Məhkəmə qərarları › İş №2(105)-470/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-470/2025

08.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-470/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-4543/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “ünvan 2rəli mənzilə dair 09 avqust 2013-cü il tarixli “10-11" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X6 və Cavabdeh3 “10-11" nömrəli mənzildən çıxarılması və “10-11” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 09 avqust 2013-cü il tarixli “10-11” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Masazır qəsəbəsi “Zəngilan şəhərciyi” 10 saylı binada 11 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvinin həmin mənzildə yaşamadığı, 11 nömrəli mənzildə Cavabdeh3 qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Komitənin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 və ailə üzvləri arasında Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyi 10 saylı binada 11 nömrəli 2 otaqlı mənzilin onlara verilməsi ilə bağlı 09 avqust 2013-cu il tarixli il “10-11” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Abşeron Rayon 28 noyabr 2024-cü il tarixli, 2(012)-4543/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X3 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “ünvan 2rəli mənzilə dair 09 avqust 2013-cü il tarixli “10-11" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 “10-11" nömrəli mənzildən çıxarılması və “10-11” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 100 (yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-4543/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu qaydalara əsasən o, həmin mənzildən istifadə etsə də, həmin mənzildən öz şəxsi mənzili kimi istifadə etməklə baxır. Səliqəli istifadə edir, ziyan vurmur. O, mənzilə qayğı ilə yanaşır, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə edir, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol vermir və ümumi birgəyaşayış qaydalarına əməl edir. Qonşulardan heç kəs onlardan şikayətçi ola bilməz, ona görə ki, onlarla da çox yaxşı münasibəti vardır. O, ailəsi ilə birlikdə yaşayış yeri olmadığından mənzili mülkiyyətlərinə verilməsi üçün istəmirlər, müvəqqəti onlara rayonda ev verilənə kimi komitə ilə kirayə müqaviləsinin onunla bağlamasını və ora gedənə kimi bu mənzildən istifadə etməyi ona icazə verilməsini istǝyir. Evi ona satanda Cavabdeh2 və Cavabdeh1 ona notarial tǝdiq olunmuş ərizə ilə razılıq vermişdirlər ki, bu mənzilin kirayə müqaviləsindən imtina edirlər və həmin müqavilənin onun adına keçirilməsinə etiraz etmirlər. O, Zəngilan rayonundan macburi köçkündür, yaşamağa hər hansı mənzili yoxdur. Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi" 10 saylı binada yerləşən 11 nömrəli mənzili əldə edənə kimi də kirayələrdə ailəsi ilə birlikdə yaşamışdır. O, bu mənzili 16000 AZN manata əldə etmişdir. Mənzili ona satsa da sosial kirayə evləri dövlətə aid olduğu üçün bu mənzillərlə alqı-satqı mümkün olmur.Ona görə də o, pul verdikdən sonra mənzil ona boşaldılaraq verilmişdir. O da məcburi köçkün olduğu üçün onunla da kirayə müqaviləsi bağlanıla bilər. Belə ki, həmin mənzilləri məcburi köçkün digər məcburi köçkünə verə bilər. O, artıq uzun illərdir ki, bu mənzildə ailəsi ilə birlikdə məskunlaşmışdır və oradan istifadə edir. Bunları nəzərə alaraq ona ailəsi ilə birlikdə Zəngilan rayonundan ev verənə kimi orada yaşamağına və həmin mənzildən istifadə etməyə, həmçinin həmin mənzilə görə onunla kirayə müqaviləsi bağlana bilərdi. Hakim işə baxanda bunları araşdırmamamış qərar qəbul etməsi düzgün deyildir. Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. O da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərdən biridir. Belə ki, onun yaşamağa heç o ağır şəraitdə olan evi də yox idi. Kirayələrdə qalmışdır. Onun elə bir maddi imkanı da yoxdur ki, o, kirayələrə pul versin.Yaxın qohumlarının köməyi ilə 16000 manatı verib bu mənzili müvəqqəti yaşamaq üçün əldə etmişdir. Bilir ki, bu mənzillər məcburi köçkünlərə sadəcə rayona qayıdana kimi verilir. O da kirayələrdə qalmamaq üçün bu addımı atmışdır. Məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial müdafiəsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, fevral 2017-ci il tarixli 65 layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgə yaşayış qaydalarına əməl etməlidirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış 09 avqust 2013-cü il tarixli, 10-11 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ə.Abdullayev, sahə nəzarətçisi E.Yaqubov, fəhlələr S.Abbasov və E.Musayev tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda Cavabdeh1 qeydiyyatda olduğu mənzildə hal-hazırda Cavabdeh3 ailə üzvləri ilə birlikdə qanunsuz olaraq qeydiyyatsız yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsi, “ünvan 2rəli mənzil ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-X №-li xəbərdarlıqlardan görünür ki, ünvan 3 ünvanında olan mənzil xx.xx.2013-cü il tarixdən ona müvəqqəti yaşamaq üçün verilmişdir. Hal-hazırda həmin mənzildə başqa şəxslər yaşayır. Odur ki, ona tərəflərindən xəbərdarlıq edilir ki, 10 gün müddətinə adları müqavilədə olmayan şəxsləri həmin mənzildən çıxardasınız. Əks halda Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən evin zəbt olunması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh1 və Əliyeva X5 rayonu, Alibəyli Ə/D, İkinci Alibəyli kəndi, Cavabdeh3 isə ünvan 4 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 09 avqust 2013-cü il tarixli 10-11 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzilini cavabdehə, yəni Cavabdeh1 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı, digər Cavabdeh3 isə qeyri qanuni yaşadığı məlum olmuşdur. Bu səbəbdən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehlərin Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdehlər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və Cavabdeh1 iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 09 avqust 2013-cü il tarixli 10-11 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzil dövlət mənzil fonduna aid edilməklə, müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzili cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmiş olsa da, cavabdehlər mənzildən təyinatına görə istifadə etmək, öhdəliyini öz üzərilərinə götürməsinə baxmayaraq, mənzili tərk etmiş, orada yaşamamışdır. Və beləliklə, müqavilə öhdəliklərini pozmuşdur. Hazırda ihəmin mənzildə digər şəxs Cavabdeh3 iddiaçı ilə kirayə müqaviləsi bağlamadan yaşayır. Mənzil Məcəlləsinin tələblərindən göründüyü kimi, xüsusi təyinatlı kirayə müqaviləsinin kirayəyə verən tərəfindən məhkəmə qaydasında ləğv edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də müqavilədən də göründüyü kimi, cavabdehlərin 3 aydan artıq müddətdə müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzildə yaşamamasıdır. İddia tələbindən də görünür ki, iddiaçı qeyd olunan normanı əsas götürərək, yəni kirayə müqaviləsi bağlamış cavabdehlərin Abşeron rayonu, Masazır qəsəbəsi, «Zəngilan şəhərciyi» 10 saylı binada yerləşən 11 nömrəli mənzilində yaşamaması səbəbindən cavabdehlə bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Tərəflər arasındakı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsinin 5.7.1-ci maddəsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə 3 aydan artıq yaşamamaqlarını və həmin mənzildə qanunsuz olaraq digər Cavabdeh2 yaşadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “ünvan 2rəli mənzilə dair 09 avqust 2013-cü il tarixli “10-11" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 “10-11" nömrəli mənzildən çıxarılmalı və “10-11” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 98.1-ci bəndinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra kirayə müqaviləsi) əsasında verilir. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin məcburi köçkün ailəsi kimi yaşamaq üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi, daha sonra onların mənzili tərk edərək və onu yaşamaq üçün digər Cavabdeh3 verməsi işin mübahisəsiz halıdır. Təqdim edilmiş sənədlər və tərəflərin izahatları ilə təsdiq edilmişdir ki, mənzil hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur, onlar hazırda Masazırda yaşayır və işləyirlər. Xüsusi təyinatlı yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Lakin, təsdiq olunur ki, cavabdehlər artıq həmin yaşayış məntəqəsində deyil, Masazırda yaşayırlar. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kollegiya qeyd edir ki,şikayətin cavabdehin özünün məcburi köçkün olması, onun da digər məcburi köçkün ailələri kimi evlə təmin edilməli olmasına dair dəlili əsaslı deyil. Belə ki, hazırkı mübahisəli mənzil cavabdehə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə verilməmiş, onunla kirayə müqaviləsi bağlanmamış, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da yaşayış sahəsini Cavabdeh3 istifadəsinə vermək hüququ olmamışdır. Cavabdeh mübahisəli mənzildə yaşasa da, həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmiş və onun qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzildən istifadəsi üçün qanuni əsaslar mövcud deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Həmin prinsip özündə müqavilələrin bağlanmasında məcburiyyətin olmamasını, hər kəsin öz iradəsi ilə müqavilə bağlamaq hüququnu ehtiva edir. Yuxarıda qeyd edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Göründüyü kimi xüsusi təyinatlı yaşayış sahəsini digər məcburi köçkünə verilməsi hüququ da Komitəyə məxsusdur. Buna görə də Cavabdeh3 kirayə müqavilə bağlanması üçün Komitəyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(012)-4543/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver