Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-4/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş daşınmaz əmlakın geri qaytarılması, torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş daşınmaz əmlakın geri qaytarılması, torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən Abşeron rayonu Saray qəsəbəsində zəbt edilmiş daşınmaz əmlakın (0,02 ha torpaq sahəsində tikilmiş ev) geri alınaraq ona qaytarılması, torpaq sahəsinə çəkilmiş hasarın Cavabdeh1 tərəfindən sökülməsi, ona vurulmuş 4000 manat zərərin, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 iyun 2012-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində maklerliklə məşğul olan Mirəyyub Seyidovun vasitəçiliyi ilə Qubadlu rayonu Aşağı Mollu kəndində yerləşən X1 məxsus 0,34559 ha torpaq sahəsindən 0,02 ha hissəsini 6000 (altı min) manata almışdır. Həmin alqı-satqını Abşeron rayon notariusu G.İ.Məsimova təsdiqləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 00027252 saylı çıxarış almışdır. 2019-cu ilin əvvəlində Tağızadə X7 Ramiz Əsəd oğlu ilə mübahisə edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Belə ki, Tağızadə X7 Ramiz Əsəd oğluna məxsus torpaq sahəsini zəbt edərək 10 metr uzunluğunda 120 kv.metr mişar daşı ilə hörülmüş divar, evin pəncərələrinin alt hissəsini, tavanın taxtalarını sökmüş, tikilinin içərisində olan taxtaları aparmış, ümumilikdə İddiaçı 4000 manat zərər vurmuşdur. İddiaçı sonradan tələbini dəyişdirərək Cavabdeh1 tərəfindən Abşeron rayonu Saray qəsəbəsində zəbt edilmiş daşınmaz əmlakın (0,02 ha torpaq sahəsində tikilmiş ev) geri alınaraq ona qaytarılması, torpaq sahəsinə çəkilmiş hasarın Cavabdeh1 tərəfindən sökülməsi, ona vurulmuş 2000 manat zərərin, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində tikilmiş tikilinin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsində çəkilmiş hasarın Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi, tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın 25 manatının İddiaçı və 25 manatının isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 241,05 manatın tərəflərdən müştərək qaydada olmaqla 120,75 manatın İddiaçı və 120,75 manatın isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi, 10 manat rüsuma görə pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək üçün mühəndis-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında dörd sual qoyulmuşdur. İş üzrə 07 noyabr 2018-ci il tarixli, 13802 saylı ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 94 metr, çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1114 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 102 metr fərqin hansı səbəbə görə mövcud olması müəyyən edilməmiş və çıxarılmış qətnamədə bu xüsusatlara hüquqi qiymət verilməmişdir. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin koordinatlarının (döngə nöqtələrinin) çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1114 ha torpaq sahəsinin koordinatları (döngə nöqtələri) ilə üst-üstə düşmədiyi göstərilmişdir. Həmin sualın tərəflərdən hansının digərinin torpaq sahəsini hansı həcmdə və hansı hissəsini zəbt etməsinə isə ekspert tərəfindən cavab verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də qətnamə çıxarılarkən bu xüsusata da hüquqi qiymət verilməmişdir. Ekspert qarşısında qoyulmuş dördüncü suala cavab olaraq göstərilmişdir ki, çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 94 metr fərq mövcud olduğundan onun tərəfindən hər hansı müdaxilə və zəbt hallarının mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyi ilə təsdiq olunur ki, o və Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan səhv nəticəyə gəlmişdir. Onun və ailə üzvlərinin adına verilmiş həmin torpaq sahəsi JN- 1783 saylı, kodu 30800086 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsində əsaslı tikinti kimi ev tikilməsi qanuna ziddir. İddiaçı iddia ərizəsində torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən aldığını göstərmiş, lakin məhkəmə notariat işini tələb edib mülki işə əlavə etməmiş, alqı-satqı müqaviləsinə hüquqi qiymət verməmişdir. Halbuki həmin torpaq sahəsi paylı mülkiyyətdir, həmin torpaq sahəsi özgəninkiləşdirildikdə digər paylı mülkiyyətçilərin də yazılı razılığı alınmalıdır. Amma məhkəmə bu xüsusatı da araşdırmamışdır. Bundan başqa, o, 03 iyun 2019-cu il tarixdə İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi və bağlanmış yolun açılması tələbinə dair Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsinin aqibəti ona məlum deyildir. Hər iki iddia tələbi birləşdirilib birgə baxılmalı olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmiş, onun tərəfindən verilmiş iddia tələbinə də hüquqi qiymət və nəticə verilməmiş, sonda isə onun hüquq və azadlıqlarını pozan qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. X2 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3559 ha torpaq sahəsindən 0,02 ha hissəsini İddiaçı 6000 manata satdığı göstərilsə də, X17 iş üzrə cavabdeh və ya üçüncü şəxs kimi işə cəlb edilməmiş və izahatı alınmamışdır. X5 tərəfindən İddiaçı satılmış torpaq sahəsi başqa yerdə yerləşir. Məhkəmə bu xüsusatı aydınlaşdırmamışdır. Bunun üçün əlavə məhkəmə mühəndis-texniki ekspertizası keçirilməli, satılmış 0,02 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edildikdən sonra mülki iş üzrə obyektiv qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehlər Cavabdeh2, Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan Abşeron rayonunun notariusunda 19 iyun 2012-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Saray qəsəbəsində yerləşən 0,3459 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini 2000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 299 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 31 iyul 2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən 30 iyul 2012-ci il tarixdə AA seriyalı, 040946 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,289416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, X11 və X6 adlarına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 674 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində 27 sentyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2, X11 və X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,289416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 27 sentyabr 2014-cü il tarixdə AA seriyalı, 026832 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,1114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 742 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində 04 fevral 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,1114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2015-ci il tarixdə AA seriyalı, 035688 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 20 noyabr 2017-ci il tarixli, 24045 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, **********72 saylı mütəxəssis rəyində qeyd olunanlara, mülki iş materialına əsasən məlum oldu ki, 1998-ci ildə Abşeron rayonu Saray kəndi “Saray” təsərrüfatında torpaq islahatı aparılaraq kənd təsərrüfatı təyinatlı torpaqlar vətəndaşlara pay torpaqları kimi verilmişdir. Keçmiş DTXK tərəfindən dövlət aktı ilə verilmiş torpaq sahəsinin bir hissəsi digər vətəndaşlara satılmış, onların üzərində olan kənd təsərrüfatı məqsədləri üçün istifadə hüquqları Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış, çıxarışlar verilmişdir. Sözügedən ərazidən dövlət aktları əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa aid torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar qeydə alınmışdır. Sonradan vətəndaşlar torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikərək torpaqların hüquqi rejimini qeyri-qanuni dəyişmişlər. Tikilmiş evlər pay torpağı kimi verilmiş torpaq sahələrinin yer üzərində mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Bu səbəbdən də torpaq sahəsinin yer üzərində (naturada) dəqiqləşdirilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 07 noyabr 2018-ci il tarixli, 13802 saylı rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin **********94 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı Layihə-Tədqiqat İdarəsinin aparıcı məsləhətçisi tərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 94 metr fərq mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1114 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 102 metr fərq mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin koordinatlarının (döngə nöqtələrinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1114 ha torpaq sahəsinin koordinatları (döngə nöqtələrinin) ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 94 metr fərq mövcud olduğundan Cavabdeh2 tərəfindən hər hansı müdaxilə və zəbt hallarının mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,373416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,197872 ha hissəsi X11 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, 0,087772 ha hissəsi X6 və 0,087772 ha hissəsi Cavabdeh2 adlarına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X11, X6 və Cavabdeh2 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,373416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 13 noyabr 2019-cu il tarixdə A seriyalı, 438264 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan “X20 və Hüquq Şirkəti”nin 04 fevral 2020-ci il tarixli, 11 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətinə verilən Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən **********68 reyestr nömrəsilə qeydiyyata alınan 0,373416 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq vardır ki (sxem-1), bu da aşağıdakı kimi izah edilir: a) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən pay torpaq mülkiyyətçilərinin hüqüqları qeydiyyata alınarkən, yəni plan ölçü və çıxarış hazırlanarkən mütləq şəkildə Dövlət Aktlarının arxiv sənədlər toplusundan, islahat elektron xəritə materialından (DWG) istifadə olunmalı, eləcə də xəritə və yer səthi üzərində mövcud olan istinadedici oriyentirlərdən (elektrik xətləri, kanallar, göllər, yolayrıcları və s.) istifadə olunaraq islahat elektron xəritə materialında (DWG) olan koordinat sürüşmələrinin xətaları mövcud vəziyyətə uyğunlaşdırılmalı idi. b) Respublikada bütün Dövlət Aktlarının islahat xəritəsi Pulkova-42 koordinat sistemində işlənilmişdir. Sonradan respublikada elektron xəritə məlumat bazası beynəlxalq koordinat sistemi olan WGS-84 (Grid) koordinat sisteminə keçirilmişdir. Bu zaman Dövlət Aktlarının elektron islahat xəritəsi (DWG-si) beynəlxalq koordinat sistemi olan WGS-84 (Grid) koordinat sisteminə inteqrasiyası prosesində qeyd edildiyi kimi islahat xəritə materialında (DWG) olan koordinat sürüşmələri xəritə və yer səthi üzərində mövcud olan istinadedici oriyentirlərdən (elektrik xətləri, kanallar, göllər, yolayrıcları və s.) istifadə olunaraq aradan qaldırılmalı idi. Bununla bağlı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən **********11 reyestr nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilən 0,02 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı tərəfindən hasarlanan torpaq sahəsinin və orada inşa edilmiş yaşayış evinin faktiki koordinatları ilə üst-üstə düşmür. Buna səbəb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən pay torpaq mülkiyyətçisinin hüquqları qeydiyyata alınarkən, yəni plan ölçü və çıxarış hazırlanarkən Dövlət Aktlarının arxiv sənədlər toplusu, islahat elektron xəritə materialı (DWG) və faktiki istifadə vəziyyəti nəzərə alınmamışdır. Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsi, Abşeron rayon Torpaq şöbəsi tərəfindən 24 iyun 1998-ci il tarixli, JN-1783 (kod ********) nömrəli Dövlət Aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Cavabdeh2 mülkiyyətinə verilən torpaq sahəsi ilə uyğunluq təşkil edir. Lakin faktiki ayrılan torpaq sahəsi itibucaqlı paraleloqram şəklində olduğu üçün sahəsi riyazi olaraq azalmışdır. Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin cənub-şərq tərəfindən 0,0194 ha hissəsi İddiaçı tərəfindən zəbt edilərək mişar daşı ilə hasara alınmış, orada yaşayış evi inşa edilmişdir. İddiaçı **********11 reyestr nömrəli çıxarışı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsilə X15 məxsus JN-1795 nömrəli Dövlət Aktı əsasında aldığından, İddiaçı 2 sot torpaq sahəsinin faktiki yeri Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin cənub qurtaracağından 10 metr yoldan sonra başlanmalıdır. İş materiallarında olan “Məhkəmə Ekpertiza Mərkəzi”nin 23 fevral 2021-ci il tarixli, 100 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə, həmçinin ərazinin ümumi xəritəsinə əsasən aparılan ekspertiza tədqiqatı zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş AA seriyalı, 040946 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada faktiki onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, İddiaçı faktiki hasara alıb, fərdi yaşayış evi inşa etdiyi 0,02 ha torpaq sahəsi ilə ona dair RX seriyalı, ******* saylı çıxarışa əlavə olunan plan və ölçü sənədində 0,02 ha torpaq sahəsinin qeyd olunan koordinatlarla yerləşməsi arasında 92-94 metr fərq mövcuddur. Sözügedən torpaq sahəsinin çıxarış və plan-ölçü sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi islahat məlumat bazası əsasında hazırlandığından bu kimi torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə natura üzrə yerləşməsi arasında coğrafi yerləşmə fərqləri (koordinat sürüşməsi) yaranmışdır. Dövlət Aktları və şəhadətnamə sənədləri “Pulkovo-42” koordinat sistemindən istifadə olunaraq tərtib edilirdi. 2005-ci ildən sənədləşmədə Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM-crid) koordinat sisteminə keçid prosesində müəyyən xətalar, yəni sənədlərin plan hissəsində konturlar üzrə koordinat sürüşmələri baş vermişdir. Belə xətaları minimuma endirmək üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin təmizlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanından irəli gələn məsələlər Respublika üzrə həyata keçirilir. Məhz sözügedən 0,02 ha torpaq sahəsinin plan və ölçü sənədi də Dövlət Aktı sənədi əsasında tərtib olunduğundan X4 əsasən (islahatın elektron xəritə materialı), yəni xəritədə və yer səthi üzərində mövcud olan tərpənməz istinad nöqtələrindən istifadə edərək (Şor gölün sahil xətti, yol ayrıcları və elektrik xətləri və s.) koordinat sürüşməsini minimuma endirməklə İddiaçı mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin islahat xəritəsində nəzərdə tutulan sərhədləri müəyyən olunmuşdur və planda göstərilmişdir. İddiaçı istifadəsində faktiki olaraq 0,0224 ha torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2, X11 və X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,289416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı, 026832 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsi, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,1114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı, 035688 saylı torpaq sahəsinin plan və ölçüdə göstərilən torpaq sahəsinin hüdudları ilə naturada faktiki hasar daxilində istifadə olunan 0,3446 ha torpaq sahəsinin sərhəddi arasında 127,7 metr fərq mövcuddur. Sözügedən torpaq sahəsinə DƏDRX tərəfindən tərtib edilən çıxarış və plan-ölçü sənədləri də həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırladığı Dövlət Aktı əsasında tərtib edilmişdir. X14 Xəritə Materialında (islahat elektron xəritə materialı) tərpənməz istinad nöqtələrindən (Şor göl sahil xətti, yolayrıcları, torpaq sahələrinin sərhədlərini bildirən kiçik arxlar və s.) istifadə edərək, müəyyən olunmuşdur. Cavabdeh2, X11 və X6 faktiki hasar daxilində istifadə etdikləri 0,3446 ha torpaq sahəsinin koordinatları ilə onların mülkiyyətində olan torpaq sahələrinin X9 xəritə materialına nəzərən koordinatları ilə üst-üstə düşür. Aparılmış ölçmə işlərinin nəticəsinə uyğun olaraq Cavabdeh2, X11 və X6 istifadəsində faktiki olaraq 0,3446 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Hüquqmüəyyənedici sənədlər əsasında X9 Xəritə Materialına istinadən aparılan ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı, 040946 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Əksinə, Cavabdeh2 Dövlət Aktları əsasında mülkiyyətində olan 0,1114 və 0,2894 ha torpaq sahəsinin natura üzrə cənubunda yerləşən 194 kv. metr hissəsi İddiaçı tərəfindən mişar daşı ilə hasarlanaraq fərdi yaşayış evi inşa edilməklə istifadə edilir. İş üzrə keçirilmiş ekspertizanın 29 dekabr 2020-ci il tarixli, 10/3505 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 22 oktyabr 2020-ci il tarixli, **********08 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasan X8 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan naturada İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsinin araşdırılması mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində faktiki olaraq 0,0226 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2, X11 və X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,289416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan, naturada Cavabdeh2, X11 və X6 faktiki istifadəllərində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2, X11 və X6 istifadəsində faktiki olaraq 0,3513 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,1114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan naturada Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 və ailə üzvlərinin həmin ərazidə ümumi istifadələrində faktiki olaraq 0,3513 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mülki işə baxış keçirilməsi təyin olunan vaxtda Abşeron Rayon Məhkəməsinin inzibati binasının qarşısında olmuşdur. Lakin cavabdehin mülki işə baxışın keçirilməsində iştirak etməməsi səbəbindən torpaq sahəsinə yerində baxış keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünün mülkiyyəti hesab etdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində birmərtəbəli tikili tikmiş, cavabdehlər iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə mane olurlar. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2018-ci il tarixli 13802 saylı rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1114 ha torpaq sahəsinin koordinatları (döngə nöqtələrinin) ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnaməsində bldirmişdir ki, ekspertiza rəyindən və mütəxəssis rəyindən göründüyü kimi tərəflərin hər ikisinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi arasında fərq mövcuddur. Bu halda cavabdehlərin iddia ərizəsində qeyd edilən hərəkətləri qanunsuz hesab edilməli, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində tikilmiş tikilinin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsində çəkilmiş hasar Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməlidir. Apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-37/2022 nömrəli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/5715 saylı, 01 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən 30 iyul 2012ci il tarixdə tərtib edilmiş AA seriyalı, 040946 saylı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş FRX seriyarlı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2, X11 və X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.289416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 27 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş AA seriyalı, 026832 saylı torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş FRX seriyaİı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.1114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2015-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 035688 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Hazırki iş məhkəmə kollegiyasının icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Uzun sürən məhkəmə mübahisəsinin obyektiv həlli ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən torpaq sahəsinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, birinci inqstansiya məhkəməsi tərəfindən 05 avqust 2019-cu il tarixdə çıxarılmış qətnamədən uzun müddət keçdikdən sonra iddiaçının özü tərəfindən cavabdehlərin çəkmiş olduqları setka hasar götürülərək yerində öz həyətinə olan hissəsində daşdan hasar çəkmişdir. Cavabdehlər isə buna etiraz etməmişlər. Göründüyü kimi iddianın təmin edilən hissəsində tərəflər arasında faktiki mübahisə öz həllini tapmışdır. Cavabdehlər iddiaçıya mübahisələndirilən 2 sot torpaq sahəsinə çıxarışın düzgün verilmədiyini qeyd edirlər. İşin bu halı isə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmalı, iddia digər hissədə təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mübahisə tərəflərin qarşılıqlı razılığı ilə faktiki həll olunduğundan ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat müştərək qaydada iddiaçıdan və apellyasiya şikayəti vermiş Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsi iddianın təmin edilməsi, yəni İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində tikilmiş tikilinin yerləşdiyi torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsində çəkilmiş hasarın Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(012)-376/2019 nömrəli qətnaməsi digər hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pul vəsaitinin 25 manat hissəsi İddiaçı və 25 manat hissəsi Cavabdeh2 tutularaq Məhkəmə Eksprtizasi Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-4/2024
29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver