Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2138/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(012)-4330/2022 nömrəli qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(012)-4330/2022 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı MTK-nın Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, mənzilə dair sənədlərin geri qaytarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. İddiaçı şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(012)-4330/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı MTK Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində tikilməkdə olan 2-ci bina, B bloku, 8-ci mərtəbə 66 nömrəli 2 otaqlı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2016-ci il tarixli, 0026 saylı payçı müqaviləsi və Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 15-ci kilometrliyində yerləşən, 1 saylı binada, sahəsi 60.3 kv.m olan 21 saylı mənzilə dair 22 noyabr 2016-ci il tarixli, 0026 saylı müqaviləyə 09 avqust 2018-ci il tarixli 1 saylı əlavənin ləğv edilməsi, həmin mənzillə bağlı dəymiş maddi ziyana görə 4450,6 manat, mənəvi ziyana görə 5000 manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödənilən 114,51 manat olmaqla, cəmi 9565,11 manat pulun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi, həmin mənzilə dair hüquqi sənədlər (payçı müqaviləsi, kredit müqaviləsi, ödəniş cədvəlləri) qanunsuz sahiblikdən götürülərək iddiaçıya geri qaytarılması, mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində tikilməkdə olan 2-ci bina, B bloku, 8-ci mərtəbə 66 nömrəli 2 otaqlı mənzilə dair İddiaçı MTK və Cavabdeh arasında bağlanmış 22 noyabr 2016-ci il tarixli, 0026 saylı Payçı müqaviləsinin və Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 15-ci kilometrliyində yerləşən, 1 saylı binada, sahəsi 60.3 kv.m olan 21 saylı mənzilə dair 22 noyabr 2016-ci il tarixli, 0026 saylı müqaviləyə 09 avqust 2018-ci il tarixli 1 saylı əlavənin icra yeri, həmçinin daşınmaz əşyanın olduğu yer Abşeron rayonu, Xırdalan şəhəri olduğundan iddiaçının seçiminə görə aidiyyət qaydaları pozulmamışdır. Ona görə də qərardadın ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən imtina etdikdə Mülki Prosessual Məcəllənin 35.1, 35.2, 151.1, 152.1.3, 152.1.3-cü maddələrinə istinad edib hesab etmişdir ki, İddiaçı MTK, Cavabdeh kimi, "xxxx" ASC-ni isə maraqlı şəxs kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsinə əsasən "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2 iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu Tovuz Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-nin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MTK iddia ərizəsi və şikayətində müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə istinad edərək mülki işin Abşeron Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab etmişdir ki, İddiaçı MTK MPM-nin 39-cu maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mülki işin faktiki hallardan göründüyü kimi, iddia tələbinin əsas mahiyyəti müqavilənin ləğv edilməsi ilə əlaqədar olduğundan, digər tələblər isə müqavilənin ləğvi ilə birbaşa bağlı olduğundan hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinin təsiri altına düşmür. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və birinci instansiya məhkəməsi iddia ərizəni icraata qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 151, 152, 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı MTK-nın verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(012)-4330/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2138/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2138/2022
28.09.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver