Məhkəmə qərarları › İş №2(105)-2247/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2247/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2247/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstəriləndən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(012)- 1475/2021 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən “AAAF-Park” yaşayış massivi, A kompleksində inşa edilmiş olan 2 saylı 6 mərtəbəli yaşayış binasında olan 3 otaqdan ibarət 10 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 10032 (on min otuz iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (bir yüz) manat ekspertiza xərcinin "xxxx" MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi : SAP (XİİS) hesabı-X1, kod 210005; VÖEN**********; müxbir hesab-AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab-AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(012)-1475/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstəriləndən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1475/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1475/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılması, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1475/2021 nömrəli qərardadından xx.xx.2022-ci il tarixində verdiyi verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ona çatmalı olan mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 7920 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7950 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası MPM-nin 133cü maddəsi ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizənin verilməsi üçün qanunvericilikdə konkret müddət nəzərdə tutulmaması və həmin ərizənin gec verilməsinin əsası aydınlaşdırılmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayətini vermək üçün prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli və onunla bağlı 16 sentyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver