Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-355/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin geri qaytarılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadından iddiaçının hüquqi varisinin nümayəndəsi Əhmədov İftıxar Hüseyn oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X12 iddia ərizəsi ilə ünvan 1 ünvanına Cavabdeh ilə aralarında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
3. İddiaçının hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024cü il tarixli şikayətlə müraciət edərək, 2(060)- 7694/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə sikayət təmin edilmiş iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi dair mülki iş üzrə 2(060)-7694/2024 saylı xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək mülki iş baxılması üçün təyin edilmişdir.
5. Daha sonra iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər 3-cü dövlət Notariat Kontorunda iddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 40-824 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)- 7694/2024 nömrəli qərardadı ilə (hakim Elmir Hüseynov) iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iş üzrə iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır.
7. İddiaçının hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı X6 hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
10. İddiaçının hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair mülki iş üzrə iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onu vermiş şəxsə geri qaytarılmışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı Mülki Prossesual Məcəllənin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu qənaətinəı gəlmişdir. Nəzərə alınsa ki, iddiaçı X6 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mənzilin iddiaçının adına qeydiyyata alınmasına dair iddia tələbi xx.xx.2014-cü il tarixdə məhkəməyə daxil olmuşdur, hesab edir ki, 9 iyul 2021-ci il tarixli Qanun xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir, əvvəlki prossesual məcəllənin tələbləri tətbiq edilməlidir. 9 iyul 2021-ci il tarixli Qanun (Qanun 01.102021-ci il tarixdə qüvvəyə minmişdir) ilə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin yeni mətndə redaksiyasında edilməmişdən əvvəlki mətnində iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.
11. İddiaçının hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə şikayət ərizəsinə əlavə göndərərək göstərmişdir ki, iddiaçı X12 iddia ərizəsi ilə ünvan 1 ünvanına Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə müraciət edərək, 2(060)-7694/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, iddiaçı X6 Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 48 saylı evin 23 saylı mənzilinə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 824 saylı bağışlama müqaviləsinin ləğv edilməsinə dair mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-282/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-282/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək işin mahiyyəti üzrə baxılması xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin olunmuş məhkəmə iclasına tərəflər gəlmədiklərindən mülki iş baxılmamış saxlanılmışdır ki, X12, 11 yanvar 2021-ci il tarixdə sol mədəcik çatmamazlığından ölmüşdür və bu fakt elektron sistemdə də öz əksini tapmışdır. Belə olan halda mülki işin icraatı dayandırılmalı idi. Lakin, məhkəmə tərəfindən MPM-nin tələbləri kobud şəkilkdə pozularaq, mülki işin icraatı dayandırılmalı olduğu halda edilməmiş, işə mahiyyəti üzrə baxaraq mülki işi baxılmamış saxlamış və davamında isə icranın geri dönüşü edilərək, mərhum X6 adına olan çıxarış ləğv edilərək, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 48 saylı evin 23 saylı mənzilinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə sikayət təmin edilərək, iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi dair mülki iş üzrə 2(060)-7694/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad ləğv edilərək mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra iddiaçının hüquqi varisi qismində tərəfindən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edilərək, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər 3-cü dövlət Notariat Kontorunda iddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 40-824 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə geri qaytarılmışdır. Belə ki, məhkəmə, xx.xx.2024-cü il tarixdə iş materialları tanış olmağına, bundan sonra xx.xx.2024-cü il tarixdə iş üzrə qəbul edilmiş qərardaddan şikayət verdiyinə və şikayətinin təmin edilərək iş üzrə icraat təzələnib və məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsinə, qeyd edilən iclasda iştirak edərək əlavə araşdırma aparılması üçün növbəti məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsinə, xx.xx.2024-cü il tarixdə işlə tanış olduğu halda və sonrakı xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etməyinə baxmayaraq, heç bir prosessual əsas gətirmədən xx.xx.2024-cü il tarixli baxış iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim etməyinə əsaslanaraq iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə geri qaytarılmışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı Mülki Prossesual Məcəllənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmənin xx.xx.2024-cü il tarixə təyin edilmiş baxış iclasında tərəfindən işə sədrlik edən hakimə, notariat qaydada təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 824 saylı bağışlama müqaviləsində X4 və X3 tərəfindən X9 məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilinin bağışlanmasına etiraz etmədiyinə dair imza edilmiş ərizələrdəki imzaların onara məxsus olmadığını bildirdikdə, işə sədrlik edən hakim növbəti məhkəmə iclasına hər iki şəxsin iştirakının təmin edilərək, imza nümunələrinin təqdim edilməsi tələb edilmişdir. Lakin, sonradan tərəfindən müəyyən edilmişdir ki, ümumiyyətcə xx.xx.2007-ci il tarixli 824 saylı bağışlama müqaviləsində X12 tərəfindən icra edilmiş imzalar da mərhuma məxsus deyildir. Bu səbəbdən də Sumqayıt şəhər 3-cü dövlət Notariat Kontorunda iddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 40-824 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasından əvvəl elektron məhkəmə sisteminə əlavə edilmişdir. Lakin, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin edilmiş baxış iclasında işə sədrlik edən hakim, sübutlara əvvəlcədən hüquqi qiymət verib, “mərhumun imza nümunələrin hardan və necə əldə edəcəm!” deyə bildirərək, ərizəni geri qaytarılması barədə qərardad qəbul etmiş və davamında isə mülki işin baxılmasına davam edərək iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı Sumqayıt şəhəri, 17-ci mkr., ev 48, mənzil 23 ünvanına Cavabdeh ilə aralarında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə iddia tələbi rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tanış olmadan, qərardaddan müəyyən edilmiş şikayət vermə müddətini gözləmədən iddia tələbini rədd etmişdir. Hesab edir ki, işə sədrlik edən hakimin mülki iş üzrə bu mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmnin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)-7694/2024 nömrəli və bununla bağlı 10 yanvar 2025-ci il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)- 7694/2024 nömrəli qərardadı ilə iddiaçı X6 hüquqi varisi X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iş üzrə iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçının hüquqi varisi X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 yuxarıda qeyd olunan qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşıdıraraq qanunvericiliyin tələbləri üzrə qiymətləndirmə apararaq əsassız hesab edir. Belə ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi iddia tələbinin dəyişilməsinə dair ərizənin geri qaytarılmasına dair mövqeyini belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X6 hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iş materialları tanış olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə iş üzrə qəbul edilmiş qərardadan şikayət vermişdir. Onun şikayəti Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə təmin edilərək iş üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd edilən iclasda Nümayəndə2 iştirak etmişdir. Bundan sonra əlavə araşdırma aparılması üçün növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Nümayəndə xx.xx.2024-cü il tarixdə işlə tanış olduğu halda və sonrakı xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etməsinə baxmayaraq, heç bir prosessual əsas gətirmədən xx.xx.2024-cü il tarixli hazırkı baxış iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
16. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının hüquqi varisi X2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(060)-7694/2024 nömrəli və bununla bağlı 10 yanvar 2025-ci il tarixli, 2(060)-7694/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.