Məhkəmə qərarları › İş №2(105)-442/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-442/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Vərəsəlik hüququ üzrə mübahisələr - Digər hüquqi hallar - Vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-442/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1995-ci il tarixdə ölmüş miras qoyan Havaxanın Mirzə qızının xalası olması və ondan miras qalmış Sumqayıt şəhəri, Saray bağlar massivi, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6044/2023 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ərizə təmin edilmiş, 1926-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995-ci ildə ölmüş Havaxanım Mirzə qızı ilə xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş X1 xala-bacıoğlu olmalarına dair qohumluq faktının müəyyən edilməsi, mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, Saray bağlar massivi, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin X2 tərəfindən qəbul olunması faktının müəyyən olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.01. 2024-cü il tarixli, 2(060)-6044/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)- 6044/2023 saylı qətnaməsində olan yanlışlığın aradan qaldırılması, qətnamənin qət hissəsində «X2» sözünün «Ərizəçi» kimi oxunması qərara alınmışdır. Hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6044/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6044/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)- 6044/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını - müəyyən etmişdir. Qeyd olunanlardan da görünür ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən-qərardadlardan işdə iştirak etməyə cəlb edilməyən şəxslər də apellyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Lakin bu hüquq prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri aşmamalı, mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən şəxslərin apellyasiya şikayəti məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması hallarında mümkün hesab edilməlidir. Bununla bağlı Mülki Prosessual Məcəllədə müvafiq norma da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Lakin, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydaya riayət etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunmasıa dair əsaslandırılmış qərardad qəbul etməli idi. Həmçinin həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda bunu qərardadında göstəməmiş və həmin qərardadın surətini işdə iştirak edən şəxslərə göndərməmişdir ki, bununla da tərəflərin şikayət vermə hüququ məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi yalnız apellyasiya şikayətinin prosessual normalara riayət edilməklə verilməsini əsas gətirməklə, müşayiət xarakterli qərardad qəbul etməklə şikayəti işlə birlikdə apellyasiya instnasiyası məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 364.2ci maddəsinə riayət edilməməsi isə işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yaratmır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 366cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver