Məhkəmə qərarları › İş №2(105)-2476/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2476/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2476/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə təmin edilərək 11504.19 manat, faiz borcu 763.8 manat və cərimə borcu 39.36 manat olmaqla, ümumilikdə 12307.92 manat, 150 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləğinin tutulması, tələbin Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) likvid dəyəri – ilkin satış qiymətinin 90 000 (doxsan min) manat müəyyən edilməsi, əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması, evin boşaldılması, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilə və 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12629.19 manat əsas borc, 763.8 manat faiz və 39.36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13432.35 manat məbləğində borcun və 130.30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin və 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqavilənin ləğv edilməsi barədə məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 mart 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. 12 aprel 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 19%-lə 24 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 ilə 15 mart 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evi (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) 12 aprel 2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 10 iyun 2022-ci il tarixədək Cavabdeh2 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 12629.19 manat əsas, 763.8 manat faiz və 157.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13550.43 manat borcu vardır. Cavabdeh2 banka 12 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 157.44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 39.36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti əmlakın real dəyərini əks etdirmir. Cavabdeh1 mülkiyyətində olan yaşayış evinin likvid qiymətinin müəyyən edilərkən ipoteka müqaviləsinin 9.4-cü bəndinə göstərilən və tərəflərin razılıgı ilə müəyyən edilmiş 54.000 manat əmlakın ilkin satışı qiyməti kimi müəyyən edilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış 12 aprel 2021-ci il tarixli ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın həm bazar qiyməti həmdə ilkin satış qiyməti müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli e-2(012)-4096/2022 saylı qətnaməsi qismən ləğv edilərək, cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 214.8 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla Saray qəsəbəsi, Çənlibel küçəsi, ev 5) likvid (ilkin satış) qiyməti 54.000 (əlli dörd min) AZN müəyyən olunmaqla, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver