Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2358/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, maraqlarına toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2330/2021 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2330/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 10 may 2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(067)-2330/2021-saylı qətnaməsinin ləğv olunması, qərəzli olaraq ona külli miqdarda 15000 ABŞ dolları miqdarında real zərər vurduğuna görə həmin məbləğin tutularaq iddiaçıdan ona verilməsi barədə və pulunu ödəyərək aldığı ünvan 1 ünvanının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqısatqısına dair Cavabdeh ilə aralarında 10 may 2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: . Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2014-cü ildə cavabdehdən 0,04 ha torpaq sahəsinin içində ev alıb. Lakin məhkəmə qanunsuz olaraq həmin evin və torpaq sahəsinin güya Ehtibar Məmmədova satılması barədə qətnamə qəbul edib. Halbuki. Qətnamə qəbul edilərkən həmin torpaq sahəsi və ev ona məxsus olub. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2330/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qətnamə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, müvəkkili notarial qaydada alğı-satqı müqaviləsi ilə mübahisəli evi alıb və kirayəyə verib. Sonra xəbər tutub ki, evini sökürlər və ev məhkəmə qərarı ilə başqasına verilmiş və çıxarış alınmışdır. Məsələ ortaya çıxanda qarşı tərəf maraqlı şəxsə evin pulunu təklif edib ki, ev onlara qalsın. Amma müvəkkili razılaşmayıb. Məhkəmə qətnaməsində qeyd olunur ki, güya 2005-ci ildə iddiaçı ev üçün Cavabdeh pul ödəyib. Sonra Eyvazı tapa bilməyib ona bildirişlər göndəriblər. Əslində bildiriş göndərmək və sair hərəkətlər hamısı fərziyyədir. Cavabdeh 2005-ci ildə heç bir alğı-satqı edə bilməzdi. O özü mülkiyyət hüququnu 2008-ci ildə edib, bundan əvvəlki tarixə notarial alğı-satqı qeyri-mümkündür. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 2330/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclaslarına, Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki. qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(067)-2330/2021-saylı qətnaməsinin ləğv olunması, qərəzli olaraq ona külli miqdarda 15000 ABŞ dolları miqdarında real zərər vurduğuna görə həmin məbləğin tutularaq iddiaçıdan ona verilməsi barədə və pulunu ödəyərək aldığı ünvan 2 ünvanının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, iddiaçının qohumu, cavabdehin də qonşusudur. Tərəflərlə ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı ilə bir-birinin evinə mütəmadi gediş-gəlişləri olmuşdur. Cavabdeh 10 may 2005-ci ildə özünə məxsus Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 5000 ABŞ dollarına İddiaçı satmış, iddiaçı cavabdehə evə və torpaq sahəsinə görə 5000 ABŞ dollarını 10 may 2005-ci il tarixdə onun və X3 yanında vermiş və həmin əmlakları satın almışdır. Cavabdeh həmin vaxt tez bir zamanda satdığı əmlakların mülkiyyət sənədlərini qaydasına salıb iddiaçının adına rəsmiləşdirəcəyini söz vermiş, iddiaçı da cavabdehə vaxt vermişdir. Lakin cavabdeh bu günədək evi və torpağı iddiaçının adına keçirməkdən yayınır. 2005-ci ilin may ayının 10dan mübahisəli evdən və torpaq sahəsindən iddiaçı öz əmlakı kimi istifadə edir. İddiaçının cavabdehdən Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini xx.xx.2005-ci ildə 5000 ABŞ dollarına satın aldığını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2008 -ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X1 şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evini və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 4800 manata Cavabdeh satmışdır. İş materiallarında olan DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından və Reyestr nömrəsi **********05-10301 olan Daşınmaz Əmlakın Texniki pasportundan müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Birinci instansiya məhkəməsi şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair əqd bağlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qaraçın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgeninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbş qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyəvə ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notärial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təstiqlənməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərln notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təstdqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mlki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqısatqısına dair Cavabdeh ilə aralarında 10 may 2005-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinii istinad etdiyi və iş materiallarında olan DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətindədir, Daşınmaz Əmlakın xx.xx.2008 -ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən o, mülkiyyətində olan Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 4800 manata Cavabdeh satmışdır. DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından və Reyestr nömrəsi **********05-10301 olan Daşınmaz Əmlakın Texniki pasportuna əsasən Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi X7 tərəfindən xx.xx.2008 -ci il tarixdə notarial qaydada alğı-satqı müqaviləsi ilə Cavabdeh satmışdır. Bununla da müəyyən edilir ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən xx.xx.2008 -ci il tarixdə alğı-satqı müqaviləsi əsasında alınması nəzərə alınarsa cavabdehin mülkiyyətində olmayan həmin torpaq sahəsinin 10 may 2005-ci tarixdə iddiaçıya satılması qeyri-mümkündür. Bundan başqa işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs satmışdır. İş materiallarından müəyyən edilir ki, məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən iş üzrə Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Halbuki, onun iştirakı təmin edilsəydi mübahisəli torpaq sahəsi və evin digər şəxsə satılması müəyyən edilə bilərdi. Bununla da müəyyən edilir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmadan, cavabdehin iştirakı təmin edilmədən, həmçinin mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin dövlət reyestrində hüquqi statusu barədə müvafiq sorğular vermədən yekunda səhv nəticəyə gəlmişdir. Bununla da məhkəmə xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən Maraqlı şəxs satılmış torpaq sahəsinə dair iddiaçı ilə Cavabdeh arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab etməklə qanunvericiliyin tələblərini pozmuşdur, mülkiyyətinin konstitusiya ilə tənzimlənən mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsi və evin cavabdeh tərəfindən ona satılmasını bildirsə də, buna dair hər hansı yazılı qəbz də tərtib edilməmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən 2005-ci ildə ona satılmasını göstərdiyi torpaq sahəsi həmin vaxt cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda da mülkiyyətində olmayan torpaq sahəsini başqa bir şəxsə satılması barədə tərəflər arasında hər hansı formada satılması qanunvericiliyə uyğun deyildir. Həmçinin məhkəmə qətnaməsi qəbul edilən zaman həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehin deyil, digər şəxsin mülkiyyətində olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və əsassız bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2330/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2358/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2358/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver