Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-315/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1983-cü ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşn "xxxx" KB ASC-nin xeyrinə 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, cəmi 2412,33 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır (hakim Qalib Hacıyev). Borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1385/2015 nömrəli məhkəmə əmrinin xx.xx.2015-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin məhkəmə əmri ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə borclu Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi, məhkəmə əmrinə etirazın geri qaytarılması qərara alınmışdır (hakim Fərid Yaqubov). Borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət borclu Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh şikayətin geri qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldıraraq, yenidən Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixdə də, sözügedən məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ilə məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə borclu Cavabdeh ərizəsi təmin olunmamış, həmin qərardaddan verilmiş şikayət isə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2770/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə o da müəyyən olunur ki, borclu Cavabdeh müraciəti əsasında, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-1385/2015 nömrəli məhkəmə əmri təkrar olaraq həmin şəxsin ünvanına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, iş materiallarında görünür ki, borclunun müddətin bərpasına dair ərizəsi Şamaxı Rayon Məhkəməsinin 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardad apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad qüvvədə olduğu, müddətin bərpası üçün başqa hal müəyyən edilmədiyi halda borclu yenidən müraciət etmiş, birinci instansiya məhkəməsi ərizəyə təkrarən baxıb təmin etməmişdir. Halbuki, sözügedən ərizə ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Kollegiya hesab edir ki, məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə artıq baxıldığından, birinci instansiya məhkəməsi ərizəni geri qaytarımalı olduğu halda bunu etməmiş, təkrarən müddətin bərpa edilməsi barədə ərizəyə baxaraq səhvə yol vermişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən qərardadda sadalanan xüsusatları nəzərə almalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1385/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1385/2015 nömrəli qərardadı ləğv edilsin. Borclu Cavabdeh məhkəmə əmrindən etiraz edilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-315/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-315/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver