Məhkəmə qərarları › İş №2(105)-282/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-282/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-282/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilələrin ləğv edilməsi və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh vəkili Nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, orda təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik istifadə hüquqlarının həyata keçirilməsi üçün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sülh və Dostluq küçəsinnin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İİİ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m. olan qeyri-yaşayış sahəsi və Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, orada təmir-tikinti işlərinin aparılması üçün şəraitin yaradılması, iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddianın predmetini dəyişərək, tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 60000 (altmış min) ABŞ dollarının və həmin məbləğə illik 5% ilə hesablanmaqla 52972,60 (əlli iki min doqquz yüz yetmiş iki ABŞ dolları 60 sent) ABŞ dollarının, habelə tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 35000 (otuz beş min) ABŞ dollarının və həmin məbləğə illik 5% ilə hesablanmaqla 30037,67 (otuz min otuz yeddi ABŞ dolları 67 sent) ABŞ dollarının, ümumilikdə 178010,27 (yüz yetmiş səkkiz min on ABŞ dolları 27 sent) ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi ilə hesablanaraq, o cümlədən iddia tələbinin verilməsi üçün ödənilmiş 592,82 (beş yüz doxsan iki manat 82 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinnin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İİİ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair X16 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında xx.xx.2006-cı il tarixli, 49 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə görə sahənin dəyəri hər kv.m üçün 600 ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci bəndinə görə tikinti işləri başa çatdıqadan sonra müqavilənin əsas predmeti kimi “İcarçı” təhvil verir, “Payçı” isə qəbul edir. T.Səmədov xx.xx.2006-cı il tarixdə 35000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları olmaqla, ümumilikdə qeyri-yaşayış sahəsinin tam dəyəri olan 60000 (altmış min) ABŞ dolları məbləğində pulu Hüseynov Şakir Hüseyn oğluna ödənilmişdir. Bundan başqa Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binanın İ blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair X16 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilə bağlanılmışdır. 77 saylı müqavilənin 2.1-ci bəndinə görə sahənin dəyəri hər kv.m. üçün 2200 ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci bəndinə görə tikinti işləri başa çatdıqadan sonra müqavilənin əsas predmeti kimi “İcarçı” təhvil verir, “Payçı” isə qəbul edir. T.Səmədov xx.xx.2006-cı il tarixdə 15000 ABŞ dolları, xx.xx.2007-ci ildə 5000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 5000 ABŞ dolları olmaqla, ümumilikdə qeyri-yaşayış sahəsi üçün 35000 (otuz beş min) ABŞ dolları məbləğində pulu Hüseynov Şakir Hüseyn oğluna ödəmişdir. Sözügedən bina tikilib qutarmasına baxmayaraq, həmin qeyri-yaşayış sahələri T.Səmədova təhvil verilməmişdir. X16 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. Hüseynov Şakir Hüseyn oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi kimi oğlu Cavabdeh Hüseyn oğlu tanınmışdır. Sözügedən qeyriyaşayış sahələrinin T.Səmədovun qanun üzrə vərəsəsi İddiaçı təhvil verilməsinə dair Cavabdeh pretenziya məktubu göndərilsə də sonuncu bunu etməmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

6. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı 2006-cı ildə bağlandığı ehtimal olunan alqı-satqı müqaviləsi üzrə guya ödədiyi pulu tələb edir. İddiaçı əvvəlki iddia tələbində əmlak tələb etsə də sonradan bir müqavilə üzrə pulun tam ödənilmədiyi məlum olmuş (müqavilədən görünür) digər müqavilə üzrə isə tələb etdiyi əmlakı mövcud olmadığı məlum olmuşdur. Belə ki, sxem və cizgi mövcud deyildir. Hesab edir ki, iddia əsasız olduğundan təmin olunmamalıdır. Ən əsası isə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddia müdətinin ötürülməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə görə ödənilmiş 35.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat məzənnəsi ilə və xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzilə (market liftin qabağı) görə ödənilmiş 60.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla, ümumilikdə 95.000 ABŞ dolları ödəniləcək günə olan manat məzənnəsi ilə pulun alınıb İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451,5 (dörd yüz əlli bir manat əlli qəpik) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 53.3 (əlli üç manat otuz qəpik) manat pul və İddiaçı 56.7 (əlli altı manat yetmiş qəpik) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edlmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 02 dekabr 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X17 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzili bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 2200 ABŞ dolları təşkil edir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 15.000 (on beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar, xx.xx.2007-ci il tarixdə 10.000 (on min) dollar və xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dollar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqaviləyə əsasən bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X17 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzili bir pay kimi verilir (market liftin qabağı). Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 600 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 35.000 (otuz beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 (iyimi min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. X9 vərəsəsinin İddiaçı olduğu 26 oktyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan reyestrdə 2V-12 nömrə ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmiş, 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Məhkəmə 30 oktyabr 2024-cü il tarixdə mübahisəli əraziyə yollanmış və Sumqayıt şəhəri, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binaya getmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın 1-ci blokunun küçəyə baxan hissəsində X7 məxsus iki qeyri-yaşayış sahəsi mövcuddur. Qapıları qoyulmuş, istifadə edilmir, təmiri başa çatmamışdır. Həmin sırada bir boş obyekt var, tamamilə təmirsizdir. Qapıları da qoyulmamışdır. Cavabdehin dediyinə görə mübahisəlidir. Hazırda mübahisə üzrə işə Ali Məhkəmədə baxılır. Cavabdeh yerli baxış zamanı bildirmişdir ki, mövcud qeyri-yaşayış sahəsi ilə sənədlərdəki ünvan eynidir. 9 blok 17 mərtəbə onların kompleksi olmuşdur. Г şəkilli binadır. 1, 2, 3 blok yerindədir, 4-cü blok isə sökülmüşdür. İddiaçı tərəfindən iddia edilən digər qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə binanın Dostluq küçəsinə düşən hissəsində yerləşir. Həmin sahədə “Dədə-baba” kafesi fəaliyyət göstərir. Kafeyə baxış keçirilərkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakı müəyyən edilmiş, üçüncü şəxs X20 bildirmişdir ki, həmin yerdə əvvəl onun çayxanası olmuş, sahibkarlıq müqaviləsi bağlamışlar. Çayxanası söküləndə əvəzlənmiş, ona Şakir Hüseynov tərəfindən yer verilmişdir. Kafenin sahəsi 160 kvadrat metrdir. İki il olar ki, təmir etmişlər. Onların yerinin sahəsi ümumillikdə 200 kvadrat metr olmuşdur. Qeyri-yaşayış sahəsindən əlavə bu binadan bir dənə də mənzil verilmişdir. Əvvəl “Çaykovski” adı ilə, hazırda “Dədə-baba” kafesi kimi fəaliyyət görsədir. İddiaçı bildirmişdir ki, bina qazılandan yoldaşı pul köçürmüş, binanı tikəni tutmuşdurlar. Bina yarımçıq qalmışdır. Yoldaşı 2016-cı ildə vəfat etmişdir. Onlar bu kafeni işlədən şəxsi görməmişlər, tanımırlar. Yoldaşı rəhmətə gedəndə bina yarımçıq vəziyyətdə olmuşdur. Sonra da müracit etmişlər. Demişlər ki, mənzil verəcəkdirlər. Bir neçə vaxt gəlmişgetmişlər, heç nə verməmişdirlər. Cavabdeh bildirmişdir ki, binanı 2018-ci ildə təhvil verirdilər, yenidən vergiyə bağlandığına görə ləğv elətdirmişdir. Sonra 2020-ci ildə təhvil verilmişdir. X7 aid olan müqavilələr üzrə iddiaçıya aid olan müqavilələrdə “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən, “icraçı Hüseynov Ş.” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Lakin həmin müqavilələrin “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar və “İcraçı Hüseynov Ş.” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Lakin buradan müəyyən edilir ki, “ödəməni qəbul edənin imzası” qrafasındakı imza başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin bu hal da özlüyündə pulun qəbul edilib-edilməməsini, həmin şəxsə verilibverilməməsini və bu kimi digər halları müəyyən etmir. Çünki müqavilə icraçı Ş.Hüseynov tərəfindən imzalanmış və dolayısı ilə ona aid olan digər bir şəxs tərəfindən pulun qəbul edilməsi həmin pulun ödənilməsinə dəlalət edir. X2 həmin hökmdə zərərçəkmiş şəxs qismində olmaması hal-hazırki iddianın əsassızlığına dəalət etmir. Belə ki, həmin hökmlə zərərçəkmiş şəxslərin dairəsinin dəqiq müəyyən edilə bilməməsi, X9 bu hadisələrdən xəbəri olmaması və sairə bu kimi hallar onun zərərçəkmiş şəxs qismində tanınmamasına səbəb ola bilər. Eyni zamanda bu ona aid olan müqavilələrin də etibarsız olması anlamına gəlmir. İddiaçı tərəfindən cavabdehə qarşı iddia qaldırıldığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. İllik beş faiz məbləğdə hesablanan faiz ödənişləri müqavilə üzrə kreditor tərəfindən hesablanan məbləğdir. Ona görə də iddiaçının ödənilmiş pula münasibətdə illik 5% məbləğdə tələb olunmasını tələb etməsi hissəsində iddia tələbi təmin edilməməlidir. 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqaviləyə əsasən 15.000+5000+10.000+5.000=35.000 ABŞ dolları və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqaviləyə əsasən 35.000+5.000+20.000=60.000 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Ona görə də bu hissədə iddia tələbi təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 384.0.4, 385.1, 386.1, 387.2, 407.2, 442, 425.1, 448.1, 449.1, 567, 752.1, 752.2, 755,1243.2, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, binanın layihəsi və qeyri-yaşayış sahəsinin sxemi olmadığından İddiaçı məxsus qeyri-yaşayış sahəsinin fiziki olaraq, sənəd üzrə binanın hansı hissəsində yerləşdiyini müəyyən etmək mümkünsüzdür, baxmayaraq ki, iddiaçı bunu özü bilir. Belə olduğu təqdirdə gələcəkdə iddia tələbi təmin edilsə belə, qətnamənin həmin hissədə icrası mümkünsüz olacaqdır. Cavabdehin indiyə kimi davam edən qanunsuz hərəkətləri də məhz bu istiqamətə yönəlmişdir. Bu səbəbdən iddiaçı yekunda ona məxsus olan əmlakları deyil, həmin əmlakların əldə edilməsi üçün ödənilmiş məbləği tələb etmək qərarına gəlmişdir. Eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilələrin 5.1-ci bəndində qeyd edilir ki, hər iki tərəfdən biri öz öhdəlini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehin hüquqi varisi olduğu Ş.Hüseynov iddiaçıya məxsus pul məbləğini almasına baxmayaraq, özünün müqavilə öhdəliklərini yerinə yetirməli, yəni göstərilən ünvanda qeyri-yaşayış sahəsini inşa edərək, iddiaçıya təhvil verməli olduğu halda bunu etməmiş, üstəlik inşa etdiyi sahəyə dair başqa şəxslərlə müqavilə bağlayaraq, qeyri-yaşayış sahəsini üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Belə olan halda iddiaçı ilə bağlanılmış müqavilənin qanuni əsaslarla ləğvi və ödənilmiş pul məbləğinin zamanında qaytarılması öhdəliyini də daşıyan cavabdeh bu hissədə hərəkətsiz qalmış və iddiaçıya məxsus pul vəsaitini qanunsuz əsaslarla özündə saxlayaraq, ondan yararlanmış, dövriyyəyə buraxaraq ondan xeyir götürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuş dur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xü susiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli ş əkildə təhlilindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözü gedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin formalaşdırmış olduğu hüquqi mövqeyə əsaslanaraq, hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə baxmayaraq, iddiaçının ödəmiş olduğu cəmi 95000 ABŞ dolları məbləğində pulu özündə saxlamaqla, sonuncuya zərər vurmuşdur (Müqavilənin 5.1-ci bəndi də nəzərə alınmaqla). Belə olan halda hazırda iddiaçı hər iki müqavilənin ləğv edilməsi, tərəfindən ödənilmiş 95000 ABŞ dollarının və vurulmuş zərərin əvəzi olaraq, illik 5% hesablanmaqla pulun ödənilməsini tələb etməkdə haqlıdır. Hesablama apardıqda müəyyən edilir ki, 49 saylı müqavilə üzrə ödənilmiş 60000 (altmış min) ABŞ dollarının sonuncu ödəniş tarixindən (xx.xx.2007-ci il) götürülməklə həmin məbləğə illik 5% ilə hesablanan məbləğ 52972,60 ABŞ dolları (60000 ABŞ dolları x 5% / 100 / 365 gün (1 günün faizi) * 6445 gün (gecikdirilən günlərin sayı), 77 saylı müqavilə üzrə isə ödənilmiş 35000 ABŞ dollarının sonuncu ödəniş tarixindən (xx.xx.2007-ci il) götürülməklə həmin məbləğə illik 5% ilə hesabalanan məbləğ 30037,67 ABŞ dolları (35000 ABŞ dolları x 5% / 100 / 365 gün (1 günün faizi) * 6265 gün (gecikdirilən günlərin sayı) təşkil edir. Beləliklə hesab edir ki, məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndindən irəli gələrək, iddiaçının dəymiş zərəri tələb etmək hüququnun olduğunu nəzərə almamış, yekunda maddi hüquq normasının tələbini qisməniddia tələbnin təmin edilməyən hissəsində pozaraq, həmin hissədə iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş və dəymiş zərərin tələb edilən formada kompensasiya edilməsi imkanını nəzərə almamışdır. Bu mənada hesab edir ki, məhkəmənin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bu tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki mülki işə təqdim olunmuş X16 ilə atası mərhum Hüseynov Şakir Hüseyn oğlu arasında sözügedən xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı alqı-satqı müqavilələrin bağlandığı görsənir. Məhkəməyə təqdim olunmuş müqavilənin hansı qaydada hazırlanması ona məlum deyil. Ümumiyyətlə müqavilədə qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Ən əsası müqavilələrdə qeyriyaşayış sahəsinə görə ödənildiyi görsənən pulları qəbul edən şəxsin imzaları Şakir Hüseynova məxsus deyil. Məhkəməyə təqdim olunmuş 30 oktyabr 2006-cı il tarixli və 2 dekabr 2006-cı il tarixli müqavilələr şübhə doğurur. Hər iki müqavilənin faktiki ödəniş hissəsində “ödəməni qəbul edənin imzası" qrafasındakı imzalar və müqaviləni imzalayan şəxsin imzası fərqlidir. İmzalar ayrı-ayrı şəxslər tərəfindən icra edilmişdir. Müqavilədə "Payçı" X12 aid hissədə ümumiyyətlə imza yoxdur. Hər iki müqavilədə qələm ilə yazılan yazılar, çəkilmiş imzalar və "Verilmə tarixi", "faktiki ödəniş", "ödəyənin imzası" və "ödəməni qəbul edənin imzası" qrafalarında qələmlə yazılan yazılar eyni şəxs tərəfindən və eyni vaxtda yazıldığı istisna olunmur. Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində təsdiq olunmuş layihə əsasında sahibkar fiziki şəxs Şakir Hüseynov tərəfindən 2004-cü ildə kompleks yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Layihəyə əsasən hər biri dört blokdan ibarət, birinci və ikinci mərtəbələri qeyri-yaşayış sahəsindən ibarət olması nəzərdə tutulan iki hündürmərtəbəli yaşayış binasının tikilməli idi. Lakin həmin kompleks Şakir Hüseynovdan asılı olmayan səbəblərdən, kənar müdaxilə nəticəsində inşa edilməmişdir. Belə ki, məhkəmə aktı əsasında xx.xx.2011-ci ildə iki mərtəbəsi ofis kimi nəzərdə tutulan tikili sökülmüşdür. Hal-hazırda Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində (əvvəlki Dostluq küçəsinin kəsişməsi) yalnız üç blokdan ibarət bir bina mövcutdur. Həmin binanın birinci bloku on dörd mərətəbəli, ikinci bloku on üç mərtəbəli, üçüncü bloku on iki mərtəbəli binadır. Binada olan mənzillər və qeyri-yaşayış sahələri payçılarına təhvil verilmiş və həmin binalarda boş mənzil və ya qeyri-yaşayış sahəsi yoxdur. Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunmalı olan binanın sakinlərinin şikayəti əsasında Hüseynov Şakir Hüseyn oğlu barəsində başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxslərdən X16 adlı şəxs olmamışdır. Bu isə onu göstərir ki, T.Səmədovla Şakir Hüseynov arasında müqavilə olmamışdır. Hər iki müqavilənin İİİ bəndində qeyd olunur ki, tikinti işləri başa çatdıqdan sonra "İcraçı" təhvil verir, "Payçı" isə təhvil alır. (3.1.). Halbuki, xx.xx.2006-cı ildə və xx.xx.2006-cı ildə guya bağlandığı görsənən müqavilələr hal-hazırki vaxta qədər icra olunmaması və təhvil-təslim aparılmaması müqavilələrin qüvvədə olmamasına dəlalət edir. Əlavə olaraq bildirir ki, 02 dekabr 2006-cı il tarixli müqavilədə 1 kv/m sahənin dəyəri üçün 2200 ABŞ dolları qeyd olunsa da "faktiki ödəniş" hissəsində cəmi hissə-hissə 35.000 ABŞ dolları yazılıb. Bildirir ki, nə 02 dekabr 2006-cı il tarixli nə də ki, 30 oktyabr 2006-cı il tarixli müqavilələr üzrə ödənişlərə aid maliyyə arayışı mövcud deyil. Ümumiyyətlə ödənişlər cədvəli möhürlə təsdiqlənməmişdir. Yuxarıda göstərilən faktlar müqavilənin saxta olduğunu və iddia tələbinin əsassız olduğunu tam sübut edir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyindən rəyindən məlum olur ki, “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar ilə Şakir Hüseynovun imzaları müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, iş üzrə iddiaçının mərhum əri X3 Şakir Hüseyn oğluna qarşı qaldırılmış cinayət işi üzrə zərərçəkən şəxs kimi tanınmamışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq dövründə zərərçəkən şəxs kimi tanınan şəxslərin müqaviləsi ekspertizadan keçirilmiş və bununla bağlı müqaviləyə Ədliyyə Nazirliyinin Məhkəmə espertizası Mərkəzinin möhür vurulmuşdur. Sumqayıt şəhəri, köhnə avtovağzal ərazidə təsdiq olunmuş layihə əsasında 2004-cü ildə sahibkar fiziki şəxs Şakir Hüseynov tərəfindən kompleks yaşayış sahəsi tikilməsi nəzərdə tutulmuşdur. Layihəyə əsasən hər biri dört blokdan ibarət iki ədəd hündürmərtəbəli yaşayış binası, iki mərtəbəli ofis binasının tikintisi nəzərdə tutulmuşdur. Həmin binalardan biri məhkəmə qətnaməsilə sökülmüşdür (həmin söküntü işləri ilə bağlı fotoşəkilləri birinci instansiya məhkəməsinə təqdim etmişəm). Belə ki, hal-hazırda Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində (əvvəlki Dostluq küçəsinin kəsişməsində) yalnız üç blokdan ibarət bir bina mövcuddur. Ehtimal ki, X16 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanılmış müqavilə həmin məhkəmə qətnaməsi əsasında sökülmüş bina barəsindədir. X9 qardaşı, hazırki iş üzrə üçüncü şəxs qismində tanınan X10 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və onun müqaviləsi həmin cinayət işində ekspertizadan keçirilmişdir. X6 məhkəmənin çağırışına gəlməməsi onun qardaşı X9 Şakir Hüseynovla bağlanılması iddia olunan müqavilənin həqiqiliyə şübhələri daha da artırır. X4 özünə məxsus sahəni Şakir Hüseynovdan təhvil almış və müqavilə Şakir Hüseynov tərəfindən təsdiqlənmişdir. Müqavilə üzrə tərəf X16 2016-cı ildə vəfat etmişdir. Müqavilənin isə mərhum Şakir Hüseynovla 2006-cı ildə bağlanılması iddia edilir. Nəzərə alınsa ki, alıcı müqaviləni bağlandığı müddətdən 10 il keçdikdən sonra vəfat etmiş, buradan məlum olur ki, X1 qeyri-yaşayış sahələri üzərində hüququnun olmadığını bilərək həmin əmlakların tələb olunmasında maraqlı olmamışdır. Bundan başqa mülki işə əlavə olunmuş vərəsəlik haqqında şəhadətnamədən görünür ki, məhkəməyə müraciət etmiş İddiaçı vərəsəliyi qəbul etdikdən sonra daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə qanunla müəyyən edilmiş 6 il iddia müddətini də buraxmışdır. Mərhum atası Hüseynov Şakir Hüseyn oğlu 21 iyun 2016-cı ildə vəfat etmişdir. xx.xx.2017-ci il tarixli, 2V-12 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum atası Hüseynov Şakir Hüseyn oğlundan ona "xxxx" MTK-da cüzi pay miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə onun qanun üzrə vərəsə kimi qəbul etdiyi mirasın həcmi məhkəmə qətnaməsilə ödəməli olduğu məbləğə mütənasib deyil. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1097-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu nəticəsində ... hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hazırki mübahisəni araşdırarkən isinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almadığına görə yalnış qənaətə gəlmişdir. Ona görə ki, iş materiallarında olan müqavilələr əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar təqdim edilmədiyi səbəbindən iddia tələbi təmin edilməməlidir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla bağlı birinci instansiya məhkəməsinə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə versə də, məhkəmə bunu nəzərə almamışdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə onun qanun üzrə vərəsə kimi qəbul etdiyimmirasın həcmi məhkəmə qətnaməsilə ödəməli olduğum məbləğə mütənasib deyil. İddiaçının mərhum əri X16 2016-cı ildə vəfat etmişdir. Göründüyü kimi X16 ilə Hüseynov Şakir Hüseyn oğlu arasında 2006-cı il tarixdə bağlanılması iddia olunan müqavilə üzrə iddia müddəti keçmişdir. X9 qanun üzrə vərəsəsi kimi mirasını 2016-cı ildə qəbul etmiş İddiaçı da müqavilə üzrə iddia müddəti keçmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddia tələbinin təmin edilməyən hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən həmin hissədə ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Tərəflər arasında xx.xx.2006-cı il tarixli, 49 saylı və xx.xx.2006-cı il tarixli, 77 saylı müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə görə tərəflərdən hər hansı biri öhdəliyi yerinə yetirmədiyi təqdirdə digər tərəf qarşısında məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh Hüseynov Şakir Hüseyn oğlunun qanun üzrə vərəsəsidir. Qarşı tərəf müqavilə öhdəliyini həyata keçirməmiş, müqavilələrin predmeti iki 100 kv.m. olan qeyriyaşayış sahələridir, ilkin iddia həmin qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı olmuş, sonra qeyri-yaşayış sahələrinin müqavilə əsasında başqa şəxslərə satılması məlum olmuş, iddia tələbi dəyişdirilərək pul tələbi ilə əvəz olunmuşdur. Binanı tikən Hüseynov Şakir Hüseyn oğlu, yəni hazırki cavabdehin atası vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökmün mahiyyətindən görünür ki, Hüseynov Şakir Hüseyn oğlu müqavilə bağladığı anda binanın tikilməsi üçün dövlət strukturlarından müvafiq icazə almadan çoxmərtəbəli bina inşa etdirib. Ona aldananlardan biri də hazırki iddiaçının ölən əri X16 olmuşdur. Qarşı tərəfin binanın tikilməsinə səlahiyyətinin olmadığı onlara məhkəmə gedişatında məlum olmuşdur. İddiaçı hökmü əldə etməmiş və zərərçəkmiş şəxs qismində tanınmamış, həmçinin cinayət işi üzrə şahid qismində dindirilməmişdir. Hüseynov Şakir Hüseyn oğlu tərəfindən 90000 ABŞ dolları alınanda həmin şəxs binanı tikməyə səlahiyyəti olmadığını bilib, şəxsi ilk andan aldadıb, aldığı pullar hesabına başqa şəxsləri də aldatmağa müvəffəq olmuşdur. Qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək gecikdirilmiş borcu illik 5% faiz hesablanmaqla geri ala bilərlər. Ona görə də iddianın həmin hissədə də təmin olunmasını xahiş edir. Müqavilə 2006-cı ildə bağlandığı halda iddianın gec qaldırılmasının səbəbi, binanın tikintisinin illərlə davam etməsi, təmsil etdiyi şəxsin Hüseynov Şakir Hüseyn oğlunu nə qədər axtarsa da, tapa bilməməsi olmuşdur. İddiaçıya həmin şəxsin barəsində cinayət işi aparıldığı barədə məlumat verilməmiş, o, cinayət təqibi orqanına müraciət edərək, zərərçəkmiş şəxs qismində tanınmaqdan məhrum olmuş, ən azından şahid kimi dindirilməmişdir. Qarşı tərəf vərəsəlik qaydasında binanı qəbul etmiş, mənzil alan şəxslər yavaş-yavaş öz mənzillərini təhvil almağa başlamış, həmin vaxt iddiaçıya da bu barədə məlumat çatmışdır. İddiaçı cavabdehlə bir neçə dəfə görüşmüş, cavabdeh ona həmin binadan yer verə bilməyəcəyini, yeni binanın tikintisinə başlanıldığını və oradan sahə verə biləcəyini bildirmiş, beləliklə tərəflər arasında ilkin razılıq əldə olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq binanın tikintisi başlamamışdır. Bina Sumqayıt şəhərində, hazırki “Sülh Plaza” Biznes Mərkəzinin arxasında yerləşmişdir. Müqavilənin əsli onlarda mövcuddur. İddiaçı qeyriyaşayış sahəsinin yerini dəqiq bilir və yerində baxış iclası zamanı göstərmişdir, qeyriyaşayış sahələri birinci və üçüncü bloklarda yerləşir. X10 həqiqətən də iddiaçının ərinin qardaşı olmuş, cavabdeh ilk məhkəmə iclaslarında onun müqaviləsinin tanındığını, Səmədov Əliyəddinə dair məlumatların onlarda olduğunu və şəxsin zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir. Əliyəddin Səmədova müraciət edərək müqavilənin əslini əldə etmiş və məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Ekspert rəyində həm Əliyəddin Səmədovun, həm də Telman Səmədovun müqaviləsində olan Şakir Hüseynovun imzaları eyni şəxs tərəfindən çəkilmişdir. Ödəniş məbləğlərini qəbul etmiş şəxslər də eyni şəxslərdir. Güman edir ki, bu imza Şakirin mühasibinin imzasıdır. X27 işçisi olub, ittiham aktında 4 nəfərin qabaqcadan əlbir olaraq əmlakı ələ keçirməsi faktı öz əksini tapmışdır. Hər bir halda cavabdeh Əliyəddin Səmədovun müqaviləsinin əsl olduğunu və onu tanıdıqlarını etiraf etmiş, hər iki müqavilədə imzalar eyni olduğundan təmsil etdiyi şəxsin müqaviləsi də tanınmalı, cinayət təqibi orqanına məlumatı Şakir Hüseynov verməli idi. Eyni zamanda əgər Hüseynov Şakir müxtəlif şəxslərdən pul alıb öz öhdəliyini yerinə yetirmirsə, onun öhdəliyi vərəsəlik qaydasında cavabdehə keçir. Cavabdehla iddiaçı arasında razılaşmanın nəticəsinin olmaması səbəbi isə ondan ibarətdir ki, onun planı 16 mərtəbəli bina inşa etdirmək olmuş, buna icazə verilmədiyi üçün 8 mərtəbəli bina tikməli olmuş, lakin öhdəliklərini əhatə etmədiyindən həmin binanın tikintisində maraqlı olmamışdır. Əliyəddinin cinayət işi aparılmasından xəbəri olduğu halda, qardaşı Telmanın xəbərinin olmaması məsələsinə gəldikdə isə, bildirir ki, həmin ərəfədə qardaşlar arasında ailə münasibətləri ilə əlaqədar soyuqluq olmuşdur. Münasibətlərin bu hala gəlməsi ev alınandan sonra baş vermişdir. Bəzi müqavilələrdə ödənişi qəbul edən şəxs hissəsində imzanın qarşısında sonradan Şakir Hüseynov imza çəkmiş, bununla da qarşı ödənişi qəbul etdiyi müqavilələri imzaladığını bildirmişdir. Səmədov Telman müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün pulu qardaşı Əliyəddinə vermiş, Əliyəddin Telmanın əvəzinə pulu ödəmişdir. Səmədov Əliyəddinə məxsus müqavilələrdən birinin əslini, digərinin surətini məhkəməyə təqdim etmişdir, həmin müqavilələr ekspertizaya göndərilib, iş ekspertizadan qayıtdıqdan sonra məhkəməyə ərizə ünvanlayaraq müqavilənin əslini geri almışdır. Əliyəddinin dəqiq neçə obyekt aldığını bilmir, amma aldığı əmlakların sayı Telmanınkılardan çoxdur. 49 saylı müqavilə onlarındır, Əliyyədinə məxsus olan 70 ya da 77 saylı müqavilənin əslini məhkəməyə təqdim edib. 48 saylı müqavilənin əsli Əliyəddində olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Səhv etmirsə 48 saylı müqavilə üzrə alınan əmlaka dair çıxarış alınmışdır. Müqavilələrdəki imzaların Əliyəddinə məxsus olubolmadığını bilmir, onun imzasını tanımır. 48 saylı müqavilə reproqrafik surət olduğu üçün onun barəsində tədqiqat aparılmamışdır. Sorğu vasitəsilə əldə olunmuş müqavilələrdəki imzalar, onların imzası ilə eynidir, Şakir Hüseynovun özünün imzası ilə olan müqavilələrin sahiblərinin zərərçəkmiş kimi tanındığını bildirsələr də görünür ki, müqavilələrin heç birində Şakirin imzası olmayıb. Səmədov Əliyəddin Bakı Ağır Cinayətlər Məhkəməsindən gönərilmiş müqavilələrin ona məxsus olmadığını bildirib. Müqavilədə onların imzasının olmadığını qəbul edir, pulu Telman qardaşı Əliyəddinə vermiş, Əliyəddin qardaşının əvəzinə ödənişi həyata keçirmişdir. Ekspert rəyi ilə Səmədov Əliyəddinin və iddiaçının müqavilələrində ödənişi alan şəxsin eyni olduğu təsdiq edilmişdir. 2016-cı ildə Telman öləndə təmsil etdiyi şəxs obyektlərlə bir müddət maraqlanmamış, bundan sonra cavabdehə müraciət edəndə o, müqavilələrin mövcudluğunu təsdiq etmiş, bina tikiləndən sonra təhvil verəcəyini bildirmişdir, xeyli müddət keçsə də obyekt təhvil verilmədiyindən iddiaçı məhkəməyə müraciət edtmişdir. Sorğu vasitəsilə əldə olunmuş müqavilələrdəki imzalar, idiaçının müqaviləsindəki imza ilə eynidir, Şakir Hüseynovun özünün imzası ilə olan müqavilələrin sahiblərinin zərərçəkmiş kimi tanındığını bildirsələr də görünür ki, müqavilələrin heç birində Şakirin imzası olmayıb.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə2 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyib, təmsil etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2006-2007-ci illərdə bağlanılmış müqavilələrlə bağlı elə nüanslar vardır ki, müqavilələrin mötəbərliyini şübhə altına alır. Məhkəmə qətnaməsindən görünür ki, müqavilələri bağlayan şəxs Hüseynov Şakir Hüseyn oğlunun mühasibi olmuş və onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hüseynov Şakir Hüseyn oğlunun bağlamadığı müqavilələrin tərəfləri istintaqın gedişində zərərçəkmiş şəxs kimi tanınaraq onlarla yenidən müqavilə bağlanmışdır. Müqavilələrlə bağlı ekspertiza keçirilib. Hüseynov Şakir Hüseyn oğlu aldığı ödənişlərin əvəzində müqavilə bağladığı şəxslərə yaşayış və qeyri-yaşayış sahələrini təhvil vermişdir. Onun məhkum olduğu dövr 2007-2008-ci illəri əhatə edir və hazırki iş üzrə iddiaçı isə 2007-2008-ci illərdə qeyriyaşayış sahəsini aldığını bildirmişdir. Beləki, onun müqaviləsində ödənişi qəbul edən şəxs Hüseynov Şakir Hüseyn oğlu deyildir. Burada əsas məsələ Şakir Hüseynovun pulu alıbalmaması məsələsidir. Pulu alan şəxs müqavilədə ödənişi qəbul edən şəxs bölməsində imza çəkən şəxs olmalıdır. Telmanın qardaşı Əliyəddin 2006-cı ildə 100 kv.m qeyri-yaşayış sahəsi almış, onun müqaviləsi ekspertizadan keçirilmiş, zərərçəkmiş kimi tanınanaraq obyekti təhvil almağa müvəffəq olmuşdur. X9 qardaşının zərərçəkmiş kimi tanınaraq, yenidən müqavilə bağlayıb, obyekti təhvil aldığı halda birincinin bundan xəbərsiz olması məntiqli deyil. Şəxs 2016-cı ildə ölüb, həmin vaxta qədər gedib zərərçəkmiş şəxs qismində tanına, qardaşı kimi yenidən müqavilə bağlaya və qeyri-yaşayış sahəsini ala bilərdi. Amma müqavilə üzrə hər hansı hərəkət edilməmişdir. Bununla yanaşı tərəflər arasında iki müqavilə bağlanmış, bir müqaviləyə görə ödənişlərin həyata keçirilməsi yekunlamamış, digər müqavilə üzrə ödənişlər edilmiş, nəticədə müqavilələrdən biri üzrə ödəniş tamamlanmış, digəri tamamlanmamışdır. Vərəsə yalnız "xxxx" MTK-dan atasına məxsus payı miras olaraq qəbul etmişdir. Təmsil etdiyi şəxsin atası binanın tikintisini fərdi sahibkar kimi həyata keçirmiş, daha sonra müxtəlif dövlət orqanlarının tələbi, eyni zamanda, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə binanın tikintisini davam etdirmək üçün 2016-cı ildə cavabdeh tərəfindən "xxxx" MTK yaradılmışdır. "xxxx" MTK-ya məxsus heç bir əmlak yoxdur. Müqavilələri yenilənən şəxslər bir araya gələrək, liftin quraşdırılması, binanın yenidən rənglənməsi kimi işləri görmüşlər. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə podratçı tapılaraq bina inşa etdirilməsi ilə bağlı müraciət etmiş, razılıq əldə olunmuş, bununla da zərəçəkmiş şəxslərin mənzil və ya obyektlə təmin olunmaları da planlanmışdır. Pulun Şakir Hüseynova verilməsi şübhəlidir. Təmsil etdiyi şəxs yalnız "xxxx" MTK-dan atasına məxsus payı miras olaraq qəbul etmişdir, hansıki məhkəməyə təqdim etdiyi reyestrdən çıxarışda da göründüyü kimi, nizamnamə kapitalının miqdarı 100 manatdır. Miras əmlakı siyahıya alınıb, siyahıda yalnız "xxxx" MTK-dakı müvafiq pay qeydə alınmış, cavabdehin atasının başqa əmlakı olmamışdır. Cavabdeh onun 60%-ni yəni, 60 manatını miras olaraq qəbul etmişdir. Notariusdan verilmiş arayışdan cavabdehin başqa əmlak qəbul etmədiyini görmək mümkündür. Binanı tikdirən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmazdan əvvəl payçılara öz mənzillərini və qeyriyaşayış sahələrini təhvil verib. Vərəsənin həmin binadakı mənzilləri və ya qeyri-yaşayış sahələrini satmaq səlahiyyəti olmamışdır. Hökmlə müsadirə müəyyən olunmuş, binanın yenidən tikilərək satılması öhdəliyi qoyulmuş, daha sonra hökm ləğv olunmuşdur. İş materiallarında Əliyəddinə məxsus olan müqavilələrdə ödənişi alan şəxs hissəsində imzalar fərqlidir, müqavilələrdən birinə Şakir özü imza çəkmiş və əmlakı Əliyəddinə təhvil vermişdir. Ola bilsin ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxslərlə mərhum yenidən müqavilə bağlayaraq, ödənişləri öz imzası ilə təsdiq etmiş və əmlakları təhvil vermişdir. İş materiallarında olan 48 saylı müqavilənin surəti cinayət işindən əldə olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə təqdim etməyinin səbəbi isə şirkətdə Əliyəddinə məxsus müqavilənin mövcud olması, onun zərəçəkmiş şəxs qismində tanınması, bu baxımdan ona əmlakının verilməsini diqqətə çatdırmaq olmuşdur. Təmsil etdiyi şəxs cinayət işi aparılan zaman hakimin zərərçəkmiş şəxslərlə bağlı müqavilələri tələb etməsindən sonra Əliyəddinə məxsus olan 48 saylı müqaviləni məhkəməyə təqdim etmiş, müqavilədəki imzalardan birinin atasına məxsus olduğunu bildirmişdir. Hüseynov Şakir Hüseyn oğlunun bağlamadığı müqavilələrin tərəfləri istintaqın gedişində zərərçəkmiş şəxs kimi tanınmış və onlarla yenidən müqavilə bağlanmışdır. Telmana məxsus olduğu iddia edilən müqaviləni qəbul etmirlər. Tural 2016-cı ildə Şakir MTK-nı təsis etdikdən sonra belə miras olaraq qəbul edildiyi bildirilən əmlak MTK-nın balansına keçməyib, MTK-nın yaradılma məqsədi alıcılara mülkiyyət hüququ əldə etmələri üçün MTK arayışı vermək olmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında videogörüntü vasitəsi ilə iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs X10 izahat verib bildirmişdir ki, qardaşları ilə şərik bizneslə məşğul olmuşlar. Mübahisəli binada qardaşları ilə birlikdə daşınmaz əmlaklar almışlar. Qardaşları pulu ona vermiş, o da onların yerinə ödəniş etmişdir. Qardaşı Telmanın adına iki müqavilə olmuşdur. Həmin müqavilədək əmlakları qardaşı Telman almış, sadəcə onun yerinə ödəniş etmişdir. Pulu İlham adlı şəxsə vermişdir. O da Şakirin adamı olmuşdur. Cinayətin işinin gedişində qardaşı ilə aralarında söz-söhbət olduğundan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınanda qardaşına bu haqda xəbər verməmişdir. İstintaqın gedişində onda olan bütün sənədləri, həmçinin Telmanın müqavilələrini təqdim etmiş, müqavilələrə o imza etdiyindən istintaqa da onu çağırmışlar. Ümumilikdə nə qədər ödəniş etdiyini xatırlamır, nə ödəmişdisə sənədlərdə öz əksini tapmışdır.

İşdə olan sübular

18. 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X17 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 1 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzil olunmuş bir pay kimi verilir. İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 2200 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 15.000 (on beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dollar, xx.xx.2007-ci il tarixdə 10.000 (on min) dollar və xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir.

19. 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X15 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X17 (gələcəkdə “Payçı” adlandırılacaq) şəxsində öz aralarında Sumqayıt şəhəri Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli binadan pay barədə müqavilə imzalayırlar. Müqavilənin əsas predmeti Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evinin 3 blok, 1 mərtəbə, ümumi sahəsi 100 kv.m olan mənzil olan bir pay kimi verilir (market liftin qabağı). İcraçı tərəfindən görülən işlər, tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş-dəmir seyf qapısının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsidir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. Bu mümkün olmadıqda müqavilə ləğv olunur və Payçının pulu mənzil satılandan sonra geri qaytarılır. Ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir. Tikinti iki il müddətinə təhvil verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 600 ABŞ dolları təşkil edir. Cəmi 100 kv.m sahə üçün ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dollarına ekvivalent olaraq ödənilir. Həmin müqavilə üzrə xx.xx.2006-cı il tarixdə 35.000 (otuz beş min) dollar, xx.xx.2007-ci il tarixdə 5000 (beş min) dolllar və xx.xx.2007-ci il tarixdə 20.000 (iyimi min) dolllar məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir.

20. 26 oktyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X9 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak BTİ və MHQİ tərəfindən xx.xx.2006-cı il tarixdə X12 verilmiş 30/18377 qeydəalma nömrəsi ilə 254 nömrəli kitabın 18377-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, 8-ci km, y/s, 1-ci Şərq döngəsi, 3 ünvanında yerləşən ümumi sahəsi 530.5 kv/m olan fərdi yaşayış evindən ibarətdir.

21. 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak – ünvan 2 ünvanında yerləşən, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departmentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa və xx.xx.2016-cı il tarixli, **********237700 saylı məktuba əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativində mərhum – Hüseynov Şakir Hüseyn oğluna məxsus paydan ibarətdir.

22. 13 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak – “AQAT-95” firmasında Hüseynov Şakir Hüseyn oğluna məxsus 100 faiz paydan ibarətdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhərinin notariusu X11 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, icraatda olan, xx.xx.2016-cı il tarixdə vəfat etmiş ünvan 3 ünvanında qeydiyyatda olmuş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəlik işi ilə əlaqədar olaraq, vərəsəsi Cavabdeh notariat kontoruna müraciət etmişdir. Bununla əlaqədar, müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi Hüseynov Şakir Hüseyn oğlunun adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Hüseynov Şakir Hüseyn oğlunun adına olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən yüksəkmərtəbəli və çoxmənzilli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışı vərəsəsi – Cavabdeh verilməsini xahiş etmişlər.

24. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 76/09 nömrəli, 25 iyun 2009-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Hüseynov Şakir Hüseyn oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) 213.2.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Şakir Hüseynovun üzərində əmlakı müsadirə olunmamaqla 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu cəza ilə qismən toplanılmış və üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 05 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Şakir Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Şakir Hüseynova verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri onun ittihamından xaric olunmuş, Şakir Hüseynovun davranışına nəzarət Nərimanov Rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə olunmuş və onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Azərbaycan Respublikasını tərk etməmək vəzifələri qoyulmuşdur.

25. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-500/2009 nömrəli, 20 noyabr 2009-cu il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü Hüseynov Şakir Hüseyn oğlu barəsində olan hissədə dəyişdirilməsi, hökmün nəticəvi hissəsindən Hüseynov Şakir Hüseyn oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair hissəsi xaric edilmiş, Hüseynov Şakir Hüseyn oğluna Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə qəti cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ş.Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2008-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Hüseynov Şakir Hüseyn oğluna qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Hüseynov Şakir Hüseyn oğlunun ibtidai istintaq və birinci instansiya məhkəməsində həbsdə olduğu 1 il 9 ay 11 gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanaraq, üzərində 9 il 2 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2009-cu il tarixdən hesablanmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara olunmuşdur.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/904-5/717 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədə “icraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108-də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar ilə mülki işin 56-cı vərəqəsində olan 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 58-də olan 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin arxa hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar, i/v 108də olan 70 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilələrdə “İcraçı Hüseynov Ş.” Qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş 49 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 77 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin, 70 nömrəli, xx.xx.2006cı il tarixli müqavilənin “ödəməni qəbul edənin imzası” və “İcraçı” qrafalarında olan imzalar hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər. Təqdim edilmiş 48 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə reproqrafik surət olduğu üçün həmin müqavilə üzrə tədqiqat aparılmamışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddəsinə əsasən podratçı işi şəxsin yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, cavabdehdən 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli podrat müqavilələri üzrə ödənilmiş ümumilikdə 90000 ABŞ dolları pul məbləğinə münasibətdə illik 5 faiz olmaqla pul tələb etmişdir ki, həmin müqavilələr üzrə mərhum Ş.Hüseynovun pul öhdəliyi mövcud olmamışdır. Qeyd olunan müqavilələr üzrə öhdəlik ödənilmiş pul məbləğinə müvafiq olaraq, çoxmənzilli binada qeyri-yaşayış sahələrinin inşa edilməsi və təhvil verilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi isə pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ üçün faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Nəzərə aınmalıdır ki, iddiaçı müqavilələrin ləğv edilməsi ilə bağlı iradə ifadəsini 2024-cü il tarixdən etibarən irəli sürmüşdür ki, cavabdehin pul öhdəliyi hazırkı iş üzrə qətnamələrin qanuni qüvvəyə mindiyi andan yaranmış hesab olunacaqdır. İddiaçı tərəfindən isə müqavilələr üzrə vurulmuş zərərin digər əsaslarla tələb edilməsinə dair isə iddia irəli sürülməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh müqavilələrdə qeyri-yaşayış sahəsinə görə ödənildiyi görünən pulları qəbul edən şəxsin imzalarının Şakir Hüseynova məxsus olmamasını, müqavilədə "Payçı" X12 aid hissədə isə ümumiyyətlə imzanın olmamasını əsas gətirərək, həmin müqavilələrin saxta olmasını iddia etmişdir ki, cavabdehin bu dəlili əsassız hesab olunmuşdur.

35. Qeyd olunan dəlilin əsaslılığının yoxlanılması üçün mərhum Hüseynov Şakir Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində olan 1(101)-76/09 nömrəli cinayət işi üzrə Sumqayıt şəhəri, 36-cı məhəllədən inşa ediləcək binada zərərçəkmişlərlə bağlanmış müqavilələrin müəyyən sayda surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müvafiq sorğu göndərilmiş və məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş müqavilələrin əksəriyyətinin hazırkı iş üzrə mübahisə predmeti olan 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrlə eyni formada olması, müqavilələrdə “İcraçı” qrafasında imzanın Ş.Hüseynov tərəfindən imzalanması, "ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların isə başqa şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların isə 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrdəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzalarla eynilik təşkil etməsi müəyyən edilmiş, bu hal tərəflər arasında mübahisələndirilmədiyindən, işin mübahisəsiz halı kimi qəbul edilmişdir.

36. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrdəki ödənişi edən şəxs qrafasındakı imzanın ona məxsus olduğunu, lakin həmin ödənişi qardaşı X12 görə etdiyini bildirmişdir. Müqavilələrin “Payçı” adlı qrafasında da X9 adı qeyd olunmuşdur ki, bununla da müqavilələrin məhz X16 ilə bağlanması və müqavilə üzrə öhdəliyin ona münasibətdə icra edilməməsi səbəbindən hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması təsdiq olunmuşdur.

37. Cavabdeh tərəfin üçüncü şəxs X10 ilə bağlanmış 15 fevral 2006-cı il tarixli, 48 nömrəli və 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilələrdəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların Ş.Hüseynova məxsus olmasına baxmayaraq, 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrldəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzaların başqa şəxsə məxsus olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilir ki, mülki iş materiallarında üçüncü şəxs X10 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli iki fərqli müqavilə mövcud olmuşdur ki, mülki iş materiallarının 1-ci cildinin 108-ci səhifəsində olan, üçüncü şəxs X10 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalarla Bakı Ağır Cinayətlər Məhkəməsindaən sorğu əsasında əldə edilmiş üçüncü şəxs X10 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalar fərqli olmuşdur. Eyni hal iş materiallarına əlavə edilmiş X22 ilə bağlanmış 13 may 2006-cı il tarixli müqavillər üzrə də müəyyən edilmişdir. Hərçənd ki, cavabdeh tərəf özü bu halın mərhum Ş.Hüseynovun üçüncü şəxsi zərərçəkmiş şəxs kimi qəbul etməsini və sonradan müqavilənin yenidən tərtib edilməsini və ödənişləri öz imzası ilə təsdiqləməsi ehtimalı kimi qiymətləndirmişdir. Mülki işin 1-ci cildinin 108-ci səhifəsində olan, üçüncü şəxs X10 ilə bağlanmış 29 noyabr 2006-cı il tarixli, 76 nömrəli müqavilədəki "Ödəməni qəbul edənin imzası" qrafasındakı imzalarla 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrldəki "Ödəməni qəbul edənin imzası" qrafalarındakı imzalar da eynilik təşkil etmiş, bu hal tərəflər arasında mübahisələndirilmədiyindən, işin mübahisəsiz halı kimi qəbul edilmişdir.

38. Ən əsası isə mülki işin 1-ci cildinin 163-cü səhifəsində olan Hüseynov Şakir Hüseyn oğlunun və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-76/09 nömrəli, 25 iyun 2009-cu il tarixli hökmüdən görünür ki, Hüseynov Şakir Hüseyn oğlu və qeyriləri ilə mütəşəkkil dəstə formasında 15 fevral 2006-cı il tarixli, 29 noyabr 2006-cı il tarixli, 30 oktyabr 2006-cı il tarixli və 02 dekabr 2006-cı il tarixli müqavilələr üzrə X5 cəmi 214500 ABŞ dolları və 189231 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir ki, hazırkı mübahisə premdeti olan, X16 ilə bağlanmış 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrlə ödənilmiş 90000 ABŞ dolları məbləğinin də məhz cinayət işi üzrə dələduzluq yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfin 02 dekabr 2006-cı il tarixli, 77 nömrəli və 30 oktyabr 2006-cı il tarixli, 49 nömrəli müqavilələrin saxta olması və həmin müqavilələr üzrə ödənişlərin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir.

39. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlilinə münasibətdə isə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisə predmeti olan müqavilələr 2006-cı il tarixdə bağlanmış, həmin müqavilələr üzrə inşa edilməli olan qeyri-yaşayış binalarının inşası mərhum Ş.Hüseynovun həbs olunması ilə əlaqədar dayanmış, Ş.Hüseynov 2016-cı il tarixdə vəfat edtikdən sonra yarımçıq qalmış, daha sonra binaların inşası mərhum Ş.Hüseynovun oğlu, yəni hazırkı cavabdeh tərəfindən davam etdirilmiş və 2020-ci il tarixdə binanın inşası başa çatmışdır. Keçən müddət ərzində iddiaçı tərəf müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra ediləcəyini ümid etmişdir. İddiaçı müqavilə üzrə öz hüququnun pozulduğunu yalnız binanın inşası başa çatdıqdan və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icrasından yayınması müəyyən edildiyi tarixdən bilmişdir. Belə olduğu təqdirdə isə cavabdehin iddia etdiyi kimi nə Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müddəti, nə də ki, 776.1-ci maddəsi üzrə podrat müqaviləsi üzrə binaya aid tələbə dair beş illik iddia müddəti ötürülməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini də əsassız hesab etmişdir.

40. Məhkəmə kollegiyası cavabdehin atası Hüseynov Şakir Hüseyn oğlundan ona yalnız "xxxx" MTK-da cüzi pay miras qalması, miras qoyanın borcuna görə vərəsə qismində məsuliyyətinin mirasın həcmi ilə məhdudlaşması və vərəsə kimi qəbul etdiyi mirasın həcminin məhkəmə qətnaməsilə ödəməli olduğu məbləğə mütənasib olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmçinin, cavabdeh Mülki Məcəllənin 1254-cü maddəsinin tələbinə müvafiq olaraq mirasın siyahıya alınmasını təmin etməmişdir. Halbuki, cavavdeh miras açıldıqdan sonra mirasın sıyahıya alınmasını həyata keçirmək imkanına malik olmuşdur. Digər tərəfdən cavabdeh məhkəməyə yalnız 25 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edərək, miras qalmış əmlakın yalnız "xxxx" Mənzil-Tikinti Kooperativində Hüseynov Şakir Hüseyn oğluna məxsus paydan ibarət olduğunu iddia etsə də məhkəmənin icraatında olan digər bir işdə 13 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Hüseynov Şakir Hüseyn oğlunun vərəsəsi Cavabdeh “AQAT-95” firmasında Hüseynov Şakir Hüseyn oğluna məxsus 100 faiz payı da qəbul etməsi müəyyən edilmişdir. Həmçinin, qanun üzrə vərəsəlik şəhadətnamələri arasındakı tarix fərqi də cavabdehin atasından miras qalmış əmlakları rəsmiləşdirməkdə hansısa səbəbdən maraqlı olmamasını təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd edilən apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver