Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3225/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(012)-433/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(012)-433/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh qızıl zinət əşyaları-1 ədəd dəst komplekt brilyant üzük və sırğa, 1 ədəd sünbül formalı qızıl boyunbağı və 1 ədəd sünbül formalı qızıl qolbaq, 1 ədəd gül qızıl üzük və 1 ədəd brilyant qaşlı üzüyün alınıb İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq mənimsədiyi 1150 manat pulun, 1 dəst komplekt brilyant (1 dəst brilyant qaşlı sırğa və 1 ədəd brilyant üzük), 1 ədəd (sünbül formalı) qızıl boyunbağı və 1 ədəd (sünbül formalı) qızıl qolbaq, bir ədəd gül qızıl üzük və 1 ədəd brilyant qaşlı üzüyün qaytarılmasına, həmçinin cavabdehin hüquqa zidd əməlləri nəticəsində ona dəymiş 2000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, oğlunu evləndirmək üçün 2016-cı ilin sentyabr ayında qonşusunun təklifinə əsasən Xaçmaz rayonunda yaşayan Cavabdeh gəlin qismində heç bir toy etmədən evinə gətirmişdi. Belə ki, oğlu bundan qabaqda iki dəfə qeyri rəsmi evlənib, sonradan ayrılmışdır. Cavabdeh da oğlu ilə qeyri rəsmi nikahda yaşamışdı. Oğlu Kamran əsgərlikdə Murovda olarkən qar uçqununun altında qaldıqdan sonra epilepsiya xəstəliyinə düçar olmuş və əsəb xəstəliyindən əziyyət çəkir. Onlara gələrkən Cavabdeh heç bir qızıl zinət əşyaları verməmişdi və oğlunun keçmiş arvadlarından gördüyü münasibətlərə görə heç bir gəlinə qızıl və zinət əşyalarını etibar etmirdi. Oğlu Kamran dekabr ayının 1-10-na qədər Maştağa qəsəbəsində yerləşən pisixi xəstəxanada müalicə almaq üçün orada qalırdı. Cavabdeh 03.12.2016-cı il tarixdə anasına kömək etmək üçün Xaçmaza getmiş, 05.12.2016-cı il tarixdə cehizlərini aparmaq üçün 8 nəfər qohumu ilə gəlmiş, bu şəxslər onun etirazına baxmayaraq evə daxil olub Aygünün cehizlərini yığmağa başlamışdılar. Həmin vaxt onun başı 3 yaşlı nəvəsinə qarışmışdı. Xırda cehizlərini apararkən Cavabdeh saat 5-də gəlib mebelini də aparacağını demiş, lakin həmin gün mebelini aparmağa gəlməmişdi. Sabahı gün özünə məxsus sandığa baxdıqda 1150 manat pulunun, 1 dəst komplekt brilyant (1 dəst brilyant qaşlı sırğa və 1 ədəd brilyant üzük), 1 ədəd (sünbül formalı) qızıl boyunbağı və 1 ədəd (sünbül formalı) qızıl qolbaq, bir ədəd gül qızıl üzük, 1 ədəd brilyant qaşlı üzüyünün sandıqda olmadığını görmüşdü. O, evində baş vermiş oğurluq hadisəsi barədə sahə müvəkkilinə məlumat vermiş, Abşeron rayon Polis İdarəsində aparılan təhqiqat zamanı Cavabdeh izahatında qızılları qayınanası Nərminin istifadə etmək üçün ona verdiyini göstərmişdi. Həmin qızıl zinət əşyalarını ona Qarabağ müharibəsi veteranı olmuş mərhum əri X2 almışdır. Cavabdeh əmlakına qanunsuz yiyələnməsi ona maddi zərər vurmuşdur. Belə ki, həyət evində kənd heyvanları saxlayır, cavabdeh vaxtında pulunu və qızıllarını qaytarsaydı, 2000 manat gəlir götürərdi. Bununla yanaşı, əmlakı özündə olsaydı, satıb oğlunu müalicə etdirər və bir balasını pulsuzluqdan itirməzdi. Məhz buna görə mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh vurduğu mənəvi zərərə görə ona 10000 manat təzminat ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının oğlu ilə ailə qurduqdan sonra iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının ona hədiyyə kimi verildiyini bildirmişdi. Qanuna görə arvada verilən qızıl zinət əşyaları ona məxsusdur. Lakin məhkəmə bunu nəzərə almadan iddiaçı tərəfindən ona hədiyyə edilmiş qızıl zinət əşyalarının ondan alınması barədə qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə iclasında ona məxsus dəyəri 3700 manat olan mebellərin dəyərinin (mebelləri iddiaçı yararsız hala salmışdır) verilməsini xahiş etsə də, məhkəmə onun bu xahişini də nəzərə almamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının 05.03.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tələb etdiyi qızıl zinət əşyalarını cavabdehə oğlu ilə ailə qurarkən hədiyyə verməmiş, cavabdeh evdən digər cehiz əmlaklarını apararkən qızıl zinət əşyalarını da götürmüşdür. Həmin qızıl zinət əşyalarının Cavabdeh olması onun birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsi ilə də təsdiq olunur. Həmin ərizəsində və işə birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında Cavabdeh mübahisə edilən qızıl zinət əşyalarının istifadə olunması üçün qayınanası İddiaçı tərəfindən ona verildiyini, hazırda onda olduğunu, onun mebelinin qayınanasının evində olduğunu, mebellərinin pulunu versə, qızılları qaytaracağını göstərmişdir. Həmçinin Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının 05.03.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında qızılları qayınanası Nərminənin istifadə etməyi üçün ona verdiyini göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(012)-433/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3225/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3225/2021
25.11.2021 · Sair mülki iş - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver