üzrə 10000 manat, ümumilikdə isə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 313750 manat dəyərində müəyyən edilmişdir.

60. İş üzrə əvvəlki ekspert rəyləri ilə müəyyən edilmiş xərclərin məbləğləri arasında ziddiyyət olduğundan, hazırkı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8344-9/9143 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədilə inşa edilmiş bütün tikintilərin ayrı-ayrılıqda və ümumilikdə 2015- 2016-cı illər üzrə orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 294314,0 manat məbləğində müəyyən olunur. Həmin balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların 2015-2016-cı illərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 1700 manat müəyyən edilir. O cümlədən, 6 ədəd nəzarət kamerasının quraşdırılması (material ilə birlikdə) dəst – 800,00 manat; 3 ədəd Reka markalı. 2.2 Kw göstəriciyə malik mühərrik – 900,00 (3 ədədx300 man).

62. Qarşılıqlı iddia ərizəsində mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 370.000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqlara görə 3570 manat tələb edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən olundu ki, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədilə inşa edilmiş bütün tikintilərin ayrı-ayrılıqda və ümumilikdə 2015-2016-cı illər üzrə orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 294314,0 manat məbləğində, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların 2015-2016-cı illərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 1700 manat müəyyən edilir.

63. Lakin mülki işin materiallarında olan ilk iddiaya qarşı yazılı etirazda (İ cild, iş v. 157) Cavabdeh göstərmişdir ki, balıqçılıq təsərrüfatının tikilməsinə görə müxtəlif vaxtlarda 270.000 manat pul vəsaiti vermişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə balıqçılıq təsərrüfatı məqsədilə inşa edilmiş bütün tikintilərin ayrı-ayrılıqda və ümumilikdə 2015-2016-cı illər üzrə orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 294314,0 manat məbləğində müəyyən edildiyindən və bu məbləğ qarşılıqlı iddia üzrə iddiaçının etirazda göstərdiyi 270.000 manat məbləğə uyğun gəldiyindən, qarşılıqlı iddia üzrə iddiaçının bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə tələb etdiyi xərcin məbləği 370.000 manat deyil, 270.000 manat məbləğində müəyyən edilməlidir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən külli miqdarda vəsait sərf olunmaqla yaradılmış vəsaitin bütünlüklə onlarda saxlanması onların əsassız varlanmasına, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının isə əmlakından məhrum olmasına səbəb olur.

66. Bu hissədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir.

67. Balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş məbləğ isə ekspert rəyinə əsasən müəyyən edilmiş 1700 manat məbləğində müəyyən edilməlidir.

68. Qarşılıqlı iddia üzrə iddiaçı bu müddət ərzində müəssisədən gəlir əldə etmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş gəlir vergi bəyannamələri ilə də qarşılıqlı iddia üzrə iddiaçının təsərrüfatdan gəlir əldə etməsi müəyyən olunmur və bu barədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavadehlər tərəfindən göstərilən məbləğdə gəlir əldə etməsi təkzib olunur.

69. Digər tərəfdən iş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçılar Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızı iddianın dəyişdirilməsi barədə ərizədə (İ cild, iş v. 33-34) cavabdeh tərəfindən onlara vurulmuş 540.000 manat həcmində maddi zərər tələbini onunla əsaslandırmışlar ki, vaxtı ilə İrandan gətirdiyi 100.000 ədəd balıq orta hesabla çəkisi 1 kq çatdırılıb satılmışdır, Cavabdeh 950.000 manat gəlir əldə etmişdir, yatırdığı 68.000 manat vəsaitini geri götürmüşdür və 880.000 manat pul vəsaitini artıq gəlir kimi mənimsəmişdir. Aralarında olan müqavilədə vəd etdiyi 50% gəlirin onlara çatacağını bildirsə də, bu günə kimi bir manat da olsun pul verməmişdir. Yəni onlara çatası 440.000 manat pulu mənimsəmişdir. Bundan başqa cari ildə analoji qaydada mülkiyyətçilərə çatmalı olan 100.000 manat gəlirdən məhrum etmişdir.

70. İşdən görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin tələb təmin edilməmiş, ilk iddia üzrə iddiaçılar Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızı isə qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmişlər.

71. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh Qırxlər Baxışovun izahatı ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına mübahisəli torpaq sahəsindəki su hövzəsinə köçürülüb saxlanılan 1500 ədəd balığın satılmasından o, 6000 manat pul vəsaiti əldə etmişdir. Həmçinin həmin məbləği tikinti işlərinə sərf etdiyini göstərsə də, bu barədə sübut təqdim edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, müvafiq yazılı razılaşmalarına əsasən əldə edilən gəlirin 50% qarşılıqlı iddia üzrə iddiaçıya verilməli idi.

72. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manatın alınması hissədə təmin edildiyndən, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən Qırxlər Baxışova əmək haqqı olaraq ödənilmiş 6800 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması hissəsində təmin edilməməlidir.

73. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin-Palçıqoba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi, kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə Qırxlər Baxışovun ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Qırxlər Baxışovun tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40.000 manatın, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 manat pulun, 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 9180 manat pulun alınaraq qaytarılması hissəsinə münasibətdə isə hesab edir ki, məhkəməyə bu tələbin təmin edilməsi üçün mötəbər sübut təqdim edilmədiyindən, həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

74. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə hissəsinə qiymət verərək qeyd edir ki, qətnamə təmin olunmuş tələblər üzrə müstəqil icra olunmalıdır. Belə ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir.

75. Beləliklə, göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilərərk həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat, 1500 ədəd balığın satılmasından əldə edilmiş vəsaitə görə 3000 manat, cəmi 274700 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

76. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat, 1500 ədəd balığın satılmasından əldə edilmiş vəsaitə görə 3000 manat, cəmi 274700 (iki yüz yetmiş dörd min yeddi yüz) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat qarşılıqlı iddia üzrə cavabdehlər Baxışov Qırxlər Seyfulla oğlu və İddiaçı2 Qırxlər qızından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver