Məhkəmə qərarları › İş №2(105)-434/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-434/2025

17.06.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-434/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tariхli, 2023/00042-** №-li krеdit müqaviləsindən görünür ki, iddiaçı İddiaçı BOKT ASC ilə cavabdeh Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19.150 (on doqquz min yüz əlli) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Həmçinin həmin müqavilədə qeyd olunan kreditin ##.##.2019-cu il tariхli, 2019/00107-** №-li krеditin restrukturizasiyası üçün verildiyi qeyd edilmişdir.

2. ##.##.2023-cü il tariхli, 2023/00042-01İP №-li ipoteka müqaviləsindən görünür ki, ##.##.2023-cü il tariхli, 2023/00042-** №-li kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh (ipoteka qoyan-borc alan) ilə İddiaçı BOKT ASC (ipoteka saxlayan) arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilmişdir.

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ****/** nömrəli borc haqqında arayışdan görünür ki, Cavabdeh ##.##.2023-cü il tariхli, 2023/00042-** №-li krеdit müqaviləsi üzrə ##.##.2023-cü il tarixə 15.114,51 (on beş min yüz on dörd ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində əsas borc, 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17.992,25 (on yeddi min doqquz yüz doxsan iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları borcu vardır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə ##.##.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tariхli, 2023/00042-** №-li kredit müqaviləsinin ləğv edilməsi; cavabdeh Cavabdeh kreditin əsas borcu üzrə 15.114,51 (on beş min yüz on dörd ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17.992,25 (on yeddi min doqquz yüz doxsan iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 182 manat məbləğində pulun iddiaçı İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yardımçı sahədən ibarət, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 38.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 15.114,51 (on beş min yüz on dörd ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17.992,25 (on yeddi min doqquz yüz doxsan iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları (ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 182 manat məbləğində pulun iddiaçı İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tariхli, 2023/00042-** №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19.150 (on doqquz min yüz əlli) ABŞ Dolları məbləğində krеdit vеrilmişdir. Qeyd olunan kredit ##.##.2015ci il tarixli, 2015/00195-** №-li və ##.##.2019-cu il tariхli, 2019/00107-** №-li krеditin restrukturizasiyası üçün verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76.0 kv.m yardımçı sahədən ibarət, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: RX0284665 seriyalı, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 308013035072-***** reyestr nömrəli) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə ##.##.2023-cü il tariхli, 2023/00042-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi ##.##.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, ********** qeydiyyat nömrəli, 308013035072-***** reyestr nömrəli). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 55.000 (əlli beş min) AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti ##.##.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 15.114,51 (on beş min yüz on dörd ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 17.992,25 (on yeddi min doqquz yüz doxsan iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində borc yaranmışdır.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, o, iddia tələbi ilə razı deyildir. Çünki iddiaçı şirkət ilə bağladığı müqaviləyə əsasən o, hər ay ödəniş etməklə bankın hesabına Azərbaycan manatı ilə ümumiyyətlə 103.000 (bir yüz üç) manat ödəmişdir və ödənişləri ilə bağlı bankın ona vermiş olduğu qəbzlər vardır. Onun İddiaçı BOKT ASC-yə öz ödənişi hesablamaqla borcu yoxdur, gecikdirməyə görə dəbbə pulun ödəməsi iqtidarında deyildir, ona görə ki, o, 2015-ci il tarixdən bu vaxta kimi bankın hesabına göstərmiş olduğu məbləği ödəmişdir. O, borcuna görə banka pul ödəyə-ödəyə iddiaçı tərəf onu məhkəməyə vermişdir, halbuki iddiaçı tərəf iddia ərizəsində onun tərəfindən edilmiş ödənişlər barədə qeyd etmişdir. İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin tələb etdiyi borc məbləği 2015-ci ildən yaranmış kredit borcudur, kredit müqaviləsi iki dəfə restrukturizasiya edilmişdir və o, bankdan 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bildirir ki, o, öhdəliyindən heç bir vaxt yayınmamışdır, belə ki, onda 2015-ci ildən başlayaraq borca görə banka pul ödədiyini təsdiq edən çeklər vardır. Onun səhhətində problem vardır və borcunu tamamilə ödəməyə imkanı yoxdur. Onun ipotekada olan evinin 170.000 (bir yüz yetmiş min) manat dəyəri vardır, lakin o, evini satmaq istəsə də bunu edə bilmir və hesab edir ki, evin satılması üçün ona vaxt lazımdır. Bu səbəbdən o, iddia tələbinin rədd edilməsini, həmçinin evin satılması üçün ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */****-**/**** saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 108,90 kv.m. olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri təqribən 81.240 (səksən bir min iki yüz qırx) (108,90 x 746,00 man) manat, likvid dəyəri təqribən (81.240-10%) 73.110 (yetmiş üç min yüz on) manat məbləğində müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tariхli, ****/*****-** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh ##.##.2023-cü il tariхli, ****/*****-** saylı kredit müqaviləsi üzrə 15.114,51 (on beş min yüz on dörd ABŞ dolları, əlli bir sent) ABŞ dolları əsas borc, 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.042,25 (on yeddi min qırx iki ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 182 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, tutma ##.##.2023-cü il tariхli, ****/*****-** saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və ipoteka predmetinin likvid dəyəri, yəni ilkin satış qiyməti 73.110 (yetmiş üç min yüz on) manat müəyyən edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2024-cü il tarixli, */****-**/**** saylı məhkəməəmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, ****/*****-** saylı kredit müqaviləsi bağlanmış, ona 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19.150 (on doqquz min yüz əlli) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Həmçinin həmin müqavilədə qeyd olunan kreditin ##.##.2019-cu il tariхli, 2019/00107-** №-li krеditin restrukturizasiyası üçün verildiyi qeyd edilmişdir. ##.##.2023-cü il tariхli, 2023/00042- ** №-li kredit müqaviləsinin təminatı kimi İddiaçı BOKT MMC ilə arasında ##.##.2023-cü il tariхli, 2023/00042-01İP №-li ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən kredit öhdəliklərinin təmin edilməsi məqsədilə onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka predmeti qarşılıqlı razılaşma əsasında 55.000 (əlli beş min) manat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi borc məbləğilə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */****-**/**** saylı ekspert rəyində göstərilən ipoteka predmetinin likvid və bazar dəyəri ilə razılaşmadığını nəzərə almamış, eləcə də iş üzrə təkrar əmtəəşünaslıq ekspertizanın keçirilməsi barədə vəsatətə münasibət bildirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyi ilə razı deyil. Belə ki, real bazar dəyəri və real likvid dəyəri qat-qat əksik hesablanmışdır. ##.##.2024-cü il tarixdə məhkəməyə ünvanladığı vəsatətdə qeyd etdiyi kimi onun fərdi yaşayış evinin torpaq sahəsinin bu günki real bazar 1 sot üçün 15.000-20.000 manat aralığında dəyişir. Əlavə olaraq, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində inşa etdiyi tikililərin də real bazar dəyərini hesabladıqda 200.000 manat civarında təşkil edir. Bundan başqa iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədən iddiaçının tələbi təmin edilmişdir. İddiaçının tələb etdiyi kredit borcu, əsas da faiz borcu şişirdilmişdir. Belə ki, 2015-ci ildən ilk kredit müqaviləsi bağlanan gündən hər ay ödəniş etməklə bankın hesabına Azərbaycan manatı ilə ümumiyyətlə 103.000 (bir yüz üç min) manat ödəmiş və ödənişlərlə bağlı bankın vermiş olduğu qəbzlər onda vardır. Həmin 2015-ci ildə bağlanan kredit müqaviləsi üzrə 3 dəfə restrukturizasiya olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə iddia ərizəsi məhkəməyə verilən günə və maliyyə arayışının verildiyi tarixə borcunun hansı miqdarda mövcud olduğunun müəyyən edilməsi xahiş edilir. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı BOKT MMC tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli bildirişin surətindən görünür ki, həmin məktub saxta yollarla tərtib edilmişdir, eləcə də bildirişin göndərilməsinin sual altında olması ilə yanaşı, həmin bildirişin guya ki, onun tərəfindən təhvil alınması şübhə doğurur. Belə ki, həmin bildiriş təşkilatın möhürü ilə möhürlənmədiyindən onun həqiqiliyini təsdiq etmir və bildirişin çatırılmasına dair ****** saylı qəbzdə olan imza və “Vidadi” qeydi onun deyil. Belə ki, o, Azərbaycan dilində latın əlifbası ilə yaza bilmədiyindən həmin qəbzdə də latın əlifbası ilə “Vidadi” qeydi və imzanın ona aid olmadığına dəlalət edir. Bundan başqa təşkilatın özəl poçt xidməti vasitəsilə bildiriş göndərməsi və həmin bildiriş zərfinin X2 daxil edilmədiyindən bildirişə dair bütün sənədlərin həqiqiliyinə şübhə yaratmaqla yanaşı saxta olduğuna gətirir çıxarır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. iddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iclasın iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 269. Girov və ipoteka hüququ anlayışı (...) 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

17. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi (...) 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. (...)

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

23. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

24. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

25. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 1. Əsas anlayışlar 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

28. Maddə 4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; (...)

29. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması (...) 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; (...)

30. Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli, ** nömrəli Qərardadı Bənd 11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21. ...kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

33. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

34. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

36. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədlərdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

42. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tariхli, ****/*****-** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19.150 (on doqquz min yüz əlli) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Həmçinin həmin müqavilədə qeyd olunan kreditin ##.##.2019-cu il tariхli, 2019/00107-** №-li krеditin restrukturizasiyası üçün verildiyi qeyd edilmişdir.

43. Həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ##.##.2023-cü il tariхli, 2023/00042-01İP saylı sonrakı ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdeh Cavabdeh versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

45. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

46. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/*****-** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı BOKT ASC-yə olan borcu ##.##.2023-cü il tarixə əsas borc üzrə 15.701,37 (on beş min yüz bir ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları, faiz borcu üzrə isə 1.660,25 (bir min altı yüz altmış ABŞ dolları, iyirmi beş sent) ABŞ dollarıdır.

48. Ekspert rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.

49. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

50. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər.

51. İş materiallarından görünür ki, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi ##.##.2023-cü il tariхli, 2023/00042-01İP saylı sonrakı ipoteka müqaviləsi bağlanaraq Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

52. Beləliklə də, cavabdeh Cavabdeh tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi əsaslıdır.

53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

54. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

55. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ##.##.2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

57. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

58. Məhkəmə Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli məktubu ilə göndərilmiş ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli hesabatından görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyəri 105.300 (bir yüz beş min üç yüz) manatdır.

59. İş üzrə təqdim olunan ekspert rəyləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəylər Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

60. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, iddiaçı İddiaçı BOKT MMC tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli bildirişinin həqiqiliyini şikayətində mübahisələndirsə də, həmin bildirişin iddiaçı tərəfindən tərtib olunaraq iddiaçıya göndərilməsi iş materialları ilə öz təsdiqini tapır. Bildirişin göndərilən ünvanda qəbul edilməməsi ilə bağlı cavabdeh hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir.

61. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

62. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

63. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları faiz borcunun tutulması hissəsində və Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh 1.660,25 (bir min altı yüz altmış ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları faiz borcu ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçı İddiaçı BOKT ASC-yə ödənilməli, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 105.300 (bir yüz beş min üç yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi - cavabdeh Cavabdeh 1.877,74 (bir min səkkiz yüz yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları faiz borcunun tutulması hissəsində və Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh faiz borcu üzrə 1.660,25 (bir min altı yüz altmış ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçı İddiaçı BOKT ASC-yə ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 105.300 (bir yüz beş min üç yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver