Məhkəmə qərarları › İş №2(105)-359/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-359/2025

16.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Sair öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-359/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayonu Samur bələdiyyəsinə qarşı İddiaçı Qusar rayonu Samur bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyəti təsdiq edən sənədin verilməsi - müqavilənin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X33 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Qusar rayonu Samur bələdiyyəsinin nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlunun iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Samur Bələdiyyəsinə, üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, X11 və X12 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat ofisində onunla Qusar rayonu, Samur bələdiyyəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, həmin mübahisəli 17 ha torpaq sahəsinə verilmiş mülkiyyəti təsdiq edən çıxarışın ləğv edilərək, əvvəlki vəziyyətinə gətirilib, həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində onun adına qeydə alınması, torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, mərhum yoldaşı ilə birgə nikahda olduğu dövrdə Qusar rayonu, Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsi əldə etmişdir. Bu barədə ona mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. Daha sonra cavabdehlərdən Qusar rayon, Samur bələdiyyəsi onlara təklif etmişdir ki, o, həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlasın, Bələdiyyə isə əvəzində ona həmin torpaq sahəsinin kateqoriyasına uyğun 20 ha torpaq sahəsi versin. Mərhum yoldaşı bununla razılaşmış və onun da iştirakı ilə aralarında bu barədə müqavilə bağlanılmışdır. Daha sonra yoldaşının səhhətində çətinliklər olduğu üçün bu öhdəlikləri faktiki icra edə bilməmişdir. Yoldaşı vəfat etdikdən sonra 2022-ci il tarixdə o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün ona məxsus həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamışdır. Samur bələdiyyəsi isə 2024-cü ilin may ayına qədər öz öhdəliyini yerinə yetirməli və ona 20 ha torpaq sahəsi verməli idi. Lakin hazırki vaxtadək cavabdeh müqavilə öhdəliklərini icra etmir. Aralarında bağlanan müqavilədə ona belə bir hüquq verilmişdir ki, əgər ikinci tərəf öz öhdəliklərini yerinə yetirməsə o, bağışlama müqaviləsini ləğv edə, mülkiyyət sənədini əvvəlki vəziyyətinə qaytara və dəymiş zərərin əvəzini (əldən çıxmış fayda daxil olmaqla) Samur Bələdiyyəsindən tələb edə bilər. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir.

3. Cavabdeh Qusar rayon Samur Bələdiyyəsi cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X26 və İddiaçı ilə Qusar rayonunun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsində Samur bələdiyyəsi ilə onun mərhum əri X26 arasında bağlanmış 27 noyabr 2019-cu il tarix öhdəlik müqaviləsinə istinad etmiş və qeyd etmişdir ki, 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsi onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. İddiaçının sübut kimi istinad etdiyi 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsinin onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürməsi haqda müqavilə saxta olması səbəbindən heç bir hüquqi nəticə doğura bilməz və aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir. Belə ki, Samur bələdiyyəsinin 2019-cu ilə aid iclas protokollarının qeydiyyatı kitabında 27 noyabr 2019-cu il tarixdə belə müqavilənin müzakirəsinin keçirilməsi haqda heç bir qeydiyyat olmamış, məhkəməyə iddiaçı və ya əri tərəfindən hər hansı müraciət olunmamışdır. Qeydiyyat kitabından görünür ki, bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu il tarixdə keçirilmiş (bələdiyyə sədri X16 olmuşdur) və orada İddiaçı və ya ərinin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması, bunun qarşılığında bələdiyyənin başqa ərazidə bağışlayana 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda məsələ müzakirə edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəməyə təqdim edilən hökmü ilə sübut edilmişdir ki, İddiaçı həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlanmasına görə bələdiyyənin başqa yerdə 20 ha ərazini qaytarmağı haqda öhdəlik götürməsi haqda iddia ərizəsinə əlavə edilmiş 27 noyabr 2019-cu il tarixli 01 saylı öhdəlik müqaviləsi saxtadır. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2- 1(105)-28/2021 nömrəli qərardadından görünür ki, iddiaçı X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair ərizəsini geri götürdüyündən iş üzrə icraata xitam verilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-636/2020 nömrəli qərarı ləğv edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü ilə müəyyən edilmişdir ki, Qusar rayonunun Samur qəsəbəsində yerləşən və 120.000 manat dəyərində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şamaxı rayonu Meysəri kəndində yaşayan X18 (iddiaçının yaxın qohumudur) adına rəsmiləşdirilmiş olsa da faktiki olaraq məhkum X13 tərəfindən saxta sənəd tərtib edilməklə ələ keçirilərək ona məxsus olmuş və cinayət işi üzrə onun Samur bələdiyyəsinə vurmuş olduğu 120 min manat həcmində ziyanın bərpası üçün natura qaydasında Samur bələdiyyəsinə bağışlanmışdır. Məhkəmənin hökmündə də qeyd edilmişdir ki, təqsirləndirilən Cavanşir Əvəzov torpaq sahəsini sənədləri saxtalaşdırarkən Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli,15 nömrəli qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmişdir. Digər tərəfdən dəyəri 120.000 manat olan 17 ha torpaq sahəsini iddiaçının necə əldə etməsi, hansı məbləğdə pul ödəməsi, hansı səbəbdən bələdiyyəyə əvəzsiz bağışlaması, bağışlamanı notarial qaydada həyata keçirsə də öhdəlik müqaviləsini notarial qaydada təsdiq etdirməməsi, bağışlamadan 2 il keçdikdən sonra torpağın qaytarılması haqda iddia qaldırması kimi şübhəli məqamlar da diqqətə alınmalıdır. 17 ha torpaq sahəsini Samur Bələdiyyəsinə qaytarma məhkum C.Əvəzovun Samur bələdiyyəsinə vurduğu 120 min manat ziyanı ödəməsi kimi qiymətləndirilərək ona törətdiyi cinayət əməlinə görə şərti cəzanın verilməsinə səbəb olmuşdur. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı Qusar rayon Samur Bələdiyyəsi ilk iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Samur bələdiyyəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılınası tələbinə dair iddiası saxta sübutlara istinad edilməklə verildiyindən, habelə Azərbaycan Respublikası CPM-in 142-ci və MPM-in 82-ci maddəsinin tələblərinə zidd olmaqla qanunsuz olduğundan mümkün sayıla bilməz və icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinə əsasən preyudisiya daha əvvəl baxılan iş üzrə sübut etmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Sübut etməkdən azad olmanın əsaslarını müəyyən edən Azərbavcan Respublikası MPM-in 82.4cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İddiaçı Samır bələdiyyəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası üzrə iddianın predmeti olan 120.000 manat dəyərində 17 hektar torpaq sahəsinin saxta sənədlər əsasında dələduzluq etməklə Xaçmaz Reqional Ədliyyə idarəsinin sabiq rəisi X13 tərəfindən ələ keçirilməsi, ziyanın ödəniliməsi üçün həmin iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmış Samur Bələdiyyəsinin sədri Elnarə Ayibova ilə barışıq əldə edilməsi, vurulmuş ziyanın natura qaydasında Samur bələdiyyəsinə qaytarılması və bu səbəbə görə təqsirləndirilən şəxsə şərti məhkum etmə tətbiq edilməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024cü il tarixli hökmü ilə təsdiq edilmişdir. Həmin hökmə əsasən X13 Cinayət Məcəlləsinin 178.3.2, 178.4, 193-1.3.2, 32.3, 294.1, 308.1, 320.1, 320.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. X13 ona görə məhkum edilmişdir ki, o, vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etməvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli və xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd etmiş, vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla təkrarən saxtalaşdırmış və qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə biləbilə hüquq verən saxta sənədlərdən təkrarən istifadə etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs və qeyriləri vasitəsilə sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təkrarən təşkil etmiş və həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, vahid niyyətlə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədi tamah məqsədi ilə təkrarən talayıb gizlətməklə məhv etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə külli miqdarda pul vəsaitini vahid niyyətlə təkrarən leqallaşdırmışdır. Belə ki, o, 2018-ci ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional ədliyyə idarəsinin rəisi vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə nazirinin 08.10. 2007-ci il tarixli 38-T əmri ilə təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 2, 6, 8-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmış və bələdiyyələrə metodiki köməklik göstərmək və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, bələdiyyələr haqqında qanunvericilik aktları barədə bələdiyyələri məlumatlandırmaq, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar aparmaq və sair kimi fəaliyyəti həyata keçirən Regional idarənin rəisi olaraq, həmin Əsasnamənin 18-ci bəndinə əsasən səlahiyyətləri daxilində icrası məcburi olan sərəncam və yazılı göstərişlər vermək, onların icrasını təşkil etmək və Regional idarədə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edilməsinin icrasına nəzarəti həyata keçirmək, Regional idarənin işini təşkil etmək və onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək kimi səlahiyyətləri həyata keçirən vəzifə şəxs olaraq öz qulluq mövqeyindən, yəni qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrini tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırıb başqalarının adına rəsmləşdirilməklə ələ keçirmək, həmin saxta sənədlərdən bilə-bilə istifadə edib mülki iş üzrə işdə iştirak edən şəxs və nümayəndə tərəfindən sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təşkil etməklə əldə olunan məhkəmə qərarlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib hüquqi nəticələr doğuran torpaq sahələrinə aid çıxarışlar almaqla ələ keçirmək məqsədilə dostu X8 və qevriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, bunun üçün o, əvvəlcə Samur bələdiyyəsinin özündən əvvəlki dövrlərdə araşdırma zərurəti ilə əlaqədar Xaçmaz Regional idarəsinə nəzarət qaydasında götürülərək idarədə yoxlanılan və orada saxlanılan 2000-2005-ci il dövrləri əhatə edən arxiv sənədlərini qulluq mövqeyindən istifadə edərək Xaçmaz şəhəri Heydər Əliyev prospekti 17 ünvanında yerləşən rəhbərlik etdiyi idarənin inzibati binasındakı xidməti otağına gətirdib, 2018-ci ilin təxminən mart ayında istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda Qusar rayonu Samur bələdiyyəsinin rəsmi sənəd hesab edilən 01.12,2005-ci il tarixli, 15 nömrəli protokolunun orijinalını tamah məqsədi ilə talayıb gizlətməklə məhv etdikdən sonra, qabaqcadan əlbir olduğu X8 və qeyriləri ilə birlikdə hazırladıqları cinayətkar plana uyğun olaraq tərtib etdikləri eyni tarixli və nömrəli yeni protokolun məzmununa bilə-bilə yalan məlumatlar, yəni həmin protokol əsasında digər məsələlərlə yanaşı, guya Samur bələdiyyəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə suvarılan ərazidə əmisi X11 17 ha, atasının bibisi oğlu X20 85 ha və yaxın münasibətdə olduğu dostu və cinayətkar qrupun üzvü X5 30.66 ha torpaq sahəsinin ayrılması ilə bağlı qeydlər daxil edib protokolu və həmin protokol əsasında ayrı-ayrı dövlət qurumları və Samur bələdiyyəsi tərəfindən verilməsi görüntüsü yaradan, o cümlədən qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 30.66 ha torpaq sahəsinin Hənifə Allahverdiyevə satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarını, həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 28 noyabr 2005-ci il tarixli 680 nömrəli rəyini, torpaq sahəsinin alqı-satqısına dair Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN 0046 KOD 30102018 nömrəli dövlət aktını, qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 17 ha torpaq sahəsinin Ziyadxan Zeynalova satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarını, Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktın, X3 əlyazma xətti ilə tərtib olunmuş həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyini və qrup üzvü Hənifə Allahverdiyevin imzası və xətti ilə tərtib edilmiş guya 85 ha torpaq sahəsinin Şahlar Səfərova satılması ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2005-ci iltarixli 15 nömrəli qərarın, həmin torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyini, Samur bələdiyyəsi, torpaq şöbəsi və alıcının iştirakı qeyd olunmuş torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı, istintaqla müəyyən edilməyən şəxsin imzası və xətti ilə tərtib edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktını, habelə 85, 17 və 30.66 ha torpaq sahələri üzrə Qusar rayonu Samur bələdiyyəsinin üzərində "Azərbaycan Respublikası Qusar rayonu Samur bələdiyyəsi” sözləri yazılmış dairəvi möhürünü əslindən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin adından tərtib edilmiş sənədlərdə isə üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi” sözləri yazılmış əsli ilə eynilik təşkil etməyən dairəvi möhürlərdən istifadə etməklə istintaqa məlum olmayan üsulla saxtalaşdırmış, bundan sonra saxtalaşdırılmış arxiv sənədlərini 2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Qusar rayon Dövlət Arxivinə təhvil verilməsinə nail olduqdan sonra, cinayətkar planın davamı olaraq öz tapşırığı əsasında sürücüsü və atasının dayısı nəvəsi X6 Allahverdiyevin adından Qusar rayonu Dövlət Arxivinə xx.xx.2018-ci il tarixdə müraciət edərək, iclas protokolunda guya ona ayrılmış torpaq sahəsini öz adına rəsmləşdirilməklə çıxarışın alınması məqsədilə həmin saxtalaşdırılmış rəsmi sənədlərin təsdiq olunmuş surətlərini istifadə etmək üçün əldə edərək 06 iyun 2019-cu il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə 19 iyun 2019-cu il tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Hənifə Allahverdiyev tərəfindən 17 sentyabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmiş, məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə iş üzrə işdə iştirak edən Hənifə Allahverdiyev vasitəsi ilə arxiv idarəsindən surətlərini aldıqları saxta sənədlərlə birlikdə Samur bələdiyyəsinin sədri Elnarə Ayibovanın adından tərtib edilərək istintaqla müəyyən edilməyən şəxs tərəfindən imzalanmış, özü tərəfindən əlyazma rəqəmləri daxil edilmiş və Samur bələdiyyəsinin möhürü ilə təsdiq olunaraq Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış “vətəndaş Hənifə Allahverdiyevə çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur” məzmunlu 10 mart 2020ci il tarixli, 17 nömrəli və Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunaraq Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 nömrəli qərarla vətəndaş Hənifə Allahverdiyevə satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadəedir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur'' məzmunlu 05 avqust 2019-cu il tarixli, 105 nömrəli və 13 yanvar 2020-ci il tarixli, 03 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktublarını da məhkəməyə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2-1(118)-174/2020 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərarın qəbul edilməsinə və həmin qərarın Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmasına nail olsa da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(102)- 904/2021 nömrəli qərarı ilə iddia təmin edilməyərək yenidən baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə qaytarılarkən mülki işə yenidən baxan sonuncu məhkəmənin 16 dekabr 2021-ci il tarixli, 2-1(105)-529/2021 nömrəli qərarı ilə mülki iddia təmin edilmədiyindən Hənifə Allahverdiyevin adına rəsmiləşdirilmiş dəyəri 122.640 manat təşkil edən Qusar rayonu Yeni Tahircal kəndində (Samur Bələdiyyəsinin ərazisinə daxil olsa da həmin kəndin ərazisində yerləşmişdir) yerləşməklə dövlət mülkiyyətinə məxsus 30.66 ha torpaq sahəsini ələ keçirməyə cəhd etmiş, əməllərinin davamı olaraq Qusar rayonu Samur bələdiyyəsinin ərazisində yerləşən 17 ha torpaq sahəsinin əmisi Ziyadxan Zeynalovun adına rəsmləşdirilməklə çıxarışın alınması məqsədilə, saxtalaşdırılmaqla özlərində saxladıqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN 0059 KOD 30102018 nömrəli dövlət aktını tanışı X9 vasitəsi ilə 17 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə eyni tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında Ziyadxan Zeynalovun adından 17 sentyabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə mülki iddianın verilməsini təmin etmiş, məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə iş üzrə işdə iştirak edən Ziyadxan Zeynalov vasitəsi ilə qeyd olunan xx.xx.2006cı il tarixli, JN 0059 KOD 30102018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 nömrəli qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2- (085)-1671/2019 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərar qəbul edildikdən sonra, qeyd olunan məhkəmənin qərarı əsasında X10 adına 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05 noyabr 2019-cu il tarixli ********** nömrəli reyestr çıxarışı alıb, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 17 ha torpaq sahəsinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə, həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlədib torpaq sahəsindən istifadə etmək məqsədilə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirmək üçün Quba ‘'ASAN Xidmət” Mərkəzində 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 nömrəli alqı-satqı müqaviləsi əsasında Qusar rayonu, Samur qəsəbəsində yerləşməklə bələdiyyə mülkiyyətində olan, dəyəri 120.000 manat təşkil edən torpaq sahəsinin güya 17.000 manat məbləğində pula öz qohumu X1 rəsmiləşdirilməsi görüntüsünü yaratmaqla 20 noyabr 2019-cu il tarixdə **********79 nömrəli çıxarış əsasında torpaq sahəsinin Sərdar Şirinovun adına sənədləşdirərək külli miqdar təşkil edən 120.000 manat dəyərində Samur Bələdiyyəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, əməlinin davamı olaraq Qusar rayonu Samur bələdiyyəsinin ərazisində yerləşən 85 ha torpaq sahəsinin qohumu - əmisi Şahlar Səfərovun adına rəsmiləşdirilməklə çıxarışın alınması məqsədilə, saxtalaşdırılmaqla özlərində saxladıqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktını Şahlar Səfərov vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin dövlət reyestrində torpağa mülkiyyət hüququna dair dövlət aktının qeydiyyata alınmaması əsası ilə eyni tarixdə çıxarışın verilməsindən imtina olunduğundan, öz göstərişi əsasında qohumu Şahlar Səfərov adından 17 dekabr 2019-cu il tarixdə torpaq sahəsinə çıxarışın verilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə iddianın verilməsini təmin etmiş. Məhkəmədə mülki işə baxılarkən cinayətinin törədilməsini təşkil etmək və həmin cinayətin törədilməsinə rəhbərlik etmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs vasitəsi ilə torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0061 KOD 30102018 nömrəli dövlət aktı ilə birlikdə Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan“həmin torpaq sahəsi bələdiyyə tərəfındən 01 dekabr 2005-ci il tarixli 15 nömrəli qərarla vətəndaş Şahlar Səfərova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur" məzmunlu 05 avqust 2019-cu il tarixli 104 nömrəli və Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın adından hazırlanmaqla əlyazma mətni özü tərəfindən icra edilərək Samur bələdiyyəsinin dairəvi möhürü ilə təsdiq edilmiş 13 yanvar 2020-ci il tarixli 02 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubların məhkəməyə təqdim edilməsini təmin etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-636/2020 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə həmin torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi qoyulmasına dair qərarın qəbul edilməsinə nail olsa da Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-1(105)-28/202 nömrəli qərarı ilə iddia təmin edilmədiyindən Şahlar Səfərovun adına rəsmiləşdirilmiş dəyəri 340.000 manat təşkil edən Qusar rayonu Samur qəsəbəsində yerləşməklə dövlət mülkiyyətinə məxsus 85 ha torpaq sahəsini ələ keçirməyə cəhd etməklə, həmin əməlləri ilə vahid niyyətlə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Samur bələdiyyəsinin külli miqdar təşkil edən 120.000 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmiş, lakin vahid niyyətlə cəmi 132.66 ha torpağı Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2-1(105)- 28/202 nömrəli və 16 dekabr 2021-ci il tarixli 2-1(105)-529/2021 nömrəli qərarları əsasında mülki iddialar təmin edilmədiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin-dövlət və Qusar rayonunun Samur bələdiyyəsinin mülkiyyətində olan 582.640 manat dəyərində o cümlədən, dövlətin mülkiyyətində olan 462.640 manat dəyərində olan 15.66 ha torpaq sahəsini və Samur bələdiyyəsininin mülkiyyətində olan 120.000 manat dəyərində olan 17 ha torpaq sahələrini ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə cəhd etmiş, tamah niyyəti ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və vahid niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədi tamah məqsədi ilə talayıb gizlətməklə məhv etmiş, vahid niyyətlə mülki iş üzrə işdə iştirak edən şəxs və qeyriləri vasitəsilə sübutların saxtalaşdırılması cinayətinin törədilməsini təşkil etmiş və həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə kiilli miqdarda əmlakı vahid niyyətlə leqallaşdırmışdır. Beləliklə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü ilə müəyyən edilmişdir ki, Qusar rayonunun Samur qəsəbəsində yerləşən və 120.000 manat dəyərində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şamaxı rayonunun Meysəri kəndində yaşayan X18 (iddiaçının yaxın qohumudur) adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq məhkum X13 tərəfindən saxla sənəd tərtib edilməklə ələ keçirilərək ona məxsus olmuş və cinayət işi üzrə onun Samur bələdiyyəsinə vurmuş olduğu 120 min manat həcmində ziyanın bərpası üçün natura qaydasında Samur bələdiyyəsinə bağışlanmışdır. Cinayət işinin materialları və məhkəmə hökmü ilə sübut edilmişdir ki, İddiaçı həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlanmasına görə bələdiyyənin başqa yerdə 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda iddia ərizəsinə əlavə edilmiş 27 noyabr 2019-cu il tarixli 01 saylı öhdəlik müqaviləsi saxtadır. Bu hal onunla təsdiq olunur ki, 2019-cu ilə aid Samur bələdiyyəsinin iclas protokollarının qeydiyyatı kitabında 27 noyabr 2019-cu il tarixdə belə müqavilənin müzakirəsinin keçirilməsi haqda heç bir qeydiyyat yoxdur. Qeydiyyat kitabından görünür ki, bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu iİ tarixdə keçirilmiş (bələdiyyə sədri Muradxanova Albina olmuşdur və orada İddiaçı 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması, bunun qarşılığında bələdiyyənin başqa ərazidə bağışlayana 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda məsələ müzakirə edilməmişdir. Məhkəmənin hökmündə də qeyd edilmişdir ki, təqsirləndirilən Cavanşir Əvəzov torpaq sahəsini sənədləri saxtalaşdırarkən Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli 15 nömrəli qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 No-li bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmişdir. Digər tərəfdən dəyəri 120.000 manat olan 17 ha torpaq sahəsini iddiaçının necə əldə etməsi, hansı məbləğdə pul ödəməsi, hansı səbəbdən bələdiyyəyə əvəzsiz bağışlaması, bağışlamanı notarial qaydada həyata keçirsə də, öhdəlik müqaviləsini notarial qaydada təsdiq etdirməməsi, bağışlamadan 2 il keçdikdən sonra torpağın qaytarılması haqda iddia qaldırması kimi şübhəli məqamlar da diqqətə alınmalıdır. 17 ha torpaq sahəsini Samur Bələdiyyəsinə qaytarma məhkum C.Əvəzovun Samur bələdiyyəsinə vurduğu 120 min manat ziyanı ödəməsi kimi qiymətləndirilərək ona törətdiyi cinayət əməlinə görə şərti cəzanın verilməsinə səbəb olduğundan hazırkı iddianı Samur bələdiyyəsinə təkrarən ziyan vurmağa cəhd kimi qiymətləndirir və həmin iş üzrə ona təyin edilmiş şərti cəzanın ləğv edilməklə cəzasının ağırlaşdırılması üçün məhkəmə hökmündən apellyasiya şikayəti vermək məcburiyyətindədirlər. Göstərilənlərə əsasən hazırkı iddia saxla sübutlara istinad edilməklə əsl olmayan şəxs tərəfindən verildiyindən Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələblərini pozduğundan mümkünsüz hesab edilməli və rədd edilməlidir.

6. İddiaçı qarşılıqlı iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, qarşılıqlı idda ərizəsinə nəzər yetirilsə həmin ərizədə əqdin etibarsiz sayılması barədə məhkəməyə heç bir əsas və dəlil gətirilməmişdir. Əqdin etibarsızlığı əqd formasında həyata keçirilən hərəkətlərin hüquqi fakt xarakteri daşımaması deməkdir. Etibarsız əqdin etibarsızlığının nəticələrindən başqa heç bir hüquqi nəticəsi yoxdur. Belə bir əməliyyat bağlandığı andan etibarsızdır. Hüquq normalarına uyğun gəlməyən əqdlər, iddianın məhkəməyə verilməsindən və ya məhkəmə tərəfindən etibarsız sayılmasından asılı olmayaraq, özlüyündə etibarsız sayılır. İstənilən maraqlı şəxs belə əqdlərin etibarsızlığının nəticələrinin tətbiqini tələb edə bilər. Mübahisəli və etibarsız əqdlər əqdin məhkəmə tərəfindən etibarsız sayılmasının zəruriliyi meyarına görə fərqləndirilir. Müəyyən qüsurları olduqda, yəni qanunla müəyyən edilmiş etibarlılıq meyarlarına cavab vermədikdə əqd etibarsız sayılır. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mübahisələndirdiyi əqdin qanunla müəyyən edilmiş hansı etibarlılıq meyarına cavab verməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, buna görə də hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsi (hakim Əli Cəlilov) ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, X26 və İddiaçı ilə Qusar rayonun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh Qusar rayonu Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsində həmin müqavilənin hər hansı şərtlə bağlandığı, o cümlədən bələdiyyənin İddiaçı qarşısında hər hansı öhdəlik götürməsi qeyd olunmamışdır. Bundan başqa həmin müqavilə bağlanan anda Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, bağışlama əqdinin istər məzmunu, istərsə də, forması ilə bağlı nəzərdə tutulan bütün tələblərə əməl olunmuşdur. Həmin müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı ilə, müqaviləni imzalayan şəxslərin iradə ifadəsinin bildirilməsi ilə, vahidliyinin mövcudluğu ilə, əqdin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Bununla da bağışlama əqdinin etibarsız hesab olunması üçün Mülki Məcəllə ilə müəyyən olunmuş hansı əsas mövcud deyil. İddiaçı istinad etdiyi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması barədə Qusar rayonu Samur bələdiyyəsinin iclas protokollarında və digər arxiv sənədlərində heç bir məlumat aşkar olunmamış, bununla bağlı İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması ilə bağlı bələdiyyədə müzakirə aparılması ilə iclas protokollarında öz əksini tapmamışdır. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması zəruri edən iclas protokolunun gündəliyinə də daxil edilməsi öz əksini tapmamışdır. Məlum haldır ki, bələdiyyələrin hər bir hərəkəti iclas prokotolunda əks olunmalıdır, lakin sözü gedən xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi ilə bağlı 2019-cu il tarixli iclas protokollarında əks olunmamışdır. Bütün bunlar isə belə qənaətə gəlməyə əsas verir ki, həmin öhdəlik müqaviləsi mötəbər olmamaqla Mülki Məcəllənin tələblərinə ziddir. Əgər xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediəcəkdir. Hazırkı halda məhkəmə də tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 141.1, 144.1, 144.2,146.1, 146.2, 157.2, 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 404.1, 405.1, 666.1,666.2, 667.1, 668.1, 670.1, 673.1, 373.3, Torpaq Məcəlləsinin 1, 3-cü maddələrinə, Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə istinad edərək ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İlk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməklə əsassız və qanunsuz qətnamə qəbul etməsi nəticəsində iddiaçının vərəsəlik və mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mülki qanunverciliyin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu barədə Konustitutsiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı da mövcuddur. Göründüyü kimi tərəflər arasında mövcud olan xx.xx.2019-ciu il tarixli 01 saylı öhdəlik müqaviləsinin 1.1-ci bəndinin tələblərinə uyğun olaraq, İddiaçı və mərhum əri Sərdar Şirinov notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında mülkiyyətlərinə keçmiş, Qusar rayonu, Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamış, buna baxmayaraq, cavabdeh Samur bələdiyyəsi həmin müqavilənin 1.2-ci bəndinin tələblərinə əməl etməyərək, 17 ha torpaq sahəsi əvəzinə, bağışlanan 17 ha torpaq sahəsi ilə eyni kateqoriyaya uyğun Samur bələdiyyəsinə məxsus 20 ha torpaq sahəsini İddiaçı və Sərdar Şirinovanın mülkiyyətinə verməkdən imtina etmişdir. Halbuki, bu müqavilənin bağlanılmasına əsas həmin torpaq sahəsinin Samur qəsəbəsinə bitişik olmaqla, gələcəkdə torpağın təyinatının dəyişdirilməklə, əhali artımı ilə əladədar 3-12 sot ölçülərinə bölünməklə həyətyanı sahə kimi bələdiyyə tərəfindən satılması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı bu torpaq sahəsinin qəsəbəyə yaxınlığı və ya uzaqlığı İddiaçı üçün heç bir əhməmiyyət kəsb etməmiş, əksinə vətəndaş olaraq 17 ha əvəzinə 20 ha torpaq sahəsi əldə etmək niyyətində olmuşlar. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi qanunun bu tələbini səhv təfsir etmişdir. Mülki Qanunverciliyin bu müddəasının tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixli müqavilənin tələblərinə tam riayət edilmiş, buna baxmayaraq, cavabdeh heç bir qanuni əsas gətirmədən həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Göründüyü kimi müqavilə tərəfi olaraq əvvəlki bələdiyyə sədrinin sonradan digəri ilə əvəz edilməsi, öhdəliklərin icrasından yayınmaq üçün əsas kimi nəzərdə tutulmamışdır. Gələcəkdə də bələdiyyə sədri yenidən digəri ilə əvəz olunar ki, yekunda bələdiyə hüquqi şəxs olmaqla əvvəllər ziyanına və ya xeyrinə olsa belə, müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin icrasından yayına bilməz. Halbuki, əvvəlki bələdiyyə sədri ilə bağlanılmış müqavilənin şərtləri yeni bələdiyyə sədrinin dövründə, yəni xx.xx.2022-ci ildə tam icra edilmiş, yeni bələdiyyə bu öhdəliyin icra edildikdən sonra, bələdiyyə sədrinin öz öhdəliyini icra edəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə öhdəliklərdən yayınmışdır. Göründüyü kimi, ikitərəfli müqavilənin tərəfi olan Samur bələdiyyəsi xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixədək üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır ki, bu zaman həmin müqavilənin 1.3-cü bəndinə uyğun olaraq, İddiaçı müqavilə şərtlərindən imtina etmək və dəymiş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq hesab etmişdir ki, “əgər xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediləcəkdi” Halbuki, bələdiyyə iclaslarında konkret hansı məsələlərin həll edilməli olması 9 bənddə konkret sadalanmışdır ki, burada bələdiyyə ilə digər fiziki və ya hüquqi şəxslərlə hər hansı müqavilə bağlayıb-bağlamamasını müzakirə etməsi nəzərdə tutulmamışdır. Bələdiyyə iclaslarında hansı məsələlərə baxılıb-baxılmaması halları ətraflı olaraq qanunvercilikdə qeyd edilib. Hazırki öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə edilməsi nəzərdə tutulmamışdır. Eləcə də məhkəmə yalnız cavabdeh tərəf olan bələdiyyənin bildirdiyi şifahi məlumatlar əsasında bu nəticəyə gəlmiş, lakin həmin hallarla bağlı araşdırma aparmamışdır. İddiaçı Aybəniz Şironova və mərhum həyat yoldaşı Sərdar Şirinov qeyd olunan torpaq sahəsi vicdanlı əldə etmişlər. Yəni, hər iki şəxs Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Quba “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində notarial qaydada bağlanılmış 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında keçmiş mülkiyyətçidən dəyərini ödəməklə almışdır. Məhkəmə isə bu halı araşdırmaq əvəzinə, keçmiş mülkiyyətçi Ziyadxan Zeynalovun hansısa saxta sənəd əsasında torpaq sahəsini özəlləşdirməsinə istinad etmişdir. Halbuki, bu torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktı və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1671/2019 nömrəli qərarı əsasında sonuncunun adına özəlləşmiş, qeyd olunan məhkəmə qərarı əsasında X10 adına 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05 noyabr 2019cu il tarixli ********** saylı çıxarış verilmişdir ki, həmin sənədlər hazırda da qüvvədə olmaqla, hər hansı məhkəmə tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız sayılmamışdır. Qusar Rayon Məhkəməsi nəzərə almır ki, onun vəfat edən həyat yoldaşı X7 rayonunun Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Quba “ASAN Xidmət” Mərkəzində 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında keçmiş mülkiyyətçidən almış, bununla əlaqədar torpaq sahəsinin dəyərini tam ödəmişdir. Həmin alqı-satıqı müqaviləsi hazırda da ləğv və ya etibarsız hesab edilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Ailə olaraq dövlətə və dövlətin səlahiyyətli orqanlarına güvənib dəyərini odəməklə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında 17 ha torpaq sahəsi almışlar. Bundan əvvəl kiminsə həmin sahəyə hansısa saxta və ya qeyri-saxta sənəd düzəltməsinin ona və həyat yoldaşına heç bir aidiyyəti yoxdur. Eləcə də məhkəmə əsassız olaraq hər dəfə “Cavanşir” adlı şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə istinad edərək, bütün hökmü qətnaməyə köçürmüşdür. Eləcə də, həmin hökmlə onun bələdiyyə ilə bağladığı müqavilə arasında hər hansı bağlılıq mövcud deyil. Habelə, həmin cinayət işi üzrə nə təqsirləndirilən, nə zərərçəkən, nə də ki şahid qismində dindirilməmişdir. Həmin hökmün ona heç bir aidiyyəti yoxdur. İddia tələbi kiminsə barəsində cinayət işi qaldırılmasından deyil, məhz notarial qaydada bağlamaqla aldığı 17 ha torpaq sahəsindən ibarətdir. Samur bələdiyyəsi isə cavabdeh tərəf olaraq bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlər və dövlət reyestri qeydi hazırda da qüvvədə olmaqla hər hansı dövlət təşkilatı və ya məhkəmə tərəfindən mübahisələndirlməmişdir. Eləcə də keçmiş mülkiyyətçi pulunu alıb, torpaq sahəsini qısa müddət ərzində ona satmışdır. Bələdiyyə isə onu tora salmaqla və 17 ha əvəzinə guya ki əlavə 3 hektar torpaq sahəsi vermək adı altında onu aldatmaqla, hüquqi cəhətdən savadsızlığından sui-istifadə edib, birgə nikah dövründə min bir əziyyətlə əldə etdiyi torpaq sahəsini əlindən almağa nail olmuş, əvəzində isə 20 ha torpaq sahəsi verməkdən yayınmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, yalnız cavabdeh Samur Bələdiyyəsinin ümumi söz birləşmələrindən ibarət cümlələrini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin işə aidiyyəti olmayan hökmünü olduğu kimi qətnaməyə köçürməklə əsassız qərar qəbul etmişdir. Məhkəmə təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş, öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə edilməli olub-olmamasını araşdırmamışdır. Bu müqavilə bağlanılmamışdan əvvəl, müqavilə tərəfi üzrə bələdiyyə sədri müqavilə şərtlərini bələdiyyə iclasında müzakirə edib-etməyib, bu hal müqavilə tərəfi olaraq iddiaçının vəzifəsinə aid olan səlahiyyətlərinə aid deyildir. Yalnız ümumi əsaslarla işin faktiki hallarına aid olmayan qeyri-mötəbər sübutlara əsaslanıb qərar qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəfindən qeyd olunan torpaq sahəsi dəyəri tam ödənilməklə keçmiş mülkiyyətçi Ziyadxan Zeynalov adlı şəxsdən alınmış, müqavilədə məbləğ az göstərilsə də faktiki olaraq hissə-hissə beh adı altında əmlakın dəyəri keçmiş mülkiyyətçi Ziyadxan Zeynalova tam ödənilmişdir ki, bu halı məhkəmə ümumiyyətlə araşdırmamış və həmin şəxsi üçüncü şəxs və ya şahid qismində dindirməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı üzrə iddiaçı Samur Bələdiyyəsi iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim edə bilməsə də məhkəmə mötəbər olmayan sübutlara və bələdiyyənin şifahi sözlərinə əsaslanmışdır. Həmçinin, məhkəmənin gəldiyi digər nəticəyə əsasən guya İddiaçı ilə cavabdeh Qusar rayonu Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsində həmin müqavilənin hər hansı şərtlə bağlandığı, o cümlədən bələdiyyənin İddiaçı qarşısında hər hansı öhdəlik götürməsi qeyd olunmaması, bundan başqa, həmin müqavilə bağlanan anda Mülki Məcəllənin hər hansı tələbləri pozulmaması, bağışlama əqdinin istər məzmunu, istərsə də, forması ilə bağlı nəzərdə tutulan bütün tələblərə əməl olunması, həmin müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı ilə, müqaviləni imzalayan şəxslərin iradə ifadəsinin bildirilməsi ilə, vahidliyinin mövcudluğu ilə, əqdin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması, bununla da, bağışlama əqdinin etibarsız hesab olunması üçün Mülki Məcəllə ilə müəyyən olunmuş hansı əsas mövcud olmaması göstərilmişdir. Hakim göründüyü kimi tərəflərin arasında bağlanan öhdəlik müqaviləsinin Mülki Məcəllənin hansı normalarının pozulmasını əsaslandıra bilməsə də, bağışlama müqaviləsinə münasibətdə isə tamam fərqli nəticəyə gəlmişdir. Hansı ki, bağışlama müqaviləsi öhdəlik müqaviləsinin tələbi olduğu üçün tərəflər arasında bağlanmışdır. Öhdəlik müqaviləsinə əsasən İddiaçı öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh Samur bələdiyyəsi öhdəliklərini icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hakim bütün bu göstərdiklərini nəzərə almamış, sübutlara düzgün qiymət verməmiş formal cümlələrlə qətanmənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı rədd, qarşılıqlı iddianı isə təmin etmişdir. Məhkəmə cavabdehlə bağlanmış öhdəlik müqaviləsini etibarsız hesab etməsinə səbəb kimi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediləcəyini bildirmişdir. Əvvəla bildirir istəyir ki, vətəndaşın bələdiyyə orqanın hərəkətlərinə nəzarət etmək imkanı və mexanizmi mövcud deyil. Yəni, tərəflər arasında müqavilə bağlandıqdan sonra və ya əvvəl vətəndaş bələdiyyə orqanına tapşırıq verə bilməzdi ki, həmin müqavilə ilə bağlı iclas protokolu keçirsin və ya həmin məsələni iclasda müzakirə etsin. Hakimin göstərilən yanaşması absurt və qanunsuzdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində və Azərbaycan Respublikası prezidentinin xx.xx.2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Bələdiyyələrin nümunəvi reqlamenti”nin 2.10-cu bəndində Bələdiyyə iclasında hansı məsələlərə baxılması göstərilmişdir. Həmin məsələlərin içində müqavilələrin müzakirəsi ilə bağlı heç bir tələb göstərilməmişdir. Göründüyü kimi hakimin gəldiyi nəticə düzgün deyil. Çünki Azərbaycan Respublikasının Konistitutsiyasında və bələdiyyələrin nümunəvi reqlamentinin 2.10-cu bəndində göstərilən hallardan biri iclasda müzakirə edilsəydi, belə olan halda hakimin göstərdiyi kimi protokol tərtib edilməli idi. Göründüyü kimi tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə olunmasına heç bir zərurət olmadığı qanunvericiliklə öz təsdiqini tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış öhdəlik müqaviləsini etibarsız hesab etmiş, əsaslandırmasında bələdiyyə iclas protokolunda müqavilə barədə qeyd aparılmadığına istinad etmişdir. Vətəndaşın bələdiyyəyə protokola qeyd aparılması ilə əlaqədar göstəriş vermək səlahiyyəti olmayıb. Eyni zamanda X2 iclaslarda müzakirəyə çıxarılan mövzuların siyahısı göstərilib, lakin müqavilələrin müzakirəsi nəzərdə tutulmayıb. Birinci instansiya məhkəməsi əsaslandırmasına nəzər salınsa, protokolda qeyd olduğu təqdirdə iddianın təmin oluna biləcəyi aşkar görünür. Halbuki qanunvericilikdə bunu birbaşa tənzimləyən normalar var. Bağışlama müqaviləsinə gəldikdə isə birinci instansiya məhkəməsi ilkin sənədin saxta yolla alındığı qənaətinə gəlib, halbuki təmsil etdiyi şəxs vicdanlı alıcı olub, notarial qaydada alqı-satqı müqaviləsi bağlayıb, torpaq sahəsinin dəyərini ödəyib. Məhkəməyə Samur Bələdiyyəsinin adından qarşılıqlı iddiadan imtina edilməsi, ilk iddianın etiraf edilməsi barədə ərizə hesab edir ki, Samur Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Ona verilən məlumata görə təmsil etdiyi şəxslə Bələdiyyə arasında barışıq sazişi bağlanması barədə söhblətlər olub.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qusar Rayon Samur Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə torpaq sahəsinin saxta sənədlər tərtib edilməklə ələ keçirilməsi sübut olunmuşdur. Torpaq sahəsinə görə 120000 manat pulun ödənilməsinə dair sübut yoxdur. Cavanşir Əvəzov 17 ha torpaq sahəsinin mənimsənilməsinə görə ittiham olunub. Bundan əlavə xx.xx.2025-ci il tarixli Samur bələdiyyəsinin sədri adından yazılmış və qarşlıqlı iddiadan imtina, ilk iddianın etiraf edilməsi barədə ərizə bələdiyyə sədri tərəfindən tərtib olunmayıb, saxtadır, kimin tərəfindən yazılması məlum deyil. Qeyd edilən halın da araşdırılması üçün xüsusi qərar çıxarılmasını xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qusar Rayon Samur Bələdiyyəsinin nümayəndəsi Nümayəndə vəkilin dedikləri ilə razılaşdığını bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavabında isə bildirmişdir ki, məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənin onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddiaçı ilə hər hansı bir razılaşma da olmamışdır.

16. Üçüncü şəxs X19 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Samur bələdiyyəsinə qarşı əsas iddiası ilə bağlı bildirir ki, həqiqətən 2005-ci ildə Qusar rayonu Samur bələdiyyəsindən qanuni olaraq 17 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi ona məxsus olub. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hazırda da qüvvədə olan qərarı ilə mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırıb Çıxarış almışdır. Samur Bələdiyyəsinin qərarı ilə 2005-ci ildə aldığı 17 ha torpaq sahəsinin 14 ildən sonra ləğv edilməsi və Torpağa mülkiyyət hüququna dair dövlət Aktının etibarsız hesab edilməsi tələbi barədə Samur bələdiyyəsinin iddiası Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2006cı il tarixli qərarı ilə mümkün sayılmamışdır. Bundan başqa onun torpaqayırma sənədləri Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfində araşdırılmış və qanuni olduğu müəyyən edilmişdir. Sonradan həmin torpaq sahəsini vətəndaş X21 notariat kontorunda alqı-satqı müqaviləsi əsasında qanuni olaraq satmışdır. X14 dediyinə görə o, həmin torpaq sahəsini Samur bələdiyyəsi ilə müqavilə əsasında bələdiyyəyə qaytarıb əvəzində 20 ha torpaq sahəsi alacaq. Sonradan məlum olmuşdur ki, həmin müqavilə əsasında 17 ha torpaq sahəsini bələdiyyə sədri bələdiyyə mülkiyyətinə keçirmişdir. Hazırda isə müqavilənin şərtlərinə əməl etmir. Torpaq sahəsini qanunsuz olaraq ələ keçirmək niyyətindədir. Qusar Rayon Məhkəməsinin qətnaməsini tam qanunsuz və ədalətsiz hesab edir. İşə qanuni və ədalətli baxılmasını, əsas iddianın tam təmin olunması, qarşılıqlı iddianın isə tam rədd olunması barədə qətnamə qəbul edilməsini və ərizənin nəzərə alınmasını məhkəmədən xahiş edir.

17. Üçüncü şəxs X16 teleqramla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, 2015-2020-ci illərdə Qusar rayon Samur bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. İddia ilə bağli bildirir ki, həqiqətən X26 və onun həyat yoldaşi İddiaçı arasinda Samur bələdiyyəsi ilə xx.xx.2019 cu il tarixli, 01 sayli öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X26 və onun həyat yoldaşi İddiaçı birgə nigah dövründə əldə etdikləri Sərdar Şirinovun adına olan Qusar rayonu Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Qusar rayonu Samur bələdiyyəsinə bağışlamağı, bələdiyyə isə onun əvəzində xx.xx.2024-cü il tarixinədək 20 ha torpaq sahəsini X26 və ya onun həyat yoldaşı İddiaçı qqızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilədəki onun ad və soyadının qarşısındakı imza ona məxsusdur. Müqavilədəki möhür bələdiyyənin möhürüdür. Müqavilə tam qanunidir. Azərbaycan Respublikası Konstitusiyasının 144.31 ci maddəsi və Azərbaycan Respublikasının prezidentinin 2012-ci il 21 dekabr tarixli, 792 nömrəli fərmanı ilə təsdiq edilmiş bələdiyyələrin nümunəvi reqlamentinin 2.10-cu bəndi əsas tutularaq bələdiyyə iclasında müzakirə olunmadan bağlanmışdır. Əlavə olaraq bildirir ki, 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində o, bələdiyyə üzvü seçilmədiyi üçün müqavilənin şərtlərinə əməl edə bilməmişdir. 2020-ci ildə bələdiyyə sədri seçilmiş şəxs Elnarə Ayibova xx.xx.2019-cu il tarixli, 01 sayli öhdəlik müqaviləsini əsas tutaraq 17 ha torpaq sahəsini bağışlama müqaviləsi əsasında Samur bələdiyyəsinin mülkiyyətinə keçirmişdir. Bu məsələ yeni bələdiyyə sədrinin sədrliyi ilə keçirilən iclasda müzakirə olunub qərar qəbul olunub. Qusar Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan 1-ci müqavilə olan öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə olunmamasi ilə bağli bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 144.1-ci maddəsinə və Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2012-ci il tarixli 792 nömrəli fərmanı ilə təsdiq edilmiş bələdiyyələrin nümunəvi reqlamentinin 2.10-cu bəndinə əsasən müqavilə bələdiyyə iclasinda müzakirə olunmali deyildir və müzakirə olunmayıb. Bu da tam qanunidir. Birinci müqavilə olan öhdəlik müqaviləsi əsasında bağlanmış 2-ci müqavilə olan torpağın bağışlanma müqaviləsi yeni bələdiyyə sədrinin sədrliyi ilə keçirilən iclasda müzakirə olunub və müsbət qərar qəbul olunub. Bu hal yeni bələdiyyə sədrinin 1-ci müqavilə olan öhdəlik müqaviləsində xəbərdar olduğunu və həmin müqavilənin şərtləri ilə razi olduğunu təsdiq edir. Bu səbəbdən də 2-ci müqavilə olan bağışlanma müqaviləsini bələdiyyə iclasinda müzakirə edərək qərar qəbul etmiş, nə notariat konturunda müqaviləni təsdiq etmişdir. Həmin müqavilə əsasında 17 ha torpaq sahəsini bələdiyyə mülkiyyətinə keçirmişdir. Hazırda isə müqavilənin şərtlərinə əməl etmir. Torpaq sahəsini qanunsuz olaraq ələ keçirmək niyyətindədir. Qusar Rayon Məhkəməsinin qətnaməsini tam qanunsuz hesab edir. Əsas iddianin tam təmin olunmasini, qarşılıqlı iddianin isə tam rədd olunmasini məhkəmədən xahiş edir.

18. Qusar rayon Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

20. 08 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X27 DƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reeyestrindən çıxarışa əsasən verilmiş 17 ha torpaq sahəsini Qusar rayonu Samur Bələdiyyəsinə bağışlamışdır.

21. 18 noyabr 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 rayonu Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini X21 17000 (on yeddi min) manata satmışdır. Torpaq sahaəsinin planı və ölçüsü sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Qusar rayonu Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir.

22. 27 noyabr 2019-cu il tarixli, 01 saylı öhdəlik müqaviləsinin surətindən görünür ki, Birinci tərəf X26 və İddiaçı birgə nikah dövründə əldə eldikləri Qusar rayonu, Samur qəsəbəsində yerləşməklə mülkiyyət hüququ ilə onlara məxsus olan 17 ha torpaq sahəsini Qusar rayonu, Samur bələdiyyəsinə bağışlamağı öhdəsinə götürür. İkinci tərəf Qusar rayonu, Samur Bələdiyyəsi həmin bağışlanan 17 ha torpaq sahəsinin əvəzinə birinci tərəfə Qusar rayonu, Samur qəsəbəsində yerləşən bağışlanan torpaq sahəsinin kateqoriyasına uyğun olan 20 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixədək birinci tərəfin mülkiyyətinə verməsini öhdəsinə götürür. Birinci tərəf 17 ha torpaq sahəsini ikinci tərəfə bağışladıqdan sonra, ikinci tərəf öz öhdəliyini yerinə yetirmədikdə bağışlama müqaviləsinin ləğv olunmasına, bağışlama müqaviləsindən əmələ gələn bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə və dəymiş zərərin əvəzinin ödənilməsinə (əldən çıxmış fayda daxil olmaqla) ikinci tərəfin yəni Qusar rayonu, Samur Bələdiyyəsinin heç bir etirazı olmayacaq.

23. İşdə olan Samur Bələdiyyəsinə məxsus 2019-cu il tarixli çıxan sənədlərin qeydiyyat kitablarından, 2019-cu il tarixli iclas protokollarının qeydiyyat kitablarından görünür ki, sözü gedən torpaq sahəsinin satılması, müzakirəsi haqqında heç bir qeyd həmin kitablarda aşkar edilməmişdir.

24. Qusar rayonu Samur Bələdiyyəsinin sədri Nümayəndə tərəfindən imzalanması görünən xx.xx.2025-ci il tarixli, 26 nömrəli məktubda qeyd edilmişdir ki, “əsas iddia tələbi olan Qusar rayon Notariat ofisində Qusar rayonu, Samur bələdiyyəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, həmin mübahisəli 17 ha torpaq sahəsinə verilmiş mülkiyyəti təsdiq edən çıxarışın ləğv edilərək, əvvəlki vəziyyətinə gətirilib, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində onun adına qeydə alınması, torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq ona təhvil verilməsi barədə iddia tələbini tam etiraf edilir və iddianın tam etiraf etmənin hüquqi nəticələri aydındır. Qarşılıqlı iddia tələbi olan X26 və İddiaçı ilə Qusar rayonunun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiadan imtina edili, iddiadan imtinanın hüququ nəticələri aydındır. Məhkəmə iclasının Samur Bələdiyyəsinin nümayəndəsinin və vəkilinin iştirakı olmadan keçirilməsi, əsas iddianın tam təmin edilməsi barədə qətnamə, qarşılıqlı iddiadan tam imtina edildiyi üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

26. Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024cü il tarixli hökmünə əsasən Xaçmaz Reqional Ədliyyə idarəsinin sabiq rəisi C.Əvəzov müvafiq sənədləri saxtlaşdırmaqla, Qusar rayonu Samur qəsəbəsi ünvanında yerləşən 17 ha torpaq sahəsini əmisi X10 mülkiyyətinə keçirilməsinə nail olmuş, X19 isə xx.xx.2019-cu il tarixdə həmin əmlaka dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 18 noyabr 2019-cu il tarixdə C.Əvəzovun atasının dayısının oğlu, iddiaçının isə əri olmuş mərhum X21 17000 manata satmışdır. Daha sonra əmlak 10 yanvar 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. C.Əvəzov barəsində aparılan cinayət işinin istintaqı zamanı, yəni 08 iyun 2022-ci il tarixdə qeyd olunan 17 ha torpaq sahəsi İddiaçı tərəfindən etibarnaməli nümayəndəsi (həmçinin övladı) X27 vasitəsi ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Qusar rayonu Samur Bələdiyyəsinə bağışlamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu X27 ifadəsində göstərmişdir ki, anası və digər qohumlarının məsləhəti əsasında sözügedən torpağı bələdiyyəyə bağışlamışdır.

30. İlk iddia üzrə iddiaçının iddiasına əsasən 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsi Qusar rayonu Samur Bələdiyyəsi ilə bağlanmış 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin 1.1-ci bəndinin şərtlərinə əsasən bağlanmış, cavabdeh bələdiyyə isə ilkin müqavilənin 1.2-ci bəndinin şərtini yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırılmışdır. Hərçənd ki, bağışlama müqaviləsində bağışlamanın şərtlə və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi ilə bağlı hər hansı bir şərt nəzərdə tutulmamışdır.

31. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsinin şərtlə və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi ilə bağlanması halında hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi bağışlamaqdan imtina etməklə müqaviləsinin ləğvi tələbinin irəli sürülməsi üçün əsas hesab olunur. Qeyd edilən hal müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən əsasla iddia tələbini irəli sürməsi əsassız olmuşdur. Əqdi etibarsızlığına əsas verən hər hansı başqa hal isə iddiaçı tərəfindən irəli sürülməmişdir.

32. Bundan başqa qeyd olunur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 105/2024, xx.xx.2024cü il tarixli hökmündən müəyyən olunur ki, mübahisələndirilən bağışlama müqaviləsi torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən qanunsuz yollarla çıxması səbəbindən, başlanmış cinayət işi üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən könüllü şəkildə bağışlama yolu ilə bələdiyyənin mülkiyyətinə qaytarılmış, həmin cinayət işi üzrə 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin mövcudluğundan bəhs olunmamışdır.

33. Qusar rayonu Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsinin 18 noyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının ərinin mülkiyyətinə keçdikdən təxminən 10 gün ərizndə həmin torpaq sahəsinin Qusar rayonu, Samur bələdiyyəsinə bağışlanması, əvəzində isə 20 ha torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin bağlanmasının hansı zərurətdən irəli gəlməsi ilə bağlı iddiaçı tərəfin hər hansı bir əsaslı səbəbinin olmaması, ilkin müqavilənin 27 noyabr 2019-cu il tarixdə bağlanmasına baxmayaraq, təxminən 3 il sonra iddiaçının birtərəfli qaydada müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməsi faktı, həmin müddətlərdə bələdiyyə iclaslarında müzakirəyə çıxarılan məsələlər içərisində ilkin müqavilənin bağlanmasına dair məsələnin olmaması, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024-cü il tarixli hökmünə dair cinayət işi üzrə ilkin müqavilənin mövcudluğundan bəhs olunmaması və ilkin müqavilənin qanunvericiliyin tələbinə uyğun olmayan şəkildə, yəni notarial qaydada bağlanmaması həmin müqavilənin bağışlama müqaviləsindən sonra, qanuni əsası olmayan yollarla bağlanmasını ehtimal etməyə əsas vermişdir.

34. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə 27 noyabr 2019-cu il tarixli, 01 saylı müqavilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında ilkin müqavilə olmaqla, həmin müqavilənin notariat qaydasında təsdiqlənməsi mülki qanunvericiliyin tələbi olmuş, lakin həmin müqavilə qeyd edilən qaydaya uyğun bağlanmamışdır ki, bununla da Mülki Məcəllənin 144.1, 329.1, 337.1 və 402.2-ci maddələrinin tələbinə əsasən etibarsız müqavilə olmuşdur.

35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmaqla, mahiyyəti üzrə də düzgün olmuşdur. Qətnamənin əsaslandırmasında olan çatışmazlığa görə isə ləğv edilməsi və yenidən eyni nəticəyə gəlinməsi qətnamənin formal mülahizələrə görə ləğv edilməsi hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver