Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-411/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X2 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(012)- 1312/2020 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı həmin cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə əldə etmiş, bununla bağlı ona müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra "xxxx" MMC adını Cavabdeh MMC-yə dəyişmişdir. İddiaçının cavabdehə yazdığı 06 iyul 2019-cu il tarixli ərizəyə əsasən həmin qeyri-yaşayış sahəsinin 70 kv.metr hissəsi 009 nömrəli 04 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Məmmədov Telman Namazəli oğlunun adına rəsmiləşdirilib və bu barədə ona müqavilə, maliyyə arayışı verilmişdir. Bundan sonra, tərəflərin bağladığı müqavilə cavabdeh tərəfindən yenilənərək həmin ünvandakı 264 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, bunla bağlı maliyyə arayışı verilmişdir. Daha sonra, cavabdeh müqavilənin şərtlərini pozmuş, bina tikilib başa çatdıqdan sonra həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə bununla bağlı pretenziya məktubu göndərilsə də, o, hər dəfə müxtəlif bəhanələrlə həmin qeyri-yaşayış sahəsini iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən X4 təhvil verilməsi qət edilmidir (hakim Cəmilə Səfiyeva). Qətnamədən hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(012)-1312/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1220/2022 nömrəli 08 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraatın İddiaçı Cavabdehnə qarşı öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), G.Tağızadə, S.Qafari). İddiaçı X6 və nümayəndəsi və vəkili X8 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişlər ki, hazırkı mübahisəyə baxılan zaman məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(012)-4031/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin olunmuş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X5 rasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin-Abşeron tıyonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yen olmaqla, cəmi 956 kv.metr qeyri-yaşayış sahəssinin və ünvan 3 ünvanı V blok, 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilin iddiaçıya təhvil verilinəsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-471/2022 nömrəli 15 mart 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Cavabdeh tərəfindən verilmiş kassasiyya şikayəti əsasında hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu üçün iddiaçı X2 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair miilki iş üzrə icraat İddiaçı “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Hesab edir ki, hazırda iş üzrə icraatın dayandırılması əsas olmuş hallar adan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Alı Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(102)- 971/2022 nömrəli qərarı ilə "xxxx" MMC-nin kassasıya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellynsiya Məhkəməsinin Miilki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi qismən - qeyriyaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Hesab edir ki, məhkəmənin icraatında olan hər iki iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri,M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.metr qeyri-yaşayış sahəsi ilə bağlıdır. Buna görədə məhkəmənin icraatında olan hər iki iddia tələbi bir icraatda birləşdirilərək bir yerdə baxılmalıdır. Göstərilənlərə əsasən hazırkı 2(105)- 103/2023 nömrəli mülki iş üzrə icraatın təzələnməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı "öhdəliklərin icrasının həvalə edilməsi və mülkiyyətə maneənin aradan qaldırılması" tələbinə dair mülki işə birləşdirilib bir icraatda baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı 2(105)- 103/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair 2(105)-411/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, işlərin qarşılıqlı təhlilindən görünür ki, hazırkı iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı 2(105)-411/2023 nömrəli digər mülki iş üzrə iddiaçıdır və hər iki iş üzrə mübahisə predmetləri Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı B blok, İİ (üst) mərtəbədə yerləşən qeyri-yaşayış sahələridir. Göründüyü kimi, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşür, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni hüquq münasibətləri üzrə yaranan hallarla bağlıdır. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinadən hesab edir ki, hazırkı 2(105)-103/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair 2(105)-411/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “qeyri- yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair hazırkı 2(105)-103/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair 2(105)- 411/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin, həmin işlərə bir icraatda 2(105)-103/2023 nömrə ilə baxılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-411/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-411/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver