Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2165/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bahadır oğluna və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(012)-2607/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə onunla Cavabdeh1 Bahadur oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli AN ******* saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında alınmış 5000 manat pulun geri qaytarılması, hər iki cavabdehdən müştərək qaydada torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ödədiyi 600 manat pulun və dəymiş ziyanın əvəzi olaraq 4000 manat pulun, hazırki iddia tələbinin verilməsi ilə bağlı ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2607/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı və Cavabdeh1 arasında bağlanmış Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında alınmış 5000 manat məbləğində pul, torpağın rəsmiləşdirilməsi ilə bağlı çəkilmiş xərc olaraq 364,40 manat pul və 65 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2607/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək 14 sentyabr 2020-ci il tarixli, AN-İ №0878342 alqısatqı müqaviləsinin ləğv edilməsini, həmin müqavilə əsasında alınmış 5000 (beş min) manat məbləğində pulun geri qaytarılmasını, hər iki cavabdehdən müştərək qaydada torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ödədiyi 600 (altı yüz) manat pulun və dəymiş ziyanın əvəzi olaraq 4000 (dörd min) manat pulun, iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılmasını xahiş etmişdir, İşə baxan Abşeron Rayon Məhkəməsi 2(012)-2607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ №0878342 alqı-satqı müqaviləsinin ləğv edilməsini, Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ №0878342 alqı-satqı müqaviləsi əsasında alınmış 5000 manat məbləğində pul, torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı çəkilmiş xərc olaraq 364,40 manat pul və 65 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsini qət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətini xx.xx.2023-cü ildə əldə etsə də, səhhətində yaranmış problemlərlə bağlı həmin qətnamədən apellyasiya şikayəti vermək imkanı olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2607/2023 saylı qərardadı ilə ərizə təmin edilərək Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-2607/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Lakin hazırki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(012)-2607/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Bahadır oğlu apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə versə də, apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir.Bununla da Mülki Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa aid 361.1-ci maddəsinin tələbləri pozulmuşdur.Bundan əlavə, apellyasiya şikayətində başqa işə aid ifadələr yazılmışdır. İş materiallarına əlavə edilmiş digər apellyasiya şikayəti isə düzgün tərtib olunsa da, elektron kabinet vasitəsilə deyil, PDF formada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(012)-2607/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(012)-2607/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2165/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2165/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver