Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-35/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə1, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) özgəsinin qanunsuz sahibliyindən 2,06 ha torpaq sahəsinin və torpaq sahəsinə aid JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna” dair dövlət aktının əslini qanuni sahibinə geri qaytarılması (vindikasiya) tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı çəkilmiş xərclər, əldən çıxmış fayda və dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-368/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Cabbarov) ilkin iddianın qismən təmin edilməsi, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna” dair dövlət aktına əsasən İddiaçı1 və İddiaçı2, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,06 ha torpaq sahəsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılması, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınaraq, ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlk iddia üzrə iddiaçılar İddiaçı1 və X12 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071 nömrəli, kod 30408058 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X2 və X12, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq, habelə o, torpaq sahəsindən çıxarılaraq torpaq sahəsi naturada qanuni sahibləri olan, iddiaçılar X2 və X12, habelə ailə üzvlərinə geri qaytarılaraq, onların sahələri üzərində faktiki sahiblikləri bərpa edilməsii, Cavabdeh qanunsuz saxladığı 2.06 ha torpaq sahəsinə aid JN:0071 nömrəli, kod 30408058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının əslinin məcburi qaydada alınaraq iddiaçılara geri qaytarılması, iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071, kod 30408058 olan “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarını istehsalı məqsədi ilə 2.06 ha. torpaq sahəsi İddiaçı1 və X12, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdehlə İddiaçı1 arasında olan şifahi razılaşmaya əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071 kod 30408058 olan “torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə kənd təsərrüfatı məhsullarını istehsalı məqsədi üçün ailənin ümumi birgə mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsi, icarə (kirayə) hüquq ilə Cavabdeh sahibliyinə verilmişdir. Mübahisəli torpaq sahəsi, icarə müqaviləsi hüququ ilə uzun müddət istifadəsində olmasından sui-istifadə edən cavabdeh guya müvəqqəti sahibliyində olan torpaq sahəsini İddiaçı1 satın aldığını və torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirmək istəyərkən, tərəfindən torpağın alqı-satqısı barəsində onunla bağlanmış şifahi müqavilənin şərti pozulduğunu iddia edərək, məhkəmədə torpağın ümumi birgə mülkiyyətçilərinə qarşı, Şabran rayon Padar kəndi ərazisində yerləşən 2.06 ha. torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılması üçün iddia irəli sürmüşdür. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdehlər İddiaçı1 və X12, habelə ailə üzvləri arasında Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilsə də, sonradan cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh ilə cavabdehlər İddiaçı1 və X12, habelə ailə üzvləri arasında Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Bütün bunlara baxmayaraq hazırki iş üzrə Cavabdeh qanunsuz sahibləndiyi iddiaçılara, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquq ilə qanuni xüsusi mükiyyətlərində olan Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha.torpaq sahəsindən çıxmır və torpaq sahəsini qanuni mülkiyyətçilərinə qaytarmır. Habelə JN:0071 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının əslini qanunsuz olaraq özündə saxlayaraq qanuni sahiblərinə qaytarmır. Beləliklə yuxarıda qeyd edilənlərlə cavadehin haqsız olması müəyyə olunsa da, habelə tərəflərindən cavabdehə dəfələrlə müraciətlər edisə də, o, qanunsuz sahibləndiyi 2.06 ha. torpaq sahəsindən çıxmayaraq, habelə qanunsuz saxladığı torpaq sahəsinə aid JN:0071 nömrəli, kod 30408058 olan “torpağa mülkiyyət hüququna dair” dövlət aktını əslini qanuni sahiblərinə qaytarmaqdan qəsdən boyun qaçırdır. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və X8 qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehlər X4 və X5 müştərək qaydada 23 il ərzində çoxillik əkmələr və hər il torpağın münbitləşməsi üçün dərman və sair kübrələr verilməsi, bu hərəkətlərin edilməsi üçün texnika, işçi qüvvəsinə sərf edilmiş 33390 manat, nəzərdə tutulan əldən çıxmış fayda üçün 40000 manat, əsassız məhkəmə çəkişmələri, yol, nəqliyyat, müalicə xərcləri və sair xərclər üzrə ona vurulan 10000 manat ziyanın, cəmi 83390 manatın, 330 manat dövlət rüsumunun birdəfəlik alınaraq ona verilməsi, ödəniş edilmədiyi təqdirdə həmin pulun Şabran rayon Padar kəndində yerləşən JN-0071 kod 30408058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin adına olan 2.06 ha ölçüdə torpaq sahəsinə yönəldilərək açıq hərracda satılması və ödənişin əldə edilən məbləğə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər X4 və İddiaçı2 tələb etdiyi torpaq sahəsi ona 1999-cu ildə satılmış, onların tərəfindən pulları alınmış və həmin torpaq sahəsi də tərəfindən bu günədək təyinatına uyğun olaraq istifadə edilir. Həmin torpaq sahəsi tərəfindən istifadə edilməklə yanaşı orada yaxşılaşdırma işləri görülmüş, şəxsi vəsaiti hesabına həmin torpaq sahəsində su-artezian quyusu qazdıraraq onu faydalı şəklə gətirməklə yanaşı torpaq sahəsinin abadlaşdırılması üçün istifadə etmişdir. Hər il torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri həyata keçirmişdir. Artıq torpaq sahəsi hazır vəziyyətə gətirildiyi üçün mövcud qiymətlərdə qiymət artımı müşahidə edildiyi üçün qarşılıqlı iddia üzrə cavabdehlər 2022-ci ildən yersiz mübahisələr yaradır və torpaq sahəsini və sənədlərini geri tələb edir. Həmin dövr üçün torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri etmiş və aralarında heç bir icarə danışığı olmamışdır. Əgər icarə olmuş olsaydı X2 8 oktyabr 2019-cu ildə torpağı adına keçirmək üçün ona etibarnamə verməzdi. X4 və İddiaçı2 haqsızlıq edərək hazırki iddia ilə məhkəmədə iddia qaldırmış və məhkəməni aldatmağa çalışırlar. O və ailəsi həmin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edir. Məhkəmə qaydasında olmadan həmin torpaq sahəsi üzərində torpaqdan istifadə, sahiblik və mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir. Bunun üçün o, 23 il ərzində çəkmiş olduğu xərcləri, əldən çıxmış fayda və dəymiş ziyanı tələb edir. Göründüyü kimi sözügedən torpaq sahəsi tərəfindən təyinatına uyğun istifadə edilməklə eyni ilə sahiblik edilmiş və qeyd etdiyi kimi bütün ödənişlər tərəfindən həyata keçirilməklə torpaq sahəsində yaxşıladırılmalar aparılmışdır. Bunun üçün 23 il ərzində 30000 manat çoxillik əkmələr və hər il torpağın münbitləşməsi üçün dərman və sair kübrələr verilmiş, bu hərəkətlərin edilməsi üçün texnika, işçi qüvvəsinə pullar sərf edilmişdir. Görülən işlər torpağın keyfiyyətinin yaxşılaşdırılmasına nəzərdə tutulmuşdur ki, gələcəkdə keyfiyyətli nəticə əldə edilsin və yaxşı gəlir götürülsün. Lakin cavabdehlər X3, İddiaçı2 bu günkü tələbi onu gəlirlərindən məhrum edir və hesablarına görə onun nəzərdə tutduğu 40000 manat əldən çıxmış faydası olur. Bundan başqa hazırki iddia üzrə cavabdehlərin ona qarşı yersiz tələbləri səhhətinə ziyan vurmuşdur. Əsassız məhkəmə çəkişmələri, yol, nəqliyyat, müəlicə xərcləri və sair xərclər ona 10000 manata başa gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək “ilkin iddia üzrə iddiaçılar X1 və İddiaçı2 ona qarşı tələbinə dair iddiasının rədd edilərək, onun “çəkilmiş xərclər, əldən çıxmış fayda və dəymiş ziyanlıq tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində tərəfimizdən təqdim edilmiş sənədlərə məhkəmə tərəfindən qiymət verilmədən iddiaçının mövqeyinə uyğun qətnamə qəbul edilmişdir. Eyni ilə iddiaçıların soyadları ilə torpaq sahəsinin mülkiyyət sənədlərində olan şəxslərin soyadlarında olan uyğunsuzluqlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Dövlət aktında olan şəxslərin adları Həsənov kimi göstərilmişdir. Lakin bunların adları rəsmiyyətdə soyadları üst-üstə düşdüyü üçün bu şəxslər torpaq sahəsini əsassız mənimsəmişlər. Yəni məhkəmə şəxsin kimliklərinə fikir verməmişdir. Məhkəmə tərəfindən təqdim edilən sənədlər nəzərə alınmamış, şahidlərin dindirilməsi üçün şərait yaradılmamış və ümumiyyətlə işin hallarına düzgün qiymət verilməmişdir. Müəyyən edilir ki, torpaq sahəsi fasiləsiz istifadəsində olmaqla həmin torpaq sahəsində tərəfindən işlər aparılmışdır. Bu məhkəmə tərəfindən də müəyyən edilmiş və əhəmiyyətli haldır. Lakin məhkəmə tərəfindən torpağın iddiaçılara məxsus olmasına dair hər hası bir hal olmasa da birtərəfli mövqe nümayiş etdirilərək sübut edilməmişdir. İddiaçıların soyadları ilə torpağa dair sənədlər arasında ziddiyyətlər var və bu hal işi hallarına uygun gəlməmişdir. Tərəfindən sübutlar təqdim edilsə də heç bir sübut araşdırılmamış və şahidlər dindirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında apellyasiya şikayətində qətnaməni ilkin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiklərini qeyd etsələr də, hazırda qətnaməni yalnız qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qətnaməni yalnız qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirdiklərini bildirərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin İddiaçı2 və 3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini əsaslı olması, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı Akif Rərmanov qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnaməni qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə iddiaçılara 2.06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi, Cavabdeh onlara qarşı əqdin etibarlı hesab edilməsi barədə iddia irəli sürməsi, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş iddia tələbinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək ərizəsi təmin edilməməsi və bu məhkəmə aktının Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığı işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı mübahisəli torpaq sahəsinin ilkin iddiaçılar tərəfindən Cavabdeh sahibliyinə verilməsidir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi çəkilmiş xərclər, əldən çıxmış fayda və dəymiş ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.7, 21, 1091, 1092, 1097-ci maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, ilkin iddiaçı kənd təsərrüfatı məhsullarını istehsalı məqsədi üçün ailənin ümumi birgə mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsini aralarındakı şifahi razılaşmaya əsasən icarə (kirayə) hüquq ilə Cavabdeh sahibliyinə verdiyini, həmin torpaq sahəsinin icarə müqaviləsi ilə uzun müddət istifadəsində olmasından sui-istifadə edən cavabdehin müvəqqəti sahibliyində olan mübahisəli torpaq sahəsini guya ondan satın aldığını, torpağın alqı-satqısı barəsində onunla bağlanmış şifahi müqavilənin şərtinin iddiaçı tərəfindən pozulduğunu iddia edərək, məhkəmədə əqdin bağlanmış hesab edilməsi barədə iddiasının təmin olmadığı halda, Cavabdeh qanunsuz sahibləndiyi Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsindən çıxaraq qanuni mülkiyyətçilərinə qaytarılmadığını iddia edir. Cavabdeh də öz növbəsində mübahisəli torpaq sahəsini ilkin iddiaçından satın aldığını və hər il torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri həyata keçirdiyini, hazırki vaxtadək torpaqdan təyinatına uyğun istifadə edərək şəxsi vəsaiti hesabına su-artezian quyusu qazdıraraq onu faydalı şəkilə gətirməklə torpaq sahəsini abadlaşdırdığını əsas gətirib ilkin iddiaya etiraz edərək, 23 il ərzində çəkmiş olduğu xərcləri, əldən çıxmış fayda və dəymiş ziyanı onlardan tələb edir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məlum olduğu kimi, Mülki Məcəlləninin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Qanunun bu maddələrinə əsasən əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahib ayırması mümkün olmayan yaxşılaşdırmaların dəyərinin əvəzinin ödənilməsini tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir. O da nəzərə alınmalıdır ki, əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02-159/25 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-22-9/2- 104/2024 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə almaqla, xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə JN 0071 kod 30408058 olan “torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və İddiaçı2, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,06 ha torpaq sahəsində aparılmış yaxşılaşdırmalar, o cümlədən su-artezian quyusunun qazılması nəzərə alınmaqla əkinə yararlı hesab edilən torpaq sahəsinin bu günə olan bazar dəyəri 61778,0 (altmış bir min yeddi yüz yetmiş səkkiz) manat təşkil edir. Həmin ərazidə oxşar, lakin əkinə yararlı olmayan (yaxşılaşdırılmalar aparılmadan) 2,06 ha torpaq sahəsinin bu günə olan orta bazar dəyəri 38000,0 (otuz səkkiz manat) manat təşkil edir. Qeyd olunduğu kimi, əkinə yararlı hesab edilən torpaq sahəsi ilə, əkinə yararlı olmayan (yaxşılaşdırılmalar aparılmadan) torpaq sahələri arasındakı fərq 61778,0- 38000,0=23778 manat təşkil edir. Lakin iş materiallarına əlavə edilmiş JN-0071 kod 30408058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 1998ci il 10 iyul tarixli 04 saylı qərarı ilə verilmiş torpaq sahəsinin Dövlət Yerqurluşu Layihə İnstitutunun və Dəvəçi rayon torpaq şöbəsinin təsdiq etdiyi qaiməyə (sertifikat) əsasən torpaq sahəsi üzrə suvarılan hissə 20634.00 kv.m, boz-çəmən, humus qatının miqdarı 60-- -2.90, qurunt suyunun səviyyəsi 200, keyfiyyət qrupu – İİ, bonitet balı 70, bazis məhsuldarlığı 13.7/98.5 qeyd edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçı mübahisəli torpaq sahəsinin əkinə yararsız olduğunu və həmin torpaq sahəsinin münbitləşməsi üçün dərman, kübrə verilməklə keyfiyyətinin yaxşılaşdırılmasını iddia etsə də, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi mülkiyyətçilərə islahat nəticəsində verilərkən belə onun keyfiyyət qrupu, məhsuldarlığı, eləcə də bonitet balı nəzərə alınmışdır. Deməli mübahisəli torpaq sahəsi iddiaçıların və onlar tərəfindən cavabdehin sahibliyinə və istifadəsinə verilərkən yararsız olmamış, əksinə keyfiyyətli məhsuldarlığa yararlığı mövcud olmuşdur. Torpaq sahəsinin cavabdehin sahibliyinə verilənədək müvəqqəti istifadəsiz qalması nəticəsində sahəsinin baxımsız, bir hissəsinin isə kolluq əraziyə çevrilməsi torpaq sahəsinin yarsız olması kimi qiymətləndirilə bilməz. Qarşılıqlı iddiaçının sahibliyində olduğu illər ərzində 30000 manat çoxillik əkmələr və hər il torpağın münbitləşməsi üçün dərman və sair kübrələr verilməsi, bu hərəkətlərin edilməsi üçün texnika, işçi qüvvəsinə müəyyən məbləğdə vəsait sərf edilməsi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının sifarişi əsasında hazırlanmış hesabatdan da görünür ki, əkinə yararlı olan mübahisəli torpaq sahəsinin qamış və kolluq əhatə olunmuş bir hissəsi təmizlənmə işləri aparılmaqla əkin üçün hazır vəziyyətə gətirilməklə, bir illik tərəvəz şittləri əkilmişdir. Növbəti il üçün məsuldarlığı artırması və yaxşı gəlir götürülməsi məqsədilə torpağa kübrələr verimis olsa, nəticədə qarşılıqlı iddiaçı əldə etdiyi məhsulun bəhərini də özü götürmüdür. Odur ki, qarşılıqlı iddiaçının bu dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Lakin şəxsi vəsaiti hesabına həmin torpaq sahəsində su-artezian quyusu quraşdırılması barədə qaşılıqlı iddiaçının dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.4, 135.10, 157.7-ci maddələrinin əsasən, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Nəzərə alınmalıdır ki, əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətçisi hazırki iş üzrə ilkin iddiaçılara qaytarıldığından, qarşılıqlı iddiaçı tərəfindən inşa edilmiş su-artezian qurğusu, torpaq sahəsi ilə sıx bağlılığı nəticəsində torpaq sahəsinin tərkib hissəsi kimi onun mülkiyyətçisi iddiaçılara məxsus olduğundan, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməli, həmin qurğuya çəkilmiş xərc 3500+850=4350 manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia tələbinin əldən çıxmış fayda görə 40000 manat, əsassız məhkəmə çəkişmələri, yol, nəqliyyat, müalicə və sair xərclərə görə 10000 manat pulun tutulması, ödəniş edilmədiyi təqdirdə həmin pulun Şabran rayon Padar kəndində yerləşən JN-0071 kod 30408058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin adına olan 2.06 ha ölçüdə torpaq sahəsinə yönəldilərək açıq hərracda satılması və ödənişin əldə edilən məbləğə yönəldilməsi hissəsində gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddianın bu hissələrində öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, bu hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər İddiaçı1 və İddiaçı2 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul müştərək qaydada alınaraq qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulsun. Cavabdehlər İddiaçı1 və İddiaçı2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 500 (beş yüz) manat müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-35/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-35/2025
26.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver