Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-38/2025 15.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X2 və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İlk iddia üzrə iddiaçı və eyni zamanda ilk iddia üzrə İddiaçı2 nümayəndəsi İddiaçı1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 sentybar 2020-ci il tarixli, 2(067)-18/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Xaçmaz rayon Palçıq-oba bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli qərarı ilə İddiaçı1 Xaçmaz rayonunun Palçıqoba bələdiyyəsinin ərazisində balıqçılıq təsərrüfatının yaradılması üçün 0,20 ha torpaq sahəsi satılmış və torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-0349 seriyalı 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 12 may 2006-cı il tarixdə qeydə alınmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2010-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonu, Palçıqoba kənd sakini İddiaçı1 Palçıqoba bələdiyyə ərazisində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Cavabdeh (1-ci Tərəf) ilə İddiaçı1 (2-ci Tərəf) arasında bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilə ilə İddiaçı1 müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahələrini əvəzsiz və müddətsiz olaraq “Tərəflərin” balıqçılıq üzrə birgə müəssisəsinə verilməsini öz öhdəsinə götürmüşdür. X1 müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahəsinin birgə idarə edilməsi və mülkiyyət hüququnun nizamlanması məqsədi ilə, vətəndaş Cavabdeh “Tərəflər” arasında öz imzaları ilə təsdiq edilmiş mülki etibarnamə verilməsini öz öhdəsinə götürmüşdür. “2-ci Tərəfin” verdiyi etibarnamə ikitərəfli (yazılı) razılaşma olmadan ləğv edilə bilməz. Etibarnamə “1-ci Tərəfin” razılığı olmadan ləğv edildiyi halda, “2-ci Tərəf” aldıqlarının hamısını digər tərəfə qaytarmağa, mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini (ünvanı qeyd edilmiş torpaq sahəsində tikilmiş obyektlərin dəyəri daxil olmaq şərti ilə) pulla ödəməlidir. “1-ci Tərəf” isə etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri, ikitərəfli razılaşma olmadan, 3-cü tərəfə verildiyi halda 1-ci tərəf tam olaraq “2-ci Tərəfə” dəymiş maddi və mənəvi ziyanı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin etibarnamə vasitəsi ilə hüquqlarının nizamlanmasına 20 ədəd su hövzəsinin (yardımçı tikililəri də daxil olmaqla) tikilməsi başa çatdıqdan sonra xitam verilir. Tikinti başa çatdıqdan sonra “Tərəflər” Xaçmaz şəhəri, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin (dövlət aktı JN0349; kod ********) X4, üstündəki bütün tikililərin isə Cavabdeh adına özəlləşdirilməsini öz öhdəsinə götürmüşlər. Mülkiyyət hüququ təsdiqləndikdən sonra gəlirdən pay bölgüsü maddə 3 ilə tənzimlənir. “Tərəflər” öz mülkiyyətlərini satmaq hüququna malikdirlər. Mülkiyyətini satmaq qərarını verdikləri halda, ilk Alıcı qismində yalnız “Tərəflər” iştirak edə bilər. Mülkiyyətin dəyəri bazar qiymətlərinə uyğun hesablanır. Tərəflər razılığa gələ bilmədikləri halda, yalnız hər iki “Tərəfin” yazılı icazəsinə əsasən mülkiyyət üçüncü tərəfə satıla bilər. Vətəndaş Abdullayev X14 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş balıqçılıq təsərrüfatının yaradılması üçün layihə-smeta sənədlərində nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürmüşdür. Çəkilmiş xərclər ikitərəfli razılaşma yolu ilə həyata keçirilir və xərc sənədləri “Tərəflərin” imzaları ilə təsdiqlənir. Tərəflər xərc sənədlərindən əlavə digər razılaşdırılmamış xərclər haqqında iddia ilə çıxış edə bilməzlər. Müştərək müəssisənin ilkin gəliri qanunvericilik ilə nəzərdə tutulmuş xərclər çıxıldıqdan sonra hissə-hissə olaraq “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə yönəldilir. Bütün xərclər (vergi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra, yerdə qalan 50%-i “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə, qalan 50% isə Maddə 3-də qeyd edilmiş pay bölgüsünə uyğun xərclər siyahısı ilə tənzimlənir. “1-ci Tərəf”in sərmayəsi hissə-hissə ödənilərək tam geri qaytarıldıqdan sonra, pay bölgüsü yenə də 3-cü maddə ilə tənzimlənir. Tikinti və göl təsərrüfatına yönəldilmiş sərmayələr “1-ci Tərəfə” tam ödənildiyi halda, balıqçılıq təsərrüfatına aid bütün göl, torpaq, tikinti və s. mülkiyyət hüququ iki “Tərəf” arasında, hər birinə 50% pay düşmək şərti ilə notarial qaydada təsdiqlənir. Bu halda tərəflər maddə 2.2də qeyd edilmiş mülkiyyət hüququnu dəyişdirməyə borcludurlar. Bütün xərclər (vergi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan vəsait üzrə pay bölgüsü 50% Cavabdeh, 40% İddiaçı1, 10% isə X11 verilməsi ilə həyata keçirilir. 19 sentyabr 2016-cı il tarixli müqavilə ilə İddiaçı1 Xaçmaz rayonunun Palçıqoba kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini qızı İddiaçı2 Qırxlər qızına bağışlamış və həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Qırxlər qızı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15 avqust 2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsinin cavabdehdən geri tələb edilməklə sonuncunun həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən vurulmuş 540000 manat həcmində maddi zərərin əvəzinin, 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzinin, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə imzalansa da, cavabdeh tikinti işlərini yekunlaşdırdıqdan sonra guya 280000 manat pul vəsaiti yatırdığını bildirərək həmin məbləği iddiaçılardan tələb etmişdir. İddiaçı1 müəssisədə mütəxəssis kimi işlədiyi vaxtlar Neftçala rayonundan 8500 ədəd balıq gətirib, onları yetişdirmiş, satışa yararlı çəkiyə çatdırıb və əlavə olaraq balaca hovuzlarda növbəti mövsüm üçün 17000 ədəd “malyoku” (1-2 qramlıq körpə balıq) Neftçala rayonundan gətirmişdir. Qeyd olunan 8500 ədəd balıqlardan 7000 ədədi oğurlanmışdır. 17000 ədəd xırda balıqlar isə cavabdehin işçisi X12 tərəfindən axar çaya buraxılaraq qəsdən ona külli miqdarda zərər vurmuşdur. Bundan sonra Cavabdeh və onun işçisi iddiaçıya böyük təzyiqlər göstərərək onu təsərrüfatından uzaqlaşdırmışlar. Cavabdeh belə qanunsuz hərəkətləri ilə onunla aralarında olan müqaviləni kobudcasına pozmuşdur. İddiaçı yaratdıqları balıqçılıq təsərrüfatına girə bilmir, cavabdeh torpaq sahəsini və müəssisəni zəbt edib təkbaşına idarə edir. İddiaçının İrandan gətirdiyi 100000 ədəd balıq orta hesabla çəkisi 1 kq-a çatdırılıb cavabdeh tərəfindən satılmışdır. Cavabdeh bu balıqlardan 950000 manat qazanc əldə etmişdir. Cavabdehin isə yatırdığı məbləğ cəmi 68000 manat olmuş, o, yatırdığı vəsaiti götürmüş və 880000 manat məbləğində pul vəsaitini də artıq gəlir kimi mənimsəmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən əldə olunan gəlirin 50% iddiaçıya çatacağı bildirilsə də, cavabdeh ona heç bir məbləğdə pul verməmişdir. Cavabdeh və onun işçisi Şahin Qulubəyov əvvəlcədən qurulmuş plan əsasında onun bilik və bacarıqlarından istifadə edərək, balıqçılıq təsərrüfatının yaradılmasına nail olmuş, sonradan onu uzaqlaşdırmışlar. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərdən müştərək qaydada iddiaçı tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək, onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində vurduqları maddi zərərin əvəzi kimi mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin bazar qiyməti 370000 manatın, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 manatın, balıq-yetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 3570 manatın, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq aldığı 18600 manat pulun, Palçıqoba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi, kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıq-yetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla ödənilmiş 2850 manat pulun, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1 kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 9180 manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 ABŞ dolları məbləğində pulun alınaraq, qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılması və ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 qarşılıqlı tələb üzrə iddiaçını aldadaraq özünə məxsus olmayan torpaq sahəsində onun külli miqdarda pul vəsaiti ilə balıq yetişdirmə təsərrüfatı yaradılmasına nail olduqdan sonra, həmin torpaq sahəsinin mülkiyyətində olduğunu uydurmaqla, üzərindəki hovuzlar və tikililərlə birlikdə ondan geri tələb edilməklə torpaq sahəsindən çıxarılması və pul tələbi barədə iddia qaldırmışdır. İddiaçı1 yaratdığı balıqçılıq təsərrüfatının illik gücü maksimum 20 tondur. Bu növ su hövzələrində saxlanıla bilən balıqların sayı və çəkisi elmi əsaslandırılmışdır. Elmi araşdırmalar onu deməyə əsas verir ki, 62,5 kv.metr su hövzəsində çəkisi 500 qram olan 5000 ədəd balıq saxlamaq mümkündür. 20 ədəd su hövzəsindən iki ədədi inkubator hövzələridir ki, onlarda əmtəə balığı yetişdirmək mümkün deyil. Yaratdığı balıqçılıq təsərrüfatının qalan 18 su hövzəsinin hər biri 36 kv.metr, ümumi həcm isə 648 kv.metrdir. Beləliklə, su hövzələrində ümumi çəkisi 1 kq olan 25000 ədəd balıq saxlamaq mümkündür. Bu optimal iş rejimi olduqda mümkündür. Əgər iş prosesində yaranmış problemləri, yəni xəstəlik, suyun qızması, lillənməsi və s. nəzərə alınsa (ən azı 30%-35% itki də nəzərə alınmalıdır) bu sayın bir qədər də az olması müşahidə edilər. İddiaçı1 qeyri-peşəkarlığı nəticəsində pul itkisinə məruz qalmışdır. Yaratdığı təsərrüfatda satışa hazır olan balıqlar onun tərəfindən 2016-cı ilin may ayında Fransada olarkən balıq şəklində deyil, kürü olaraq gətirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının istifadəsində olan balıqçılıq müəssisəsi Çinartala kəndi ərazisində yerləşir və həmin balıqçılıq müəssisəsinin Palçıqoba kəndi ərazisində İddiaçı2 mülkiyyətində olan müəssisəyə aidiyyəti yoxdur. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdehlər onu aldadaraq, onun tərəfindən dəyəri ödənilmiş əmlakı özgəninkiləşdirməklə, əmlakından məhrum etmişlər. Cavabdeh İddiaçı1la işə başlayanda tikililər üçün 18600 manat məbləğində pul vəsaiti xərclənmişdir. Ödənilən vəsait İddiaçı1 tərəfindən qəbul edilmiş və qəbzlərə müvafiq imza atmışdır. Həmin təsərrüfatda tikinti gedən zaman İddiaçı1 bildirmişdir ki, onun gölü var və burada tikinti işlərinə xeyli vaxt gedəcəkdir. Bu müddət ərzində həmin göldə balıq yetişdirib satmaqla gəlir əldə etmək olar. O da, təkliflə razılaşmış və həmin göldə balıqların yetişdirilməsi üçün 40000 manat məbləğində vəsait qoymuşdur. 2 il ərzində həmin göldə yetişdirilən balıqların satışından 6000 manat məbləğində vəsait əldə edilmiş və həmin məbləği İddiaçı1 mənimsəmişdir. Təsərrüfatda fəaliyyətə başlayanda vergi orqanına qeydiyyata düşmüşlər. Həmin təsərrüfatın gəlirləri barədə mütəmadi olaraq vergi orqanına hesabat vermişlər. Cavabdehlərin qarşılıqlı iddia üzrə iddiaçıya vurduqları maddi zərər aşağıdakılardan ibarət olmuşdur: mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin bazar qiyməti olan 370000 manat, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 3570 manat, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat, Palçıqoba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi, kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 ondan aldığı 21000 ABŞ dolları, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 manat, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1 kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 manat, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi 9180 manat, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 iyun 2019-cu il tarixli rəyinə əsasən, Xaçmaz rayonu, Palçıq-oba kəndində yerləşən Cavabdeh sahibliyi və istifadəsində olan balıqsaxlama müəssisəsinin yerləşdiyi torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 Qırxlər qızının mülkiyyətində olan 0,20 ha torpaq sahəsi qeyd edilmiş cizgilər üzrə tam üst-üstə düşür. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin mübahisə predmeti olan müəssisəyə çəkilən xərclərin qiymətləndirilməsi haqqında 22 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində birmərtəbəli tikili (qaraj, anbar) - 16500 manat, ikimərtəbəli tikiliyə (yaşayış, ofis) - 39000 manat, daxilində ikimərtəbəli hovuzlarla birgə olan tikiliyə - 62000 manat, açıq havada olan 10 ədəd bir-birinə bitişik hovuzlara 36000 manat, açıq havada olan 8 ədəd bir-birinə bitişik hovuzlara - 29000 manat, ümumilikdə bütün tikililərə ehtimal edilən çəkilmiş xərc 182500 manat təşkil etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)-18/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) ilk iddia qismən təmin edilərək, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 Qırxlər qızına məxsus olan 0,20 ha torpaq sahəsinin və üzərində yerləşən müəssisənin tikililərinin və hovuzların ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, həm İddiaçı1 izahatına, həm də 29 oktyabr 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı1 2016-cı ilin əvvəllərindən ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 Qırxlər qızının mülkiyyətində olan 0,20 ha torpaq sahəsindən çıxarılması halı müəyyən edilmişdir. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilənin hüquqi əhəmiyyət daşımadığı müəyyən edilmişdir. Bu səbəbdən ilk iddia qismən təmin edilməlidir. Məhkəmə mövqeyini həmin hissədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 152.2, 152.3, 157.2, 178.1-ci, Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə ilk iddia üzrə iddiaçıların Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin və 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirilən mənəvi zərərin əvəzinin tutulmasına dair hissəsi barədə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia üzrə maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə qeyd etmişdir ki, işin hallarından tərəflər arasında balıqçılıq təsərrüfatının yaradılması və təsərrüfatdan birgə istifadə ilə bağlı tərəflər razılaşma olduğu, qarşılıqlı iddia üzrə iddiaçının məhz həmin razılaşma əsasında birgə təsərrüfatın yaradılması üçün xərclər çəkdiyi, eyni zamanda 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların 15 avqust 2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 Qırxlər qızına məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları müəyyən edilmişdir. X9 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilə hüquqi nəticələr yaratmasa da, tərəflərin həmin müqavilə əsasında razılığa gəldiklərini və Cavabdeh məhz həmin razılaşma çərçivəsində balıqçılıq təsərrüfatına xərclər çəkdiyini təsdiq etmişdir. 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların balıqçılıq təsərrüfatının yerləşdiyi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 Qırxlər qızına məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları və həmin vaxtdan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müəssisənin yerləşdiyi torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, məhkəmə belə hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı razılıq çərçivəsində çəkdiyi xərcləri maddi zərər kimi qiymətləndirməklə, onların əvəzinin ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1 onu aldatmaqla özünə məxsus olmayan torpaqda balıqçılıq təsərrüfatı yaradılması barədə razılığa gəlməsi və özünün İddiaçı1 məxsus olmayan torpaq sahəsi üçün xərclər çəkməsi barədə iddiada qeyd edilən dəlili barədə qeyd etmişdir ki, iş materiallarında olan 04 iyun 2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı2 Qırxlər qızı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı1 etibar etdiyindən, İddiaçı1 həmin vaxt torpaq sahəsi barədə mülkiyyətçidən alınmış etibarnamə əsasında sərəncam vermək hüququnun olduğu müəyyən edilmişdir. İşin hallarından onun Cavabdeh aldatmaqla sonuncunun balıqçılıq təsərrüfatı yaradılması üçün xərclər çəkməsinə səbəb olmaq niyyətinin olduğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hissələrdə mövqeyini Mülki Məcəllənin 21, 1096, 1099-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)-18/2020 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə mühəndis-texniki ekspertizası üzrə "xxxx" MMC-nin 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə yaradılmış tikinti və abadlıq işləri hazırda istifadəyə yararlı olması, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə abadlıq işlərinin nəzərə alınmaqla, hovuz tikilişi üzrə 169900 manat, köməkçi binanın tikilisi üzrə 96050 manat, inkubator sexi üzrə 37800 manat və cari təmir işləri üzrə 10000 manat, ümumilikdə isə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 313750 manat dəyərində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(105)-546/2021 nömrəli qərardadı ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)- 18/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(105)-546/2021 nömrəli qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(102)- 7257/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(105)-546/2021 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-485/2022 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)- 18/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-485/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 23 avqust 2022- ci il tarixli, 2(102)-3712/2022 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-485/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 08 may 2023-cü il tarixli rəyinə əsasən, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədilə inşa edilmiş bütün tikintilərin ayrı-ayrılıqda və ümumilikdə 2015-2016-cı illər üzrə orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 294314,0 manat məbləğində müəyyən olunur. Həmin balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların 2015-2016-cı illərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təqribən 1700 manat müəyyən edilir. O cümlədən, 6 ədəd nəzarət kamerasının quraşdırılması (material ilə birlikdə) dəst – 800,00 manat; 3 ədəd Reka markalı. 2.2 Kw göstəriciyə malik mühərrik – 900,00 (3 ədədx300) manat. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)-208/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.T.Məmmədovdan və Z.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)- 18/2020 nömrəli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat, 1500 ədəd balığın satılmasından əldə edilmiş vəsaitə görə 3000 manat, cəmi 274700 manatın alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023- cü il tarixli, 2(105)-208/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4224/2023 nömrəli qərarı ilə (hakim E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyevadan və Ə.M.Xıdırovdan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)- 208/2023 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbi üzrə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və həmçinin məhkəmə kollegiyasına ərizə ilə mürcaiət edərək qarşılıqlı iddia tələbi üzrə hazırki işlə əlaqədar çıxarılacaq qətnamənin ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnamə ilə eyni vaxtda icra olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və eyni zamanda ilk iddia üzrə İddiaçı2 Qırxlər qızının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 219745 (iki yüz on doqquz min yeddi yüz qırx beş) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasssasiya instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qərarı qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisə olduğundan hazırki apellyasiya baxışının predmetini də qarşılıqlı iddianın təmin edilən hissəsinə münasibətdə gəlirlərin əldə edilməsi təşkil edir. İşin mübahisəsiz hallarından müəyyən olunduğu kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqılı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təsərrüfatın yaradılması ilə əlaqədar pul vəsaiti tərəflərin ümumi razılığı əsasında sərf edilmiş və müəssisənin fəaliyyəti tam təmin edilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin həmin tələbə etirazın dəlilləri ondan ibarət olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi və üzərində olan tikililər 2016-cü ildən qarşılıqlı iddia üzrə iddiaçının faktiki sahibliyində və istifadəsində olmaqla, sonuncu balıqyetişdirmə təsərrüfatı ilə məşğul olur və bu müddətdə gəlir əldə etsə də, aralarında olan razılaşmaya uyğun olaraq mülkiyyətçilərə verməli olan paylarını ödəməmişdir.Qarşılıqlı iddia üzrə cavabdeh həmin dəlili ilə bağlı apellyasiya məhkəməsində vəsatət verərək, balıqçılıq təsərrüfatında hovuzlarda nə qədər balıq yetişdirilməsinin müəyyən olunması üçün ekspertizanın keçirilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilməsi barədə vəsatət rədd olunmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya baxışının predmetini qarşılıqlı iddianın təmin edilməməsi olmuş, mübahisəli balıqçılıq təsərrüfatında nə qədər balıq yetişdirilməsinin və nə qədər gəlir əldə edilməsinin mümkünlüyünü müəyyən etmək zərurəti yoxdur, əldə edilmiş gəlirin miqdarı mötəbər sübutların təqdim və tədqiq edilməsi ilə müəyyən edilə bilər. Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, ilk iddianın rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə mübahisələndirilməməsi və apellyasiya baxışının predmetini yalnız qarşılıqlı iddianın rəddi təşkil etməsi qarşılıqlı iddia üzrə cavabdehlərin dəlillərinin yoxlanılmasına məhdudiyyət yaratmamışdır. Belə ki, ilk iddiada iddiaçılar Cavabdeh onlara ziyan vurmasını iddia etmiş, birinci instansiya məhkəməsi iddianın həmin hissədə sübut olunmamasını qeyd etməklə iddianı rədd etmişdir. Qarşılıqlı iddiaya etirazda isə həmin tələb üzrə iddiaçıdan hər hansı vəsait tələb olunmur. Hesab edilir ki, iddiaçının tələbi əldə olunmuş gəlirlə əvəzləşdirilməlidir.. Qeyd olunmalıdır ki, əvvəlki kassasiya baxışı zamanı verilən göstərişlərdə də, Ali Məhkəmənin kollegiyası cavabdehlərin bu dəlilinin yoxlanılmalı olmasını göstərmişdir (bax bənd 37). Həmin qərarda kassasiya kollegiyası vurğulamışdır ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının həmin tələb üzrə cavabdehlərin iştirakı olmadan müəssisəni tək idarə etməklə gəlir əldə etməsi istiqamətdə heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin hazırda gəldiyi nəticəyə görə, mübahisəli təsərrüfat 2016-cı ildən faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçının idarəçiliyində, istifadəsində və sahibliyində olsa da, o, bu müddətdə ümumiyyətlə hər hansı gəlir əldə etməmişdir. Halbuki, bu nəticə məhkəmənin özünün müəyyən etdiyi işin faktiki hallarına, həmçinin həm iddiaçının, həm cavabdehlərin göstərdiklərinə ziddir. Cavabdeh qarşılıqlı iddiasını əsaslandırarkən göstərmişdir ki, “İddiaçı1 yaratdığı balıqçılıq təsərrüfatının illik gücü maksimum 20 tondur. Bu növ su hövzələrində saxlanıla bilən balıqların sayı və çəkisi elmi əsaslandırılmışdır. Elmi araşdırmalar onu deməyə əsas verir ki, 62,5 kv.metr su hövzəsində çəkisi 500 qram olan 5000 ədəd balıq saxlamaq mümkündür. 20 ədəd su hövzəsindən iki ədədi inkubator hövzələridir ki, onlarda əmtəə balığı yetişdirmək mümkün deyil. Yaratdığı balıqçılıq təsərrüfatının qalan 18 su hövzəsinin hər biri 36 kv.metr, ümumi həcm isə 648 kv.metrdir. Beləliklə, su hövzələrində ümumi çəkisi 1 kq olan 25000 ədəd balıq saxlamaq mümkündür. Bu optimal iş rejimi olduqda mümkündür. Əgər iş prosesində yaranmış problemləri, yəni xəstəlik, suyun qızması, lillənməsi və s. nəzərə alınsa (ən azı 30%-35% itki də nəzərə alınmalıdır) bu sayın bir qədər də az olması müşahidə edilər.” Digər tərəfdən, sonuncu apellyasiya baxışında ekspertiza təyin edilməsi barədə qarşılıqlı iddia üzrə cavabdehin verdiyi ekspertiza təyin edilməsi barədə vəsatətinə etiraz edən Cavabdeh göstərmişdir ki, “Balıqçılıq üçün tikilmiş hovuzlarda 6 tondan artıq balıq yetişdirmək mümkün deyil, çünki həmin hovuzların həcmi kiçikdir və hər hovuzda 6 tona qədər balıq yetişdirmək olar, yəni kiçik həcmli yerdə çox qazanc əldə etmək mümkün deyil.” (23 iyun 2023-cu il tarixli protokol). Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı özü cavabdehin göstərdiyi məbləğdə olmasa belə, təsərrüfatdan gəlir əldə olunması faktını etiraf etmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi özü qarşılıqlı iddianı qismən təmin edərkən müəyyən etmişdir ki, mübahisəli təsərrüfat İddiaçı1 idarəçiliyində olarkən, su hövzəsində saxlanılan balıqların satılmasından 6000 manat pul vəsaiti əldə olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehin dəlillərinə hüquqi qiymət verərkən təqdim olunan gəlir vergi bəyannamələrinə istinad etmişdir. Lakin apellyasiya məhkəməsi həmin bəyannamələrin mübahisəyə aidiyyətini əsaslandırmamışdır. İlk olaraq, bəyannamələr işdə iştirak etməyən, vergi ödəyicisi X5 adından tərtib olunmuşdur. Onun fəaliyyət növü şirin su hövzələrində balıqyetirşdirmə göstərilsə də, bəyannamələrin məhz mübahisəli təsərrüfata aidiyyəti müəyyən olunmur. Həmçinin, təqdim olunan bəyannamələr 2020-2022-ci illərə aid olmaqla, əvvəlki dövrü əhatə etmir. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi bəyannaməsi vergi ödəyicisi tərəfindən tərtib olunan vergi hesabatı olmaqla, orada qeyd olunan məlumatların həqiqiliyi prezumpsiyası mövcud deyildir. Hər bir halda, bəyannamədə qeyd olunan məlumatlar məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq işdə olan başqa sübutlarla birgə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, balıqyetişdirmə təsərrüfatının qarşılıqlı iddia üzrə iddiaçının istifadəsində olduğu dövrdə gəlir əldə edilmədiyi üçün onun təsərrüfata sərf etdiyi vəsaitin ümumiyyətlə əvəzləşdirilməsinin qeyri-mümkünlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmək mümkün deyildir. Cavabdehin göstərilən təsərrüfatdan gəlir əldə etməsinin müəyyən edilməsinə dair Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertlərin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yaradılmış balıqçılıq təsərrüfatında (təsərrüfatda balıq yetişdirilən 20 su hovuzu vardır) 2016-2024-cü illər ərzində (2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023 və 2024) hansı miqdarda balıq yetişdirilib və həmin balıqlardan hansı məbləğdə gəlir əldə edilib? 2. Balıqlarının növündən asılı olaraq süni şəraitdə su hovuzunda saxlanması və yetişdirilməsindən 1 il ərzində orta hesabla çəkilmiş xərclər çıxılmaqla hansı məbləğdə gəlir əldə etmək mümkündür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2025-ci il tarixli, 3-16-16/2-9/3478/2025 nömrəli məktubu ilə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bundan başqa qeyd edilir ki, iş materiallarında ekspertiza təyini haqqında qərarda göstərilən suallara uyğun olaraq verilmiş rəy (“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi) öz əksini tapmışdır. Lakin qeyd edilir ki, həmin rəydə hesablamalar təxmini (gəlir və xərcə dair) aparılmışdır. Bununla bağlı isə bidlirilir ki, məhkəmə mühasibat ekspertizası mühasibat sənədləri-ilkin uçot sənədləri (qaimələr, kassa məxaric orderləri, çekləri və ya qəbzləri, göstərişlər və s.), uçot registrləri (kitablar, jurnallar, orderlər, dövriyyə cədvəlləri, uçot vərəqələri və s.), mühasibat hesabatlığında olan məlumatlar - avans hesabatları, bank çıxarışları, ödəniş tapşırıqları, kassa Z hesabatı, hesabatlar, aktlar, ƏDV depozit hesabından çıxarış, bəyannamələr və s. əsasında aparılan tədqiqatdır.Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Balıq İstehsalçıları və X3 Birliyinin ABİEA 010/25 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: “...xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən forel yetişdirmə təsərrüfatına baxış keçirərəkən, burada ümumi su tutumu 648 m3 olmaqla, hər birinin uzunluğu 12 m, eni 3 m, dərinliyi 1 m olan 18 ədəd əmtəəlik balıq yetşdirici düzbucaqlı beton hovüzların, hər birinin uzunluğu 5,2 m, eni 0.9 m, dərinliyi 0,38 m olan 8 ədəd körpə balıq yetişdirici düzbucaqlı beton hovuzların, giriş və çıxış su kanalların, habelə digər tikili və avadanlıqların olması müəyyən edilmişdir. Təsərrüfata baxış keçirilən vaxtlarda daxil olan suyun tempraturu 14.5°C; oksigen göstəriciləri 6.91 mq / L (67.9 %); PH - 8.27 vahid olmaqla, su miqdarı 49 L / san. təşkil etmişdir. Eyni zamanda sudan təkrar istifadə üçün çıxış kananalının sonunda 2 ədəd hər biri 2.2 KV mühərrikli, 1100 L /dəq (18 L/san) gücündə olan “REKA” tipli su nasosları quraşdırılmış, eləcə də eyni markalı 1 ədəd nasos, su çatışmazlığı ilə bağlı fövqəladə hallarda, müvəqqəti istifadə üçün, mövcud artezian quyudan istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. Təsərrüfatın çıxış sularının toplandığı sahəyə yaxın ərazidə, sözügedən nasoslar vasitəsilə çıxış suyundan və artezian quyudan qəbul edilən suyun münbütləşdirilməsi (oksigenlə zənginləşdirilməsi və s.) üçün nəzərdə tutulan 4 pilləli xırda göz ölçülü, metal barmaqlıqları olan kustar üsulla inşa edilmiş qurğunun olduğu müəyyən edilmişdir. Beləliklə, ümumi su tutumu 648 m3 olaraq, yarım intensiv istehsal şəraitdə akvakultura (balıqyetişdirmə) fəaliyyəti göstərən təsərrüfata daxil olan əsas su mənbəyində: - Tempratur - 14.5°C (norma 12 - 17°C) - həll olmuş oksigen - 6.91 mq/L (67.9%; norma 80-100%) - ümumi codluluq - 5.4 mg-ekv/L (norma həddində) - PH-8.27 vahid(norma həddində) - Ammonum - <0.1 mq/L (norma həddində) - Xlorid - 6.0 mq/L (norma həddində) - Nitrit - <0.03 mq/L (norma həddində) - Nitrat -13,4 mq/L (norma həddində) - Sulfat - 51,3 mq/L (norma həddində) olmaqla, təsərrüfata daxil olan su miqdarı 49 L /san, Çıxış kanalından, təkrar istifadəsi nəzərdə tutulan suyun: - tempraturu 15.5 °C - həll olmuş oksigen 6.19 mq/L (62.1%; norma - 80-100%) - ümumi codluluq - 5.48 mg-ekv/L (norma həddində) - PH - 8.8 vahid (norma həddində) - Ammonum - <0.1 mq/L (norma həddində) - Xlorid - 5.7 mq/L (norma həddində) - Nitrit -<0.19 mq/L (norma həddində) - Nitrat -12.9 mq/L (norma həddində) - Sulfat - 56,9 mq/L (norma həddində) olmaqla, - yuxarıda qeyd edilən nasosların vasitəsilə, onların su götürmə qabiliyyətinə uyğun olaraq, çıxış kanalından təkrar istifadə üçün götürülən su miqdarı 36 L/san. təşkil edir. Təsərrüfat üzrə istifadəsi mümkün olan su kütləsinin ümumi miqdarı: 49 L/san + 36 L/san = 85 L \san təşkil edir. Bununla da beynəlxalq təcrübə və normalara (1. Alabalık biyolojisi ve yetişdirmə teknikleri. Doç Dr. Fikri Aydın A.Ü. X21 Ürünleri Bölümü. 06110 Ankara; 2. Qazaxstan Respublikası ədliyyə Nazirliyində 5 may 2021-ci il tarixində 22694 nömrə ilə qeydiyyata alınmış, Ekologiya, Qeologiya və təbii sərvvətlər Nazirliyinin 5 may 2021-ci il tarixli 127 saylı Əmri), eyni zamanda bu sahədə olan bilik və təcrübələrimizə əsaslanaraq, qeyd edirik ki, istifadə edilən suyun hidrokimyəvi göstəriciləri tamamilə norma həddində olduğu halda forel balığının məhsuldarlığı 1 L/san su sərfiyyatı ilə 100 - 150 kq olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən təsərrüfatda suda həll olmuş oksigen miqdarı 62.1% (norma 80-100%) təşkil edir ki, bu da normadan aşağı göstəricidir. Buna görə minimum həddi, yəni məhsuldarlığı 1 L/san su sərfiyyatı ilə 100 kq qəbul etməklə, təsərrüfatda istifadə edilən su miqdarının 85 L/san olduğunu bilərək: 85 L/san X 100 kq = 8500 kq Göstərilənlərə əsasən təsərrüfatda bir il ərzində orta hesabla 8500 (səkkiz min beş yüz) kq forel balığının yetişdirilməsinin mümkün olması qənaətinə gəlirik. 2016 - 2024-cü illərə aid doqquz illik fəaliyyəti dövründə: 8500 kq X 9 il = 76 500 kq = 76.5 ton Beləliklə, Azərbaycan Balıq İstehsalçıları və X3 Birliyinin əməkdaşları tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq yuxarıda göstərilənləri nəzərə almaqla məlum edirik ki, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində 0.2 ha torpaq sahəsində, hazırda yarım intensiv istehsal şəraiti ilə fəaliyyət göstərməklə 18 ədəd mövcud beton hovuzlarda 2016 - 2024-cü illər ərzində bir ildə 8500 kq (8.5 ton) olmaqla, ümumilikdə 76500 kq (76.5 ton) forel balığı yetişdirilməsi mümkün olmuşdu. Bununla da 8500 kq forel balığının, orta bazar qiymətini əsas götürərək 1 kq-ı orta hesabla (8 AZN; 9 AZN; 10 AZN; 11 AZN) 9,5 AZN olmaqla satışa çıxarılarsa, 8500 kq X 9,5 AZN = 80 750 AZN 80 750 AZN təşkil edər. Mövcud şəraitdə həmin miqdarda forel balığının saxlanılması və yetişdirilməsi üçün çəkilən xərclərin təxmin edilən miqdarı:
1. Sudan istifadəyə görə ödəmələr - 400 AZN
2. 50 qr-lıq körpə forel balıqlarının, 1 kq-ı - 10 AZN olmaqla alınması üçün (əmtəəlik çəkiyə çatana qədər 5% itgi nəzərə alınmaqla) çəkilən xərc - 4462,5 AZN 50 qr X 8925 əd = 446.25 kq 446,25 kq X 10 AZN = 4462,5 AZN
3. Körpə balıqların daşınma xərci - 500 AZN
4. Yem sərfiyyatı: 1 kq-ı 3.2 AZN alınmaqla (1.3 əmsal olaraq) - 33592 AZN 8075 kq X 1.3 = 10497,5 kq 10497,5 kq X 3.2 AZN = 33592 AZN
5. Dərman preparatları və dezinfeksiya materialları illik xərcləri - 300 AZN
6. İşçilərin əmək haqqı - (4 nəfər: 750 AZN, 600 AZN, 500 AZN, 500 AZN) – 28200 AZN 2350 AZN X 12 ay = 28200 AZN
7. DSMF, vergi və s. 1 ayda 200 AZN - 2400 AZN 200 AZN X 12 ay = 2400 AZN
8. Elektirik enerji sərfiyyatı və digər komunal xidmətlərə görə 1 ayda 450 AZN olmaqla - 5400 AZN 450 AZN X 12 ay = 5400 AZN 8500 kq forel balığının yetişdirilməsi üçün cəmi çəkilən xərclərin - 75254,5 AZN 400AZN + 4462,5AZN + 500AZN + 33592AZN + 300AZN + 28200AZN + 2400AZN + 5400 AZN = 75254,5 AZN 80 750 AZN - 75254,5 AZN = 5495,5 AZN Cəmi mənfəət - 5495,5 AZN olması mümkündür. Qeyd: Göstərilən rəqəmlər, sözügedən təsərrüfatın rəsmi sənədlərinə (təqdim edilməyib) istinad etmədən, bura daxil olan suyun miqdarı, hidrokimyəvi göstəricisi, balığın növü, hovuzların ölçüləri və digər vizual görünən parametrlər nəzərə alınmaqla yazılmışdır”.
Azərbaycan Balıq İstehsalçıları və X3 Birliyinin ABİEA 010/25 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, balıqlarının növündən asılı olaraq süni şəraitdə su hovuzunda saxlanması və yetişdirilməsindən 1 il ərzində orta hesabla çəkilmiş xərclər çıxılmaqla 5495,5 manat məbləğində gəlir əldə etmək mümkündür Kollegiya qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək, 10 il ərzində cəmi mənfəətin 54955 manat olmasını əsaslı hesab edir. Bundan əlavə kassasya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğini müəyyən edərkən, iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 08 may 2023-cü il tarixli rəyinə istinad etmişdir. Həmin rəydə isə mübahisəli torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədilə inşa edilmiş tikililərin və naturada ayrıla bilməyən avadanlıqların dəyəri 2015-2016-cı illərə olan orta bazar qiyməti ilə müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan əmlakın 2016-cı ildən qarşılıqlı iddia üzrə iddiaçının faktiki istifadəsində olmaqla, müəyyən amortizasiya uğramasını nəzərə almamış və onların ilkin dəyərinin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bununla əlaqədar da işə yenidən apellyasiya qaydasında baxılarkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və işin hallarına əsasən məhkəmə aqro-əmtəəşünaslıq ekpertizası təyin edilmiş və ekspertlərin qarşısında aşağıdakı sual qoyulmuşdur : 1. Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə inşa edilmiş bütün tikintilərə amortizasiya xərcləri nəzərə alınmaqla ayrı-ayrılıqda və ümumilikdə çəkilmiş xərclər müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli, 10/2417 nömrəli ekspert rəyində Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin (balıqçılıq təsərrüfatı) inşasına çəkilmiş xərclərin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 294314.0 manat məbləğində (amortizasiya xərclərinin, müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından tərtib edilmiş “Smeta”da amortizasiya xərcləri nəzərə alınmamışdır) müəyyən olunmuşdur. Qarşılıqlı iddia ərizəsində mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 370.000 manat çəkilmiş xərcin ödənilməsi tələb edilsə də, mülki işin materiallarında olan ilk iddiaya qarşı yazılı etirazda (İ cild, iş v. 157) Cavabdeh göstərmişdir ki, balıqçılıq təsərrüfatının tikilməsinə görə müxtəlif vaxtlarda 270.000 manat pul vəsaiti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə mübahisə predmeti olan tikililərin, yəni balıqçılıq təsərrüfatının inşasına çəkilmiş xərclərin məhz hal-hazırki bazar qiymətinin təqribən 294314 manat məbləğində olduğu müəyyən edildiyindən, bu öz növbəsində həmçinin amortizasiya xərclərini əhatə etdiyindən, həmçinin tərəflər balıqçılıq təsərrüfatının amortizasiya xərcləri üzrə digər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası balıqçılıq təsərrüftına çəkilmiş xərclərin bazar qiymətinin ümumilikdə təqribən 294314 manat müəyyən edilməsini qəbul edir. Lakin bununla əlaqədar məhkəmə kollegiyası həm də nəzərə alır ki, Sumqayıt Apellyasiya Məhkəməsi 23 iyun 2023-cü il tarixli, 2(105)- 208/2023 nömrəli qətnaməsi ilə 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə çəkilmiş xərclərin məbləği 270.000 manat müəyyən edildiyindən, həmin məbləğ qarşılıqlı iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası balıqçılıq təsərrüfatına çəkilmiş xərclərin hazırki bazar qiymətinin 270.000 manat məbləğində müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən külli miqdarda vəsait sərf olunmaqla yaradılmış vəsaitin bütünlüklə onlarda saxlanması onların əsassız varlanmasına, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının isə balıqçılıq təsərrüfatına çəkilmiş xərc üzrə əmlakından məhrum olmasına səbəb olur. Ona görə bu hissədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı1 və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat Cavabdeh verilməlidir. Cavabdeh İddiaçı1 izahatı ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına mübahisəli torpaq sahəsindəki su hövzəsinə köçürülüb saxlanılan 1500 ədəd balığın satılmasından o, 6000 manat pul vəsaiti əldə etmişdir. Həmçinin həmin məbləği tikinti işlərinə sərf etdiyini göstərsə də, bu barədə sübut təqdim edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə də qismən, yəni 3000 manat məbləğində təmin edilməlidir. Belə ki, müvafiq yazılı razılaşmaya əsasən əldə edilən gəlirin 50% qarşılıqlı iddia üzrə iddiaçıya verilməli idi. İşə əvvəlki apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8344-9/9143 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə həmin balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyərinin təqribən 1700 manat olması müəyyən edilir. O cümlədən, 6 ədəd nəzarət kamerasının quraşdırılması (material ilə birlikdə) dəst – 800,00 manat; 3 ədəd Reka markalı. 2.2 Kw göstəriciyə malik mühərrik – 900,00 (3 ədədx300 man). Beləliklə göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Qırxlər qızından müştərək qaydada mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinə görə 270000 manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 1700 manat, 1500 ədəd balığın satılmasından əldə edilmiş vəsaitə görə 3000 manat, cəmi 274700 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli olsa da, yuxarıda qeyd edilmiş mütəxəssis rəyinə əsasən o, 10 il ərzində mövcud balıqçılıq təsərrüfatından 54955 manat gəlir əldə edilməsi mümkün olduğundan, cavabdehlərdən müştərək qaydada 219745 (iki yüz on doqquz min yeddi yüz qırx beş) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir (274700-54955=219745). Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə hazırda çıxarılacaq qətnamə ilə ilk iddia tələbi üzrə çıxarılmış qətnamənin eyni vaxtda icra olunmasına dair verilmiş ərizəyə cavabdehin nümayəndəsi və vəkilinin ərizəsinə münasibətdə qeyd edir ki, hazırki apellyasiya şikayəti üzrə qarşılıqlı iddia tələbi üzrə qəbul olunmuş qətnamə dərhal qanuni qüvvəsini almadığından qətnamənin icra üsulunun müəyyən edilməsinə dair hazırki ərizəyə baxıla bilməz. Bununla əlaqədar qarşılıqlı iddia tələbi üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamənin həmin hissəsi ilə ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnamənin eyni vaxt icra olunmasına dair müvafiq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət oluna bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 219745 (iki yüz on doqquz min yeddi yüz qırx beş) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 1500 (bir min beş yüz) manat xərci tərəflər yarı-yarı ödədiklərini məhkəmə kollegiyasının iclasında etiraf etdiklərindən və qarşılıqlı iddia tələbi qismən təmin edilməli olduğundan həmin mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada, qalan 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 219745 (iki yüz on doqquz min yeddi yüz qırx beş) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada, qalan 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 1500 manat xərc tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.