Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2111/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin təhvil verilməsi və əmlak tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin təhvil verilməsi və əmlak tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3200/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, evin təhvil verilməsi, əşyaların qaytarılması, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 11689 manat pul və 126 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı məxsus olduğu halda həmin ev X4 tərəfindən dələduzluq yolu ilə Cavabdeh verilmişdir. İddiaçı həmin evə çox gedib gəlməməyindən istifadə edərək cavabdeh həmin evə yerləşmişdir. Rəqsanə Cəfərova həmin hərəkətlərinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-57/2023 nömrəli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə evin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilmişdir. Evə məxsus olan kommunal xidmətlərdən qazın verilməsi barədə müqavilə iddiaçı ilə bağlanmışdır. Digər kommunal xidmətlərdən istifadə olunmur. Belə olan halda əmlak faktiki olaraq iddiaçının sahibliyində hesab edilməlidir. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan evdən çıxmalı olduğunu bildirsə də imtina edilmişdir. Odur ki, iddiaçı cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin evdə iddiaçıya məxsus olan əşyalar olmuşdur. Lakin cavabdeh tərəfindən əşyaların bir qismi məhv edilmiş, bir qismi yararsız hala salınmış, bir qismi isə satılmışdır. Əşyaların siyahısı aşağıdakılardır: yataq dəsti-4600 manat, qonaq otağı dəsti-2500 manat, kombi və radiator-2000 manat, ariston (80 lt)-1 ədəd 220 manat, Egemix duş dəsti-1 ədəd 30 manat, unitaz L-160-1 ədəd 50 manat, ariston-orta 1 ədəd 55 manat, qırmızı pultlu maşın- 483 manat, uyku seti (yataq dəsti)-160 manat, soba-1 ədəd 280 manat, xalça-1 ədəd 150x2.50 195 manat, xalça-1 ədəd 250x350 320 manat, xalça-1 ədəd 250x350 320 manat, qab dəsti-60 manat, stəkan dəsti-12 ədəd 40 manat, çəngəl, xörək qaşığı, çay qaşığı və s. 86 manat, döşək-2 ədəd 30 manat, yataq dəsti (döşəkağı)-150 manat, yastıq- 4 ədəd 80 manat, dördgöz qaz-400 manat.
3. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli mənzil ona X4 tərəfindən satılmış və həmin şəxs barəsində cinayət işi açılmışdır. Ondan sonra mənzilin İddiaçı məxsus olması təsdiq olunmuş və bu məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. İddia ərizəsində qeyd olunmuş əşyaların bir qismini görmüşdür. Belə ki, yataq dəsti, duş seti, unitaz, stəkan dəsti, döşək, yastıq, dördgöz qaz əşyalarını görmüş, qonaq otağı dəsti, kombi və radiatorları, ariston, qırmızı pultlu uşaq maşını, uyku seti, soba, xalçalar, qab dəsti, çəngəl-qaşıq, yataq dəsti əşyalarını isə görməmişdir. Həmin ev yaşayış üçün əlverişli vəziyyətdə deyildi, təmir olunmuş, kanalizasiya, su və qaz sistemi onun tərəfindən təşkil edilmişdir. O, evi alanda evdə olan əşyaların götürülməsini xahiş etmiş və özünə məxsus olan əşyaları yerləşdirəcəyini bildirmişdir. Lakin mənzili satan bundan imtina etmişdir. Əşyalar satılmış olsa da hesab etmişdir ki, əşyalar artıq onundur, başqa sözlə, oğurluq niyyətilə satılmamışdır. Onun bu mübahisələrdən məlumatı olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-57/2023 nömrəli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, X1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərinə qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
5. Hökmdən daha sonra görünür ki, X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli əmlakını ələ keçirmək məqsədi ilə mülkiyyətində olmayan Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, daşınmaz əmlak kimi qeydiyyata alınmayan, lakin faktiki olaraq İddiaçı məxsus fərdi yaşayış evini içərisində İddiaçı məxsus əşyalarla birlikdə Cavabdeh göstərib həmin evin içərisindəki əşyalarla özünə məxsus olduğunu və evi əşyalarla bir yerdə ona satacağını yalandan vəd edib aldatmışdır.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3200/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla evin İddiaçı təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş dəyəri 4600 manat dəyərində olan yataq dəsti, 30 manat dəyərində olan 1 ədəd duş dəsti, 50 manat dəyərində olan 1 ədəd unitaz, 40 manat dəyərində olan 12 ədəd stəkan dəsti, 30 manat dəyərində olan 2 ədəd döşək, 80 manat dəyərində olan 4 ədəd yastıq və 400 manat dəyərində olan dördgöz qaz əşyalarının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, həmin əşyalar olmadığı təqdirdə isə əşyaların ümumi dəyəri olan 5230 (beş min iki yüz otuz) manat pul vəsaitinin və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 82.4, 52.2, 191.3, 106.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edib-etməməsinə hüququ olub-olmamasını aydınlaşdırmalı idi, lakin məhkəmə bunu etməmişdir. İddiaçının iddia etdiyi əmlaka heç bir hüququ yoxdur və həmin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Barəsində qətnamə qəbul edilmiş mülki işdə hansı mülkiyyətçidən və hansı tələb etmədən söhbət gedə bilər. Əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan və buna görə mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdikdən sonra yaranır. Dövlət reyestrində qeydiyyata alınmayan əmlak üzərində mülkiyyət hüququ olmamaqla bərabər həmin əmlak üzərində sərancam vermək hüququ da olmur. Belə olan halda subyektiv hüququ olmayan iddiaçı hansı hüquqla əmlak üzərində sərəncam verir və cavabdehə qarşı evdən çıxarma tələbi ilə məhkəmədə çıxış edir? Daşınar əmlakların tələbi hissəsinə gəldikdə isə cavabdeh iddiaçı tərəfindən tələb etdiyi heç bir əmlaka görə cavabdehlik daşımır. Cinayət işi üzrə məhkəmə hökmündən də görünür ki, iddiaçının satın aldığı evə və əmlaka görə məsuliyyəti məhkum edilmiş X4 daşıyır. Cavabdehin qətnamədə qeyd edilən ifadəsindən görünür ki, cavabdeh iddianı qəbul etmir. Əmlakın bir qisminin onun evində olmasını demək iddianı etiraf kimi qəbul edilə bilməz. Belə ki, Cəfərova Rəqsanə ev ilə birlikdə əmlakı ona satırsa nə vaxtdan cavabdehin iddiaçı qarşısında cavabdehliyi yaranır. Məhkəmə qətnaməsində cavabdehin ifadəsi tamamilə təhrif edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 43. Mənzil hüququ I.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)
14. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
16. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
18. Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
19. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-57/2023 nömrəli hökmündən görünür ki, X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli əmlakını ələ keçirmək məqsədi ilə mülkiyyətində olmayan Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən, daşınmaz əmlak kimi qeydiyyata alınmayan, lakin faktiki olaraq İddiaçı məxsus fərdi yaşayış evi içərisində olan İddiaçı məxsus əşyalarla birlikdə Cavabdeh göstərib, həmin evin içərisindəki əşyalarla özünə məxsus olduğunu və evi əşyalarla bir yerdə ona satacağını yalandan vəd edib aldadaraq, sonuncudan ümumilikdə 7000 manat pul alaraq, Cavabdeh xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
29. Hökmdən görünür ki, X4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Taleh İsmayılov adlı şəxslə tanış olmuş və onunla Xırdalan şəhəri Quşçuluq massivində təxminən 8-9 ay kirayədə yaşamışlar. Taleh ilə bir yerdə yaşadığı üçün onun ailə üzvlərini, yəni valideyinlərini də tanımış və onun valideyinlərinin yaşadığı evdə də olmuşdur. Talehin atası Mahirin öz yaşadığı evin qarşısında da bir evi olmuşdur. Həmin ərəfələrdə də bilirmiş ki, Mahir həmin evini kiməsə satıb. Həmin vaxtlarda, yəni 2020-ci ilin əvvəllərində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Talehdən ayrılmış və maddi vəziyyəti yaxşı olmadığı üçün qərara gəlmişdir ki, Mahirin satdığı həmin evi başqa şəxsə satsın. O, həmin evi özündə olan adi bir açarla açıb baxmışdır ki, evin içərisində mebellər də vardır və tam yaşamaq üçün hazır bir evdir. O, istifadə etdiyi ***-***-**-** nömrəni və Xırdalan şəhərində əşya ilə dolu olan evin 9000 manata satılması barədə elanı Bakı şəhərində dayanacaqlarda yapışdırmışdır. 2020-ci ilin may ayının ortalarında onun həmin nömrəsinə Asim, Samir adlı şəxslər zəng edərək, evlə maraqlandıqlarını bildirmişlər. O, da ev barədə ona məlumat vermiş və Asim, Samir və Sehran adlı şəxslər onunla görüşərək, o, həmin evi onlara göstərmiş və onlar baxıb evi 7000 manata almağı razılaşmışlar. .... Qeyd etmişdir ki, o, bilmişdir ki, Mahir həmin evi satıb, ancaq kimə satıldığını bilməmiş, həmin evdə mebellər də olmuş, o, evdən heç bir əşya götürməmiş, evi əşyalı şəkildə Sehrana satmışdır. Evi alan şəxslərə göstərəndə bunu heç kim bilməmiş, Mahirin və onun ailə üzvlərinin də evin satmağından məlumatları olmamış, o, elə özündə olan adi bir açarla evin qapısını açıb içəri girmişdir.
30. Cavabdeh ifadəsində göstərmişdir ki, Rəqsanə Cəfarovadan ümumilikdə 7000 manat pul verib, əşyaları ilə birlikdə ev almışlar, həmin evdə olan bəzi əşyaları kürəkəni Asim istifadə etmədiyi üçün tanımadığı şəxsə satmışdır, lakin nələri hansı qiymətə satması barədə məlumatı yoxdur. Ondan sonra onlar evin həyətinə hasar çəkdirmiş, evin təmir işlərini görmüş, lakin təmir tikinti işlərinə nə qədər pul sərf etdiklərini kürəkəni Asim bilir. Rəqsanə Cəfərova tərəfindən ona 7000 manat məbləğində pul ödənilmişdir.
31. X5 ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında təxminən 1990-cı ildə bir mərtəbəli yaşayış evini tikdirmiş, lakin həmin evin mülkiyyətinə dair rəsmi sənədi yoxdur. 2017-ci ildə maddi vəziyyəti pis olduğu üçün sözügedən fərdi yaşayış evini satışa qoymuşdur. 2017-ci ilin mart ayında ev alqı-satqısı ilə məşğul olan Mircuma adlı şəxs Leyla və Lalə adlı qadınlarla birlikdə satmaq istədiyi fərdi yaşayış evinə gələrək evə baxmaq üçün gəldiklərini bildirmişlər. Həmin şəxslər fərdi yaşayış evinə baxdıqdan sonra evi bəyənərək almaq qərarına gəlmişlər. O, sözügedən fərdi yaşayış evini Laləyə satmağı üçün 10000 manata danışıb ilkin ödəniş kimi 4000 manat, qalan 6000 manata pulu isə hissə-hissə ona ödəyəcəklərini danışıb razılaşmışlar. 18 mart 2017-ci il tarixdə Mircuma Leyla və Lalə adlı qadınlarla yaşadığı evdə görüşərək evi onlara satmağı üçün 4000 manat pulu Lalə adlı qadından almış və ev alqı-satqısı ilə məşğul olan Mircuma özü ilə gətirdiyi beh müqaviləsini imzalmışlar. Bundan sonra Lalə ilə hər ay 300 manat ödəməsi üçün öz aralarında şifahi razılığa gəlmişlər və evin 3 ədəd açarlarından 2 ədədini olnara verib açarın 1 ədədini evdə təmir işləri aparacağını deyib özündə saxlamışdır. Bundan sonra Lalə ona hissə-hissə 5900 manat pul vermiş, Lalə ona sözügedən fərdi yaşayış evini almaq üçün ümumilikdə 9900 manat pul vermişdir. X4 oğlu X2 qeyri rəsmi yaşadığıdır, Rəqsanə sözügedən fərdi yaşayış evini hansı yolla Cavabdeh satması barədə heç bir məlumatı olmamışdır.
32. Qeyd edilən hökmdən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi 2017-ci ildə iddiaçıya satılmış, R.Cəfərova isə evin başqa şəxsə satıldığını bilə-bilə Cavabdeh satmışdır. X4 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən məhkəmə hökmü ilə müəyyən edilən hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır.
34. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.
35. İddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən məişət əşyalarının onun mülkiyyətində olması mübahisəsiz haldır. Mübahisəli fərdi yaşayış evi üzərində isə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin fərdi yaşayış evinin iddiaçı tərəfindən əvəzi ödənilməklə alınması, yaşayış sahəsi kimi istifadə etdiyi həmin evin içərisində ona məxsus olan əşyalarla birlikdə sonradan aldatma yolu ilə cavabdehə 7000 manata satılması, daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs Rəqsanə Cəfərova tərəfindən ona (hazırkı iş üzrə cavabdehə) 7000 manat məbləğində pulun ödənilməsi və həmin şəxsə qarşı onun heç bir şikayəti və tələbinin olmadığını bildirməsi iş materialları ilə müəyyən olunur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malikdir. Əksinə, cavabdehin artıq həmin evə dair hər hansı hüququ mövcud deyildir və evi iddiaçıya qaytarmaması iddiaçını yaşayış sahəsindən məhrum edir.
36. Evdə olan əşyaların Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, olmadığı təqdirdə isə həmin əşyaların dəyərinin alınması ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan ifadəsindən də görünür ki, o, evi əşyalarla birlikdə almış, həmin evdə olan əşyaların bəzilərini kürəkəni satmışdır.
37. Məhkəmə kollegiyasının iclasında da, cavabdeh evi əşyaları ilə birlikdə aldığını bir daha təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi həmin əşyaların, olmadığı təqdirdə isə onların dəyərinin alınması barədə gəldiyi nəticəni əsaslı hesab edir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3200/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.