Məhkəmə qərarları › İş №2(105)-212/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-212/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-212/2025 08.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X21” MMC-nin cavabdehlər Cavabdeh, Bayramova Sevda Şirəli qızına və Quliyev Ramil Rafiq oğluna qarşı, İddiaçı Cavabdeh və Bayramova Sevda Şirəli qızının cavabdeh “X21” MMC-yə qarşı mülki iş üzrə (Açar söz: mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması - mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması - tikinti işlərinin dayandırılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X15 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı “X21” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh hüquqi varisi X6, cavabdeh Bayramova Sevda Şirəli qızının və cavabdeh Quliyev Ramil Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsindən Cavabdeh, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 751/2025 nömrəli qətnaməsindən cavabdeh Bayramova Sevda Şirəli qızı və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnaməsindən cavabdeh Quliyev Ramil Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat 2(060)-6690/2024 saylı mülki iş üzrə

1. İddiaçı “X21” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 4 nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 42 kv.metr sahəsinə 9 kv.metr əlavə edilib yeni tikilən binada sahəsi 51 kv olan 1 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 nömrəli binadan cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı “X21” MMC iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X21” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X21” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh hər ay cəmi 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasınm layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “X21” MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021- ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istisma yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 4 nömrəli mənzilinin sahibi Cavabdeh İddiaçı MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Məsələn Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 4 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh oğlu Nümayəndə MTK-nın rəhbərliyinə ərizə ünvanlayaraq paralimpiyaçı olmasını, idman ustası olmasını nəzərə alaraq ona ümumi sahəsi 42 kv.metr olan mənzilinə görə 250000 manat (mənzilinin 1 kv.mteri üçün 5952 manat) tələb etmişdir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü izah olunsa da o təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzili təhvil verməyəcəyini bildirmidir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur. Qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh “X21” Mənzil Tikinti Kooperativinin ona qarşı iddiasını rədd etməklə ona mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız cavabdehlər bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Halbuki bu binada onların da əmlakları vardır və cavabdehin onları mülkiyyətçi olaraq razı salmadan söküntü işlərinə başlaması onun və ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Bundan başqa bütün şərtlərin cavabdeh tərəfindən onlara diktə edilməsi də müqavilə azadlığı prinsiplərinə ziddir, cavabdeh onun yeganə yaşayış yeri olan mənzilini sökür və əvəzində özünün tikdiyi binadan ona az bir artımla mənzil verir. Halbuki bu razılaşma yalnız qarşılıqlı qaydada ola bilər ki, onlar da onun tikdiyi binadan mənzil almağa razılıq verməmişlər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla tərəflərindən müəyyən bir kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh bu təklilləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadıqları otaqları qəzalı vəziyyətə gətirmiş və binanın dam örtüyü sökülmüşdür. Cavabdeh bu qanunsuz əməllərindən Sumqayıt şəhər İcra hakimiyyətinə şikayət etmiş və verilmiş rəsmi cavab məktubunda icra başçısının müavini bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Lakin belə bir razılığın onunla və ondan başqa bir çox sakinlərlə əldə edilməməsinə baxmayaraq cavabdeh söküntü işlərini aparmış və bu da onların öz evlərində rahatlıqlarını pozmuş, yaşadıqları binanın qəzalı və təhlükəli bir vəziyyətə düşməsinə səbəb olmuşdur. Əvvəlki vəziyyətlə hazırki görünüş arasında olan fərq də cavabdehin bu ərazidə törətdiyi qanunsuzluqlara sübutdur. Bu hərəkət nəinki mülkiyyət hüququna, bir vətəndaş olaraq onların və ailə üzvlərinin yaşayış hüququna müdaxilədir və bu müdaxiləyə son qoyularaq ev əvvəlki vəziyyətinə qaytarılmalı, dam örtüyü bərpa olunmalı və həmin binaya giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilkin iddia təmin edilmiş, Cavabdeh ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddiaçı “X21” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X21” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh hər ay cəmi 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh “X21” Mənzil Tikinti Koperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamı ilə "Mahal Skypark” Mənzil-Tikinti Kooperativinə Suqmayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,58 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazıdəki 16/19 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Hazırda iddiaçı 16/19 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 10-20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 4 saylı mənzilin mülkiyyətçisindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmiş, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, şəhərin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış tikilillərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTKnə həvalə edilmişdir. 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı "Mahal Skypark” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir. Belə ki, ona mülkiyyətində olan mənzilin yaşayış sahəsindən 10-20% əlavə yaşayış təklif olunur. Həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında (25 b) bəhz olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Buna baxmayaraq o, ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edir.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüş, X10 cavabdehin prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh hüquqi varisi X7 münasibətdə iddia tələbinin həcmini artıraraq, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək sahəsi 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil və 20000 (iyirmi min) manat pul verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2(060)-751/2025 saylı mülki iş üzrə

10. İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Bayramova Sevda Şirəli qızının MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Bayramova Sevda Şirəli qızının Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı MMC tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal Skypark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh Bayramova Sevda Şirəli qızına verilməsi, cavabdeh Bayramova Sevda Şirəli qızı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdeh Bayramova Sevda Şirəli qızına hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MMC-yə icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 7 nömrəli mənzilinin sahibi Bayramova Sevda Şirəli qızı adlı şəxs İddiaçı MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqabilində yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb etmişdir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MMC ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MMC-yə təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

12. Bayramova Sevda Şirəli qızı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən Bayramova Sevda Şirəli qızına məxsus 12 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq Bayramova Sevda Şirəli qızına verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Bayramova Sevda Şirəli qızı dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən Bayramova Sevda Şirəli qızına məxsus 7 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq Bayramova Sevda Şirəli qızına verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 evdə 7 №-li mənzili vardır. Cavabdeh tərəfindən qanunsuz söküntü işləri həyata keçirilmişdir. İddiaçı MMC tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. Belə ki, İddiaçı MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzilinin əvəzinə mövcud sahəsindən 20 kv.m artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Baxmayaraq ki, onun mənzili Sumqayıt şəhərinin ən gözəl və bahalı küçəsində yerləşir. Hazırda cavabeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb, söküntü onun mənzilinin divarına çatıb. Qeyd edir ki, binanın sökülən hissəsinin yerində bünövrə qazmağa başlanılmışdır. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. İnsanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. Binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır və bunun nəticəsində xx.xx.2024-cü il tarixdə saat 07:00-09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün İddiaçı MTKnın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. İddiaçı MMC mülki icraat qaydasında İcra Başçısının qanunsuz Sərəncamlarını əsas götürərək ona qarşı mülkiyyətinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də Bayramova Sevda Şirəli qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, cavabdeh Bayramova Sevda Şirəli qızının MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Bayramova Sevda Şirəli qızının Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh Bayramova Sevda Şirəli qızına verilməsi, cavabdeh Bayramova Sevda Şirəli qızının Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən cavabdeh Bayramova Sevda Şirəli qızına hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 40-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 30-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh “Mahal SkyPark" MMC-nin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli – Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanının sakininin müraciəti əsasında toplanmış material üzrə "xxxx" MTK-nın əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

2(060)-450/2025 saylı mülki iş üzrə

17. İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh Quliyev Ramil Rafiq oğluna qarşı «mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 12 nömrəli mənzilinin sahibi Quliyev Ramil Rafiq oğlu adlı şəxs İddiaçı MTK-nın bütün təkliflərindən imtina edərək, mənzilinin MTK-nın sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb edir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Göstərilənlərə əsasən cavabdeh Quliyev Ramil Rafiq oğlunun ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Quliyev Ramil Rafiq oğlunun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “X21" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh Quliyev Ramil Rafiq oğluna verilməsi, cavabdeh Quliyev Ramil Rafiq oğlu Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X21” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Quliyev Ramil Rafiq oğluna hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

19. Daha sonradan iddiaçının əsl iddiaçı ilə əvəz olunması barədə ərizə daxil olaraq bildirilmişdir ki, iş üzrə İddiaçı Mənzil Tikinti Kooperativi İddiaçınə çevrilmiş, bu çevrilmə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən MPM-in 54-cü maddəsinin tələbinə əsasən iddiaçını əsl iddiaçı ilə əvəz edərək, İddiaçı əsl iddiaçı kimi qəbul edilməsi xahiş edilmiş və məhkəmə tərəfindən ərizə təmin olunaraq, əsl İddiaçı əvəz olmuşdur.

20. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Quliyev Ramil Rafiq oğlunun ********** nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Quliyev Ramil Rafiq oğlunun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal Skypark" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “Mahal Skypark" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh Quliyev Ramil Rafiq oğluna verilməsi, cavabdeh Quliyev Ramil Rafiq oğlunun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal Skypark" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Quliyev Ramil Rafiq oğluna hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun təmirli mənzilin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir.

22. Birinci instansiya məhkəmələri öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43, Mənzil Məcəlləsinin 3.1, 5.3, 10, 18, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2025-ci il tarixli, 2(105)-212/2025 nömrəli qərardadı ilə məhkəmənin ayrıca icraatında olan İddiaçı MMCnin cavabdehlər Cavabdeh hüquqi varisi X7, Bayramova Sevda Şirəli qızına və Quliyev Ramil Rafiq oğluna qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, iddiaçının qanunsuz əməlləri nəticəsində cavabdehin artıq mülkiyyətindən məhrum edilməsi faktını görməzdən gələrək, iş üzrə mövcud halları nəzərə almadan qanunun tələblərinə zidd olaraq cavabdehi mülkiyyətindən məhrum etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 bina Nizami və Polad Həşimov küçələrinin kəsişməsində, İcra Hakimiyyətinin binasından 100 metr aralıqda, Sumqayıt şəhərinin tam mərkəzində, ən gözəl və bahalı yerində yerləşir. Nizami küçəsində yol boyunca eyni illərdə tikilən, eyni mərtəbəli, oxşar dam örtüklü və fasadlı binalar sıra ilə düzülməkdədir. Lakin, Sumqayıt İcra Başçısının Sərəncamında və ya iddiaçının iddia tələbində hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi əsaslandırılmır. Məhkəmə isə iddiaçıdan bu barədə heç bir sübut əldə etmədən, işin hallarını tam araşdırmadan qanunsuz qərar qəbul edərək mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır. Ya 16/19 saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. 16/19 saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə nə iddiaçı tərəfindən, nə də müvafiq icra hakimiyyəti tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası X9 Tikintidə X5 Agentliyi tərəfindən verilən cavab məktubunda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülməsi ilə bağlı Fövqalada Hallar Nazirlik tərəfindən heç bir rəyin verilməməsi göstərilmişdir. Deməli, Nizami küçəsində yerləşən məhz 16/19 saylı binanın sökülməsi kimlərəsə daha çox pul qazandırmaq məqsədi daşıyır. Bu hal isə Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarında göstərilən mövqelərinə təmamilə ziddir Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini vurğulamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyət hüquqları məhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamışdır. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın 4 №-li mənzil onun mülkiyyətindədir. Mənzil iki otaqdan ibarətdir. Ailə böyük olduğundan eyvanda artım etmişlər. Tikinti zamanı əraziyə dövlət orqanları gəlib, lakin bu günə qədər həmin artımın sökülməsi barədə göstəriş verilməyib. Həmin mənzildə o, həyat yoldaşı, iki oğlu, oğlunun həyat yoldaşı və onların iki uşağı yaşayırlar. O, hal-hazırda onkolojı xəstə olduğuna görə evdən çölə çıxa bilmir. Bu səbəbdən evin idarəçiliyini etibarnamə ilə oğlu Nümayəndə vermişdir. Həyat yoldaşı təqaüdçüdür, digər oğlu Ramiz isə xəstə doğulduğundan, ona oliqofreniyanın debillik dərəcəsi diaqnozu qoyularaq 3-cü dərəcəli əlillik verilmişdir. Oğlu Nümayəndə də xəstədir. Belə ki, 3-cü dərəcəli gözdən əlildir. Bir gözü görmür, digəri isə zəifdir. xx.xx.2021-ci ildə baş beyin qandövranı pozulması nəticəsində insult keçirdib və nəticədə bədəninin sağ hissəsi iflic olub. Hal-hazırda hərəkətlərində ciddi pozuntu var, yeriməkdə çətinlik çəkir, axsayaraq yeriyir. Oğlu Nümayəndə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə məşğul olmuş, 2005-2017-ci illərdə Azərbaycan Yığma komandasının üzvü olmuşdur. Bütün bunlara baxmayaraq, prezidentin idmançılara qayğısına saymamazlıq edilərək, sakinlərlə razılıq əldə edilmədən övladlarının doğulub boya-başa çatdığı evindən hazırda onu və ailə üzvlərini çıxarmaq istəyirlər. İddiaçı MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 350 manat verməklə kirayədə yaşamalı olduqlarını, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzilinin əvəzinə mövcud sahəsindən 20 kvadrat artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Hətta, artıq binanın yarısını söküb yaşamaq üçün yararsız vəziyyətə salıblar. Azərbaycan Respublikası adını dəfələrə xarici ölkələrdə bayrağı yüksəldən, hazırda əlil olan vətəndaşın, müxtəlif xəstəlikləri olan yeddi nəfərdən ibarət olan ailənin, özüdə xəstəliyinə görə evdən çölə çıxa bilməyən vətəndaşın 20 kvadrat artıq, neçənci mərtəbədə yerləşəcəyi bilinməyən mənzil veriləcəyi nə mütənasibliyin qorunması, nə də layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Hətta birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsində əlil olan vətəndaşların, müvafiq xəstəlikləri olan yeddi nəfərdən ibarət ailənin yaşadıqları mənzildən 350 manat kirayə haqqı ödənilməklə çıxarılması, onların sosial durumu, gediş-gəlişi, binanın tikilmə müddəti boyunca çəkəcəkləri maddi və mənəvi əziyyətləri nəzərə alınmamışdır. Hamıya aydır ki, sağlamlıq imkanları məhdud olan şəxslərin daha çox qayğıya, daha çox köməyə ehtiyacı vardır. Hər bir sağlamlıq imkanı məhdud olan şəxsin sosial adaptasiyası çətin və fərqli olur. Yaşadıqları 3 mərtləbədən 2 dəhlizdən ibarət olan binada qonşularla münasibətləri doğmalaşmışdır. Onları olduqları kimi qəbul etmiş, hörmətlə yanaşırdılar. Kirayələrdə yaşadıqları zaman digər sakinlərdən oxşar münasibətləri görəcəkləri sual altındadır. Ümumiyyətlə xəstə olduğundan çölə çıxa bilmir. Oğlunun hər ikisidə əlildir. Mövcud vəziyyətə əlaqədar onu və evdə olan əşyaları bir mənzildən digərinə, sonra yenidən başqa, birinə, daşıyacaq nə halda deyil, nə imkanları yoxdur, nə də səhhətləri nəzərə alaraq bunu edəcək kimsələr vardır. Tikiləcək 15 mərtəbəli binada da eyni suallar, eyni vəziyyətlə qarşılaşacaqlar. Bundan başqa, məhkəmə qərar qəbul edərkən mənzilinin yerləşmə mərtəbəsini nəzərə almamışdır. Sözü gedən əmlakı 16/19 saylı binanın 2-ci mərtəbəsində yerləşir. Həmin əmlakın təyinatını gələcəkdə dəyişərək icarəyə vermək və ya şəxsi sahibkarlıq fəaliyyəti üçün istifadə etmək hüquqları vardır. Lakin, iddiaçı tərəfindən binanın yerində tikəcəyi 15 mərtəbəli binada hansı mərtəbədə mənzil verilməsi göstərilməmişdir. Məhkəmə qərarında da bu hal nəzərə alınmamışdır. Bu isə məhkəmə qərarı ilə mülkiyyət hüququ məhdudlaşdırılarkən mütənasibliyin qorunmamasına, konstitusion hüququnun mahiyyətinin dəyişməsinə gətirib çıxarmışdır. Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19 saylı bina çoxmənzilli binadır. Həmin binanın sökülməsi yalnız sakinlərin hamısı ilə razılıq alınmasından sonra həyata keçirilə bilərdi. Bu barədə İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli Sərəncamının 7-ci maddəsində də göstərilmişdir. Həmin maddədə göstərilir ki, MAHAL SKYPARK” MTK tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilsin. Buna baxmayaraq, iddiaçı özbaşınalıq edərək, yekun məhkəmə qərarı olmadan mülkiyyətə qəsd etmiş, sakinlər yaşayan binanın, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə bir hissəsini sökmüşdür. Məhkəmə isə qeyd olunan qanunusuzluqlara ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə ziddir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tələbinin əsaslandırlmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinə onun icarə hüququ bina çoxmənzilli olduğundan bütün sakinlərlə razılaşma əldə etdikdən və dövlət qeydiyyatına alındıqdan sonra verilə bilər. Əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini İddiaçı MTKya icarəyə verilməsi qanunsuzdur. Çünki, Mənzil Məcəlləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilir. Daha sonra göstərilir ki, qeyd olunan maddələrdə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini sakinlərin razılığı və məhkəmə qərarı olmadan tikinti şirkətinin istifadəsinə verə bilməzdi. İcra Başçısının qeyd olunan sərəncamı onun tərəfindən inzibati qaydada mübahisləndirilməkdədir. Müraciət 2-1(118)6836/2024 nömrə ilə qeydiyyata alınmış və iş icraata götürülmüşdür. Bu barədə məhkəməyə də məlumat verilmiş, inzibati icraat qaydasında yekun məhkəmə qərarının nəticəsi əldə olunana qədər icraatın dayandırılması istənilmişdir. Lakin, məhkəmə vəsatəti təmin etməmişdir. Hazırda çoxmənzilli binada ümumi mülkiyyət obyektlərin digər şəxslərin istifadəsinə verilə bilməsi barədə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qərar qəbul edilməmiş, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilməmiş, nəhayət iddiaçının cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsinə dair qanunsuz tələbi üzrə çıxarılmış əsassız məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. İkincisi, daşınmaz əmlak üzərində istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməlidir (MM 139.1-ci maddəsi). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (MM 146.1-ci maddəsi). Lakin cavabdeh bu barədə məhkəməyə sübut təqdim etməmiş, təqdim edə də bilməzdi. İş materiallarına əlavə edilən İcra Başçısının torpağın icarəyə verilməsinə dair Sərəncamı isə qanunsuz olduğuna görə mübahisələndirilmişdir. Üçüncüsü, iddia tələbində iddiaçı göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Lakin iddiaçının dəlil kimi göstərdiyi bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqaviləsinin mövcudluğunu təsdiqləyən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, sakinlərin yaşadığı binanın nə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 2.99 ha, nə də 5.58 ha torpaq sahəsində yerləşməsi barədə iş materiallarında məlumat yoxdur. Bu barədə məhkəmədə sual da yaranmamış, məhkəmə tərəfindən müvafiq mütəxəssislərin çağırılaraq mübahisənin müəyyən olunması həyata keçirilməmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan maddi normalara əməl etməyərək yalnız İcra Başçısının Sərəncamını əsas tutaraq binanı artıq sökərək yaşamaq üçün iflic vəziyyətinə salmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz saymalı olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehi Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququndan pozmuşdur. İlk növbədə Sumqayıt İcra Başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. Belə ki, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Lakin məmurlar və məhkəmə tərəfindən qanunsuz əsaslarla mülkiyyətçilərin əlindən qanuni hüquqları alınmışdır. Məhkəmə ədaləti bərpa etmək əvəzinə onu pozmuşdur. Qeyd olunan maddədə qəza vəziyyəti və digər səbəblərdən binanın sökülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin məhkəməyə müraciət etməsi göstərildiyi halda, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qeyd olunan hallara qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. İcra Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli Sərəncamında mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların sökülməsi göstərilir. İddia tələbində isə Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ-nin mühəndisləri E.Abdullayev, C.Qurbanov, A.Yusifovun iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəy əlavə edilmişdir. Həmin rəydə aşağıdakılar göstərilmişdir: Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etmədiyindən normanın tələbləri İcra Hakimiyyəti tərəfindən pozulmuş, məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. 16/19 saylı binanın sakinləri binanın qəzalı olması səbəbi ilə yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün ərizə ilə heç kimə müraciət etməmişdir, çünki bina qəzalı olmamış, qəzalı olubsa da bu barədə onlara hər-hansı səlahiyyətli orqan tərəfindən məlumat verməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 272 №li 24 may 2010-cu il tarixli Fərmanının 1.6-cı bəndinə görə isə həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti normada nəzərdə tutulan prosedura əməl etməyərək 16/19 saylı yaşayış binasının qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyn tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yeindən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırlması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin qərar qəbul olunmamış, nə də iş materiallarında məhkəməyə müraciətlə bağlı məlumat yoxdur. Hər bir halda mülkiyyətçinin əmlakının İcra Hakimiyyəti tərəfindən MTK-ya verilməsi heç bir qanunda nəzərdə tutulmamışdır. Yuxarıda şərh olunanlardan görünüyü kimi mənzil olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət etməmiş, onlardan başqa hər-hansı orqanı tərəfindən də məhkəməyə müraciət olunmamış, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imitna etməmiş, o cümlədən 16/19 saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilməmişdir. Bu barədə də nə iddiaçı, nə hər hansı maraqlı şəxs məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, hazırda iş materiallarında müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunmamışdır. Bu gün üçün 16/19 saylı yaşayış binasının təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşməsi barədə sübut yoxdur. Onun təmiri (bərpası) barədə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul etməmişdir. Hazırda 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılması barədə məhkəmə qərarı olmadığına görə həmçinin 28.6, 28.7-ci maddələrində də göstərilən halların şərhinə ehtiyac yoxdur. Qeyd olunan normalardan görünür ki, 16/19 saylı binanın qəzalı olması səbəbi ilə bərpası (sökülməsi) yuxarıdakı qaydalara` əsasən həyata keçirilməli idi. Lakin, hər bir halda, sözü gedən binanın bərpasını nə şəhər icra hakimiyyəti, nə də tikinti şirkəti məhkəmə qərarı olmadan həyata keçirə bilməzdi. Hazırda məhkəmə qərarı olmadığı halda iddiaçı (həmçinin Sərəncam vermiş İcra Hakimiyyəti) faktiki olaraq onları mülkiyyətlərindən məhrum etmişdir. Azərbaycan Respublikasının qanunlarında isə bununla bağlı əminli mexanizm olduğu halda nimzamnamə kapitalı 100 manat “X21” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin işi məlum olmayan yollarla öz öhdəsinə götürmüş, məhkəmə qərarı olmadan insanların həyatını və sağlamlığını təhlükə altına ataraq yaşayış olan binanı sökərək yaşayış üçün yararsız vəziyyətə salmışdır. Birinci instansiya məhkəməsi isə qanuna zidd qərarı ilə onun və ailəsinin mülkiyyət hüquqlarını pozmuşdur. Ümumiyyətlə məhkəmənin mövqeyi ağıla sığmır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinin cavabdeh tərəfindən pozulduğunu görmüş, buna baxmayaraq qanuna zidd qərar qəbul etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzil onun tam mülkiyyətindədir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Lakin yaranan mübahisə üzrə gördüyü odur ki, bütün şərtlər cavabdeh tərəfindən diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. İddiaçı yeganə yaşayış yeri olan mənzili sökür və əvəzində özünün tikdiyi 15 mərtəbəli binadan az bir artımla mənzil verəcəyini deyir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada ola bilər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar, bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla əmlakın əvəzində haqlı olaraq istədiyi müəyyən məbləğ bildirilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadığı otaqları qəzalı vəziyyətə gətirmişdir. Eyni zamanda, yuxarıda qeyd etdiyi kimi Sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə qeyd olunan halları nəzərə almadan mülkiyyət hüquqların pozmuşdur. Belə ki, mənzil mülkiyyətçilərinin 16/19 saylı binanın qəzalı olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət edilmədiyini, onlardan başqa hərhansı orqan tərəfindən də məhkəməyə müraciət olunmadığını, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imitna etmədiyini, o cümlədən 16/19 saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilmədiyini məhkəmə görməzdən gəlmiş, qanunsuz iddia tələbini təmin etmişdir. Eyni zamanda məhkəmə, iş materiallarında olan İcra Başçısının Sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin məktubunu, cavabdehlərin dəlillərini əlaqəli şəkildə qiymətləndirmədən qərar qəbul etmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün İddiaçı MTK-nın icazəsinin olub-olmamasını aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə tərəfimizdən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. İddiaçının təqdim etdiyi texniki rəydə binanın qəzalı olması göstərilsə də Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binada yaşayışın təhlükəli olması və mümkün olmaması barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə məhkəmədə bildirmişdir ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız tikinti şirkəti bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Göründüyü kimi məhkəmə qeyd olunan sübutları qiymətləndirmədən qərar qəbul etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsinin hansı yollarla İddiaçı MTK-nın öhdəliyinə verilməsini, həmin şirkətin bu işləri görməyə lazımi vəsaitinin olub-olmamasını, hazırda qeyd olunan torpaq sahəsinin altında yerləşən torpağa istifadə hüquqlarının dövlət qeydiyatına alınıb-alınmamasını, iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanı məhkəmə qərarı olmadan sökməsinin qanuniliyini, 350 manat kirayə pulunun mənzillərindən çıxarılan sakinlərin eyni şəraitdə yaşamasına bəs edəcəyini, çıxarılacaq sakinlərin hazırda sağlamlıq vəziyyətinin onların kirayədə yaşamasına imkan verib-verməməsini və s. halları müəyyən etməmişdir. Halbuki göstərilən hallar tərəflər arasında yaranan mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edir. Bu halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarmışdır. Qeyd olunan hallarla bağlı yuxarıda ətraflı məlumat göstərilmiş, məhkəmənin qərarının qanunsuz olması həmin hallarla öz əksini tapmışdır. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmışdır, çünki yuxarıda da qeyd etdiyi kimi mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkədə 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi sakinlərin mülkiyyət hüquqlarını pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etməsi onun hazırki işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq onun azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq da hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan olan qanunu tətbiq etməmiş, Azərbaycan Respublikasının qanunlarında bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli mexanizmi nəzərdə tutan normalardan fərqli qanunlara istinad etmişdir. Qarşılıqlı iddia ərizəsində cavabdeh yaşadığı binanın heç vaxt qəzalı vəziyyətdə olmadığını, yalnız qarşılıqlı iddia üzrə cavabdehin bu binada yaşayan bütün sakinlərlə razılaşmadan söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala saldığını göstərmişdir. İş materiallarından da göründüyü kimi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binada sakinlər təhlükəli vəziyyətə gətirilənə qədər və hazırda da yaşamağa davam edir. O, yeddi nəfərdən ibarət ailəsi ilə birlikdə həmin binanın 4 №-li mənzilində yaşayır. Bir sözlə binanın qəzalı olması barədə iddiaçının irəli sürdüyü dəlil faktiki hallara uyğun deyil. Bəli, iş materiallarında texniki rəy mövcuddur. Lakin, həmin rəydə, tikinti şirkətinin binanı qəzalı vəziyyətə gətirməyindən əvvəlki vəziyyətində, binada yaşamağın təhlükəli olması, sakinlərin dərhal mənzillərindən çıxarılması barədə heç bir məlumat yoxdur. Bununla bərabər yuxarıda da qeyd etdiyimiz kimi Nizami küçəsi boyunca eyni illərdə, eyni mərtəbəli, oxşar fasadlı və damlı binalar mövcuddur. Beləliklə, tərəfindən qeyd olunan hallar qanunla göstərilən sübutlarla təsdiq edilir, qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar isə qeyrimötəbər, ziddiyyətlidir. Məhkəmə qətnamədə qeyd qeyd edir ki, iddiaçı "Mahal Citypark” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Məhkəmənin bu nəticəsi heç bir məntiqə, heç bir qanuna sığmır. Çünki, məhkəmənin tikinti şirkəti tərəfindən cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif etməsi barədə qeydi sadəcə məhkəmənin mülahizəsindən ibarətdir. Əvvəla yuxarıda qeyd olunduğu kimi Sərəncamın verilməsi qanunun tələblərinə ziddir. Sərəncamın etibarsızlığı ilə bağlı inzibati məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə həmin işin nəticəsini gözləmədən qərar qəbul etmişdir. Daha sonra, birinci instansiya məhkəməsi qeyd edir ki, 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Məhkəmənin bu mövqeyi də heç bir məntiqə sığmır və qanuna əsaslanmır. Yuxarıda qeyd olunan əmlak tam mülkiyyətindədir. həmin əmlaka istədiyi kimi sərəncam vermək hüququndadır. Mülkiyyətçinin öz əmlakını istədiyi qiymətə satması suiistifadə kimi qiymətləndirilə bilməz. Aydın məsələdir ki, tikinti şirkəti həmin binanın yerində 15 mərtəbəli bina tikib oradakı mənzilləri istədiyi qiymətə satacaq. Onda belə çıxır ki, tikinti şirkəti də hüquqlarından sui-istifadə edəcək. Respublikada olan təcrübəyə əsasən tikinti şirkətləri binaları tiktikdən sonra onları daha baha qiymətə satıb gəlir əldə edir. Bəzən isə bir mənzili 2 və ya 3 nəfərə satır. Bu halların qarşısını almaq əvəzinə məhkəmə mülkiyyətçilərin hüququnu pozaraq 100 manat nizamnamə kapitalı olan tikinti şirkətinə milyonlarla manata başa gələcək öhdəliyi tapşırır. Göründüyü kimi məhkəmə şikayətdə qeyd edilən dəlillər məcmusunda, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

26. Cavabdeh Bayramova Sevda Şirəli qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 bina Nizami və Polad Həşimov küçələrinin kəsişməsində, İcra Hakimiyyətinin binasından 100 metr aralıqda, Sumqayıt şəhərinin tam mərkəzində, ən gözəl və bahalı yerində yerləşir. Nizami küçəsində yol boyunca eyni illərdə tikilən, eyni mərtəbəli, oxşar dam örtüklü və fasadlı binalar sıra ilə düzülməkdədir. Lakin, Sumqayıt İcra Başçısının Sərəncamında və ya iddiaçının iddia tələbində nə hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi əsaslandırılmır, nə də bu barədə məhkəmə araşdırma aparmamışdır. Halbuki bu məsələ dəfələrlə məhkəmə baxışında səsləndirilmiş və araşdırılması üçün müvafiq vəsatətlər verilmişdir. İlk növbədə Sumqayıt İcra Hakimiyyətinə vəkil sorğusu göndərilmişdir. Cavab verilmədiyindən məhkəməyə texniki-tikinti ekspertizasının keçirilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən vəsatəti təmin etməmiş, nəticədə hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi müəyyən olunmamışdır. Daha sonra isə İcra Hakimiyyətinin verdiyi cavabda hazırda işin məhkəmədə olması ilə əlaqədar sorğununun cavablandırılmasının qeyri-mümkünlüyü göstərilmişdir. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır. Ya 16/19 saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. 16/19 saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə iş materiallarında heç bir sübut yoxdur. Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; sakinlərin təcili olaraq binadan çıxarılması; binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; binaya girişin qadağan edilməsi; binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi vacib məsələlər məhkəmə tərəfindən yoxlanılmamışdır. Halbuki həm iddiaçının tələbi, həm də İcra Hakimiyyətinin Sərəncamı binanın sökülməsinin qəzalı olması ilə əsaslandırılmışdır. MMC-nin qanunsuz əməlləri barədə bina sakinləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. Daha sonra sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikası Fövqəlada hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi barədə 318-2/2- 10325/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu məhkəməyə təqdim edilmişdir. Bundan sonra 16/19 saylı binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qaldığından 05 dekabr 2024-cü il tarixdə saat 07:00-09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Bununla bağlı polis, prokurorluq orqanlarına, Fövqəladə Hallar Nazirliyinə, televiziya kanallarına bina sakinləri tərəfindən müraciət olunmuşdur. Yaşayış binalarının sökülməsini tənzimləyən Mənzil Məcəlləsinin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və y a ) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq (mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi tərəfindən) verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 16/19 saylı binanın sakinləri binanın qəzalı olması səbəbi ilə yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün ərizə ilə heç kimə müraciət etməmişdir, çünki bina qəzalı olmamış, qəzalı olubsa da bu barədə onlara hərhansı səlahiyyətli orqan tərəfindən məlumat verilməmişdir. Hətta binada qanunsuz söküntü işləri aparılmasından bir il əvvəl binanın dam örtüyü dəyişdirilərək təmir işləri aparılmışdır. Mənzil Məcəlləsinin 28.3-cü maddəsində göstərilir ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İcrasının Təmin Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin 272 №-li 24 may 2010-cu il tarixli Fərmanının 1.6-cı bəndinə görə isə həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti sərəncam verməmişdən əvvəl normada nəzərdə tutulan prosedura əməl etməyərək guya qəza vəziyyətində olan 16/19 saylı yaşayış binasının təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyin tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yenidən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırılması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin nə hər hansı bir şəxs tərəfindən məhkəməyə belə tələblə müraciət edilmiş, nə də təmir üçün ağlabatan müddət barədə qərar qəbul edilmişdir. İş materiallarında da bu barədə sübut yoxdur. Əksinə yuxarıda da qeyd etdiyi kimi Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən verilən 318-2/2-10325/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsini göstərilmişdir. Buna baxmayaraq, İddiaçı MMC öz qanunsuz əməllərinə davam etdiyindən və qanunsuz söküntünü Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli, xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamlarına əsasən aparmasını bildirdiyindən o və həmin binada hazırda yaşayan digər 6 mülkiyyətçi Sumqayıt Şəhər İcra Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli, xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamlarının ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əməl olunmamasından aydın olur ki, Nizami küçəsində yerləşən məhz 16/19 saylı binanın sökülməsi qəza səbəbi ilə deyil, kimlərəsə daha çox pul qazandırmaq məqsədi ilə həyata keçirilməkdədir. Qanunvericiliyin normalarına əməl olunmadan 16/19 saylı binanın sökülməsi və mülkiyyətçilərin yaşayışını təhlükə altına ataraq məcburi qaydada onların mülkiyyət hüquqlarına xitam verilməsi Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarında göstərilən mövqelərinə tamamilə ziddir. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini, əsas olaraq isə mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunçuluğun tələbinə cavab verməli olduğunu vurğulamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyət hüquqlarıməhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamış, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyi yerinə yetirilməmişdir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın 7 №-li mənzil onun tam mülkiyyətindədir. İddiaçı MMC-nin əməkdaşları ərək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada az artımla mənzil veriləcəyini bildiriblər. Binanın yerləşdiyi yer, mənzilin təmiri üçün qoyulan vəsait, yerləşdiyi mərtəbə, qeyriyaşayış obyekti olaraq istifadə edilməsi, ailə vəziyyəti və s. hallar nəzərə alınmaqla haqlı olaraq tərəfindən mənzilin əvəzinə müvafiq kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçı təkliflə razılaşmamış, binanı sökməyə başlamışdır. İddiaçı MMC-nin Bakı və digər şəhərlərdə həyata keçirdiyi tikinti işlərindən narazı qalan sakinlərin əziyyət çəkməsini, o cümlədən razılığı olmadan, heç bir məhkəmə qərarı olmadan binanı sökərək mülkiyyətini yarasız vəziyyətə salmalarını nəzərə alaraq 7 №-li mənzilin mülkiyyətçisi olaraq qanunla ona verilən hüquqlarından istifadə edərək yalnız kompensasiya qarşılığında mənzilini verəcəyən bildirsə də məhkəmə qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin bu mövqeyi isə yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin qərarlarında qeyd edilən mütənasibliyin qorunması, layiqli həyat səviyyəsinin yaxşılaşdırılması deyil. Bütün bunlar Konstitusion hüququnun pozulmasıdır. Həmin mənzili müvafiq dövlət orqanlarından icazə alaraq qeyri-yaşayış obyekti kimi istifadə edirdi. Lakin cavabdeh artıq 1 il 6 aydır ki obyektin önünü hasarla bağlamış, əvvəlki təyinatı üzrə istifadə edilməsini məhdudlaşdırmışdır. Bundan başqa, yuxarıda da qeyd etdiyi kimi cavabdeh binanı qanunsuz sökdüyündən bina tamamilə qəzalı vəziyyətə düşmüşdür. Qeyd olunan səbəblərdən artıq 1 il 6 aydır ki həmin obyekti nə icarəyə verə bilir, nə də istifadə edə bilir. Bu səbəbdən həm gəlirindən, həm də əmlakından məhrum olmuşdur. 7 №-li mənzili 16/19 saylı binanın birinci mərtəbəsində Nizami küçəsinə baxan hissəsində yerləşdiyindən, həmin ərazidə hazırda obyektlərin 1 kv.m sahəsinə olan qiyməti 10000 manat təşkil edir. Buna baxmayaraq cavabdeh ədalətsiz olaraq ona 400 manat verməklə tikəcəyi 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində mənzil verməklə hüquqlarından məhrum etmək istəyir. Göründüyü kimi sözügedən əmlakı faktiki olaraq qeyri-yaşayış obyekti olaraq istifadə etmişdir. Bu səbəbdəndir ki, mənzilinin əvəzinə də qeyri-yaşayış obyektinin və ya qeyri-yaşayış obyektinə münasibətdə bazar qiyməti müəyyən edilməklə müvafiq məbləğin verilməsini iddiaçıya təklif etmişdir. Lakin iddiaçı bununla razılaşmamışdır. Lakin məhkəmənin qanunsuz qətnaməsi ilə mülkiyyət hüququ ədalətsiz şəkildə alınmışdır, birinci mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin əvəzinə yeni tikiləcək 15 mərtəbəli binada hansı mərtəbədə bilinməyən mənzil veriləcəyi qət olunmuşdur. Bu isə məhkəmə qərarı ilə mülkiyyət hüququ məhdudlaşdırılarkən mütənasibliyin qorunmamasına, konstitusion hüququnun mahiyyətinin dəyişməsinə gətirib çıxarmışdır. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüququnu məhdudlaşdırarkən istinad olunan normanı nəzərə almamışdır. Məhkəmə belə fikir irəli sürə bilər ki, hazırda həmin mənzil qeyri-yaşayış sahəsinə çevrilməmişdir. Lakin məhkəmənin diqqətinə təkrar olaraq çatdırır ki, həmin mənzil söküntü işləri başlayana qədər sahibkarlıq fəaliyyəti üçün istifadə olunmuşdur. Yəni mülkiyyətçinin həmin hüquqdan istifadəsinin “gözləntisi” olmuşdur. Aydın məsələdir ki, tikiləcək 15 mərtəbəli binanın 1 və 2-ci mərtəbələri qeyri-yaşayış obyekti olaraq istifadə ediləcək. Bu isə 16/19 saylı binanın 1-ci mərtəbəsində yerləşən 7 saylı mənzilin mülkiyyətçisinə eyni mərtəbədə mənzilin verilməməsi deməkdir. Bu isə Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilən hüquqi mövqeyə ziddir. Oxşar iş üzrə Ali Məhkəmənin 2(102)-2923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 43cü bəndində Məhkəmə Kollegiyası bildirmişdir ki, “bu mənada, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılan qətnaməsində mənzilinin sökülməsi əvəzində cavabdehə iddiaçı MMC tərəfindən ünvan 3 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzilin verilməsi qət olunmuş, lakin həmin mənzilin inşa ediləcək hansı binada (tikinti ilə bağlı iş materiallarında rəsmi sənədlərdə yaşayış binalarından bəhs olunur), hansı girişdə, hansı mərtəbədə olması, mənzilin hansı tərəfə baxdığı göstərilməmişdir. İşdən və qətnamələrdən məlum olmur ki, ümumiyyətlə, həmin binada (binalarda) 477 kv.m. sahəyə malik mənzilin mövcudluğu nəzərdə tutulmuşdurmu. Məhkəmə Kollegiyası həmin qərarın əsaslandırılmasında “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinad etmiş və qərarın 47c i bəndinə bildirmişdir ki, bu baxımdan, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.Məhkəmə Kollegiyası qərarın 49-cu bəndində həmçinin əsaslı olaraq vurğulamışdır ki, kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər. İddiaçı MMC 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün 24 ay vaxt müəyyən etmişdir. Lakin nəzərə alınsa ki hazırda binanın 8 mülkiyyətçisi tikinti şirkəti ilə razılaşmadığından məhkəmələrə müraciət etmişlər və həmin məhkəmə prosesləri uzun müddət vaxt çəkə bilər və ya mülkiyyətçilərin xeyrinə qərar qəbul edilə bilər, belə olduğu halda həmin binanın tikilməsi daha uzun müddətə başa gələ bilər. Bu halları isə məhkəmə nəzərə almamışdır. Mübahisənin hazırkı vəziyyətə çatmasına həmçinin mübahisləndirilən qanunsuz məhkəmə qətnaməsi olmuşdur. Çünki, məhkəmə qəzalı vəziyyətdə olan binanın təmiri, bərpası və ya yenidən qurulması ilə bağlı qanunvericilikdə dəqiq tələblərin olmasına baxmayaraq, İddiaçı MMC tərəfindən həmin normalara əməl olunmamasına göz yummuş, işə formal yanaşaraq əsassız və qanunsuz qətnamə çıxarmış, nəticə şikayətdə göstərilən pozuntular səbəbindən hazırda çıxılmaz vəziyyət yaranmışdır. Yəni, 16/19 saylı çoxmənzilli bina artıq qanunsuz olaraq sökülmüş, mülkiyyət yararsız vəziyyətə salınmış, orada yaşayan sakinlərin həyatına təhlükə yaradılmış, dövlət orqanları və məhkəmələr isə mülkiyyətçilərin hüquqlarını bərpa etmək əvəzinə, binanın artıq söküldüyünü əsas gətirərək, onun və tikinti şirkəti ilə barışmayan digər 7 sakinin də ailələri ilə birlikdə iradələrinə zidd olaraq mülkiyyətlərini boşaltmaqları barədə qərar və qətnamə çıxararaq işi qısa və qanuna uyğun sonlandırmaq əvəzinə qanunsuz yarı sökülən binanın məhvinə yönələn tikinti şirkətinin qanunsuz hərəkətlərinə şərait yaratmaqla mülkiyyətçilərin vəziyyətini daha da çətinləşdirmişlər. Halbuki məhkəmə qanunvercilikdə müəyyən olunmuş tələbləri üstün tutaraq iddianı rədd etsəydi, 100 manat nizamnamə kapitalı olan İddiaçı tikinti şirkəti qanunsuz sərəncamda göstərildiyi kimi ya onunla razılığa gələcəkdi, ya da bütün mülkiyyətçilərlə razılaşa biləcək, binanı qanunlara əməl edilməklə söküb yerində yenisini tikməyə qadir olan çoxsaylı tikinti şirkətlərindən biri həyata keçirəcəkdi. İddiaçı tələbinin əsaslandırılmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri, 4-cü məhəllədəki 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsini qanunsuz hesab etdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamını inzibati qaydada mübahisləndirmişdir. Bununla bağlı mülki icraat qaydasında işin inzibati icraat üzrə yekun məhkəmə qərarı çıxarılana qədər dayandırılmasını xahiş etmişdir. Vəsatətdə həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi, qeyd edilən ərazidə İddiaçı MMC tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 05 sentyabr 2024-cü il tarixli 0802 saylı “Qərar” verilməsini və işlərin dayandırılması barədə Azərbaycan Respublikası X9 Tikintidə X5 Agentliyi tərəfindən verilən 3-18-2/2-10325/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-18-2/2-13885/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-18-2/2-Q-9909/2-42/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktublarının təqdim olunmasını, bundan sonra iddiaçı hansısa yollarla 2-3 gün ərzində ərazidə tikinti işlərinin aparılması üçün icazə sənədi almasını, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsi ilə obyektlərin həm söküntüsünə, həm də tikintisinə icazə tələb olunmasını, İddiaçı MMC-nin isə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 16/19 saylı binanın sökülməsi üçün icazə sənədinin olmamasını bildirsə də məhkəmə icraatı dayandırmamışdır. “MAHAL SKYPARK MMC isə qanunsuz əməllərinə davam edərək binanı sökməyə davam etmişdir. Məhkəmənin bu yanaşmasını kobud prosessual pozuntu və cinayət törədilməsinə şərait yaradılması kimi qəbul edir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsinin qanuni olub-olmamasını dəqiqləşdirmək üçün üçüncü şəxs kimi Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə qanunsuz qətnamə qəbul etməsi üçün həmin vəsatəti də heç bir əsas göstərmədən təmin etməmişdir. Ümumiyyətlə məhkəmə ən azından vəkili tərəfindən verilən əsaslı vəsatətləri təmin edərək ədaləti bərpa etməli idi. Lakin məhkəmə qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə onu mülkiyyətidən qanunsuz olaraq məhrum etmişdir. İlk növbədə Sumqayıt İcra Başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini İddiaçı MTK-ya icarəyə verməsinin qanunsuz olmasını həmçinin aşağıdakı hallar sübut edir. Mənzil Məcəlləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilərək göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini sakinlərin razılığı və məhkəmə qərarı olmadan tikinti şirkətinin istifadəsinə verə bilməzdi. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İcra Başçısının qeyd olunan sərəncamı mənim və digər razılaşmayan sakinlər tərəfindən inzibati qaydada mübahisləndirilməkdədir. Müraciət qeydiyyata alınmış və iş icraata götürülmüşdür.Hazırda çoxmənzilli binada ümumi mülkiyyət obyektlərin digər şəxslərin istifadəsinə verilə bilməsi barədə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qərar qəbul edilməmiş, iddiaçı ilə mənim aramda razılıq əldə edilməmiş, nəhayət iddiaçının mənim mülkiyyət hüquqlarıma xitam verilməsinə dair qanunsuz tələbi üzrə çıxarılmış qanunsuz məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. İkincisi, daşınmaz əmlak üzərində istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməlidir (MM 139.1-ci maddəsi). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (MM 146.1-ci maddəsi). Lakin iddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmiş, təqdim edə də bilməzdi. İş materiallarına əlavə edilən İcra Başçısının torpağın icarəyə verilməsinə dair Sərəncamı isə qanunsuz olduğuna görə mübahisələndirilmişdir. Məhkəmə göstərilən hallara toxunmamış, müvafiq mütəxəssislərin cəlb edilərək mübahisənin düzgün həll edilməsini həyata keçirməmişdir. Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, üçüncü şəxs qismində Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin işə cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. İddiaçı qeyd olunan maddi normalara əməl etməyən Sumqayıt İcra Başçısının Sərəncamını əsas tutaraq, icazəsi olmadan binanı artıq sökərək yaşamaq üçün iflic vəziyyətə salmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz hesab edib iddianı rədd etməli olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehin Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququnu pozmuşdur. İstənilən tərəfdən müzakirə etdikdə yaranan mübahisənin Məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim edilən dövlət və bələdiyyə torpaqlarının iddiaçıya verilməsi barədə əsassız və qanunsuz “sübutlara” istinad edərək, qanunvericiliyin bununla bağlı dəqiq müəyyən edilmiş tələblərini, beləliklə də mənim mülkiyyət, hüquqlarımın məhkəmə müdafiəsi kimi Konstitusion hüquqlarımı kobud şəkildə pozmuşdur. Bundan başqa İddiaçı MTK İddiaçı MMC-nə çevrilməsi tərəflər arasında yaranacaq hüquqi münasibətlərin tamamilə dəyişməsini göstərir. Əgər 16/19 saylı binanın sakinləri İddiaçı MTK ilə bağladıqları müqavilələri üzvlük əsasında bağlamışlarsa, İddiaçı MMC ilə bu münasibətlər öz hüquqi qüvvəsini itirir. Belə olan halda 16/19 saylı binanın sakinləri İddiaçı MMC ilə bu münasibətlərini Mülki Məcəllənin 6.1-ci maddəsində göstərilən prinsiplər nəzərə alınmaqla podrat müqaviləsi əsasında qurmalıdırlar. Bu münasibətlərin də tənzimlənməsi qaydası Mənzil Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Lakin, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli binanın sakinlərinin razılığı olmadan, qanunvericiliklə onlara qoyulan müvafiq qadağalara əks olaraq, Sumqayıt İcra Hakimiyyəti 16/19 saylı çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini üzvləri məlum olmayan İddiaçı Mənzil Tikinti Kooperativinə vermiş, o da öz növbəsində hazırda hüquqlarından sui-istifadə edərək Kooperativin təşkilati-hüquqi formasının Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişərək çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin qanunla göstərilən hüquqlarını pozmuş, pozmaqda da davam edir. Hazırda iddiaçının tələbinə görə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli bina sökülərək yeni layihə əsasında qurulmalıdır. Lakin, bu layihənin həyata keçirilməsi qeyd olunan normaya zidd həyata keçirilməkdədir. Çünki, bu yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmamışdır. Qeyd olunan halları isə məhkəmə nə araşdırmış, nə də qətnamədə onlara müvafiq qiymət verməmişdir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti normada nəzərdə tutulan tələblərə əməl etməyərək 16/19 saylı yaşayış binasının qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyin tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yenidən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırılması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin iş materiallarında nə məhkəməyə müraciətlə bağlı məlumat, nə də məhkəmə tərəfindən qəbul edilmiş belə qərar var. Bundan əlavə, hazırda iş materiallarında müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla 16/19 saylı yaşayış binasının təmirini həyata keçirmək üçün açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 272 №-li 24 may 2010-cu il tarixli Fərmanının 1.1-1-ci bəndinə görə həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu gün üçün 16/19 saylı yaşayış binasının təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşməsi barədə sübut yoxdur. Onun təmiri (bərpası) barədə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul etməmişdir. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Hazırda 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılması barədə məhkəmə qərarı olmadığına görə həmçinin 28.6, 28.7-ci maddələrində də göstərilən halların şərhinə ehtiyac yoxdur. eyd olunan normalardan görünür ki, 16/19 saylı binanın qəzalı olması səbəbi ilə bərpası (sökülməsi) yuxarıdakı qaydalara əsasən həyata keçirilməli idi. Lakin, hər bir halda, sözü gedən binanın sökülüb-bərpasını nə şəhər icra hakimiyyəti, nə də tikinti şirkəti məhkəmə qərarı olmadan həyata keçirə bilməzdi. Bu normanın tələbləri Sumqayıt şəhər İcra Hakimiyyətini başçısının sərəncamlarının mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq hazırki mülki iş üzrə iddianın rədd edilməsi üçün birbaşa əsasdır. Lakin məhkəmə, dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququna təcavüz edən biləbilə qanunsuz qətnamə çıxararaq tək mülkiyyət hüququmu deyil, həmçinin Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ da daxil olmaqla ədalət sözü keçən bütün normaları da pozmuşdur. İddiaçının təşkilati-hüquqi formasını MTK-dan MMC-yə çevirməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın mülkiyyətçilərinin həmin MTK-da üzv olmaq və onun idarə edilməsində iştirak etmək hüquqlarını məhdudlaşdırmağa yönələn qəsdən həyata keçirilmiş əməlidir. Qeyd olunan maddələri yaranan mübahisəyə şərh etdikdə başa düşülən odur ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən (guya) qəzalı olan 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün həmin binada mülkiyyəti olan mənzil mülkiyyətçiləri özləri mənzil tikinti kooperativi yaratmalı, bina tikilib bitdikdən sonra onu ləğv edərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etməli idilər. Lakin, hazırki iş üzrə görünən odur ki, qanunvericiliyə zidd olaraq təsisçiləri bilinməyən İddiaçı Mənzil Tikinti Kooperativi gəlib Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsini iddia etmişdir. Qeyd olunan binada mənzili sökülən, yəni pay haqqını tam ödəyən vətəndaşlar, onlardan biri də o, İddiaçı MTK-nın üzvü olmamış, nə də bu barədə heç bir bina sakininə nə məlumat, nə də təklif olunmamışdır. Bu isə İddiaçı MTK-nın hazırki bilinməyən üzvləri üçün qanunsuz hərəkətlər törətməsinə gətirib çıxarmış və çıxarmaqda davam edir. MTK-nın ləğv olunmasının əsasları barədə imperativ göstərişlərə baxmayaraq, İddiaçı MTK bəzi sakinlərlə artıq bağlanmış müqavilələri pozaraq bina hələ sökülmədən və tikilmədən özünün təşkilatihüquqi formasını dəyişdirmişdir. İddiaçı hesab edir ki, İddiaçı MMC İddiaçı Mənzil Tikinti Kooperativinin hüquqi varisidir. Lakin Azərbaycan Respublikasının qanunlarında göstərilən təşkilati-hüquqi formalarının yaradılması, idarə olunması, məqsədləri, ləğv olunması və s. barədə fərqli qaydalar göstərilir. Üçüncü şəxs qismində Sumqayıt İcra Hakimiyyətinin işə cəlb olunması barədə vəsatət verilmişdir. Sərəncamda 16/19 saylı binanın tikilməsinin məhz MTK-ya verilməsi göstərilmişdir. Hazırda bu fəaliyyəti həyata keçirmək üçün MTKnın hüquqi təşkilati formasını dəyişən İddiaçı MMC-nə dəyişməsinə İcra Hakimiyyətinin yanaşması dəqiqləşdirilməli idi. Bundan başqa, həmin vəsatətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması xahiş olunmuşdur. MTK-ya artıq üzv olmuş şəxslərin MTK-nın MMC-nə dəyişilməsinə dair razılıqlarının olması müəyyən olunmalı idi. Lakin vəsatəti heç bir əsas göstərilmədən təmin olunmamışdır. Bununla bərabər sübutların təmin edilməsi barədə də vəsatət verilərək, məhkəmənin nəzərinə çatdırılmışdır ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar (Mülki Məcəllənin 87.1-ci maddəsində). Yəni, iddiaçının hüquqi təşkilatı forması MMC olduğu üçün tikintini həyata keçirə bilmədiyi və ya iflas olduğu halda yalnız öz balansı qədər məsuliyyət daşıması qanunvericilikdə birbaşa göstərilmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi İddiaçı MMC barədə reyestr məlumatlara baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. Belə olduğu halda on milyonlarla dəyəri olan bu layihənin tikintisində MMC-nin indidən qanunda nəzərədə tutulduğu qaydada iflas olunmasını hesab edə bilər. Bu isə mənzilinin sökülməsi halında həm daşınmaz əmlakından, həm də mülkiyyət hüquqlarından məhrum olma riskini real edir. Məhkəmə qanunsuz qətnamə qəbul edərkən mübahisənin düzgün həlli üçün Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün xərclənəcək ümumi vəsaitin neçə manat təşkil edəcəyi barədə qiymətləndiricinin rəyini, İddiaçı MMC-nin Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülərək yerində yenisinin tikilməsi üçün müvafiq əmlakı barədə sənədləri, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülərək yerində yenisinin tikilməsini sığortalaması barədə sığorta sənədini, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın 7 №-li mənzilinin (obyektinin) bazar qiymətinin müəyyən edilməsi barədə müstəqil qiymətləndiricinin rəyini, İddiaçı MMC qeyd olunan layihəni həyata keçirmək, keçirə bilməyəcəyi təqdirdə mənzili sökülmüş vətəndaşların zərərlərini ödəyə bilmə qabiliyyətinin, yəni buna kifayət qədər vəsaitinin olub-olmamasını təsdiq edən rəsmi sənədin əldə edilməsinə çalışmamışdır. Verdiyi vəsatətdə həmçinin göstərilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli Sərəncamı üzrə həyata keçirilən layihə dövlət layihəsi deyil. Bu səbəbdən həmin binanın sökülüb yerində yenisinin tikilməsi üçün tender keçirilməli idi və tenderdə məhz İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət qismində iştirak etməli idi. Çünki, həmin layihənin həyata keçirilməsi üçün 10 milyonlarla vəsait tələb olunur. Lazımi vəsaitin İddiaçındə olması barədə də müvafiq sənədlər keçirilən tenderdə göstərilməli idi və ya ondan tələb olunmalı idi. Lakin iş materiallarında İddiaçı Mənzil Tikinti Kooperativinin bu vəsaitə malik olması barədə məlumatı göstərəcək sənəd yoxdur. Məhkəməyə də məlum olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli qanunsuz Sərəncamında layihənin tapşırılması və icra edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, qeyri-qanuni yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin iddiaçının öhdəliyinə verilməsini doğru hesab edərək, qanunsuz qətnamə qəbul edərək onu əmlakından məhrum etmişdir. Yaranan mübahisə üzrə gördüyü odur ki, bütün şərtlər iddiaçı tərəfdən bina sakinlərinə, o cümlədən ona diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. Yeganə mülkiyyəti olan mənzil iddiaçı tərəfindən sökülür və əvəzində tikiləcək 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində ona az artımla 2 otaqlı mənzilin (hazırda qeyri-yaşayış obyekti olaraq istifadə edilir) əvəzinə 1 otaqlı mənzil verəcəyi bildirilir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada və qanunla nəzərdə tutulmuş qaydaya uyğun ola bilərdi. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer, hazırda qeyri-yaşayış obyekti olaraq istifadə edilməsi və s. hallar nəzərə alınmaqla lakııın əvəzində haqlı olaraq müəyyən məbləğ təklif etmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və mənzilləri qəzalı vəziyyətə salmışdır. Eyni zamanda, yuxarıda qeyd etdiyiz kimi İcra Başçısının qanunsuz Sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (76254/11 №-li ərizə) 29 yanvar 2015-ci il tarixli Qərarında oxşar iş üzrə bildirmişdir ki, “Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir”. Həmin iş üzrə məhkəmə qeyd olunan şərtlərə əməl olunmaması faktlarını aşkar edərək Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasını bildirmişdir. hazırki işdə olduğu kimi Axverdiyev Azərbaycana qarşı iş üzrə də əsas kimi İcra Başçısının Sərəncamı göstərilmişdir. Avropa Məhkəməsi həmin İcra Başçısının Sərəncamı ilə bağlı aşağıdakıları qeyd etmişdir: 14 may 2004-cü il tarixli sərəncamın mətninə münasibətdə Məhkəmə qeyd edir ki, onun hüquqi qüvvəsi fərdi icraçıya lizinq əsasında torpaq sahəsinin verilməsi və icraçıya inkişaf planının layihəsinin hazırlanması səlahiyyətinin verilməsi ilə məhdudlaşır. Yuxarıda qeyd olunduğu kimi, bu sərəncam barədə ərizəçiyə evin faktiki olaraq sökülməsindən əvvəl heç vaxt rəsmi şəkildə məlumat verilməmişdir. Sərəncamda şəxsi mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar və ya şəxsi və ya dövlətə məxsus mənzillərdə yaşamasından asılı olmayaraq ərazinin sakinlərinin köçürülməsi ilə bağlı qərarlara istinad edən hər hansı bir müddəa mövcud olmamışdır. Faktiki olaraq, sərəncamda açıq-aşkar qeyd olunmuşdur ki, o, “yalnız layihənin hazırlanması üçün” və layihənin icraçısı tərəfindən müvafiq sənədləşdirmənin aparılması üçün əsas qismində çıxış edir. Bu təqdirdə və BŞİH və ya fərdi mənzillərin alınması ilə əlaqədar digər dövlət orqanı tərəfindən hər hansı rəsmi qərarın olmadığı halda Məhkəmə müəyyən edir ki, BŞİH-nin 14 may 2004-cü il tarixli sərəncamı mübahisə olunan ərazidə yerləşən şəxsi mülkiyyətin özgəninkiləşdirilməsi səlahiyyəti verən hüquqi vasitəyə bərabər tutula bilməz. Bundan əlavə, Məhkəmənin bununla bağlı xüsusi tələbinə baxmayaraq həm Hökumət, həm də milli məhkəmələr BŞİH-nin şəxsi mülkiyyətdə olan mənzillərin alınması ilə bağlı qərarların verilməsi səlahiyyətinə malik orqan və ya orqanlardan biri olmasına dair milli qanunvericilikdə hər hansı bir hüquqi müddəanın olduğunu göstərməmişlər. Məhkəmə həmçinin özü belə bir qanunvericilik aktını müəyyən edə bilməmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, BŞİH-nin şəxsi mülkiyyəti almaq səlahiyyəti olmamışdır. Müvafiq olaraq, BŞİH-nin 14 may 2004-cü il tarixli sərəncamı ərizəçinin mülkiyyətinin alınması üçün qanuni əsas hesab oluna bilməz. Məhkəmə ərizəçinin müdaxilə zamanı mülkiyyətin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin (2009) müvafiq müddəaları, həmçinin Prezidentin həmin müddəaların tətbiqi ilə bağlı fərmanları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır (bax: §§ 35-36 və 49- 56). 1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsi (2009) istisna olmaqla, digər hüquqi aktlar müdaxilə başlamazdan əvvələ qədər illər ərzində qüvvədə olmuşdur. Məhkəmə ərizəçi ilə razılaşır ki, ərizəçinin mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Belə ki, iddiaçı tərəfindən irəli sürülən tələbdə əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi halları nə göstərilməmiş, nə də əsaslandırılmamışdır. İddiaçı yalnız Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli qanunsuz Sərəncamını göstərmiş və iddiasını belə əsaslandırmışdır ki, 16/19 saylı bina istismar müddəti bitmiş binadır və şəhərin abadlaşdırılması məqsədi ilə sökülməlidir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində iddiaçı tərəfdən onun hüquqlarının pozulmamasını qeyd edərək mülkiyyətindən məhrum etmişdir. Halbuki məhkəməyə yuxarıda qeyd olunan hallar barədə ətraflı məlumat verilmişdir. İddia tələbində binanın sökülməsinin əsasları binanın istismar müddətinin bitməsi və şəhərin abadlaşdırılması kimi göstərilmişdir. Belə olan hallarda isə binaların sökülməsi Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən həyata keçirilir. Lakin iddia tələbinə əsas olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli qanunsuz Sərəncamı həmin normada göstərilən tələblərin pozulması ilə verilmiş və sərəncamda, onun yalnız layihə yönümlü olması qeyd olunmuşdur Göründüyü kimi iddiaçı iddia tələbində İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli qanunsuz Sərəncamını əsas tutmuş, bu isə heç bir halda mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 350 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada 2 otaqdan ibarət 7 №-li mənzilin (obyektin əvəzinə az artımla 1 otaqdan ibarət mənzil veriləcəyini bildiriblər. Mənzilin yerləşdiyi yer, qeyri-yaşayış obyekti olaraq istifadə edilməsini və digər hallar nəzərə alınmaqla tərəfimdən İddiaçı MMC-nə qanuni olaraq müəyyən kompensasiya məbləği təklif edilsə də o, bununla razılaşmamışdır. Buna baxmayaraq, iddiaçı çoxmənzilli yaşayış binasının bir dəhlizini qanunsuz olaraq sökmüşdür. Bunu isə məhz Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli, xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamlarına əsasən həyata keçirdiyini bildirir. Qeyd olunmalıdır ki, iddiaçı bu qanunsuz hərəkətləri çoxmənzilli binanın bütün sakinləri ilə razılaşmadan, məhkəmə qərarı olmadan, qanunsuz, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə həyata keçirmiş və keçirməyə davam edir. Hazırda uşaqların oynadığı, sakinlərin hərəkət etdiyi, yaşayış davam edən məhləmizin tam ortasında binanın bir hissəsini söküb, sökülən hissəsinin yerində isə bünövrə qazmağa başlayıblar. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyinin məhkəmənin sorğusuna verdiyi 5-6-7/2-114/2025 saylı, 3.02.2025-ci il tarixli cavab məktubunda Sumqayıt Şəhəri 4-cü məhəllə ünvanında yerləşən 16/19 bina 3 blokdan ibarətdir, lakin 3-cü blok hal-hazırda sökülüb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli məktubda qeyd olunur ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 nömrəli bina sökülməzdən əvvəl 2 blokdan, 21 mənzildən ibarət olmuş, bunlardan razılıq əldə olunmuş 13 mənzil sökülmüş, qalan 8 mənzilə dair mübahisəyə hazırda məhkəmədə baxılır. MMC-nin qanunsuz əməlləri barədə bina sakinləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir.Birinci instansiya məhkəməsi cavabdehin hüquqdan suiistifadə etməsini görməsinə baxmayaraq, bu halların qarşısını almaq əvəzinə, iddiaçıya qanunsuz hərəkətləri davam etməsinə şərait yaratmışdır. Nəticədə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 16/19 saylı binanın İddiaçı MMC tərəfindən qanunsuz sökülməsi davam etdirilmiş, vurulmuş ziyan daha da artmışdır. İddiaçı Mənzil Tikinti Kooperativi artıq təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində və ya orada yerləşən 16/19 saylı binada yenidənqurma işlərinin aparılması üçün Rəqabət Məcəlləsinin və Dövlət Satınalmaları haqqında Qanunların normaları nəzərə alınaraq tender vasitəsi ilə podratçı seçilməli idi. Bu zaman nəzərə alınmalıdır ki, 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi dövlət layihəsi deyil. Hazırda iddiaçı gəlir əldə etmək məqsədi ilə bu işi öz üzərinə götürmüşdür. Lakin, iş materiallarında 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün tender keçirilməsi, iddiaçının tenderin qalibi olması barədə heç bir məlumat yoxdur. İddiaçı MMC ilə 16/19 saylı Tikintidə X5 Agentliyindən verilən 3-18-2/2-13885/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda təkrar göstərilmişdir ki, qeyd edilən ərazidə İddiaçı MMC tərəfindən tikintiquraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 05 sentyabr 2024cü il tarixli 0802 saylı “Qərar” verilmiş və işlərin bina sakinləri razılaşa bilmirlər. Halbuki tender keçirilsəydi bina mülkiyyətçiləri ilə razılaşa biləcək şirkət bu fəaliyyəti öz üzərinə götürəcəkdi. Lakin görünən odur ki, 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün nə əvvəlcədən bina sakinləri ilə danışıqlar aparılıb, nə tender keçirilib. Buna baxmayaraq, iddiaçı mülkiyyətçilərlə o cümlədən mənimlə razılığa gəlmədən binanın yarısını sökərək mənim 7 №-li mənzilimi yaşayış və istifadə üçün yararsız vəziyyətə salmışdır. MMC ilə barışmayan digər sakinlərin işləri üzrə icraatda məhkəməyə, “hüquqdan” sui-istifadə edən İddiaçı MMC-nin qanunsuz hərəkətlərini dayandırılması üçün müvəqqəti təminat tədbirinin tətbiqinə dair 3 (üç) dəfə ərizə verilsə də ərizə təmin edilmədən saxlanılmışdır. Göründüyü kimi şikayətdə qeyd olunan halları birinci instansiya məhkəməsinin diqqətinə dəfələrlə çatdırsa da, bu hallar barədə nə araşdırma aparmış, nə də bu halların davam etməsinin qarşısını almışdır. Nəticədə qanunsuz qətnamə qəbul edərək mülkiyyət hüquqlarını qanunsuz məhdudlaşdırmışdır.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən vurulmuş ziyanı gördüyü halda məlum olmayan səbəblərdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsinin diqqətinə zərərin kim tərəfindən, hansı məbləğdə vurulması göstərilsə də, məhkəmə onun əsassız olduğunu bildirmişdir. 7 №-li mənzili iki otaqdan ibarət olması, həmin mənzilin qeyri-yaşayış obyekti olaraq istifadə edilməsi, söküntü başladıqdan sonra icarə və yaşayış üçün yararsız hala salınması və s. hallar göstərilmişdir. Bu səbəbdən 1 il 2 ay müddətinə (12 000 manat məbləğ qarşılıqlı iddia verildiyi tarixdə hesablanmışdır, bu gün üçün artıq 1,6 aydır ki mən həmin hüquqdan məhrum olmuşam) mənə maddi zərər olaraq 12 000 manat (hər ay üçün 1000 manat) və əldən çıxmış fayda olaraq 3000 manat məbləğinin cavabdehdən alınmasını tələb etmişdir. İddiaçı tərəfdən ona maddi ziyan vurulmaqda davam edir. Qeyri-yaşayış olaraq istifadə etdiyi 7 №-li mənzilimi hazırda nə icarəyə verə bilir, nə də özü yaşaya bilir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmadan qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq yolverilməz iddia ərizəsini icraata qəbul etmiş, faktiki olaraq ədalət mühakiməsi funksiyasını həyata keçirməyərək mülkiyyət hüquqlarımı pozmuşdur. Subyektiv hüququn digər elementlərinə, yuxarıda göstərilən maddələrə riayət olunmadığından İddiaçı MMC-nin nə başqa (borclu) şəxslərdən tələb etmək hüququ, nə də müdafiə hüququ yaranmamışdır. Bundan başqa, hətta nəzərə alınsa ki, İcra Hakimiyyəti yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl etmişdir, məhkəmə qərarı ilə müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla açıq hərracda 16/19 saylı binanın təmirini həyata keçirməyə razılıq verən şəxsə satılması barədə məlumat iş materiallarında yoxdur. O ki qaldı 16/19 saylı binanın sökülməsi ilə əlaqədar iddiaçının istinad etdiyi FHN rəyinə, həmin sənəddə binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; sakinlərin təcili olaraq binadan çıxarılması; binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; binaya girişin qadağan edilməsi; binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi vacib məsələlər öz əksini tapmadığından həmin rəy söküntü üçün əsas vermir. Eyni zamanda il yarım əvvəl 16/19 saylı binada təmir işləri aparılmışdır. İş materiallarında olan İcra Başçısının Sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin məktublarını, onun dəlillərini əlaqəli şəkildə qiymətləndirməmişdir. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmışdır, çünki mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkə də 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi mənim mülkiyyət hüquqlarımı pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etmə onun hazırki işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki işə tətbiq edilməli olan Azərbaycan Respublikasının bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli qaydalar nəzərdə tutan qanun normalarına deyil, tətbiq edilməli olmayan normaları tətbiq etmişdir. Qətnamənin 51-ci abzasında məhkəmə qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifiniqəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun təmirli mənzilin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir.hazırda 16/19 saylı binada bir neçə mülkiyyətçi ailələri ilə birlikdə yaşamağa davam edir. Artıq məhkəməyə də məlum olmuşdur ki, binanın məhkəmənin dediyi kimi tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətə düşməsi məhz "Mahal Skypark” MMC-nin qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Belə olduğu halda məhkəmə hansı səbəbdən "Mahal Skypark” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərini gizlətmişdir. Halbuki tərəfimizdən "Mahal Skypark” MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olduğundan, bu barədə prokurorluğa xəbər verilməsi məhkəmədən istənilmişdir. Lakin məhkəmə prokurora bu barədə xəbər verilməsi barədə qərardad qəbul etməmişdir. Göründüyü kimi məhkəmə, qətnamənin 51-ci bəndində qeyd etdiyi kimi 16/19 saylı binanın tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olması barədə göstərdiyi halların hansı səbəbdən yaranmasına toxunmamış, mülkiyyətimə qəsdən zərər vurulduğu halda qanunsuz iddianı təmin etmişdir. Daha sonra Qətnamənin 52-ci abzasında məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Əvvəla, iddiaçı tərəfindən onun hüququnun pozuntusu hallarına yol verilməməsi barədə məhkəmənin gəldiyi nəticə tamamilə həqiqətə uyğun deyil. Belə ki, məhkəmənin diqqətinə dəfələrlə çatdırılmışdır ki, iddiaçı tərəfindən 16/19 saylı binaya və orada yerləşən mənim 7 №-li mənzilinə əhəmiyyətli ziyan dəymişdir. Bununla bağlı hətta qarşılıqlı iddia ərizəsi də verilmişdir, lakin məhkəmə təmin etməmişdir. İkincisi, məhkəmənin diqqətinə 16/19 saylı binanın və orada yerləşən mənim 7 №-li mənzilinin hazırkı vəziyyəti barədə yerindən şəkillər çəkilərək məlumat verilmişdir. Artıq 1 il 6 aydır ki, 7 №-li mənzilini nə istifadə edə bilir, nə də onun barəsində sərəncam verə bilir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir. O ki qaldı MMC-nin belə bir niyyətinin olmaması barədə məhkəmənin gəldiyi nəticəyə, yuxarıda göstərilən sübutların cəmi məhkəmənin gəldiyi nəticənin tamamilə əksini göstərir. Bütün pozuntular ətraflı şəkildə yuxarıda göstərilmişdir. Bununla belə, təkrar olaraq bildiririk ki, MMC-nin yaşayış binasını qanunsuz sökməsi, mülkiyyətçilərin iradəsi ziddinə onları mülkiyyət hüquqlarından məhrum etməsi üçün məhkəməyə müraciət etməsi, hüquqlarından sui-istifadə etməsi, müqavilə azadlığı prinsipini pozması, digər ərazilərdə tikdiyi binalarla əlaqəli sakinlərin narazılıqları və s. hallar MMC-nin niyyətini ortaya qoyur. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı "Mahal Skypark” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Məhkəmənin bu nəticəsi heç bir məntiqə, heç bir qanuna sığmır. Çünki, məhkəmənin tikinti şirkəti tərəfindən mənim mülkiyyətimdə olan əmlakın müqabilində mənə 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif etməsi barədə qeydi sadəcə məhkəmənin mülahizəsindən ibarətdir.Bundan başqa birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Məhkəmənin bu mövqeyi də heç bir məntiqə sığmır və qanuna əsaslanmır. Belə ki, iddiaçının yalnız öz balansı qədər məsuliyyət daşıması qanunvericilikdə birbaşa göstərilmişdir (Mülki Məcəllənin 87.1-ci maddəsində). Bu gün İddiaçı MMC-nin şirkət balansına baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. Belə olduğu halda on milyonlarla dəyəri olan bu layihənin tikintisində MMC-nin indidən qanunda nəzərədə tutulduğu qaydada iflas olunmasını hesab edə bilərik. İddiaçı MMC-nin 16/19 saylı binanın yenidən tikilməsi üçün müvafiq vəsaitinin olmamasını təsdiq edən sübutlar kimi isə aşağıdakıları göstərmək olar: İlk növbədə qeyd etdiyi kimi şirkət balansına baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. İkincisi, məhkəmənin diqqətinə çatdırır ki, hazırda İddiaçı MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194627.9 manat vergi borcu var. Bununla əlaqədar olaraq MTK-nın bütün bank hesablarına sərəncam qoyulub. "xxxx" MTK, “X18”na daxil tikinti şirkətidir. “X18”nun qanuni təmsilçisi və direktoru X11r. İlqar Rəhimov "xxxx" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə dəfələrlə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb. Qaynarinfo-nun məlumatına görə, "Mahal” MTK tərəfindən Binəqədi rayonunda vətəndaş Vaqif Həsənova (şərti məxsus qaraj söküldüyü üçün razılaşdırılmış 57885 manat kompensasiya illərdir ödənilmir. Bu barədə məhkəmə qərarı olmasına baxmayaraq, "Mahal” MTK tərəfindən vətəndaşın kompensasiyasının ödənilməsi təmin edilməyib. MTK Binəqədi rayon İcra Şöbəsinin icrasından yayınıb. Məhkəmənin qərarı ilə MTK-nın qanuni təmsilçisi və sədri X4 ölkədən çıxışı məhdudlaşdırılıb.

28. Cavabdeh Quliyev Ramil Rafiq oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. X2 tərəfindən verilmiş apellyasiya şikayəti cavabdeh Bayramova Sevda Şirəli qızının apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, mübahisəli binanın 12 №li mənzilinin mülkiyyətçisi olaraq qanunla ona verilən hüquqlarından istifadə edərək yalnız kompensasiya qarşılığında mənzilini verəcəyəni bildirsə də məhkəmə qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Hhəmin əmlakın təyinatını gələcəkdə dəyişərək icarəyə vermək və ya şəxsi sahibkarlıq fəaliyyəti üçün istifadə etmək hüququna malikdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Apellaysiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərini müdafiə edərək bildirmişdir ki, işlə əlaqədar müxtəlif orqanlara sorğular verilmiş, sorğulara cavab əldə olunmuş və onlar sübut kimi məhkəməyə təqdim edilmişdir. İddiaçıya iki növ sərəncam verilmiş, biri layihələndirmə, digəri isə torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı olmuşdur. Sərəncamda dövlət və bələdiyyə mülkiyyəti nəzərdə tutulmuşdur. Lakin iddiaçı icarəyə verdiyi ərazidə cavabdehə məxsus xüsusi mülkiyyətə dair hüquqa xitam verilməsini tələb etmişdir. İddiaçının buna subyektiv hüququ yoxdur. Binada yaşayış olmasına baxmayaraq söküntü işləri aparılmış, Tikintidə X5 Agentliyinin dayandırmaya dair göstərişlərinə məhəl qoyulmamışdır. Qarşı tərəf özünün məhdud məsuliyyətli cəmiyyət olduğunu bildirərək, tikdiyi mənzillərə hüququ olmadan insanlara satmaqla məşğul olmuşdur. MMC özünü müflis elan etdiyi halda nə qədər insana maddi ziyan vurulacaqdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərin dayandırılması məqsədi ilə sərəncamın ləğv edilməsi ilə əlaqədar ayrıca məhkəməyə müraciət etmişlər. İddiaçının tikintiyə icazəsi olsa belə, sökülmə ilə bağlı prosedurlar tamamilə fərqlidir. Qəzalı halda, xüsusi mülkiyyətdə olan əmlakın sökülməsi barədə Tikinti və Şəhərsalma Məcəlləsində müəyyən normalar öz əksini tapmamışdır. Bu halda bina sakinlərinə məlumat verilir, sakinlər birləşib təmir üçün zəruri prosesdurları həyata keçirirlər, buna razı olmadıqda isə mübahisə məhkəmə qaydasında həll olunur. Eyni növ işlərlə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, tikintinin layihələndirmə işi ilə əlaqədar lisenziyanın mövcudluğu önəmlidir. İddiaçı həmin fəaliyyəti pilot layihə əsasında həyata keçirdiyini bildirsə də, bu da həqiqəti əks etdirmir. MTK-nın qanunsuz hərəkətlərinə vaxtında son qoyulmazsa, bu gələcəkdə mənzil alacaq şəxslərin də hüquqlarını təhlükə altında saxlayacaqdır. Ona müraciət edən sakinlər şirkətə güvənmir, şirkət Bakı şəhərində də eyni xarakterli problemləri yaşamaqdadır. Təmsil etdiyi şəxs MTK-nın təklif etdiyi mənzili istəmir. MTK-dan yeni təklif gələrsə, təmsil etdiyi şəxslə bu barədə danışa biləz. Söküntü işlərinin aparılması üçün ortada heç bir hüquqi əsas, subyektiv hüquq yoxdur, söküntü məhkəmə qərarı, yaxud buna dair başqa qərar olmadan qanunsuz olaraq başladılmışdır. İddiaçının qeyd olunan işlərin aparılmasına səlahiyyəti olmamasına dair Tikintidə X5 Agentliyinin qərarı var, bunu, əlavə digər sübutları məhkəməyə təqdim etmişlər. İddiaçı bina sakininin 250000 manat tələb etməsini qəbuledilməz hesab edir. Mülkiyyətçinin öz mülkiyyətini müəyyən məbləğlə dəyərləndirməsini məhkəmə hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Bu yanaşmanı qəbul etmirlər. Mübahisəli əmlak xüsusi mülkiyyət olduğundan sərəncamın müvafiq hissəsi əhatə olunmur. Qarşı tərəfə iki mənzil və müəyyən miqdarda pul verilməsini təklif etmişlər, lakin iddiaçı təkliflə razılaşmamışdır. İki mənzil və 50000-60000 manat aralığında pul tələb edir, təklif qəbul edilmədiyi təqdirdə binanın sökülməməsini xahiş edir. İddiaçı tərəfindən aparılmış söküntü işləri nəticəsində bina qəzalı vəziyyət düşmüş və sakinlərin həyatı üçün təhlükə yaranmışdır, hansıki söküntü işləri qanunsuz olub, iddiaçının həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziyası olmayıb. Qeyd olunanlara əsasən rəyin həmin hissəsini əsaslı hesab edir. İddiaçı “X21” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə kifayət qədər məhkəmə araşdırması aparılıb. Digər işlərdə də eyni hallardır. Yalnız İddiaçı cavabdeh Quliyev Ramil Rafiq oğluna qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və s. tələbinə dair mülki işdə cavabdehə məxsus mənzil söküntü işlərinin aparıldığı yerə bitişikdir. Burada birbaşa evin dağılmasından söhbət gedir, binanın blok hissəsi ortadan bölünüb. Mülkiyyət hüququ ilə bağlı qanunvericilikdə də vurğulanır ki, söküntü işləri mülkiyyətçinin razılığı ilə aparılmalıdır. İddiaçının əlində icarəyə dair dövlət və bələdiyyəyə məxsus icazə sənədləri olsa da, çoxmənzilli yaşayış binasının altında yerləşən torpaq sahəsi ilə bağlı icazəsinin olduğunu sübuta yetirə bilməmişdir. Hansıki torpaq üzərində yeni binanın tikildiyi təqdirdə, torpağa mülkiyyət hüququ olan şəxslərin qarşı tərəfə iddia qaldırmaq hüququ yaranacaqdır. xx.xx.2024-cü il tarixdə verilmiş tikintiyə icazəyə dair icra hakimiyyətinin qərarının məhkəmə prosesi zamanı təqdim edilməsi onu göstərir ki, iddiaçı söküntü-tikinti işlərini icazə sənədi olmadan həyata keçirmişdir. Tikintiyə dair icazə sənədi verildiyi halda belə, söküntü işlərinin aparılması üçün iddiaçının liseynziyası olmalıdır. Həmçinin qəzalı vəziyyətdə olan binanın sökülməsi ilə əlaqədar prosedur qaydaları qanunvericilikdə sadalanmışdır, lakin iddiaçı bu qaydalara da əhəmiyyət verməmişdir. İşin gedişatında iddiaçı, MTK kimi fəaliyyətə davam edəcəyi təqdirdə bina sakinlərinin torpaq və üzərində tikilmiş tikiliyə münasibətdə pay hüququnun yaranacağına görə MMC-yə çevrilmək qərarına gəlmişdir. İddiaçının mülkiyyətçi olmaması, həmçinin tikinti və söküntü üçün icazələrinin olmaması ilə əlaqədar sübutları məhkəməyə təqdim etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçıya sərəncam verilməsində məqsəd bina sakinlərini mülkiyyət hüququndan məhrum etmək, yaxud onları mənzilsiz qoymaq olmamış, sosial layihə xarakteri daşımaqla, istismar müddətini başa vurmuş binanın sökülərək yerində müasir standartlara uyğun bina inşa etmək olmuşdur. Qarşı tərəfin izahatına əsasən iddiaçının tikinti aparmaq üçün heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Lakin torpağın ayırılması, tikintinin layihələndirilməsi ilə əlaqədar sərəncamlar, eyni zamanda müxtəlif dövlət orqanlarının rəyləri mövcuddur. Tikintidə X5 Agentliyinin nümayəndələri binanın olduğu yerə dəvət edilmiş, baxış keçirilmiş, binanın vəziyyətinə dair rəy verilmiş və rəyin nəticə hissəsində binanın yaşayış üçün uyğun olmadığı, təhlükə saçdığı qeyd olunmuşdur. X8 Nazirliyinə müraciətinə cavab olaraq 05 sentyabr tarixində tikinti işlərinin dayandırıldığı bildirilmişdir, halbuki həmin vaxt ümumiyyətlə tikinti işləri aparılmamışdır. 05 sentyabr tarixli qərarda tikintinin yaxud söküntünün dayandırılmasına səbəb olan hal aradan qaldırıldıqdan sonra Agentliyə bu barədə məlumat verilməsi tələb edilmişdir. Tikintiyə icazə sənədi alındıqdan sonra 28 dekabr tarixdə Agentliyə göndərilmiş və dayandırmaya zərurət aradan qaldırılmışdır. Tərəflər arasında razılığın əldə olunması məsələsinə gəldikdə isə mərhum Cavabdeh özü və oğlu ilə danışıqlar aparılmış, cavabdeh öz təklifini şifahi və yazılı qaydada bildirmişdir. Cavabdehin təklifi 42 kv.m-ə münasibətdə 250000 manat olmuş, MTK təkliflə razılaşmamış, cavabdehə başqa bir mənzil təklif etmiş, cavabdeh isə bunu qəbul etməmişdir. Buna görə MTK, hazırki MMC məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərazi ümumilikdə 7.74 ha-dır, 5.58 ha dövlət torpağı, 2.16 ha isə bələdiyyə torpağıdır. İddiaçı hər iki torpağa görə aylıq təxminən 18.000 manat məbləğində icarə haqqı ödəyir. Eyni zamanda, həmin ərazidə dövlətə məxsus qeyri-yaşayış sahələri var, onlarla əlaqədar müqavilələr bağlanılıb. 3-4 mənzil əvəzləşmə müqaviləsi əsasında əldə olunmuş, qalanları alqı-satqı müqaviləsi əsasında MTK əməkdaşlarının xüsusi mülkiyyətinə keçmişdir. Ona görə də söküntü işlərinin aparılması üçün bina sakinlərindən icazənin alınmasına lüzum olmamışdır. Əvəzləşmə müqaviləsi əsasında əldə olunan mənzillərlə əlaqədar razılıq əldə olunub, şəxslərə kirayə haqlarının ödənilir, gələcəkdə həmin şəxslərin mənzillə təmin olunması MMC-nin öhdəliyindədir. Qarşı tərəfə mənzil təklif etməklərinə baxmayaraq o bununla razılaşmamış, 250000 manat məbləğində pul tələb etmişdir, lakin məbləğ ağlabatan məbləğ deyildir. Qarşı tərəfin mənzil təklifinə razılıq verdiyi təqdirdə təmsil etdiyi tərəf barışıq üçün nəsə edə bilər. Qarşı tərəf iki mənzil və pul verilməsini təklif etmiş, məbləğin mənzillərlə birgə ümumilikdə 300000 manatı keçdiyi üçün tələb ağlabatan olmadığından iddiaçı təklifi qəbul etməmişdir. Hazırki mənzilin hər kvadratı üçün 3000 manat verilməsini yaxud, 71 kv.m-lik ikiotaqlı mənzil və əlavə olaraq müalicəsi ilə bağlı pul təklif edilmiş, qarşı tərəf qəbul etməmiş, iki mənzil, əlavə olaraq yüksək məbləğdə pul tələb etmişdir. Ekspert rəyi ilə tanışdır, rəy ilə tamamilə razıdır. Faktiki araşdırma aparılaraq rəy verilib, əsaslıdır, odur ki, sübut olaraq qiymətləndirilməsini xahiş edir. Tikinti şirkəti sosial yönümlü layihəni həyata keçirir və kiminsə həyatına və əmlakına qəsd etmək niyyəti yoxdur. Məlumdur ki, Bakı və Sumqayıt şəhərlərində istismarı başa çatan binalarda söküntü işləri aparılır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə əlaqdar şərtlər qanunvericilikdə öz əksini tapıb. Hazırda sakinlərə əvvəlkindən daha yaxşı şəraitin, həmçinin yeni mənzillərin tikintisinin başa çatmasına qədər müvəqqəti təminatların nəzərdə tutulması əmlaka qəsd kimi qiymətləndirilə bilməz. Sakinlərlə mübahisənin əsas səbəbi kompensasiya məbləğləri ilə əlaqədardır, hansıki onların əvvəl yaşadıqları mənzillərin sahəsinə mütənasib olaraq hər birinə ayrı-ayrı miqdarlarda kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Onlar da sakinlərlə razılıq əldə olunmasının tərəfdarıdır. Razılıq əldə olunmadığı təqdirdə məhkəmənin çıxaracağı qərara uyğun öz tədbirlərini görəcəklər. Cavabdehlərdən Cavabdeh hüquqi varisi X6 övladının əlil olması və paraolimpiyaçı olmasını nəzərə alaraq, onlar tərəfindən ona 88 kv.m iki otaqlı mənzil, digər xərclərə görə 20000 manat, yaxud 100 kvm. üçotaqlı mənzil təklif etmişlər. Həmçinin, bu təklifi iddia tələbinin həcminin artırılması kimi də nəzərə alınmasını xahiş edirlər. Cavabdeh bununla razıdırsa, tərəflə MMC arasında əvəzləşdirmə müqaviləsi bağlayıb barışıq sazişinə əlavə edərək məhkəməyə təqdim edə bilər. Cavabdehlər Quliyev Ramil və Bayramova Sevdanın işində konrket təkliflər yoxdur, onlar pul vəsaiti tələb edirlər ki, bununla da razılıq əldə olunmamışdır.

İşdə olan sübutlar

33. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 42 kv.m sahədən ibarət 4 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

34. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19, 3 mərtəbəli binanın 2-ci girişindəki, 1ci mərtəbəsində yerləşən 44,16 kv.m ümumi yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə Bayramova Sevda Şirəli qızının adına qeydiyyata alınmışdır.

35. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 58,9 kv.m sahədən ibarət 12 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Quliyev Ramil Rafiq oğlunun adına qeydiyyata alınmışdır.

36. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir. Layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi yə aidiyyəti orqanlarla razılaşdınlması təmin edilmişdir. Yaşayış binasının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X3 Ekspertiza Baş İdarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilmişdir. Layihələndirmə başa çatdırıldıqdan sonra mövcud sərəncam inşaat pasportu, işçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Ərazinin sanitar vəziyyətinə nəzarət edilmişdir. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirilmişdir və layihələndirməni ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin edilmişdir. Ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilmişdir. Layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyati təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılması təmin edilmişdir.

37. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt Bələdiyyəsinin 352 saylı, 03 fevral 2023-cü il tarixli müraciətinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları katerqoriyasına aid olan çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə çizgidə göstərilən torpaq sahəsi, aiddiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Bütün bunlar nəzərə alınaraq, göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.12-2-2022-2411 nömrəli, 16 may 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirlər.

38. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz emirlər.

39. Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ-nin xx.xx.2021-ci il tarixli “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında” texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Bina100/104, Bina-112/116, Bina-106/110, Bina-96/98, Bina-87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94, Bina- 102/106, Bina-96/98, Bina-110/114, Bina- 134/138, Bina-140/144, Bina-126/128, Bina- 120/124, Bina-118/118, Bina-137/141, Bina- 131/135, Bina-127/129, Bina-121/125, Bina- 117/119, Bina-105/115, Bina-161/165, Bina155/159, Bina-171/175, Bina-158/162, Bina- 150/154 və Bina-165/169) nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir. Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikintilərin əksəriyyətində ağac konstruksiyalardan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.

40. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının “Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə İddiaçı Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrılmışdır.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 3-16-16/2- 10/2879/2025 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.

42. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli – Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, “X21” Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında apardığı işlər zamanı hərəkətlərində cinayət tərkibinin olması müəyyən edilməmişdir.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4916 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 55800 kv.m torpaq sahəsi üçün illik icarə haqqı 127080 manat olmaqla, müqavilə üzrə illik 10590 manat ödəməklə İddiaçı Mənzil-Tikinti Kooperativinə (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

44. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 0802 nömrəli, xx.xx.2024-cü il tarixli “tikinti işlərinin dayandırılması” barədə qərarında qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsi təmin edilməlidir. Sifarişçi (podratçı) bu Qərarda qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı məlumat verməlidir.

45. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ərazisində İddiaçı MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 05 sentyabr 2024-cü il tarixli, 0802 saylı qərar verilmiş və işlər dayandırılmışdır.

46. xx.xx.2024-cü il tarixli, 13 nömrəli icazə sənədindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MTK-ya Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 5,58 ha dövlət, 2,99 ha bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikintiyə icazə verilmişdir.

47. İddiaçı MTK-nın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2024cü il tarixli Qərarı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında aparılan söküntü və torpaq işləri obyektin tikintisinə icazə sənədi olmaması səbəbindən dayandırılmışdır. Qərarda göstərilən pozuntunun aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və xx.xx.2024-cü il tarixdə obyektin tikintisinə dair 13 nömrəli icazə sənədi İddiaçı MTK-ya təqdim olunmuşdur. Qeyd olunan icazə sənədi məlimat üçün göndərilir və bildirilir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında tikinti işlərinin dayandırılmasına səbəb olmuş hal artıq aradan qaldırılmışdır.

48. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC “X21” Mənzil Tikinti Kooperativinin hüquqi varisidir.

Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikası Konstitusiyasının:

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

13. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 43.İİ Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;

18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu:

1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

51. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

52. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnamələrinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 6690/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnamələri qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddialar qismən təmin edilməli, qalan hissələrdə isə qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddiaçının hazırkı iş üzrə tələbləri cavabdehlərin yaşadıqları binadakı mənzillərə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehlərin yaşadıqları binanın sökülərək yerində çoxmənzilli hündürmətbəli binanın inşa edilməsi ilə əlaqədar, cavabdehlərin sökülən binada yeləşən mənzillərinin inşa edilən yeni binada sahələri artırılmış mənzillərlə əvəzləşdirilməsi olmuşdur. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh hüquqi varisi X7 münasibətdə iddia tələbinin həcmini artıraraq, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək sahəsi 88 kv.metr olan 2 otaqlı, 1 təmirli mənzil və 20000 (iyirmi min) manat pul verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamələr mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

55. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamına və yuxarıda istinad edilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, 16/19 saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa etməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azkommunlayihə» KLİ-nin xx.xx.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yol verilməz olması qeyd olunmuşdur ki, bina söküldükdən sonra isə məhkəmə kollegiyasının qərarı əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 3-16-16/2-10/2879/2025 nömrəli ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə isə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin binanın qəzalı vəziyyətdə olması və sökülməyən hissənin istismara yararsız olması, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükənin olması bildirilmişdir. Buna görə də məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından iddianın təmin ediməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Digər tərəfdən isə məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının tələbləri həmçinin həmin binada yaşayan şəxslərin sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbiri ilə əhatə olunmaqdadır.

56. Məhkəmə kollegiyası qətnamələrin ləğv edilərək iddianın təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ilk öncə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməsi qeyd olunmuşdur ki, həmin norma geniş şəkildə təfsir edilməklə, hazrıkı mübahisəyə də tətbiqi qanuni hesab olunur. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. Həmçinin, işdə olan sübutlarlara və işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əsaslara görə cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırılması onların bu hüquqlarının ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. Hazırkı iş üzrə cavabdehlər əsasən iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləğləri ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişlər. Hərçənd ki, iddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən 42 kv.m sahədən ibarət 4 nömrəli mənzilin əvəzinə Cavabdeh hüquqi varisi X1 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil və 20000 (iyirmi min) manat pulun, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 44,16 kv.m sahədən ibarət 7 saylı mənzilin əvəzinə cavabdeh Bayramova Sevda Şirəli qızına 71 kv.metr 2 otaqlı, təmirli 1 mənzil və Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 58,9 kv.m sahədən ibarət 12 saylı mənzilin əvəzinə cavabdeh Quliyev Ramil Rafiq oğluna 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməsi, o cümlədən həmin mənzillər onlara təhvil verilənədək kirayə haqlarının veriməsi nəzərədə tutulur ki, bu da cavabdehlərin mülkiyyətində olan mənzilləri üzrə mülkiyyət hüquqlarının məhdudlaşdırılması müqabilində ədalətli kompensasiya hesab olunur. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərini qeyd olunan hissələrdə əsassız hesab etmişdir.

57. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərdən S.Bayramova mülkiyyətçisi olduğu 16/19 saylı binanın birinci mərtəbəsində yerləşən mənzilinin qeyri-yaşayış sahəsinə keçməsi, həmin sahədən sahibkarıq məqsədi ilə istifadə etməsi və müvafiq gəlirlər əldə etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də qeyd olunan hissədə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

58. Beləliklə, yuxarıda göstərilənərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-6690/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnamələr mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil və 20000 (iyirmi min) manat pul, MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Bayramova Sevda Şirəli qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil, ********** nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Quliyev Ramil Rafiq oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “Mahal Skypark" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdehlərə verilməli, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməli, qətnamələr qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(060)-450/2025 nömrəli qətnamələri mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin cavabdehlərə verilməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddia həmin hissələrdə qismən təmin edilsin. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X21” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil və 20000 (iyirmi min) manat pul verislin. MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Bayramova Sevda Şirəli qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilsin. ********** nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Quliyev Ramil Rafiq oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 12 saylı mənzilin əvəzinə “Mahal Skypark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qətnamələr qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver