Məhkəmə qərarları › İş №2(105)-2195/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2195/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2195/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi, iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-104/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin, yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması, iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, cavabdeh İddiaçılar Cavabdeh və X3 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddiaçılar Cavabdeh və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************) qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddiaçılar Cavabdeh, X3 iddiasının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Novxanı kəndi ərazisində 015 ha torpaq sahəsinin 0,005 ha hissəsində, Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq onun ünvan 133 kvadrat metr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissəsində Cavabdeh qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh və X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, cavabdeh İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını və cavabdeh İddiaçı barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işin bütün halları tam, hərtərəfli araşdırılmamışdır. Bundan başqa iş üzrə keçirilmiş eksperiza rəyləri əsassızdır, iş üzrə yeni ekspertiza təyin ediliməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh (iddiaçı) Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddiaçılar Cavabdeh, X3 iddiasının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edlilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh (iddiaçı) X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (iddiaçı) Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X4 izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1151/2021 saylı, xx.xx.2021ci il tarixli məhkəmə ekspertizası təyin edilməsinə dair qərardadının 3-cü sualında tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışlarına əsasən koordinatların üst-üstə düşüb-düşməməsinə dair tərəfindən mütəxəssis rəyi verilmişdir. Məhkəməyə də təqdim etdiyi fəzadan çəkilmiş rəngli sxemə əsasən, hər iki çıxarışın üst-üstə düşmədiyini müəyyən edirlər. Əgər çıxarışlar üst-üstə düşmürsə o zaman hər hansı tikilinin də üst-üstə düşməsindən söhbət gedə bilməz. İş üzrə tərəf Cavabdeh faktiki istifadəsində 14 sot, və çıxarışla isə 1 sot torpağı vardır. Hazırda Cavabdeh faktiki sitifadəsində çıxarışla müəyyən edilən torpaq sahəsində artıq torpaq sahəsi mövcuddur və orada yaşayış evi və yardımçı tikililər də tərəflərindən müəyyən edilmişdir. İddiaçı adına qeydiyyata alınmış 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Lakin hazırda cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin nə qədər hissəsinin İddiaçı məxsus torpaq sahəsinə düşdüyü qərardadda tərəflərin faktiki istifadəsində olan torpaq sahəsində tikili olub-olmamasının dair sual olmadığı üçün müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №li çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.015 ha torpaq sahəsi (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № A№ 353774 saylı, xx.xx.2019-cu il tarixli, **********06 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron kadastr məlumat bazasında İddiaçı mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.015 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.01 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlar təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (günlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan göründüyü kimi Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü ildə İddiaçı adına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi, Cavabdeh məxsus torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür, İddiaçı adına qeydiyyata alınmış 0.015 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan 0.1475 ha torpaq sahəsinin daxilində yerləşir, Cavabdeh faktik istifadəsində olan 0,1475 ha torpaq sahəsində yerləşən yaşayış evinin 33 kv.metr hissəsi və yarımçıq tikilinin (günlük) 49 kv.metr hissəsi İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən №AA 001689 saylı, xx.xx.2013-cü il tarixli, **********81 reyestr nömrəli 0,015 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində yerləşir və göstərilən bu hallar iş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı rəyi və Azərbaycan Respıublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyi ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsinə hər hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 31-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkət edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 176-cı maddəsinə görə torpaq sahələrinin hasarlanması və mərzlənməsi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarına daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəniməişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçisinin hüququdur. Həmin Məcəllənin 83-cü maddəsinə görə hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldıdırılması, maddi və mənəvi zərərin ödənilməsi və xüsui qərardad qəbul edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı iddia tələbi Cavabdeh və X5 tərəfindən mülkiyyətə müdaxilə kimi qiymətləndirildiyindən, o cümlədən iddiaçılar Cavabdeh və X5 tərəfindən iddianın təmin olunmasına əsas verən hər hansı bir mötəbər sübut təqdim etmədiyindən sonuncuların iddiası təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 27 sentyabr 2021-ci il tarixli, 10/4778 saylı xətşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçılar Cavabdeh və X2 tutulmalıdır. Məhkəmə kollegiyası birinci instaqnsiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (iddiaçı) apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh (iddiaçı) qətnamənin ləğv olunmaqla onun tərəfindən verilmiş iddianın təmin olunmasını xahiş etmişdir. Lakin iddiasının və apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, ona məxsus torpaq sahəsinin hasarının cavabdeh İddiaçı tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsilə bağlı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini, cavabdeh İddiaçı onların xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa ekspert rəylərinin əsassız olduğunu qeyd etsə də bünü əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver