Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-529/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1m katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin, alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunması, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus, Quba şəhəri, 15ci məhəllədə yerləşən, 0,04 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin arasından keçən yolun Cavabdeh1 tərəfindən məcburi qaydada boşadılması və çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcmini artırılması və əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunmaları və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Vüqar Seyidov) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki işin icraatında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçılara hazırki ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İddiaçı Quba Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(027)-32/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunaraq, işə Quba Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq, onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək, həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyrimümkün hesab etməkdə haqlıdır”. Göstərilənlərə əsasən qeyd edir ki, onun iddia tələbi Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş 05.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsi üçün heç bir əsas olmadığından, inzibati məhkəməsində baxıla bilməz. Belə ki, şəhadətnamənin hansı əsaslarla verilməsi məsələsi araşdırılarkən, X4 filialından alınmış cavabdan məlum olur ki, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN- 4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Quba rayon Aqrarhat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı olmamışdır. Belə olduğunda bu şəhadətnamənin etibarsız hesab edilməsindən yox, onun ləğvindən söhbət gedə bilər. Konstitusiya Məhkəməsinin qərarının mənası budur ki, qanunsuz sənədin verilməsinə inzibati orqanın qanunsuz hərəkəti (hərəkətsizliyi) səbəb olmuşsa, həmin sənədin etibarsızlığı barədə iddia qaldırılmalıdır və bu iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Yox, əgər qanunsuz sənədin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində verilməsi iş materialları ilə təsdiq olunmursa, burada qanunsuz sənədin ləğvi barədə mülki icraat qaydasında iddia qaldırılmalıdır. Şəhadətnamə ləğv olunarsa, ondan doğan hüquqi nəticələr də ləğv olunmalıdır ki, bu iddialara da rayon məhkəməsində baxılmalıdır. Məhkəmə mülki iş üzrə icraata xitam verməsini “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsaslanmaqla, belə şərh edir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır”. O, isə iddiada Şəhadətnamənin ləğvini tələb edərkən, inzibati orqan tərəfindən qeydiyyatın düzgün aparılmamasını mübahisələndirmir, həmin şəhadətnamənin hansısa inzibati orqan tərəfindən verilməsi belə məhkəmə baxışında müəyyən olunmur. X4 filialı bildirir ki, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN-4722A D 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Quba rayon Aqrar-İslahat Komissiyasının xx.xx.2000-ci ili, 05 saylı qərarı olmamışdır. İnzibati orqan Şəhadətnaməni olmayan qərar əsasında verə bilməzdi. Bu halda Cavabdeh1 verilmiş Şəhadətnamənin mötəbərliyi şübhə predmeti olur və Şəhadətnamənin ümumiyyətlə saxta olmasına şübhələr doğur. Bu halda məhkəmə ya həmin Şəhadətnamədə göstərilən, guya Şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması səbəbindən, Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsaslanmaqla (“Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir”), Şəhadətnamənin necə alınmasını araşdırmaq üçün xüsusi qərardad çıxarmalı, ya da Şəhadətnamənin saxta olub-olmamasını müəyyən etmək üçün Şəhadətnamənin əslini DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb etməklə, müvafiq ekspertizalar təyin etməli idi. Belə ki, bundan sonra məlum olacaq idi ki, Şəhadətnamə saxtadır, yoxsa Şəhadətnaməni verən inzibati orqanın qanunsuz hərəkəti əsasında verilib, bu hallara aydınlıq gətirildikdən sonra, iddianın məhkəmə aidiyyatı bir daha araşdırılaraq, əsaslı qərar qəbul olunmalı idi. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05.2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, “Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qismən, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi hissəsində və həmin qərardadla bağlı 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın qeyd edilən hissə üzrə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, qeyd edilən tələblər üzrə sonrakı prosessual hərəkətlərin aparılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmalı, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsində isə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2ci madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunan hüquqi mövqeyə müvafiq olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən JN4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı əsasında verilmişdir. Həmçinin, həmin şəhadətnamə əsasında Cavabdeh1 xx.xx.2016-cı il qeydiyyat tarixli, **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir ki, iddiaçı da hər iki hüquqmüəyyənedici sənədi, başqa sözlə mülkiyyət hüququna dair qeydi mübahisələndirmişdir ki, bununla da Şəhadətnaməyə əsasən müvafiq qeydiyyatın inzibati akt əsasında aparılması, mülkiyyət hüququna dair qeydin (Çıxarışın) isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi kimi müəyyən edilməkdədir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Quba rayon Aqrar- İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarının ümumiyyətlə mövcud olmaması, buna görə də şəhadətnamənin saxta olması ilə əlaqədar həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan X4 Filialının 28 dekabr 2024-cü il tarixli arayışında Quba rayon Aqrar-İslahat Komissiyasının 05 saylı qərarının xx.xx.2000-ci il tarixdə deyil, xx.xx.2000-ci il tarixdə keçirilmiş iclasda qəbul edildiyi qeyd olunmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə inzibati aktın rekvizitlərində müvafiq texniki səhvin olması da mümkün olan haldır. Digər tərəfdən həmin şəhadətnamənin verilməsinə əsas olmuş inzibati aktın mövcud olmaması, yəni Şəhadətnamənin saxta sənəd olması halında isə iddiaçının hüquqi marağı yalnız həmin şəhadətnamə əsasında aparılmış qeydin (hazırkı halda Cavabdeh1 aid xx.xx.2016-cı il qeydiyyat tarixli, **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair qeyd) mübahisələndirməsindən ibarət olur ki, bu da mübahisənin inzibati hüquq münasibətlərinin predmeti olmasını təsdiq edir. Beləliklə, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin istər müvafiq inzibati orqan tərəfidən qanunsuz şəkildə verilməsi, istərsə də şəhadətnamənin saxta sənəd olması ilə bağlı onun əsasında müvafiq qeydiyyatın aparılması və ya şəhadətnamənin qanunsuz inzibati akt əsasında verilməsi ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərinin predmeti hesab olunur ki, bu halda qeyd olunan mübahisələr üzrə tələblər müvafiq inzibati orqanlara qarşı qaldırılmaqla, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz hesab olunur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən tələblər üzrə iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin tələblərə mülki məhkəmə icraatı çərçivəsində baxılması yolverilməz olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” hissəsi üzrə işin icraatına xitam verilməsi barıədə birinci instansiya məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin sökülməsi” tələbləri üzrə yaranmış mübahisələr mülki münasibətlərdən yaranmış hesab olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qismən, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi hissəsində və həmin qərardadla bağlı 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın qeyd edilən hissə üzrə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, qeyd edilən tələblər üzrə sonrakı prosessual hərəkətlərin aparılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmalı, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN- 4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsində isə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 3980.02, 400, 402.2.4,405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi hissəsində və həmin qərardadla bağlı 2(027)- 32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın qeyd edilən hissə üzrə şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Qeyd edilən tələblər üzrə sonrakı prosessual hərəkətlərin aparılması üçün mülki iş Quba Rayon Məhkəməsi qaytarılsın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаddan rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-529/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-529/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver