Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2482/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-282/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-282/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «ünvan 1 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzilin müəyyən edilərək, "xxxx" MMC-nin hüquqi varisi olan cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.(hakim C.Səfiyeva) Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-282/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2010-cu il tarixdə onunla "xxxx" MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi № 1 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzilin müəyyən edilərək "xxxx" MMC-nin hüquqi varisi olan cavabdeh "xxxx" MMC-dən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi № 1 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzili dəyərini- yəni 26.240 manat pul vəsaitini tam ödəməklə əldə etmək üçün müqavilə bağlamışdır. Binanın tikintisi ilə maraqlandığı zaman ona tikintinin dayandırılmış olduğu məlumatını vermişlər. Bundan sonra, bütün işlər "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MMC-yə tapşırılmışdır. İddiaçı binanın tikintisi başa çatdıqdan sonra mənzili təhvil almaq üçün şirkətə yaxınlaşsa da, ona mənzillərin nömrə və girişlərinin dəyişdirildiyi məlumatı verilmiş və o, mənzili barədə heç bir məlumat ala bilməmişdir. Mənzil üçün qabaqcadan razılaşdırılmış məbləğdə ödəniş etsə də, bu barədə ona maliyyə arayışı təqdim edilsə də, iddiaçıya həmin mənzil təhvil verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsinin məzmununa uyğun apelyasiya şikayəti verərək qeyd etmişdir ki, üçüncü şəxsin təqdim etdiyi müqavilə özü özülüyündə saxtadır. Beləki, onun təqdim etdiyi müqavilə (M/H **********944) ilə təqdim etdiyi ödəniş qəbzinin (M/H **********944) müxbir hesabı və imza uyğun gəlmir və buda o deməkdir ki, üçüncü şəxs cavabdehə mənzil üçün pul ödəniş etməmişdir. İşə baxan məhkəmə bu fakta əhəmiyyət verməmiş, maddi və prosessual pozuntuya yol verərək qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Bildirdi ki, müqavilədəki imza Mahir İbadova məxus deyildir. Onun tərəfindən həmin mənzil üçün pul ödənilməyib, müqavilədəki nömrə ilə ödəniş qəbzindəki nömrə fərqlidir. Bütün hallarda onun təmsil etdiyi şəxs mənzil üçün pul ödəmişdir. Əgər cavabdeh bir mənzili iki şəxsə satmışdırsa bunun günahı cavabdehin özündədir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı mübahisəli mənzili 2010-cu ildə aldığını iddia edir. İddia tamamilə əsassızdır, çünki müqavilə saxtadır. "xxxx" MMC-nin rəhbəri Məmmədov Qasım 2009-cu ildə şirkətdəki bütün hüquq və vəzifələrini alıcı Tağıyev Azərə vermişdir. Həmin tarixdən o, imza səlahiyyətini itirmişdir. İddiaçının təqdim etdiyi müqavilədən isə müəyyən edilir ki, o, müqaviləni "xxxx" MMC ilə bağlamışdır. 2009-cu ildə təhvil verilən möhürlə 2010-cu il tarixdə müqavilə tərtib edilməsi məntiqə uyğun deyil. Əslində isə həmin mənzilin əsl sahibi İbadov Mahirdir. Hazırda da həmin mənzildə Mahir İbadov təmir işləri aparıb orada yaşayır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 01 oktyabr 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi № 1 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzili "xxxx" MMC 26.240 manat ödəmək müqabilində İddiaçı ayırmağı öhdəsinə götürüb. Yenə işdə olan 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışından məlum olur ki, İddiaçı 82 kv.m sahəsi olan 2 otaqlı ev üçün 26.240 manat ödəmişdir və MMC-yə heç bir borcu yoxdur. İşə əlavə edilmiş Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC 2013-cü il tarixdən etibarən "xxxx" MMC adı altında fəaliyyət göstərir. İşdə olan 28 aprel 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzili 26.240 manat ödəmək müqabilində X3 ayırmağı öhdəsinə götürüb. Mülki iş materiallarında olan 00299 №-li, 28 aprel 2008-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, X6 mənzil üçün 26.240 manat ödəmişdir və MMC-yə heç bir borcu yoxdur. İşə əlavə edilmiş 28.12.2009-cu il tarixli hüquqi şəxsin nizamnamə kapitalındakı payın hüquq və vəzifələrinin alqı-satqı müqaviləsindən məlum olur ki, X4 "xxxx" MMC-dəki payını 5 min manata X1. Yenə işə əlavə edilmiş "xxxx" MMC-nin təsiscisinin 29.12.2009-cu il tarixli, 01№-li qərarından görünür ki, X4 həmin tarixdən MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Həmin tarixli, 02№-li qərarla X7 MMC-nin direktoru təyin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-282/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. Məhkəmə kollegiyası hər şeydən əvvəl qeyd edir ki, iş üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslə iş üzrə cavabdeh "xxxx" MMC (2013-cü il tarixdən etibarən «ünvan 3 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, 2 otaqlı, 82 kv.m sahəsi olan 175 nömrəli mənzilə dair müqavilə bağlanması və onlar tərəfindən 26.240 manat ödənilməsi işin mübahisəsiz halıdır. Daha doğrusu, iddiaçı və cavabdeh ödənişin olub-olmaması barədə fikir bildirsələr də, istər iddiaçının təqdim etdiyi maliyyə arayışı, istərsə də üçüncü şəxsin təqdim etdiyi mədaxil orderi məhkəmə qaydasında mübahisələndirilməmişdir. Başqa sözlə, MMC-nin adından kim tərəfindən verilməsindən asılı olmayaraq hər iki sənəd qüvvədədir. Hazırda əsas məsələ mübahisəli mənzilə dair bağlanmış əqdin etibarlılığı ilə bağlıdır. İşdən göründüyü kimi mübahisəli mənzil iş üzrə üçüncü şəxs olan X6 tərəfindən 28 aprel 2008-ci il tarixli müqavilə əsasında əldə edilmişdir. Mənzilin dəyəri olan 26 240 manat həmin gün ödənilmiş və bu barədə ona kassa mədaxil orderi təqdim edilmişdir. İddiaçı isə mübahisəli mənzilə dair müqaviləni ondan sonra, 01 oktyabr 2010-cu il tarixdə bağlamış, ona da həmin gün mənzilin dəyəri olan 26.240 manatı ödəməsi barədə maliyyə arayışı verilmişdir. Qeyd edildiyi kimi hər iki müqavilə və maliyyə sənədi mübahisələndirilməmiş, qüvvədədir. Bundan əlavə, iş üzrə tərəflərin izahatından məlum oldu ki, mübahisəli mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzil iş üzrə üçüncü şəxsin sahibliyində və istifadəsindədir. AR Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” 15 yаnvаr 2010-cu il tаrixli Qərаrındа məsələyə аşаğıdаkı kimi hüquqi mövqe nümаyiş etdirilmişdir: «Sаhiblik və istifаdə hüquqlаrını həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnının mövcud olmаsı əmlаk sаhibinin hüquqlаrının dа mülkiyyətçinin hüquqlаrı ilə bərаbər həddə müdаfiə olunmаsı zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, artıq özgənin qanuni sahibliyində və istifadəsində olan mübahisəli mənzilin ona təhvil verilməsi barədə İddiaçı iddiası təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı ilə cavabdeh MMC arasında mübahisəli mənzilə dair bağlanmış 01 oktyabr 2010-cu il tarixli müqavilə mübahisələndirilməmişdir, qüvvədədir. Belə olan təqdirdə nə qədər ki, həmin müqavilə qüvvədədir, iddiaçının ödədiyi pulu geri tələb etmək hüququ istisna olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi hüquqi nəticə qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-282/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2482/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2482/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver