Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2224/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə2, Cavabdehin nümayəndəsi: Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, 28 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 28 mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh qızı oğlu Nümayəndə2 ilə 2000-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdeh oğlu Nümayəndə2 qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək nikahın pozulması barədə qətnamə qəbul edilmiş və nikah xx.xx.2003-cü il tarixdə pozulmuşdur. Cavabdeh 20 ildən artıqdır ki, ona məxsus mənzildə yaşamır, onun həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdeh faktiki olaraq valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun kommunal xərclərinin artıq məbləğdə hesablanmasına, əlavə maliyyə vəsaiti itirməsinə səbəb olur. Cavabdehin onun mülkiyyətində olan mənzilin pasport qeydiyyatından çıxarılmasını istəyir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə maddi hüquq normasını səhv təfsir etmişdir. Məhkəmə nəzərə almamışdır ki, 20 ildir ki, cavabdeh ona məxsus mənzildə yaşamır. Cavabdeh mənzili daimi olaraq tərk etdiyi halda, məhkəmə belə nəticəyə gəlmişdir ki, onun mənzilə istifadə hüququ məhkəmə qərarına əsasən tanınmışdır və cavabdehin daimi yaşayış yeri yoxdur. Məhkəmə nəzərə almamışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə cavabdehin onun mülkiyyətində olan mənzilə köçürülməsi qət edilsədə, cavabdeh ona heç bir maneçilik olmadığı halda mənzilə köçməmiş, köçürülməsini tələb etməmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh oğlu Nümayəndə2 ilə 2000-ci ildə ailə qurduqdan sonra mənzilə pasport qeydiyyatına alınmışdır. İddia tələbimlə bağlı keçirilən məhkəmə iclaslarında cavabdeh istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsini tələb etmişdir. Kompensasiyanın verilməsi yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkündür. Hazırkı işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşayır. Cavabdeh könüllü olaraq mübahisəli mənzildən çıxıb gedib və həmin mənzillə bağlılığım itiribdir. Onu mübahisəli mənzilə bağlayan hər hansı əlamət mövcud deyil, həmin mənzildə cavabdehə məxsus olan əşyalar da yoxdur. Buna görə də o, mübahisəli mənzildə formal qeydiyyatda olaraq qalıb. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3885/2022 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması ilə kompensasiya ödənilmədikdə istifadə hüququna xitam verilməsinin əsassız olduguna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 4/12, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, 12/4 saylı evin 28 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq olunan mülki iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-2130/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə haqqında» iddiası təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, 12/4 saylı evin 28 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-1291/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi haqqında» iddiası “rədd edilsin” qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 10 noyabr 2005-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və qeyrilərinə qarşı mənzidən istifadə qaydalarının müəyyən edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin həmin mənzildə iyirmi ildən artıqdır yaşamadığını, cavabdehin həmin ünvanda qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. İş üzrə toplanmış sübutlardan göründüyü kimi cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməklə, məhkəmə hesab edir ki, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası iddiaçının iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı düzgür. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, cavabdehin mənzil üzərində istifadə hüququnun tanınması işin mübahisəsiz halıdır. MM-nin 228.2-ci maddəsinin tələbi baxımından bu halda mülkiyyətçi – iş üzrə iddiaçı kompensasiyasi vermək yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında istifahə hüququna 5000 manat kompensasiya vermək yolu xitam verilməsini təklif etsə də, bunu bir il ərzində hissə-hissə ödəməyə imkanın oldugunu bildirdi. Cavabdehin nümayəndəsi bu təklif ilə razı olmadığını bildirdi. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin göstərişi baxımından işin hallarını araşdırmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin daimi yaşayış yeri yoxdur (iddaçı tərəfindən cavabdehin daimi yaşayaş sahəsinə malik olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir), tərəflər arasında münasibətlər kəskindir, iddiaçı cavabdehin mənzilə yaşamasına maneə törətmişdir. İş üzrə toplanmış sübutlar, yəni tərəflər arasında uzun müddət məhkəmə çəkişmələrinin olması, Cavabdeh İddiaçı qarşı mənzildə istifadə qaydalarının müəyyən edilməsi və digər iddialar qaldırması, cehiz əşyaların həmin mənzildə qalması kimi hallar cavabdehin bu mənzildə yaşamaq niyyətində olması, lakin yaranmış maneələr səbəbindən mənzildən istifadə edə bilməməsi qənaətinə gəlməyə əsas verir. Bu baxımdan məhkəmə cavabdehin həmin mənzildən uzun müddət istifadə etməməsi faktını mənzildən kompensasiya verilmədən istifadə hüququna xitam verilməsinin əsası kimi çıxış etməsini qanuni və işin faktiki hallarına uyğun hesab etmir. Eləcə də iddiaçının nümayəndəsinin məhkəmə araşdırması zamanı ilk öncə 5000 manat kompensasiya təklifi irəli sürməsinə dair fikirlərini, mənzil satılacağı halda kompensasiya ödənişinin ediləcəyinə dair tərəflər arasında şifahi razılaşmanın olması və bu razılaşmaya görə cavabdehin mənzilə köçməkdə israrlı olmaması barədə cavabdeh tərəfin bildirdikləri ilə müqayisəli təhlil edərək cavabdeh tərəfin göstərdiklərini inandırıcı və ağlabatan hesab edir. Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqeyə əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və ya mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsasslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Hüseyn qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 17 avqust 2022-ci il tarixli e-2(060)- 3885/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2224/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2224/2022
28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver