Məhkəmə qərarları › İş №2(105)-525/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-525/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (d
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-525/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, Maraqlı şəxs, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi, sahiblik hüququnun tanınması və maneələrin qadağan edilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mənzil Tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2, 5-ci blok 5-ci mərtəbədə izolə olunmuş 3 (üç) otaqdan ibarət 294 №-li mənzili (bundan sonra “mübahisəli mənzil”) bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

2. Mübahisəli mənzilin sahəsi 120.69 kv.m, 1 kv.m-nin dəyəri 650 (altı yüz əlli) manat, mənzilin ümumi dəyəri isə 78.448 manatdır.

3. Maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Bu binanın 5ci blok 5-ci mərtəbəsində yerləşən mübahisəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat olaraq tam ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur.

4. "xxxx" MMC-nin direktoru X6 və X14 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, müqavilənin məzmunu ünvan 2 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binaların hörgü işlərinin görülməsi və başa çatdırılmasından ibarətdir. Cəmi görülən işlərin məbləği 306446 man+30380 man = 336826 manat.

5. Müqavilə qiymətlərinin razılaşdırılmasının 1 nömrəli Protokoluna əsasən, barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzai Bəhram ilə razılaşdırılmışdır.

6. 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün 500, 300 və 300 manat olmaqla, cəmi 1100 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir.

7. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 042 nömrəli arayışına əsasən, İddiaçı adına olan mübahisəli mənzillə bağlı "xxxx" MMC 14 may 2022-ci il tarixdə X7 ilə müqavilə bağlamışdır.

8. "xxxx" MMC-nin direktoru X13 tərəfindən X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı 5-ci blok 5-ci mərtəbə yerləşən mübahisəli mənzili bir pay kimi X3 təhvil verməyi, X7 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Mübahiəsli mənzilin pay dəyəri olan 90517 manat X7 tərəfindən tam ödənilmişdir.

10. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2022-ci il tarixli 294 nömrəli qəbzə əsasən, X7 1100 manat tam sayğac ödənişi etmişdir.

11. Tikintiyə görə icazə vəsiqəsinə əsasən, həmin vəsiqə mübahisəli mənzilin sahibi X3 verilmişdir.

12. "xxxx" MMC-nin direktoru X13 və Maraqlı şəxs arasında bağlanan xx.xx.2023-cü il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı 5-ci blok 5-ci mərtəbə, izolə edilmiş 294 nömrəli mənzil 3 otaqdan ibarət mənzili bir pay kimi Maraqlı şəxs təhvil verməyi, Maraqlı şəxs isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok 5-ci mərtəbəsində ümumi sahəsi 120,69 kvadrat metr sahəsi olan 3 otaqlı 294 saylı mənzilin dəyəri payçı Maraqlı şəxs tərəfindən 90517 manat tam ödənilmişdir.

14. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2023-cü il tarixli 294 nömrəli qəbzə əsasən, Maraqlı şəxs 1100 manat tam sayğac ödənişi etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin qeyd-şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, İddiaçı Cavabdeh MMC tərəfindən vurulan 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi və mənəvi zərərin Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2017-ci il tarixdə icraçı Cavabdeh MMC ilə ünvan 4 ünvanda qarşılıqlı müqavilə imzalanmış və qarşılıqlı razılaşmışlar ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli, yüksəkmərtəbəli binanın 5-ci giriş, 5-ci mərtəbə, 294 saylı, üç otaqdan ibarət 120,69 kvadrat metr ümumi sahəsi olan, izolə olunmuş mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat pul vəsaitinin tərəfindən ödənilmək şərtilə payçı kimi ona verir. Razılaşdıqları qaydada 28 dekabr 2017-ci il tarixdə mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat, müqavilədə qeyd olunduğu kimi 120,69X650 AZN=78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat pul vəsaitini hesablayaraq Cavabdeh MMC-nin direktoru X5 ödəmişdir. Mənzilin ümumi dəyəri tərəfindən ödənildikdən sonra Cavabdeh MMC-nin direktoru X8 və o, hazırlanmış müqaviləni imzalamışlar. Əlavə olaraq Fəxrəddinə demişdir ki, rəhbərlik etdiyi tikintidə dələduzluq halları mövcuddur. Əgər bir problem olacaqsa, onu övladlarının yanında utandırmasın, ona verdiyi pullar qızının evini satdığı pullardır. Cavabdeh MMC-nin direktoru Fəxrəddin Hüseynov mənzilə dair heç bir problemin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Ona pulunun hamısını birdəfəlik ödəməsini, 2018-ci ilin iyun ayında gəlib evini təmir etdirməsini demiş və ona aid olan komplekt müqavilə sənədlərini (005 saylı müqaviləni, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını, vergi arayışını, ona verilən mənzilin layihəsindən çıxarışı da götürmüş və halallaşaraq ayrılmışlar. Bir müddət keçmiş, yaşadığı ünvana Cavabdeh MMC-nin direktoru Hüseynov Fəxrəddinin adından imza edilməmiş pretenziya məktubu gəlmiş, pretenziya imza edilməmişdi və həmin pretenziyanı götürüb Cavabdeh MMC-yə gəlmiş, nə baş verdiyini soruşmuşdur. Fəxrəddin Hüseynov ona işçilər tərəfindən səhv olaraq göndərildiyini, onun heç xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Fəxrəddindən 2018-ci ilin iyun ayına ev hazır olmalıydı bəs nə oldu soruşduqda, o bildirmişdir ki, maliyyə cəhətcə çətinlik çəkirlər, imkan varsa onlara pul, yaxud material köməkliyi etsin, o isə imkanının olmadığını, uşaqların mənzili gözlədiyini demiş və binanın nə vaxta təhvil veriləcəyini soruşmuş, Fəxrəddin Hüseynov binanın 2-3 aya hazır olacağını bildirmişdir. Daha sonra, dəfələrlə Cavabdeh MMC-nin ofisinə gələrək binanın nə vaxta təhvil veriləcəyini soruşmuşdur. 25 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə deyildiyinə yeni təyin olunmuş direktoru Tağıyev Rafiq ona zəng edərək mənzilinə qaz, su, elektrik sayğacları üçün ödəniş etməli olduğunu bildirmişdir. 26 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə gələrək sayğaclar üçün tələb olunan 1100 (bir min yüz) manat ödənişi etmişdir. 17 iyul 2021-ci il tarixdə binanın tikintisinin başa çatdığını, mənzillərin təmirinə icazə verildiyini eşitmişdir. Həmin tarixdə tikintisi başa çatan binaya gələrək ona aid 294 saylı mənzilə Fəxrəddin Hüseynovla birlikdə baxış keçirmiş, mənzilin açarlarının 4-nü Fəxrəddin Hüseynov ona təqdim etmiş və açarın birini özündə saxlamış, təmirə başlanma vaxtını özü ona bildirəcəyini demişdir. Üzürlü səbəblərdən bir müddət mənzilə baş çəkə bilməmişdir. Bir müddətdən sonra mənzilini təmir məqsədilə getmiş, mənzilin giriş qapısının kilidinin dəyişdirildiyini görmüşdür. Səbəbini soruşduqda bildirmişlər ki, hüquqşünasları ilə söhbət etsin. MMC-nin rəhbərliyini tapa bilməmişdir. Bir neçə gündən sonra Rafiq Tağıyev bildirmişdir ki, Fəxrəddinin xəstədir, pis xəstəliyə tutulub, bir az gözləmək lazım gələcəkdir. O isə xəstəliyin mənzilə nə aidiyyəti olduğunu, pulunu ödəyib mənzil aldığını, 5 ildir ki, pulunu alıb onu gözlətdiklərini bildirmişdir. O, mənzilin tikintisi məqsədilə 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat, sayğacların quraşdırılması üçün 1100 (bir min yüz) manat olmaqla, ümumiyyətlə Cavabdeh MMC-yə 79549 (yetmiş doqquz min beş yüz qırx doqquz) manat pul vəsaiti ödəmişdir ki, mənzil alsın. Cavabdeh MMC-nin direktoru tam səlahiyyətli şəxs kimi onunla imzaladığı müqavilənin şərtlərini pozur, onu vaxtaşırı incidir, hüquq və qanuni mənafelərini pozaraq dəyərini tam ödədiyi mənzilinə buraxılmır. Dəfələrlə, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikilən 1 saylı binaya gedir, rəhbər işçilər gizlənir, onu adi işçilər qarşılayırlar. O, qeyd edilən mənzilin tam dəyərini ödəyərək qarşılıqlı razılaşdırılmış şərtlərə görə mənzilə dair sahiblik, istifadə və mülkiyyət hüquqlarını əldə etmişdir. Lakin, cavabdeh çoxmənzilli yaşayış binasını tikən Cavabdeh MMC-nin rəhbərliyi zorakılıq hərəkətləri edərək ona aid mənzilin kilidini dəyişdirərək hüquqlarını və qanuni mənafelərini pozur və pozmaqda davam edir. Mənzil tikintisini şərtləşdikləri tarixdən 4 il müddətinə gecikdirən borclu Cavabdeh MMC binanı tikib qurtardıqdan sonra da bir il müddətinə onun sözlərinə əhəmiyyət verməmiş, onun ölkənin hüquq-müdafiə orqanlarına müraciət etməyini məcburiyyət qarşısında qoymuşdur. 4 il ərzində ona dəymiş zərər-aylıq 400 manat x 48 ay = 19200 (on doqquz min iki yüz) manatdır, bundan əlavə hüquq-müdafiə orqanlarına etdiyi şikayətlər, şikayətlərin yazılmasına, işindən azad olub, məmurların qəbuluna gedib-gəlməyə, iddia ərizəsinin hazırlanıb təqdim edilməsinə çəkilən xərclər, məhkəmə rüsumunu və digər izafi xərcləri 1500 (min beş yüz) manat qəbul edilsə, ona dəyən ümumi maddi zərər 19200+1500=20700 (iyirmi min yeddi yüz) manat yalnız ona dəymiş maddi zərərdir. Bundan əlavə 5 il müddətinə Cavabdeh MMC-nin onu uşaq kimi 5 gündən bir mənzil tikilən əraziyə gedib-gəlməyə, müxtəlif neqativ söhbətlərlə işindən ayırmağa məcbur etməsi nəticəsində əsəbləşdirmiş müxtəlif həkimlərə müraciət etməyinə, müxtəlif dərman vasitələrindən istifadə etməklə sağlamlığına vurduğu zərərin miqdarı böyük olsa da, həmin zərəri 10000 (on min) manat miqdarında dəyərləndirərək, ona vurulan maddi və mənəvi zərərin 30700 (otuz min yeddi yüz) manat miqdarında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh MMC ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin ona ünvan 7 ünvandakı satdığı mənzilin tam dəyəri 78449 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə ödənilmiş, quraşdırılan sayğacların dəyəri 26 may 2020-ci il tarixdə ödənilmiş, lakin Cavabdeh MMC sahiblik hüququna maneələr yaradaraq onu mənzilinə sahib olmağa imkan vermir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 152.1, 152.2, 159.1, 161, 163, 164.1, 164.2, 165.1, 445.1 və 445.3-cü maddələrinə istinad etmişdir.

18. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, ilk podrat müqaviləsi xx.xx.2017-ci ildə Rezai Bəhram adlı şəxslə bağlanmışdır. Müqaviləyə əsasən Bəhram tikinti üçün kərpic gətirəcəkdi, əvəzində onun qeyd etdiyi şəxslərlə mənzilə dair müqavilə bağlanacaqdı. Bundan sonra, iddiaçı ilə müqavilə bağlanmışdır ki, iddiaçı binaya kərpic və armatur gətirsin, əvəzində iddiaçıya mənzil veriləcəkdir. Kərpic və armatur gətirilmiş, armatur yaxşı olmadığından qaytarılaraq əvəzində tikinti materialları gətirilməsi təklif olunmuşdur. Odur ki, müqavilə bağlanan zaman deyil, müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya maliyyə arayışı verilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı məbləğdə ödəniş olmamışdır, müqavilə görünüş üçün bağlanmışdır, iddia tələbi əsassızdır, təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsində şahid X15 göstərmişdir ki, o, tikinti işləri ilə məşğul olur. Barter müqaviləsi əsasında işləyir. Belə ki, işlədiyi işlərin müqabilində mənzillər əldə edir və onları digər şəxslərə satır. MMC ilə də 2017-ci ildə müqavilə bağlamaqla briqadası ilə birlikdə hörgü-suvaq işləri görmüşdür. Gördüyü işlərin müqabilində 12 mənzil veriləcəyi razılaşdırılmışdır. Beş mərtəbə tikdikdən sonra digər tikintidə işləyən Şamil ilə tanış olmuş, Şamil ona bildirmişdir ki, tikinti üçün kərpic gətirə bilər, onunla razılaşmışlar. Şamil kərpic gətirdikcə, o da mənzillərdən ona vermiş, sonra Şamil ona demişdir ki, armatur da gətirə bilər. Təxmini 12.000 manat dəyərində kərpic gətirilmiş, sonra kərpic gətirilməmişdir. Mübahisəli mənzil armatur gətirilsin deyə yazılmışdır.

20. Birinci instansiya məhkəməsində şahid X9 göstərmişdir ki, o, MMC-də hüquqşünas vəzifəsində işləyir. İlk müqavilə Bərham adlı şəxs ilə bağlanmışdır. Bəhram adlı şəxs onlarla əməkdaşlıq etmişdir. Bir müddət sonra o, Şamil adlı şəxsi gətirmişdir ki, zavoddan ona kərpic və beton verilmədiyindən Şamil kərpic və beton işini həll edəcəkdir. Onlar da razılşmışdır. Fəxrəddin müəllim ilə bir otaqda oturduğundan, müqavilələri tərtib etdiyindən bütün olanlardan məlumatı vardır. Bəhram Famili gətirdikdə ona material əvəzi verilən mənzillərdən Şamilə material əvəzi verilməsini razılaşmışlar. Famil bir müddət sonra iddiaçını gətirərək onun köməyi ilə kərpic və armatur əldə edəcəklərinin əvəzində iddiaçıya mənzil veriləcəyini bildirmiş, bu barədə razılaşmışlar. Həmin vaxt müqavilə bağlansa da, maliyyə arayışı verilməmişdir. Lakin iddiaçı maliyyə arayışı verilməsə materialları gətirməyəcəyini demişdir. Bu səbəbdən də müqavilə bağlandıqdan bir müddət sonra maliyyə arayışı verilmişdir. 5000 manat dəyərində armatur istifadəyə yararsız olduğundan iddiaçıya geri qaytarılmışdır. Ümumilikdə 80.000 manat material gətirilməli idisə, 10000 manat dəyərində material gətirilmişdir.

21. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, "xxxx" MMC ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdehndən 50 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam olaraq cavabdehə ödənilməsi iddiaçı tərəfindən təqdim edilən müqavilə və maliyyə arayışı, iddiaçı tərəfindən 26 may 2020-ci il tarixdə qaz, su və elektrik sayğacları üçün 1100 manat məbləğində pulun MMC-yə ödənilməsi barədə qəbz, habelə iddiaçının özünün izahatı ilə tam təsdiq olunur.

23. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında müqavilənin formal müqavilə olması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, MMC-nin direktoru X6 və X14 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli protokolundakı barter olunan mənzillər arasında 294 nömrəli mənzilin (120.69 kv/m x 600) Rəzai Bəhram ilə razılaşdırılmasının iddiaçıya hər hansı aidiyyatının olmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Şahidlərin ifadələrinin mötəbərliliyi iş materialları ilə təkzib olunur.

24. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqları, öhdəlik və podrat münasibətlərini nizama salan maddi hüquq normalarına istinadən hesab etmişdir ki, iddia tələbi MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və mübahisəli mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir.

25. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, habelə tərəflərin izahatından göründüyü kimi mübahisəli mənzilini yerləşdiyi bina artıq tikilib qurtardığından öhdəliyin icrası gecikdirilmiş sayıla bilməz. Buna görə də iddia tələbi 19.200 manat maddi ziyan hissəsində əsassızdır və təmin edilməməlidir.

26. İddia tələbinin 10.000 manat mənəvi zərər hissəsinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, bu hissədə iddianı əsaslandıran sübutlar habelə, iddiaçının səhhətinin vəziyyəti və bunun cavabdehin təqsirli hərəkətləri ilə əlaqədə olmadığını təsdiq edən sübutlar olmadığından iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.

27. İddia tələbinin iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi üçün çəkilən 1500 manat hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin iddianı əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 178.8, 399.1, 442.1, 445.1, 752.1 və 752.2-ci maddələri ilə əsaslandırmışdır.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. MMC və iddiaçı arasında Mənzil Tikintisi haqqında xx.xx.2017-ci il tarixdə 005 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilə Şamil və İddiaçı ilə MMC arasında olan digər razılaşmanın təminatı qismində yazılmışdır. MMC ilə aralarında olan razılaşmaya əsasən binanın inşası üçün iddiaçı və Şamil armatur verməli idilər. Bunun müqabilində iddiaçının və digər 2 şəxsin adına mənzillərə dair müqavilə tərtib edilərək verilmişdir. Nə Şamil, nə də iddiaçı tərəfindən MMC-yə mənzillərin dəyəri ödənilməmişdir. Ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10000 manat hissəsinə kərpic və armatur verilmişdir. Sonradan isə iddiaçı və Şamil binanın inşası ilə əlaqədar armatur və kərpic gətirməkdən yayınmışlar. Məhkəmə tətbiq edilməli olan maddi normaları, yəni Mülki Məcəllənin 404, 425.2, 442 və 445.2.1-ci maddəsini tətbiq edərək iddia tələbini rədd etməli olduğu halda, həmin Məcəllənin 157, 178.8, 752-ci maddələrini tətbiq etmişdir. Sözügedən müqavilələr üzrə iddiaçı müqavilə şərtlərinə əməl edərək MMC ilə aralarında olan razılaşma şərtlərinə əməl etməyərək mənzilin dəyəri həcmində armatur verməmişdir. Tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyaraq həqiqəti əks etdirmir və tərəflər arasına olan başqa əqdin pərdələnməsi niyyəti ilə bağlanmışdır. Məhkəmə prosessual hüquq normasını da pozaraq iş üçün əhəmiyyətli olan faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmə iclasında dindirilmiş şahidlərin deyil, iddiaçının adına formal olaraq tərtib edilmiş müqavilə və maliyyə arayışını sübut qismində qiymətləndirilmişdir.

31. Mübahisəli mənzilə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçı mübahisəli mənzilin qapısını açmağa cəhd etsə də, həmin mənzilin kilidinin dəyişdirildiyi məlum olmuş, binanın komendantı zənglərə cavab verməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzil barədə məlumat verilməsi üçün MMC-yə sorğu vermişdir.

33. MMC sorğuya cavabında mübahisəli mənzilə dair 14 may 2022-ci il tarixdə X7 ilə müqavilə bağlanmasını bildirmiş və mənzilin sonuncuya aid olması barədə müvafiq sənədlər təqdim etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

35. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 göstərmişdir ki, mübahisəli mənzili 2022-ci ilin may ayında Sənan adlı şəxsdən alıb. Mənzil Ömər adlı şəxsin adına olmuşdur. Rafiq müəllim mənzili onun adına keçirmişdir. Bir müddət ödəniş etmiş, mənzili təmir etdirmişdir. 90000 manat civarında pul ödəmişdir. 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmışdır. Ondan əlavə olaraq 1500 manat almış və arvadından da imtina alaraq mənzili başqa adamın adına keçirmişlər.

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-693/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Ayaz Mahmudov)

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə iddia tələbinə qiymət verilməli, MMC və iddiaçı arasındakı müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulub-pozulmadığın araşdırılmalıdır. Çünki iddiaçının iddia tələblərinin qanuni əsasını məhz həmin müqavilə təşkil edir və belə olan halda məhkəmə belə bir tələbin olub-olmamasından asılı olmayaraq müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hər hansı şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəsi gedən mənzilə dair MMC və X7 arasında müqavilə bağlandığı zaman iddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuş, hətta iddiaçı tərəfindən 26 may 2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmişdir. Başqa sözlə, MMC-nin X7 ilə əqd bağlamaq səlahiyyəti, ümumiyyətlə olmamış, İmaməddin Musayevdən daha əvvəl müqavilə bağlayan iddiaçının müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə istinadən göstərmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı hüquqi mövqeyə uyğun olmamışdır. İddiaçı ilə mənzilə dair müqavilənin 2017-ci il tarixdə bağlamış olmasına baxmayaraq, mənzilin giriş qapısının açarlarının iddiaçının xəbəri olmadan dəyişdirilməsi (məhkəmə kollegiyasının yerində müayinə zamanı müəyyən edilmişdir) həmin əmlakın iddiaçının sahibliyindən çıxmasına və maneələrin olmasına dəlalət edir.

40. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, MMC və X7 arasında bağlandığı irəli sürülən xx.xx.2022-ci il tarixli müqavilə etibarsızdır və hər hansı hüquqi nəticə doğurmamışdır. Belə ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli mənzil iddiaçıya təhvil verilmədiyindən, onun sahiblik hüququnu həyata keçirməsinə maneə yaradıldığından iddiaçının bu barədə tələb irəli sürmək hüququ yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin iddianı təmin etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.2, 157.8, 165.1, 337.1, 337.4, 385.1, 386.1, 389.1, 399.1, 421.1, 442.1, 452.1, 752.2ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

43. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Musayev İmadəddin Müstəcəb oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi mənzil MMC tərəfindən İmadəddin Musayevə təhvil verilmişdir. O isə sonra həmin mənzili cavabdeh MMC-nin razılığı ilə Maraqlı şəxs dəyərini almaqla təhvil vermişdir. Bundan sonra Maraqlı şəxs həmin mənzildə yaşamağa başlamışdır. Hazırda da ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İmaməddin Musayev birinci instansiya məhkəməsində mülki işə cəlb edilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsində mənzilin faktiki olaraq kimə təhvil verilməsi, mənzildə kimin yaşaması, mənzilin ümumi vəziyyəti araşdırılmamışdır. İmaməddin Musayev apellyasiya instansiyası məhkəməsində mülki işə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İmaməddin Musayev məhkəmə iclasında mübahisəli mənzili Maraqlı şəxs adlı şəxsə təqdim etdiyini, mənzildə hazırda Maraqlı şəxs yaşadığını bildirsə də, həmin hallar məhkəmə qətnaməsində qeyd edilməmişdir. İşin bu cür iş üzrə əhəmiyyət kəsb edən hallarına məhkəmə tərəfindən qiymət verilməmişdir. Mənzilin iddiaçının sahibliyində olmasını sübut edən heç bir sənəd iş materiallarında yoxdur. Mənzil heç vaxt iddiaçının sahibliyində olmamışdır. Mənzilin İmaməddin Musayevə təhvil verilməsi barədə isə iş materiallarında sənəd olmuşdur. Məhkəmə öz qətnməsinin 10-cu bəndində həmin sənədə istinad etmişdir. Mənzil İmaməddin Musayevin sahibliyində, istifadəsində olmuş daha sonra isə dəyəri ödənilməklə Maraqlı şəxs təhvil verilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbi baxımından iddiaçının həmin mənzili tələb etmək hüququnu istisna edilir.

45. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Maraqlı şəxs kassasiya şikayəti digər kassator İmadəddin Musayevin şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya baxışında mənzilin ona təhvil verilməsi, mənzildə onun yaşaması bildirilsə də, apellyasiya instansiyası məhkəməsi onu işə cəlb etməmişdir. O, qətnamədən İ.Musayev vasitəsilə xəbər tutmuşdur.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4677/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-299/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

48. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 nömrəli, 3 otaqlı mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Musayev tərəfindən alınmış, o, mübahisəli mənzili təmir etdirəndən 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmasını, əlavə 1500 manat pul ödəməsini və arvadından da imtina alınaraq mənzilin başqa şəxsin adına keçirilməsini desə də apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin bu izahatına heç bir əhəmiyyət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, mübahisəli mənzilin kimə və nə vaxt satılmasına aydınlıq gətirməmiş, həmin şəxsin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələblərinə əsasən işə cəlb edilib-edilməməsini tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Halbuki mübahisəli mənzilə dair Maraqlı şəxsla bağlanmış 07 yanvar 2023-cü il tarixli müqavilə vardır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

50. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, Maraqlı şəxs, onların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

51. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümyəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

52. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

53. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

57. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

58. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

59. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

60. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

61. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

62. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

64. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

65. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

67. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

70. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

72. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

73. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

74. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

75. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

76. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

77. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4677/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-299/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

81. Belə ki, işə baxılan zaman mübahisəli mənzilə dair X7 ilə cavabdeh arasında müqavilə olsa da o, birinci instansiya məhkəməsində müəyyən edilərək işdə iştirak etməyə cəlb olunmamış, nəticədə onun hüquq və vəzifələrinə toxunan məsələ həll edilmişdir. Bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

82. Məhkəmə kollegiyası mübahisənin mahiyyətinə münasibətdə hesab edir ki, hazırkı mübahisə üzrə ilk növbədə tərəflər arasındakı müqavilənin etibarlı olub-olmadığına qiymət verilməlidir.

83. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).

84. Hər hansı əqdin (o cümlədən mübahisələndirilən müqavilələrin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

85. İşdən göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında müqavilə bağlandığını etiraf edir. Lakin həmin müqavilənin digər razılaşmanın təminatı qismində yazılmasını, iddiaçı tərəfindən MMC-yə mənzilin dəyərinin ödənilmədiyini, ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10.000 manat hissəsinə kərpic və armatur verildiyini, müqavilənin formal xarakter daşıyaraq həqiqəti əks etdirmədiyini və tərəflər arasına olan başqa əqdin pərdələnməsi niyyəti ilə bağlanmasını göstərir.

86. Kollegiya qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

87. İşdə olan Cavabdeh MMC-nin direktoru X6 və İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı 5-ci blok 5-ci mərtəbə 294 №-li mənzil, izolə olunmuş 3 (üç) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 120.69 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 650 (altı yüz əlli) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 78.448 manat tam ödənilmişdir. Maliyyə arayışı ilə həmin mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənildiyi və Cavabdeh MMC-yə borcunun olmadığı qeyd olunur.

88. Göründüyü kimi cavabdeh tərəfindən həmin müqavilənin digər razılaşmanın təminatı qismində yazıldığı, iddiaçı tərəfindən MMC-yə mənzilin dəyərinin ödənilmədiyi, ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10.000 manat hissəsinə kərpic və armatur verildiyi göstərilsə də, özünün qeyd etdiyi kimi deməli əslində bağlanılmış əqd lazımınca icra edilməmişdir. Lakin iddiaçıya həmin gün mübahisəli mənzillə bağlı bağlanmış mübahisələndirilən müqavilədə onun dəyərinin hissəvi deyil tam ödənildiyi barədə müvafiq qeydiyyat aparılmış, hətta maliyyə arayışı da verilmişdir.

89. Maliyyə arayışı isə mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərən ciddi hesabat sənədidir. Halbuki cavabdehin istinad etdiyi kimi əgər icra hissələrlə qəbul edilməli idisə onun ödənişlə bağlı müvafiq qeydiyyatı hissələrlə göstərməyə imkanı var idi.

90. Digər tərəfdən işdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmiş, ödənişi Cavabdeh MMC-nin direktoru olan X13 qəbul etmişdir.

91. Göründüyü kimi cavabdeh istinad etdiyi dəlillərlə bağlı halları mötəbər sübutlarla əsaslandıra bilməmiş, göstərdiyi halları sübuta yetirə bilməmişdir.

92. Hazırkı mübahisə üzrə isə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflərin iradə ifadələrinə uyğun olaraq həyata keçirilmiş və müqavilənin etibarsız hesab edilməsi üçün isə əsaslar yoxdur.

93. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

94. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

95. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

96. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaya qarşı etirazın və apellyasiya şikayətinin əsasları sübuta yetirilmədiyindən, iddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunmasına hüquqi əsas vardır.

97. İşdən həmçinin görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iş üzrə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul olunmuş, nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də ki birinci apellyasiya icraatı zamanı iş araşdırılan zaman cavabdehin nümayəndəsi tərəfindən mənzilin X1 ilə bağlı hər hansı məlumat verilməmişdir, hətta mənzilə dair mübahisənin bitmədiyi müddətdə cavabdeh xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə dair Maraqlı şəxs ilə növbəti müqavilə bağlayır.

98. Yalnız birinci apellyasiya icraatı zamanı məhkəmənin sorğusu əsasında Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 042 nömrəli məlumat xarakterli arayışı (İ cild iş v. 188) ilə bildirilmişdir ki, İddiaçı adına olan 16 mərtəbəli binanın 5-ci blok, 5-ci mərtəbə, 120,69 kvadrat metr sahəsi olan 294 saylı mənzilə dair Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə X7 ilə müqavilə bağlamışdır.

99. Lakin işdən görünür ki, arayış tərtib olunan xx.xx.2023-cü il tarixdə artıq Cavabdeh MMC ilə mübahisəli mənzilə dair Maraqlı şəxs arasındakı müqavilə mövcud olmalı idi. Belə ki, həmin müqavilədə onun bağlanma tarixi xx.xx.2023-cü il göstərilmişdir. Buna baxmayaraq məhkəmənin sorğusuna verilmiş cavabda həmin müqavilədən bəhs edilmir, Maraqlı şəxs adı ümumiyyətlə göstərilmir.

100. Birinci apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçı mübahisəli mənzilin qapısını açmağa cəhd etsə də, həmin mənzilin kilidinin dəyişdirildiyi məlum olmuş, binanın komendantı zənglərə cavab verməmişdir.

101. Birinci apellyasiya icraatı zamanı məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 göstərmişdir ki (İ cild iş v. 211), mübahisəli mənzili 2022-ci ilin may ayında Sənan adlı şəxsdən alıb. Mənzil Ömər adlı şəxsin adına olmuşdur. Rafiq müəllim mənzili onun adına keçirmişdir. Bir müddət ödəniş etmiş, mənzili təmir etdirmişdir. 90000 manat civarında pul ödəmişdir. 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmışdır.

102. İşdən həmçinin görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(105)-44/2023 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən mübahisəli mənzilə təmir məqsədi ilə buraxılmış şəxsin və digər şəxslərin həmin mənzilə girişinə qadağa qoyulmuşdur.

103. Hazırkı icraat zamanı üçüncü şəxs Maraqlı şəxs isə izahatından görünür ki, o, mənzili özünün təmir etdirdiyini və təmir gedən zaman həmin mənzildə yaşadığını bildirmişdir.

104. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonunda X7 adına abonent kodu mövcud deyil.

105. Həmin məktuba əlavə edilmiş Maraqlı şəxs məxsus abonent haqqında məlumatdan görünür ki, o, abonent kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb.

106. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin məktubundan və müqavilədən görünür ki, Maraqlı şəxs mənzilinə abonent kodu xx.xx.2023-cü ildə açılmışdır.

107. İş materiallarına əlavə olunmuş Sumqayıt QİS-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 AGİS bazasında tapılmadı.

108. Həmin məktuba əlavə edilmiş Maraqlı şəxs adına olan abonentin saldosundan görünür ki, 294 nömrəli mənzildə sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır.

109. Göründüyü kimi mübahisəli mənzildə yaşamaq üçün zəruri olan komunnal xəttlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə mübahisənin onun iştirakçılarına bəlli olduğu və davam etdiyi dövrdə çəkilmişdir.

110. Bunun əksini sübut etmək üçün üçüncü şəxslərin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş kommunal xidmətlərlə bağlı imzasız və möhürsüz qəbzləri isə məhkəmə sübut növü kimi qəbul etmir.

111. Belə ki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

112. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəsi gedən mənzilə dair Cavabdeh MMC və X7 arasında xx.xx.2022-ci il tarixdə, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlandığı zaman İddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuşdur. Bu hal cavabdehə məlum olsa da, müqavilə üzrə ödənişi, sayğaclar üçün ödənişləri ayrı-ayrı vaxtlarda qəbul edərək mənzilin iddiaçıya təhvil verilməsi kimi öhdəliyin icra edildiyi görünüşünü yaratsa da, sonradan mülki qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə daha əvvəl bağlanmış müqaviləni qanunla müəyyən edilmiş qaydada ləğv etmədən, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla sonrakı müqavilələri bağlamış və mənzili üçüncü şəxslərə təhvil vermişdir. Hətta iddiaçıya mənzilin təhvil verilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarıldığını bilsə belə, o, təkrarən xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ilə mübahisəli mənzilə dair müqavilə bağlayaraq mənzilin təmirinə şərait yaratmışdır.

113. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

114. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

115. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC və X7 arasında xx.xx.2022-ci il, Cavabdeh MMC və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixlərdə bağlandığı irəli sürülən müqavilələr etibarsızdır. İddiaçılə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olduğundan və müqavilə üzrə öhdəlik onun tərəfindən tam şəkildə icra edildiyindən, Cavabdeh MMC isə müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən, iddiaçının-Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

116. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

117. Mübahisələndirilən qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyindən və iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi barədə hissəsinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir.

118. Beləliklə qeyd edilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzil İddiaçı təhvil verilməli, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

119. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumunun 50 manatı MPMin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzil İddiaçı təhvil verilsin, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən dövlət rüsumuna görə 50 (əlli) manat tutulub İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver