Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2340/2020 12.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2598/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2598/2020 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin dəyişdirilməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2598/2020 saylı qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2598/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ilə aralarında bağlanmış Abşeron rayonu, Heydər Əliyev prospekti “xxxxxxxxxxx” MMC yaşayış massivi 22 saylı küçə, 4 saylı binanın 8 saylı mənzilinin onun adına keçirilməsi, mənzilin girov qoyulduğu banka qalan kredit borcu üzrə vəsaitin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək, mübahisənin məhkəməyə qədər (pretnziya qaydasında) nizama alınmsı qaydasına riayət edilməməsinə istinad etmişdir. Halbuki iş materiallarında Cavabdeh “xxxxxxxxxxx” MMCnin rəhbərliyə xx.xx.2020-ci il tarix notariall qaydada təsdiq olunmuş ərizə ilə müraciət edib, mənzilə dair hüquqların ona verilməsinə etiraz etmədiyini bildirir. Bundan başqa Cavabdeh ona baş etibarnamə verərək bütün əmlakın onun tərəfindən idarə olunmasını həvalə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsini geri qaytararkən iddiaçı təəfindən mübahisə doğurduğu müqavilədə tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıqla həlli edilməsi nəzərdə tutulduğu halda iddiaçı tərəfin müsbahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı iddia ərizəsinə hər hansı bir sənəd əlavə etmədiyi hala istinad etmiş və gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 149.2.4, 150.0.7, 152.1.1 və 152.6-cı maddələri ilə əsaslandırmışdır. İş materiallarında olan “ xxxxxxxxxxx” MMC və Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, B(b)/026 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 1.1-bəndinə əsasən Satıcı “xxxxxxxxxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivindəki 22 saylı küçəsində inşa edilən (inşa edilmiş), 4 saylı, 5 mərtəbəli yaşayış binasında ümumi sahəsi 52.0 kv.metr olan, 1 otaqdan ibarət 8 saylı mənzil (gələcəkdə vahid əmlak adlandırılacaq) “Alıcı”Cavabdeh satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 6.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 266/13 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh xx xxxx 2013-cü il tarixli, 7446 nömrəli kredit müaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Heydər Əliyev prospekti “xxxxxxxxxxx” MMC yaşayış massivi 22 saylı küçə, 4 saylı binanın 8 saylı mənzili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə girov qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən İddiaçı şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraat qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 155, 156, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2598/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2340/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2340/2020
12.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver