Məhkəmə qərarları › İş №2(105)-508/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-508/2021

15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-508/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxx 2012-ci il tarixli 927- L/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 2610,00 manat əsas borc və 5 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 2615,00 manat pul məbləği və 16,37 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı-ə ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 927-L/12 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmeti olan lizinq obyekti 1 ədəd AGMP-14-5 markalı kotanın Cavabdeh alınaraq İddiaçı-ə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış xx xxxx 2012-ci il tarixli, 927-L/12 saylı lizinq müqaviləsinin ləğv edilməsini, 2610,00 (iki min altı yüz on) manat əsas borcun, 2181,00 (iki min yüz səksən bir) manat cərimənin və 30 (otuz) manat dövlət rüsumunun, xx xxxx 2012-ci il tarixli, 927-L/12 saylı 4821,00 (dörd min səkkiz yüz iyirmi bir) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi, lizinq obyekti olan 1 ədəd AGMP- 14-5 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təstiq olunmuş İddiaçı-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması «Qaydaları»na müvafiq olaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 927- L/12 nömrəli, xx xxxx 2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 2900,0 manat olan 1 ədəd AGMP-14-5 markalı kotanı lizinqə götürmüşdür. Cavabdeh tərəfindən xx xxxx 2012-ci il tarixdə texnikaların dəyərindən 290,0 manat ilkin ödəniş aparılmışdır. Cavabdeh üzərində götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx xxxx 2015-ci il tarixədək 2610,0 (iki min altı yüz on) manat ödənilməli olduğu halda, ödəniş olunmamışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş xx xxxxxx 2016-cı il tarixli ASC/2-155 nömrəli pretenziya cavabsız qalmışdır. Müqavilənin 4.2-ci bəndinə görə lizinq ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən İddiaçıASC) lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə xx xxxx 2016-cı il tarixədək olan borcun məbləği 2610,00 (iki min altı yüz on) manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği cəmi 2181,00 (iki min yüz səksən bir) manat təşkil etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh A.N.Ələsgərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır və qərəzli olaraq iş üzrə hallar tam arışdırılmamışdır. Onunla İddiaçı ilə arasında bağlanmış 927-L/12 nömrəli xx xxxx 2012-ci il tarixli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafakinə uyğun şəkildə ödəmək 2900,0 manata 1 ədəd AGMP-14-5 markalı kotanı lizinqlə götürmüşdür. Kotanı ona güzəştli şərtlərlə satıldığı üçün həmin kotanın qiyməti olan 2900,0 manat məbləğində puldan 40% güzəşt olduğu üçün 2900 manat məbləğində puldan ilkin olaraq ödədiyi 290,0 manat və sonra yerdə qalan 1410 manat da ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Güzəştli şərtlərlə aldığı 1 ədəd AGMP-14-5 markalı kotana görə pulun 40% dövlət ödəməli, qalan 60% isə o ödəməlidir. Lakin iddiaçı bu güzəştli nəzərə almayaraq ondan pul tələb etmişlər. Halbuki, həmin pul dövlət tərəfindən ödənilməli idi. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(027)- 4368/2016 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi F.N.Saniyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin olunmalı və qətnamə ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında lizinq müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh A.N.Ələsgərovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2012-ci il tarixli 927-L/12 saylı İddiaçı (lizinq verən) məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmaqla, 2900,00 manat dəyərində 1 ədəd AGMP-14-5 markalı kotanın A,Ələskərova verilməsi müəyyən edilmişdir. İşə əlavə olan xx xxxx 2012-ci il tarixli 927-L/12 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, lizinq predmeti olan texnikaların dəyərinin ödənilməsi 2012-ci ilin 1 rübündən başlayaraq, hər rübdə bir dəfə olmaqla 2015-ci ilin axırıncı rübünədək nəzərdə tutulmuş, lizinq obyektlərinin ümumi məbləği 2900,00 manat müəyyən edilmişdir. İşdə olan İddiaçı-nin xx xxxx 2012-ci il tarixli 1280/ü saylı əmrindən görünür ki, 1 ədəd AGMP-14-5 markalı kotanın Cavabdeh lizinqə verilməsi qərara alınmış və texnikalaran ümumi dəyərindən 290 manat ödənildiyi nəzərə alınmışdır. İş materiallarında olan İddiaçı-nin xx xxxxxx 2016-cı il tarixli ASC/2-155 saylı pretenziyasından görünür ki, həmin pretenziya ilə Cavabdeh İddiaçı-ə olan borcun ödənilməsi təklif edilmiş və ona tələb olunan məbləği hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada ondan alınaraq, İddiaçı-ə ödənilməsi və texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacagı barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olan xx xxxx 2016-cı il tarixli ASC/2-1972 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı-ə olan əsas borcu 2610,00 manat, cərimə borcu isə 2181,00 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşagıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdehdən dəbbə pulunun ödənilməsi hissəsində iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Bundan əlavə Cavabdeh iş üzrə onun tərəfindən borcun tam ödənilməsi barədə və şikayətə əlavə edilmiş qəbzlərdən müəyyən olunur ki, həmin ödənişlər 2019-cu ilə aiddir, yəni qətnamə qəbul edildikdən sonra və göstərilən ödənişlər icra zamanı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2016-cı il tarixli 2(027)-4368/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx xxxx 2012-ci il tarixli 927-L/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 2610,00 manat əsas borc və 5 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 2615,00 manat pul məbləği və 16,37 manat ödənilmiş dövlət rüsumu tutulsun və İddiaçı-nə ödənilsin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 927-L/12 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ləğv edilsin, həmin müqavilənin predmeti olan lizinq obyekti 1 ədəd AGMP-14-5 markalı kotan Cavabdeh alınaraq İddiaçı-nə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver