Məhkəmə qərarları › İş №2(105)-2154/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2154/2023

14.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2154/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3881/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun tələb edilməməsi və elektrik enerjisinin verilməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə vəsatət ünvanlayaraq mübahisənin Abşeron Rayon Məhkəməsinə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 vəsatəti onunla əsaslandırmışdır ki, yaşayış yeri Füzuli rayonu, Qarğabazar kəndi olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia ərizəsi özünün istinad etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinin (İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.) tələbləri pozulmaqla verilmişdir. Nəzərə alsalar ki, iddiaçı iddia ərizəsini Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsaslanaraq: - 1. İddiaçının yaşadığı yerə görə veribsə iddia ərizəsindən məlum olduğu kimi iddiaçı Füzuli rayonundan olan məcburi köçkündür. Bunu nəzərə alaraq iddia ərizəsində sözügedən ünvana dair (ünvan 3 isə Bakı şəhərində müvəqqəti qeydiyyatla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. 2. Müqavilənin bağlandığı yerə görə veribsə sözügedən ünvana məxsus "xxxx" ASC-nin məlumat bazasında Hüseynov Əkbər Arzu oğlunun adına qeydiyyata alınmış **********30158 saylı abonent koduna dair bağlanmış müqavilə mövcud deyildir. 3. İcra edildiyi yerə görə veribsə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.4-cü yarımbəndinə əsasən enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda enerji təchizatçısı tərəfindən elektrik enerjisinin verilişi dayandırıla bilər. Yarımbəndin tələbindən göründüyü kimi müqavilə bağlanmadığı təqdirdə "xxxx" ASC-nin heç bir öhdəliyi yoxdur. Nəticədə burada icra yerindən də söhbət gedə bilməz. Ümumiyyətlə İddiaçı subyektiv hüququ mübahisəlidir. Həmçinin iş üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli, ********* nömrəli qeydiyyatsız yaşama barədə arayışı məhkəmə aidiyyəti üçün tamamilə əsassız hesab edirlər. Belə ki, sözügedən arayış qeydiyyatsız yaşama barədədir, məcburi köçkün olan İddiaçı müvəqqəti qeydiyyatını təsdiqləmir, "xxxx" MMC-nin möhürü ilə möhürlənmiş və komendant tərəfindən imzalanmış, onu imzalayan şəxsin bu kimi sənədləri imzalamaq səlahiyyətinin olmas barədə etibarnamə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı qeydiyyatsız yaşaması barədə 24 saylı Vəkil Bürosuna məlumat verilmişdir. Ümumiyyətlə isə "xxxx" MMC-nin məcburi köçkünlərə müvəqqəti qeydiyyat barədə arayış vermək səlahiyyəti yoxdur. Hansı ki, məhkəməyə təqdim edilmiş arayışın məzmunu heç bu barədə belə deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilən maddədə iddiaçının yaşadığı yerə görə anlayışı birbaşa və imperativ norma olaraq qoyulmuşdur. Burada qeydiyyatsız yaşayış yerindən söhbət belə getmir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü (yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Nəzərə alsalar ki, iddiaçı məcburu köçkündür, o zaman onun məhkəməyə müvəqqəti qeydiyyat barədə arayış təqdim etməsi zəruri idi. Məcburi köçkünlərin müvəqqəti qeydiyyatı ilə bağlı arayış vermək səlahiyyəti yalnız Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin rayon bölməsinə məxsusdur. Eyni zamanda İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ərazi aidiyyətini pozaraq verilmişdir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsaslanan iddiaçı iddia ərizəsində özünü istehlakçı kimi görmür, lakin qanunvericiliyə istinadən istehlakçı hüquqlarının müdafiəsindən yararlanmaq istəyir. İddiaçı ərazi aidiyyəti ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddia ərizəsi Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə (Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir) əsasən verilməli idi. Çünki Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinin tələblərinə əsaslanan İddiaçı cavabdeh "xxxx" ASC qarşısında qeyd edildiyi kimi özünü istehlakçı olaraq görmür, iddia ərizəsində qeyd edilmiş abonent kodu üzrə iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə yoxdur, müqavilə olmadığı təqdirdə icra yerindən də söhbət gedə bilməz. Beləliklə, Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinin tələblərinin açıq-aşkar pozulduğu aydın görünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Göstərilənlərə əsasən iddia ərizəsinin Mülki Prosessual Məcəllənin ərazi aidiyyəti ilə bağlı tələbləri pozulmaqla verildiyini nəzərə alaraq mübahisənin Abşeron Rayon Məhkəməsinə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3881/2023 saylı qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir (hakim Elçin Kazımov). Qərardaddan narazı qalan cavabdeh "xxxx" ASC şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3881/2023 saylı qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, yaşayış yeri Füzuli rayonu, Qarğabazar kəndi olan İddiaçı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Hazırki iddia ərizəsi MPM-nin 35.2-ci maddəsinə (hüquqi şəxsə qarşı iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir) əsasən verilməli idi. Bu hallar məhkəmə baxışı zamanı qeyd olunsa da, məhkəmə bu xüsusatlara diqqət yetirməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3881/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3881/2023 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). AR MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə dair 2/5 hissədə İddiaçı və 3/5 hissədə Hüseynov Əkbər Arzu oğlunun pay hüquqlarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4760/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun "xxxx" ASC-dəki payına (Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə) dair 2/5 (beşdə iki) hissədə İddiaçı və 3/5 (beşdə üç) hissədə cavabdeh Hüseynov Əkbər Arzu oğlunun pay hüquqlarının müəyyən edilməsi qət edilmiş, cavabdeh Hüseynov Əkbər Arzu oğlunun kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1917/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, ********* saylı arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km. ünvanında yerləşən, “ünvan 5sız olaraq yaşayır. İş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə Abşeron rayonu, Sumqayıt şosesi, 1 saylı bina, 55-ci blok, 10-cu mərtəbə, 37.1 kv.m sahəsi olan, 1 otaqlı, 37 saylı mənzilə dair elektrik enerjisinə görə yaranmış borcla bağlıdır. İşdən görünür ki, hazırki iddia tələbi istehlakçının hüquqlarının müdafiəsi ilə əlaqədardır və buna görə də MPM-nin 36.9-cu maddəsinə əsasən İddiaçı bu iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Belə ki, MPM-nin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İşdən görünür ki, İddiaçı qanunvericiliyin ona verdiyi hüquqa əsasən hazırki iddianı Abşeron Rayon Məhkəməsində qaldırmışdır, çünki bu zaman mülki prosessual qanunvericilik aidiyyət seçimini iddiaçıya vermişdir. Bu əsasla da məhkəmə haqlı olaraq, aidiyyətlə bağlı cavabdehin vəsatətinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin dəlillər mahiyyətcə düzgün qərardadın ləğvi üçün əsas hesab edilmir. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3881/2023 saylı qərardadı ilə cavabdehin nümayəndəsinin vəsatətinin təmin olunmaması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 36.9 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3881/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver