Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2269/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin sahibliyə qaytarılması və pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(012)-135/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li Çıxarışa əsasən mülkiyyətində Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ona vurulmuş zərərin əvəzində 1000 manat pulun Cavabdeh tutularaq ona verilməsi və cavabdehə qanunsuz hərəkətlərinə son qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 10/1140 nömrəli ekspert rəyi və “X3” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı mütəxəssis rəyi ilə ölçüləri müəyyən edilmiş) qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililərin cavabdehin vəsaiti hesabına sökülərək qanunsuz istifadə etdikləri torpaq sahəsindən çıxarılaraq torpağın qanuni sahibliyə qaytarılması, mütəxəssis rəyi üçün ödədiyi 300 manat və dəymiş zərərin əvəzində 1000 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayon ərazisində yerləşən 0,05 ha torpaq sahəsini Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə AN-1 № ******* saylı alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi JN 2597 saylı 30800086 KOD Torpağa Mülkiyyət Hüququna X11 əsasən Aktda adları qeyd edilmiş şəxslərə məxsus olmuşdur. Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə AN-İ № ******* saylı alqı-satqı yolu ilə ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini aldıqdan sonra həmin torpağa dair öz adına xx.xx.2006-cı il tarixdə Seriya MH № ******* Çıxarış almış və həmin tarixdən torpaq onun mülkiyyətindədir. xx.xx.2007-ci ildə həmin torpaq sahəsinin cizgiləri yenidən işlənilib hazırlanaraq texniki pasportu yenilənmişdir. 2016-cı ildə torpaq sahəsinə baxmağa gedəndə torpaq sahəsinin iki tərəfdən hasarlandığını görmüşdür. Bu barədə Abşeron RPŞ-nə şikayət edərək hasarın kimin tərəfindən çəkildiyini öyrənmək istəmişdir. Abşeron rayonunda aparılmış araşdırma zamanı özünü X1 təqdim edən qadın həmin torpağı Saray qəsəbə sovetinin keçmiş sədri mərhum Baba adlı şəxsdən aldığını bildirərək arayış təqdim etmişdir. Abşeron RPŞ-də sənədlərinə baxıldıqdan sonra torpaq sahəsinin mülkiyyətində olduğunu həmin qadın bildikdən sonra Kəmalə Mirzəyeva səhv etdiyini bildirərək ondan üzr istəyərək hasar üçün çəkdiyi xərci ödəməyini xahiş etmişdir. O da halallaşmaq məqsədi ilə 800 manat pulu Mirzəyeva Kəmaləyə ödəyərək, Kəmalədən bu barədə öz xətti ilə yazdığı qəbz almışdır. Mirzəyeva Kəmalə həmin torpaq sahəsinə dair heç bir iddiasının olmadına dair dilindən kağız yazıb vermişdir. O, DƏDRX-nin Abşeron Ərazi idarəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin koordinat və cizgilərinin yenidən dəqiqləşdirilməsini istəmişdir. Çünki mülkiyyətində olan həmin 0,05 ha torpaq sahəsinin texniki pasportu köhnə olmuşdur. O da torpaq sahəsinin harada yerləşməsinin müasir GPRS cihazı ilə tam dəqiqliyi ilə müəyyən edilməsini öyrənmək və bilmək istəmişdir. xx.xx.2021-ci il tarixdə yenidən torpaq sahəsinə baxmağa gedərkən torpaq sahəsinin hasarlanmış hissəsinə dəmir darvazanın qoyulduğunu və üzərinə də “satılır” sözünün yazılaraq əlaqə saxlamaq üçün ***-***-**-** mobil nömrəsinin yazıldığını görmüşdür. O həmin mobil nömrəyə zəng etmişdir. Özünü Cavabdeh kimi təqdim edən şəxs torpağa hasarın guya özü tərəfindən çəkildiyini və satmaq istədiyini və bu torpağın Cavabdeh Saray Bələdiyyəsindən 15 illiyə icarəyə verildiyini bildirmişdir. Bələdiyyənin sədri ona bildirmişdir ki, Anar bələdiyyə sədrini aldadaraq guya həmin hasarı özü çəkmiş, ona görə də Anara icazə üçün 15 illik istifadə üçün icazə verilmişdir. Əslində Bələdiyyə sədri Cavabdeh ilə əlbir olaraq onun torpaq sahəsini qeyri- qanuni zəbt etmişlər. Çünki o, polisin 102 xidmətinə zəng edib sonra X8 müraciət etmişdir. Bundan sonra təhqiqat araşdırması zamanı ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən hasar çəkilməsindən söhbət getməmişdir. Çünki hasarın onun tərəfindən çəkildiyi sənədlər ilə tam təsdiq edilmişdir. Bələdiyyə sədri öz əməllərinə don geyindirə bilməsi üçün yalanlar uyduraraq Anarın icarə üçün bələdiyyəyə müraciət etdiyi torpaq sahəsinə baxış keçirilərkən guya hasarlı torpaq sahəsinin sputniklə koordinat nöqtələrinin yoxlanması zamanı başqa heç bir torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirərək Abşeron rayonu ərazisində yerləşən torpaq sahələrində sürüşmə hallarının çox olduğunu bildirmişdir. Bu da bir daha təsdiq edir ki, Saray bələdiyyəsi qanunsuz əməllər ilə məşğul olaraq insanları incidir. Bundan başqa Cavabdeh qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(012)-135/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisi, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisi, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikili, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililərin Cavabdeh vəsaiti hesabına sökülməsi, Cavabdeh qanunsuz istifadə etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin İddiaçı sahibliyinə qaytarılması, mütəxəssis rəyi üçün ödədiyi 300 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Abşeron rayon Məhkəməsində iddia qaldırmazdan öncə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və orada onun müraciəti əsasında araşdırma aparılmış və Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Zamiq Mustafayev tərəfindən 21 yanvar 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Abşeron rayonu, Saray Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 21 nömrəli məktubunda Saray Bələdiyyəsi tərəfindən əraziyə baxış keçirildiyi, baxış zamanı həmin ərazinin dörd tərəfdən daş hasarla hörüldüyü və içərisində əl damı tikildiyi qeyd olunmuşdur. Həmin (0.0487 ha) torpaq sahəsinin vətəndaş Cavabdeh ərizəsi ilə onun faktiki bilavasitə istifadəsində olduğunu bildirmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin xəritəsi çəkilərək, koordinat nöqtələri vurulmuş və heç bir sənədlə üst-üstə düşməməsi aşkar edilmişdir. Odur ki, həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə bələdiyyə xx.xx.2020-ci il tarixli 9/5 saylı qərar qəbul etmiş və hal-hazırda sənədləşmənin davam etdiyi göstərilmişdir. Daha sonra qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin Abşeron rayon şöbəsindən xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nə daxil olmuş məktubda İddiaçı mülkiyyətində olan xx.xx.2006-cı il tarixli, **********18 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinə baxış keçirildiyi, ərazidə ümumi DWG uyğunsuzluq mövcud olduğu qeyd olunmuşdur. Beləliklə qeyd olunan qərardan göründüyü kimi, Abşeron RPİ-də aparılmış araşdırma zamanı Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı məxsus olan torpaq sahəsi ilə üstüstə düşmədiyi və həmin torpaq sahəsinin icarə verilməsi məqsədi ilə Saray Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli 9/5 saylı qərar qəbul edildiyi müəyyən olunmuşdur. Bundan başqa, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin BakıLayihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından və İddiaçı iddia elədiyi Cavabdeh faktiki istifadəsində olan 0,0502 ha mübahisəli torpaq sahəsi ilə xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada uyğun gəlmir. xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində digər şəxs tərəfindən torpaq sahəsindən faktiki olaraq istifadə olunur. Bundan başqa 24 fevral 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından və İddiaçı iddia elədiyi Cavabdeh faktiki istifadəsində olan 0.0502 ha mübahisəli torpaq sahəsi ilə xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada uyğun gəlmir. Bundan əlavə məhkəmə araşdırması zamanı ekspert dinidirilmiş və dindirmə zamanı ekspert öz ifadəsində bildirmişdir ki, Sumqayıt şəhərində məhkəməyə dəvət olunmuş, bu işi də özü ilə götürmüş, hadisə yerinə baxış keçirmək istəmiş, işin içində bir nömrəyə zəng etmiş, iddiaçının vəkili olduğunu ona bildirmişlər, həmin əraziyə baxış keçirmiş, ərazidə olan tikililərin ölçülərini götürmüş, mütəxəssis rəyinə əsasən rəy yazmışdır. Tiklilərə baxış keçirmiş, tiklilərin kimin torpaq sahəsi olduğunu müəyyən edə bilməmişdir. Məhkəmə araşdırması zamanı Kadastr Layihə Tədqiqat Mərkəzi" MMC-nin mütəxəssisi məhkəməyə dəvət olunaraq dindirilmiş, dindirmə zamanı mütəxəssis öz ifadəsində İddiaçı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı hakimin sualına mütəxəssis bildirmişdir ki, onun qarşısında belə bir sual qoyulmadığından həmin hissəni araşdırmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(012)-135/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından və İddiaçı iddia elədiyi Cavabdeh faktiki istifadəsində olan 0,0502 ha mübahisəli torpaq sahəsi ilə xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada uyğun gəlmir. xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində digər şəxs tərəfindən torpaq sahəsindən faktiki olaraq istifadə olunur. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus torpaq sahəsində cavabdeh tərəfindən 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı tikilisinin inşa edildiyi və istifadə olunduğu müəyyən edilmişdir. Birinici instansiya məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X5 izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə digər şəxslər tərəfindən müdaxilə edilmişdir. Həmçinin torpaq sahəsində sürüşmə vardır. Sözügedən torpaq sahəsində quş tövləsi və ayaqyolu da vardır. Həmin tikililər Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Birinici instansiya məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 ifadəsində bildirmişdir ki, belə işlər üzrə adətən Məhkəmə Ekspertizası Mərkəzi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin rəyini tələb edir. O, iş materiallarında olan nömrəyə zəng etmiş və tikiliyə baxış keçirmişdir. O, tikililərin ölçülərini götürmüş və 2-ci sual üzrə baxış keçirmiş, qalan sualları isə mütəxəssis rəyinə əsasən tərtib etmişdir. Onların şöbəsində torpaq ilə bağlı mütəxəssis vardır. Lakin Reyestr Xidməti baza məlumatlarını onlara təqdim etmədiyinə görə, məcbur olub mütəxəssis rəyi tələb etməli olurlar. Mübahisə predmeti olan ərazidə həqiqətən də tikililər vardır. Əl GPS vasitəsi ilə koordinatları hesablamış və həmin sahədə torpaq sahəsinə baxış keçirmişdir. Əl GPS vasitəsi ilə kordinatlar daxil ediləndə ona təqdim edilən ərazi çıxmışdır. Onun tərəfindən sırf tikililərə baxış keçirilmiş və rəydə verdiyi tikililər həmin ərazidə mövcud olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X3”-nin xx.xx.2022-ci il tarixli, 62 saylı ekspert-mütəxəssis rəyi və həmin rəyin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara dair nəticələr aşağıdakı kimi müəyyən edilir: -Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki pasportuna əlavə edilmiş xəritənin (plan və cizgisi) göstəriciləri, o cümlədən quruluşu, konfiqurasiyası və yerləşməsi Torpağa mülkiyyət hüququna dair JN-2597 saylı Dövlət Aktındakı 1506.07 kv.m-lik torpaq sahəsinin planı (cizgisi) ilə uyğunluq təşkil edir. -İddiaçı mülkiyyətində olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki yerləşdiyi sahə ilə 2007-ci ildə hazırlanmış və ona verilmiş texniki pasportda qeyd edilmiş xəritə, plan və ölçü arasında uyğunsuzluq müəyyən olunur. Səbəb isə həmin torpaq sahəsinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin mövcud olmasıdır. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun sahəsi 0.05 ha təşkil edir və müvafiq sənədlər (çıxarış və texniki pasport) üzrə nəzərdə tutulmuş sahəyə uyğundur. Həmin torpaq sahəsində ayrı-ayrılıqda sahəsi 40,3 m2 (6,6x6,1 m), 34,7 m2 (10,2x3,4m), 85,3 m2 (15,5x5,5m) olan üç tövlə tikilisi, sahəsi 2,9 m2 (1,9x1,5m) olan sanitar qovşağı, sahəsi 15,0 m2 (4,4x3,4m) olan tikintisi tam başa çatmamış yarımçıq tikili və sahəsi 11,8 m2 (4,2x2,8m) olan yaşayış otağı yerləşir. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun sahəsi 0.05 ha təşkil edir və müvafiq sənədlər (çıxarış və texniki pasport) üzrə nəzərdə tutulmuş sahəyə uyğundur. Lakin, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin aşkar edilməsi səbəbindən və qəsəbənin baş planına edilmiş son dəyişikliklər elektron xəritə üzərinə yerləşdirilmədiyi üçün, həmin torpaq sahəsinin başqa şəxsə (şəxslərə) məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini aydınlaşdırmaq hal-hazırda mümkün olmadı. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsi 0.05 ha təşkil edir və onun adına verilmiş hüquq müəyyənedici və texniki sənədlərdə qeyd edilən sahə ilə üstüstə düşür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, ekspertiza rəyləri ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində cavabdeh tərəfində tikililər inşa edilmiş, bundan başqa, Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi yoxdur, torpaq sahəsi özbaşına zəbt edilmiş, torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlıdır və cavabdeh tərəfindən yuxarıda qeyd olunan tikililər özbaşına olaraq həyata keçirilmişdir, cavabdehin vəkili-nümayəndəsinin izahatı heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(012)- 135/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(012)-135/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2269/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2269/2022
28.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər - Torpaq sahəsinin boşaldılmas
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver