Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-293/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6865/2024 nömrəli qərardadından iddiaçı ASP” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2019-cu il tarixli ******* nömrəli payçı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 204A-M10-m7) ünvanında yerləşən yaşayış evlərinin ASP binasında, 10-cu blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 90,9 kv.m olan, 3 (üç) otaqlı, 7 nömrəli mənzilin Cavabdeh alınması, Cavabdeh ailə üzvləri və ona məxsus olan bütün əşyaları ilə birlikdə məcburi qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 204AM10-m7) ünvanında yerləşən yaşayış evlərinin ASP binasında, 10-cu blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 90,9 kv.m olan, 3 (üç) otaqlı, 7 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 204A-M10-m7) ünvanında yerləşən yaşayış evlərinin ASP binasında, 10-cu blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 90,9 kv.m olan, 3 (üç) otaqlı, 7 nömrəli mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-6865/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 149.2.4 və 152.1.6-cı maddələrinə istinad edərək, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış 19 iyul 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etsə də iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd əlavə etməmişdir. Halbuki, həmin müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, yaranan bütün münaqişlələr tərəflər arasında danışıqların aparılması yolu ilə aparılır. 7.2-ci bəndində əsasən isə qarşılıqlı həll edilməyən mübahisələr qanunvericiliklə müəyyən nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə həll edilir. İddiaçı MTK Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 6865/2024 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla, eyni kateqoriya mübahisələr üzrə, yəni müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi ilə müqavilənin ləğvi, mənzilin boşaldılaraq təhvil verilməsi iddiası ilə tərəflərindən aidiyyatı olaraq Bakı şəhəri və digər rayon/şəhər məhkəmələrinə dəfələrlə müraciət olunub və işlər icraata götürülərək mahiyyəti üzrə baxılıb. Həmin işlər üzrə iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd əlavə edilməyib və bu əsasla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmayıb. Həmin işlərdə də tərəflərlə eyni tipli və məzmunlu müqavilələr bağlanıb. Bundan başqa, qanunvericilik konkret olaraq hansı işlər üzrə pretenziya qaydasına riayət etməsini tənzimləyir. Belə ki, MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Maddənin məzmunundan və mahiyyətindən də bəlli olur ki, pretenziya qaydası məhz kommersiya mübahisələrinə şamil edilir və kommersiya subyektləri arasında müqavilədə nəzərdə tutularsa, bu qaydaya mütləq riayət edilməlidir. Məhkəməyə qədər nizamlamanın məqsədi ondan ibarətdir ki, mübahisə tərəflərinin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət olunsun, məhkəmə işi yaranmasın, yalnız o mübahisələr məhkəməyə gəlib çıxsın ki, tərəflər özləri onu həll edə bilmirlər. Hətta hesab etsək ki, bütün növ müqavilələr üzrə mübahisə zamanı pretenziya qaydasına əməl edilməlidir, o zaman da sözügedən müqavilədə həmin müddəanın qarşılıqlı necə razılaşdırıldığına baxmaq lazımdır. İddia ərizəsində istinad edilən müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, yaranan bütün münaqişlələr tərəflər arasında danışıqların aparılması yolu ilə aparılır. Eyni zamanda iddiada göstərilib ki, müqavilənin icra müddətinin bitməsindən 5 (beş) ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, müqaviləyə əsasən cavabdeh MTK-ya sonuncu dəfə xx.xx.2024-cü ildə 100 (bir yüz) manat məbləğdə ödəniş edib və hələ də cavabdehin İddiaçı MTK-ya borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də cavabdeh bu günə qədər öhdəliklərini icra etməmişdir. Müqavilədə mübahisə yaranarsa danışıqlar yolu məhkəmədən qabaq addım kimi nəzərdə tutulur ki, bu bütün növ müqavilələrdə təsbit edilir. Müqavilədə danışıqların hansı formada və ya rəsmi yazılı pretenziya yolu ilə aparılması nəzərdə tutulmayıb. Bu isə tərəflərə imkan verir ki, müqavilədə göstərilən müddəanın həm hərfi, həm də leksik mənasına uyğun şəkildə davransınlar. Belə ki, danışıq sözünün leksik mənası və izahı şifahi fikir mübadiləsi-söhbət deməkdir ki, iddiaçı olaraq bu müddət ərzində cavabdehlə dəfələrlə danışıqlar aparılıb. Borcun gözləmə müddəti məhz danışıqlara görə uzanıb. Məhkəmənin nəyə görə danışıqlar ifadəsinin məhz yazılı xəbərdarlıqla ifadə olunmalı olduğu qənaətinə gəlməsi aydın deyil. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-6865/2024 nömrəli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-6865/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2(012)-6865/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı qeyd olunan hüquqi mövqe nəzərə alındıqa, yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin ləğvi tələbinin irəli sürülməsi üçün Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan pretenziya qaydasına riayət edilməsi zəruri hesab olunur. Əks halda nəiniki müqavilənin ləğvi tələbinin irəli sürülməsi üçün müvafiq pretenziya qaydasına riayət edilməsinə, hətta müqavilənin ləğv edilməsi tələbinin irəli sürülməsinə də zərurət olmamaqla, mübahisə tərəfi üçün müqavilənin ləğv edilməsi ilə əlaqədar yaranmış öhdəliklərlə bağlı tələblərin irəli sürülməsi də kifayət etmiş hesab olunur. Hazırkı mübahisə üzrə isə iddiaçının tələbi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı ilə əlaqədar müqavilənin ləğvi ilə əlaqədar olmamaqla, ikitərəfli müqavilədə öhdəliyin icra edilməməsi ilə əlaəqdar iddiaçının müqavilədən imtinası ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-6865/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, e-2(012)-6865/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASP “Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-6865/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, e-2(012)-6865/2024 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-293/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-293/2025
22.01.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver