Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-335/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(027)-1940/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus Quba rayonu, Timiryazev kəndində 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsinə (fərdi yaşayış evinə daxil olmaq, sahiblik və istifadə etmək, həmin evdə yaşamaq, sərəncam vermək və s) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Timiryazev kəndində 0.02 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması, ödədiyi 300 manat məbləğində hüquqi yardım xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsilə müraciət edərək, İddiaçı adına dövlət qeydiyyatına almış, Quba rayonu, Timiryazev kəndində yerləşən yaşayış evinə uşaqları ilə birgə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Quba Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(027)-1940 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən 175.90 kvm fərdi yaşayış evindən çıxarılması və İddiaçı həmin evə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, Cavabdeh hüquqi yardım üçün ödənilmiş məbləğdən 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumundan 50 (əlli) manat, cəmi 200 (iki yüz) manatın tutularaq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qaşılıqlı iddianın qismən təmin edilməsi, X2 Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun müəyyən edilməsi, qaşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
4. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(027)-1940 nömrəli qətnaməsinin qismən ləğv edilərək, ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia tələbinin isə tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətlərindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(027)-1940/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.