Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-250/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X23 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, X8 və İddiaçı2 nümayəndəsi Vəkil1, Cavabdeh4 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X17 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh3 ASC-yə və Qobustan Rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin e-2(026)-384/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X17 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, X17 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2 sədri Cavabdeh4,Cavabdeh3 ASC-yə və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin onların sahibliyi və istifadəsinə qaytarılması tələbi əsassız olduğu üçün təmin olunmaması qət edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, X17 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh3 ASC-yə və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi və bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1, X17, İddiaçı2 və onların nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən X7 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsinin, JİN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsinin, JV192 saylı dövlət aktına əsasən X12 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 183514.62 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 ASC-və satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli çıxarışlar ləğv edilməsi, Cavabdeh3 ASC ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi (müqavilə notarial qaydada bağlanmamışdır) etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən X4 verilmiş xx.xx.2018-ci il tarixli **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, cavabdeh X11 ilə cavabdeh X18 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-Ə ******* nömrəli və xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən X13 verilmiş xx.xx.2019-cu il tarixli, **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3 ASC ilə cavabdeh X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən X14 verilmiş xx.xx.2014-cü il tarixli, **********93 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə respublikada keçirilən aqrar islahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107.44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 214103.58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X12 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514.62 kvadrat metr torpaq sahələri verilmişdir. İddiaçılar həmin torpaq sahələrindən 2006-cı ilə qədər istifadə etmiş, orada əkin işləri aparmışlar. 2007-ci ilin sentyabr ayında Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 onlarla danışaraq, həmin torpaq sahələrini 10 illik müqavilə əsasında icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçılar Cavabdeh4 əvvəlcədən tanıyıb etibar etdikləri üçün onunla razılaşmış və torpaq sahələri ilə bağlı dövlət aktlarını icarə müqaviləsi bağlanması üçün ona vermişlər. Razılaşmalarına əsasən torpaq sahələrinin icarəsinə görə Cavabdeh4 İddiaçı1 1500 manat, İddiaçı2 6200 manat, İddiaçı3 isə 5400 manat məbləğində pul ödəməli idi. Cavabdeh4 həmin pulları İddiaçı2 götürmüşdür. Həmin vaxtdan sonra iddiaçılar öz torpaq sahələri ilə maraqlanmamışlar. Çünki torpaq sahələrinin icarə müqaviləsi əsasında Cavabdeh4 istifadəsində olduğunu zənn etmişlər. 2017-ci ilin sentyabr ayında 10 illik icarə müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh4 müraciət edərək, artıq torpaq sahələrindən özləri istifadə etmək istədiklərini bildirmişlər. Lakin Cavabdeh4 onlara tələsməmələrini və müqavilənin müddətinin uzadılması ehtimalı olduğunu bildirmişdir. İddiaçılar Bakı şəhərində yaşadıqları üçün torpaq sahələri ilə maraqlana bilməmişlər. 2021-ci ilin təxminən oktyabr ayında iddiaçılara məxsus torpaq sahələrinin guya İddiaçı2 Cavabdeh4 verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ASC-yə satıldığını öyrənmişlər. Halbuki iddiaçılar heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi kimi X16 iştirak etmişdir. Bu məsələ ilə əlaqədar Cavabdeh4 müraciət etdikdə o, torpaq sahələrinin İddiaçı2 ona verdiyi etibarnamə əsasında satıldığını bildirmişdir. Lakin iddiaçılarla Cavabdeh4 arasında icarə və sair müqavilələr bağlanmamışdır. Cavabdeh4 iddiaçıları aldadaraq torpaq sahələrini saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satmışdır. 2021-ci ilin oktyabr ayında iddiaçılar özlərinə məxsus olan torpaq sahələrinin özləri tərəfindən imzalanmamış alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satıldığını bildikdən sonra ərizə ilə Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər. İddiaçıların ərizəsi əsasında Qobustan Rayon Prokurorluğunda araşdırma aparılmış və 11 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Qobustan rayon prokuroru tərəfindən nəzarət qaydasında 07 fevral 2023-cü il tarixdə ləğv edilmişdir. Əlavə araşdırma aparıldıqdan sonra Qobustan rayon prokurorluğu tərəfindən 17 fevral 2023-cü il tarixdə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən əlavə araşdırma aparılması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh5 sabiq notariusu X15 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqı-satqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Cavabdeh5 etibarnaməsinə əsasən İddiaçı1, İddiaçı2 və X9 adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Cavabdeh5 rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı1 məxsus 61107.44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsi 32100 manata, X12 məxsus 183514.62 metr torpaq sahəsi 28500 manata Cavabdeh3 ASCnin səlahiyyətli nümayəndəsi və təsisçisi X1. Qərara əsasən göstərilən hərəkətləri törətdiyinə görə Cavabdeh5 sabiq notariusu X3 əməlində Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün T.S.Seyidovun ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və X20 tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 sədri Cavabdeh4 heç bir etibarnamə verilmədiyi, mövcud olmayan etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı1 məxsus 61107.44 kvadrat metr torpaq sahəsinin 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsinin 32100 manata, X12 məxsus 183514.62 metr torpaq sahəsinin 28500 manata Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X2 və nəticədə İddiaçı1, İddiaçı2 və X9 qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu müəyyən edilir. Başqa sözlə 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini doğuran şərtlərin mövcudluğu bu günkü gündə qanuni qüvvəsini almış qərarla müəyyən edilmişdir. Qeyd edilən əqdin etibarsızlığı şərtləri isə Qobustan rayon prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından sonra iddiaçılara məlum olmuşdur. İddiaçılar İddiaçı1, X17, İddiaçı2 və onların nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən sahəsi 61107.44 kvadrat metr olan torpaq sahəsinin, JİN:191 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 214103.58 kvadrat metr olan torpaq sahəsinin, JV192 saylı dövlət aktına əsasən X12 və ailə üzvlərinə verilmiş, Qobustan rayonunun Xilmilli kəndində yerləşən, sahəsi 183514.62 kvadrat metr olan torpaq sahəsinin Cavabdeh3 ASC-və satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, ls-924 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* seriya nömrəli çıxarışlar ləğv edilməsini xahiş etmişdir Məhkəmənin qərardadı ilə X15 cavabdeh qismində Qobustan rayon notariat ofisi ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1, X17 və Rəsulov X5 Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən qətnamədə göstərmişdir ki, iddiaçılar torpaqlarının satılmasından 2021-ci ildə xəbər tutmaları barədə məhkəməyə heç bir əsaslı mötəbər sübut təqdim edə bilməmişlər. İşin araşdırılmış hallarından görünür ki, onların mülkiyyətində olan torpaqlar onların xahişi və verilmiş etibarnamə əsasında satıldığı üçün həmin vaxtdan, yəni 2007-ci ilin oktyabr ayından torpaqlarını satdıqlarını bilmişlər. Məhkəmə iş materiallarında, ümumiyyətlə, torpaqların satılmasına dair iddiaçılar tərəfindən verilmiş etibarnamə olmadığı halda, iddiaçıların torpaqların satılmasını 2007-ci ildən bilmələrinə və həmin vaxtdan torpaqların satılmasının onlara məlum olmasına dair yalnış nəticəyə gəlmişdir. Halbuki, qətnamənin əsaslandırma hissəsində qeyd edilən fikrin yazıldığı abzasdan iki abzas əvvəl məhkəmə göstərmişdir: “Qobustan rayon notariat kontorunun notariusu tərəfindən alqı-satqı ilə bağlı notarius işləri açılmadığından iddiaçıların Cavabdeh4 etibarnamə verib-verməməsini müəyyən etmək mümkün olmadı.” Bununla da məhkəmə qətnamənin əsaslandırma hissəsinə bir-birinə zidd olan fikirləri daxil etməklə özü öz fikirlərini inkar etmiş və işin halları üzrə ziddiyyətli nəticəyə gəlmişdir. İddiaçılar 2021-ci ilin təxminən oktyabr ayında özlərinə məxsus torpaq sahələrinin guya İddiaçı2 Cavabdeh4 verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ASC-yə satıldığını öyrənmişlər. Halbuki, iddiaçılar heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər və iş materiallarında da belə bir etibarnamə yoxdur. Bundan sonra iddiaçılar qeyd edilən halla bağlı Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər və Qobustan rayon Prokurorluğunda müvafiq araşdırma aparıldıqdan və 17 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra özlərinə məxsus olan torpaq sahələrinin satılması iddiaçılara məlum olmuş və onlar həmin vaxtdan öz hüquqlarının pozulduğunu bilmişlər. Bununla yanaşı hazırkı mübahisədə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olsa da, əqdin etibarsız hesab edilməsi son nəticədə mülkiyyətçilərin öz torpaq sahələri üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə yönəlmiş və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən bu tələblərə iddia müddəti şamil edilməməlidir. Qeyd edilənlərlə yanaşı etibarsız əqdlər üzrə müddətlər Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuşdur və mübahisə əqdin etibarsızlığı barədə olduğu üçün məhkəmə mütləq şəkildə həmin maddəyə istinad etməklə hansı əqd üzrə (vacib əhəmiyyətli yanılma vəs.) iddia müddətinin keçdiyini əsaslandırmalı idi. Lakin məhkəmə əqd üzrə iddia müddətinin keçməsinə dair nəticəyə gəlsə də, Mülki Məcəllənin 354-cü maddəsi ilə nəzərdə tutulmuş hansı iddia müddətinin ötürülməsini qətnamədə əsaslandırmamış, həmin normaya, ümumiyyətlə, istinad etməməklə əsassız nəticəyə gəlmişdir. Bu hal məhkəmənin özünün də hansı normanın tətbiq edilməli olduğunu dəqiq müəyyən edə bilmədiyini və iddia müddətinin ötürülməsinə dair gəlinmiş nəticənin formal mülahizələrə əsaslandığını bir daha təsdiq edir. Məhkəmə Cavabdeh4 iddia müddəti barədə anlayışı olmamasına, belə bir ərizə verməyi fikirləşməməsinə baxmayaraq, yönəldici xarakterli sualla “iddia müddətinin keçdiyini demək istəyirsiniz?” deyə müraciət edərək, tərəfi ərizə verməyə yönəltmiş və yazılı ərizə verməyi tələb etməklə MPM-in 8-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında, ümumiyyətlə, iddiaçılar tərəfindən özlərinə məxsus olmuş torpaqların satılmasına dair Cavabdeh4 verilmiş etibarnamə olmadığı halda məhkəmə işdə mövcud olmayan sübut əsasında həmin faktın mövcud olmasına və iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsinə dair yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlər məhkəmənin iddiaçıların Cavabdeh4 özlərinə məxsus olmuş torpaq sahəsinin alqı-satqısı üçün etibarnamə verib-verməmələrinə dair iş üçün əhəmiyyəti olan mühüm halı aydınlaşdırmadığını, bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə yalnış nəticəyə gəldiyini deməyə əsas verir. İddiaçılar tərəfindən özlərinə məxsus olmuş torpaqların satılmasına dair Cavabdeh4 verilmiş etibarnamə olmadığı halda məhkəmə işdə mövcud olmayan sübut əsasında həmin faktın mövcud olmasına və iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsinə dair yalnış nəticəyə gəlmişdir. Həmçinin, iş materiallarında olan Qobustan Rayon Prokurorluğunun 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından İddiaçı1, İddiaçı2 və X20 tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 sədri Cavabdeh4 heç bir etibarnamə verilmədiyi, mövcud olmayan etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı1 məxsus 61107.44 kvadrat metr torpaq sahəsinin 9180 manata, İddiaçı2 məxsus 214103,58 metr torpaq sahəsinin 32100 manata, X12 məxsus 183514.62 metr torpaq sahəsinin 28500 manata Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X2 və nəticədə İddiaçı1, İddiaçı2 və X9 qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu müəyyən edilir. Başqa sözlə 07 oktyabr 2007-ci il tarixli, 1s924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini doğuran şərtlərin mövcudluğu bu günkü gündə qanuni qüvvəsini almış qərarla müəyyən edilmişdir. MPM-in 82.4-cü maddəsinin tələbləri baxımından iddiaçılarla Cavabdeh3 ASC arasında bağlanmış 07 oktyabr 2007-ci il tarixli, ls-924 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı artıq müəyyən edilmişdir. Lakin qeyd edilən halların mövcud olmasına baxmayaraq məhkəmə iddia müddətinin ötürülməsi və əqdin etibarsızlığı üçün əsasların olmaması nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan qeyd edilən hallar işdə olan sübutlarla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsinə və əqdin etibarsızlığı üçün əsasların olmamasına dair gəldiyi nəticə işin hallarına uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X17 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3 ASC, Qobustan Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia müddətinin ötürülməsi ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 178.1, 359.1, 362.1, 372.1, 377.1, 646.1, 648.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişlər. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi barədədir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə Mülki Məcəllənin 178.1, 359.1, 362.1, 372.1, 377.1, 646.1, 648.1-ci maddələrini tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsinin iddiaçıların qanuni sahiblik və istifadəsinə qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2. və 140-cı maddələri təşkil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107.44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı2 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 214103.58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X12 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514.62 kvadrat metr torpaq sahələri verilməsi işin mübahisəsiz halıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində 2021-ci ilin oktyabr ayında iddiaçılar özlərinə məxsus olan torpaq sahələrinin özləri tərəfindən imzalanmamış alqısatqı müqaviləsi əsasında Cavabdeh3 ASC-yə satıldığını bildikdən sonra ərizə ilə Qobustan Rayon Prokurorluğuna müraciət etməsini qeyd etmiş, həmin müqavilənin bağlanmasından 2021-ci il oktyabr ayında xəbərdar olduqları halda, bu iddianı xx.xx.2023cü il tarixdə, yəni 1 illik müddət ötürüldükdən sonra qaldırmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Göründüyü kimi iddiaçılar Mülki Məcəllənin 354.2. maddəsinin tələbinə əsasən həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarsızlığı tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisələndirdikləri çıxarışlar mövcud alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və bu müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, başqa sözlə desək, qüvvədə olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı1, X17 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, X17 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh3 ASC-yə və Qobustan Rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-250/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-250/2024
21.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Əmlak tələbi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver