Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-546/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ümumi əmlakların bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X15 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli, 4-Ə-313 nömrəli reystrlə ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm olan mənzilin bağışlama müqaviləsinin, həmin müqavilə əsasında onun adına daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilin ½ hissəsinin, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evin ½ hissəsinin, Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin, Sumqayıt şəhəri, N. Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kvm-lik qeyri-yaşayış sahəsinin ½ hissəsinin müəyyən edilməsi barədə qətnamə və bağışlama müqaviləsi ilə əlaqədar proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh4 ilə evlənib ailə həyatı qurublar. Nikahlarını 17 may 1998-ci ildə rəsmi qeyd etdiriblər. Ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşayıblar. Aralarında yaranmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Nikahın pozulması barədə şəhadətnamə xx.xx.2024-cü ildə alınmışdır. Ər-arvad kimi yaşadıqları dövrlərdə Abşeron rayonunda və Sumqayıt şəhərində ümumi vəsaitləri hesabına bir neçə daşınmaz əmlaklar alınmışdır. Nikahlarınını pozulması ilə əlaqədar birgə nikah dövrlərində əldə olunmuş əmlaklar bərabər şəkildə bülünməli və payları müəyyən edilməlidir. Bunlardan başqa, cavabdeh nikahlarının xitamı barədə 16 fevral 2024-cü il tarixl Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh4la nikah müddətində Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi (24 kvm. köməkçi sahəsi 18 kvm – bir otaqlı), ünvan 3 ünvanında 128.7 kvm sahəsi olan mənzil, xx.xx.2007-ci ildə Abşeron rayonu Hökməli bələdiyyəsinin 64 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 12 kvm-lik qeyri yaşayış obyekti əldə edilmişdir. Yuxarıda qeyd olunan daşınmaz əmlaklar nikah müddətində əldə olunduğundan həmin əmlaklara dair paylar bərabər hesab edilir. Cavabdeh4 aralarında olan nikah müqaviləsinin pozulması ilə əlaqədar birgə nikah döründə əldə edilmiş əmlakları tam şəkildə əldə etmək məqsədi ilə bir qrup şəxslərlə əlaqəyə girib saxta sənədlər tərtib etdirmiş və notariat vasitəsi ilə bağışlama müqaviləsi ilə ona düşən payını bağışlamaqla uydurma əqd bağlamaqla qanunsuzluğa yol verilmişdir. Ona görə də bağışlama müqaviləsi bağlandığı andan etibarsız hesab edilir (MM-nin 337.4). Ona görə də cavabdehlərin bağladıqları əqd hüquqi nəticələrə səbəb ola bilməz. Əqdin bağlanmasında onun iradə və ifadəsi olmamışdır. Həmçinin bağışlama müqaviləsindən Sumqayıt DƏDK və Reystr Rublik hüquqi şəxsi 2 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli vəkil sorğusuna verdiyi cavabdan sonra xəbərdar olub. Bu barədə tərəflərə şifahi məlumatlar verilmişdir. Ərarvadın ümumi əmlakların bölünməsi haqqında Azərbaycan Respublika Ali Məhkəməsinin xx.xx.2024 saylı qərarının 7.8-ci bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edilən vicdanlı olduğu hallarda da şamil edilir. Həmin qərarın 7.9-cu bəndində göstərilir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onların biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır.
3. Cavabdeh4 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla yalnız iddiaçının qərəzli niyyəti ilə yazılmış, eləcə də heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələblərdir. Buna görə də heç bir dəlil-sübuta söykənməyən və həqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri rədd edilməlidir. Belə ki, iddia ərizəsi həm faktlar nöqteyi-nəzərindən və həm də istinad etdiyi normalar baxımından əsassızdır, bu səbəbdən də aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbləri məhkəmə tərəfindən rədd edilməlidir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçının irəli sürdüyü tələblərinin hüquqi əsası olmamaqla yanaşı, iddia ərizəsində göstərdikləri işin faktiki halları ilə düz gəlmir, iddiası konkret dəlillərlə təkzib olunur və hər hansı sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı öz ərizəsində məhkəməyə yalan məlumat verib bildirir ki, guya İddiaçı Cavabdeh4 ilə 17 may 1998-ci ildə rəsmi nikaha girdikdən sonra ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşamış, aralarında yaşanmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Bununla əlaqədar işin həqiqi və faktiki hallarını məhkəmənin nəzərinə çatdırıb bildirirlər ki, İddiaçı Cavabdeh4 ilə xx.xx.1998-ci ildə nikah daxil olub ailə qurmuş və aralarında olan rəsmi nikahları İddiaçı iddia tələbi əsasında xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi aralarında olan nikaha 16 fevral 2024-cü il tarixdə deyil, məhz xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Nikah pozulandan sonra onlar arasında ailə münasibətləri kəsilmiş, birlikdə yaşamamış və hər hansı birgə təsərrüfat aparmamışlar. Lakin, göründüyü kimi iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə uydurma mülahizələrinə inandırmaq üçün iddia ərizəsində işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyununa alət etməyə çalışır. Bundan başqa, iddiaçı öz ərizəsində məhkəməyə təkrar yalan məlumat verib bildirir ki, guya cavabdeh nikahlarının xitamı barədə 16 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Bununla əlaqədar olaraq işin həqiqi və faktiki hallarını məhkəmənin nəzərinə çatdırırlar ki, sözügedən əmlak (ünvan 1 ünvanında yerləşən 128.7 kvm-lik mənzil) sənəd üzərində Cavabdeh4 adında olsa da, onlar bu mənzili birgə nikah dövründə ailə büdcəsi hesabına almamış, alındığı gündən həmin mənzilin əsl sahibi Cavabdeh1 olmuşdur. Belə ki, sözügedən mənzili digər əmlaklarla birlikdə Cavabdeh1 öz vəsaiti hesabına satın aldığına görə əvvəldən ona məxsus olmuşdur. Sadəcə həmin vaxt Cavabdeh1 özü xarici ölkədə yaşadığına görə alqı-satqı işlərinin aparılmasını və aldığı əmlakları həmin vaxt Azərbaycanda yaşayan qardaşı Cavabdeh4 adına müvəqqəti rəsmiləşməsini tapşırmışdır. Eyni zamanda digər əmlakları da qardaşı Cavabdeh1 öz vəsaiti hesabına satın aldığından həmin əmlakların əsl sahibi odur. İşin həqiqi və faktiki halı odur ki, sözügedən əmlakların sənədlərində Cavabdeh4 adı formal olaraq olmuş və hər hansı bir mülkiyyət hüququnun olmasından söhbət gedə bilməz. Bu faktları İddiaçı özü də yaxşı bilir ki, həmin əmlakların onların ailəsinə heç bir aidiyyatı yoxdur və birgə nikah dövründə ailə təsərrüfatı hesabına alınmamışdır. Lakin, iddiaçı qərəzli və məqsədli şəkildə bu faktları qəsdən məhkəmədən gizlədərək qanuni şəkildə bağlanılmış bağışlanma müqaviləsini şübhə altına salmağa çalışır. Halbuki, mənzilin əsl sahibi olan Cavabdeh1 tələbi ilə Cavabdeh4 belə bir sənədləşmənin aparılması üçün müvafiq notariat kontoruna müraciət etmiş, bunun üçün lazimi olan sənədlərə Bakı şəhəri 11 saylı notariat ofisində baxıldıqdan sonra tam qanuni şəkildə bağışlama müqaviləsi rəsmiləşdirilmiş və sözügedən mənzil əsl sahibinə - yəni Cavabdeh1 geri qaytarmışdır. Bu prosesdə hər hansı qanunsuzluqdan və saxta sənədləşmədən söhbət gedə bilməz. Lakin, iddiaçı MMnin 337.4-cü bəndini əsas gətirsə də, belə bir halı sübuta yetirən hər hansı möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də əqdin etibarsızlığı üçün vacib olan hər hansı şərt yoxdur və iddiaçının formal mülahizələrinə görə qanuni şəkildə bağlanmış əqd etibarsız hesab edilə bilməz. Mülki qanunvericiliyin tələblərinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası MM-nin 334.1-ci maddəsinə əsasən “Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.” Qanun normalarının tələblərindən göründüyü kimi daşınmaz əşyanın bağışlanması haqqında müqavilə yazılı formada bağlanmış və notariat qaydasında təsdiqlənmişdir ki, bu da daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılması üçün əsas şərtlərdəndir və olması mütləqdir. Əgər həmin şərtlərə əməl edilməzsə bu zaman müqavilənin etibarlılığını şübhə altına alan hallar ortaya çıxa bilərdi. Hazırkı mübahisə üzrə isə bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hallar və əsaslar belə yoxdur. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olması vacib şərtlərdəndir ki, hazırki işdə bütün bu şərtlərə və tələblərə Notariat kontoru tərəfindən tam əməl edilməklə həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edilərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmunununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. İşə əlavə edilmiş notariat işinin materiallarından aydın olur ki, sözügedən bağışlanma müqaviləsi bağlanarkən «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə tam əməl edilmişdir. Göründüyü kimi iddiaçı öz ərizəsində əqdin etibarsızlığından bəhs edərək guya həmin əmlaklarda payının olmasına dair əsassız mülahizələr irəli sürür. Lakin, işin əslinə baxdıqda məlum olur ki, iddiaçı əsassız varlanmaq niyyəti ilə məhkəməyə yalan məlumatlar verərək ona aid olmayan əmlaka sahiblənməyə çalışır. Qeyd olunanlara və iş materiallarına əlavə edilmiş dəlil sübutlara əsaslanaraq bildirirlər ki, iddiaçı belə bir tələb irəli sürməsi heç bir hüquqi əsası olmayan, qanunsuz və əsassız mülahizələrdir. Məlumdur ki, iddiaçı bu yollara əla ataraq çalışır ki, əsassız varlanmaqla digər şəxslərin qanunla qorunan hüquq mənafeini pozsun. Bundan başqa, iddiaçı öz ərizəsində bütün bunlardan guya məlumatsız olduğunu və sonradan xəbər tutduğunu bildirmişdir. Lakin, iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxmaqla vaxtında lazim olan hərəkətləri etməmiş və beləcə hazırki tələbləri irəli sürməmişdir. Halbuki, 2018-ci ildə nikahın pozulmasını tələb edən şəxs kimi öz hüquqlarını yaxşı bilirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin tətbiqi ilə bağlı Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür. Bu əsasla qanunvericiliyin tələblərini əsas tutaraq hazırki işə iddia müddəti tətbiq edilməklə iddiaçının iddia ərizəsi rədd edilməlidir. Ailə Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qanun normasının tələbindən göründüyü kimi, bu kimi öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. Qeyd olunan qanun normasının tələbindən göründüyü kimi iddaçının əmlak tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu halda, iddiaçı 6 il sonra məhkəmədə belə bir iddia tələbi qaldırmışdır. Lakin, göründüyü kimi qeyd olunan tarixdən hesabladıqda, iddiaçı nikah pozulduqdan sonra 3 il müddətində əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticə etibarı ilə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. İddia müddətin buraxılması isə mülki qanunvericiliyə görə iddianın rədd olunması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, işin materiallarından göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir. Belə ki, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. AR Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tələblərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi iddia müddətinin keçməsi ilə əlaqədar yuxarıda qeyd olunan qanunvericilik normalarına eləcə də Ali və Konstitusiya Məhkəməsinin Plenumu qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına əsaslanaraq hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə verdiyi iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunan qanun normalarından və iş üzrə təqdim olunmuş dəlil-sübutlarla tam təsdiqini tapır ki, sözügedən əmlakların əsl sahibi olan Cavabdeh1 öz vəsaiti hesabına satın aldığı həmin əmlaklarla İddiaçı heç bir hüquqi bağlılığı olmayan şəxsdir, bununla olmaqla yanaşı, ona qarşı məhkəmədə belə bir iddia tələbləri qaldırmaq hüququ yoxdur və bu tələbləri kökündən əsassız və qanunsuzdur. Sözügedən əmlaklar üzərində heç bir haqqı hüququ olmayan iddiaçı hansı haqla məhkəmədə belə bir iddia irəli sürür?! Halbuki, iddiaçının irəli sürdüyü tələbləri formal mülahizələr olmaqla heç bir əsası olmayan, dəlil-sübuta söykənməyən, qanunsuz tələbdir və bu tələbin təmin olunması tam qanunvericiliyə ziddir. İddiaçının məqsədi yalnız başqasının hüquq mənafenin pozulması nəticəsində qanunsuz şəkildə əsassız varlanmaqdır. MM-nin 560.1-ci maddəsinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.”
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsi ilə (X9) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 64-cü il tarixli 4-Ə313 №-li bağışlanma müqaviləsi və müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına dair çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil və Abşeron rayon Saray qəsəbəsi 24 kv.mköməkçi sahəsi 18 kv.m 1 otaqlı yaşayış evi üzərində ½ hissədə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının, ½ hissədə Cavabdeh4 paylarının müəyyən olunması, birgə nikah dövründə əldə olunmuş Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Cavabdeh4 satılmış Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinə və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə, ev 10/7də yerləşən 12 kv.m-lik qeyri-yaşayış sahəsinə (o cümlədən torpaq sahəsinə) hüquqda iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının və Cavabdeh4 paylarının bərabər (½ hissədə) müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh4 160 (bir yüz altmış) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızına ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah 2018-ci il tarixdə məhkəmə qərarına əsasən pozulmuş, lakin daha sonra tərəflər barışmış və 2021-ci ilin iyun ayına kimi birlikdə yaşamışlar. Məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş foto və video görüntülərdə tərəflərin (İddiaçı və Cavabdeh4) bir ailə kimi birlikdə vaxt keçirdiyini əks etdirən görüntülər yer alımışdır. Bu foto və video görüntülərdən birinin xx.xx.2020-ci ilə aid olduğu görünür. Məhkəməyə təqdim edilən İddiaçı və Cavabdeh4 adına rəsmiləşdirilən təyyarə biletlərinin tarixi isə xx.xx.2019-cu ilə aiddir. Sundsvall Kvinnojouren qadın sığınacaq evindən verilmiş xx.xx.2024-cü il tarixli sertifikatın məzmunundan isə görünür ki, İddiaçı Şəxsi Təhlükəsizlik Qrupu və Sosial Xidmətlər Sundsvall tərəfindən xx.xx.2021-ci il tarixdə Kvinnojourenə yerləşdirmiş, xx.xx.2021-ci il tarixədək orada qalmışdır. İddiaçı izahatında 2018-ci ildə boşanmaq üçün ərizə verdiyini, sonradan əri qohumlarının köməyi ilə onu əri və uşaqlarının yanına qayıtması üçün razılığa gətirdiyini, həmin tarixdən əri tərəfindən fiziki zorakılığa məruz qaldığı xx.xx.2021-ci il tarixədək əri və uşaqları ilə birlikdə eyni ünvanda yaşadığını bildirmişdir. Məhkəmə qeyd edilən sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, həmin sübutlar tərəflərin ailə münasibətlərinin xx.xx.2021-ci il tarixədək davam etdiyini təsdiq edir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Cavabdeh4 şəxsən iştirak etdiyi məhkəmə iclaslarında izahatını nisbətən dəyişsə də, elektron vasitələrlə məhkəmə iclasına qoşulduğu birinci iclasda boşandıqdan sonra İddiaçı onların yaşadığı mənzilə gəlib-getdiyini, lakin 2021-ci ilin iyun ayında aralarında baş verən mübahisədən sonra onu bir daha mənzilə buraxmadığını bildirmişdir. Cavabdeh iddiaçının yalnız uşaqlara görə 2021-ci ilin iyun ayına kimi onların yaşadığı mənzilə gəlib-getdiyini bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı hesab etmir və özünümüdafiə xarakterli qiymətləndirir. İddiaçı xx.xx.2024-cü il tarixdə qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlamış, bundan sonra Mediasiya Təşkilatına müraciət etmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Beləliklə tərəflərin ailə münasibətlərinin xx.xx.2021-ci il tarixə kimi davam etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə 3 illik iddia müddətini ötürməmişdir. Məhkəmə bu nəticəyə gələrkən mübahisəli mənzilin bağışlanmasının 2024-cü ildə baş verdiyini və iddiaçının yalnız həmin vaxtdan sonra bu barədə məlumatlı olmasını da nəzərə alır. Tərəflər mübahisəli əmlakların birgə nikah dövründə alınmasını mübahisələndirmirlər. Lakin cavabdeh tərəf mübahisəli əmlakların tərəflərin birgə vəsaiti hesabına deyil, qardaşı – digər Cavabdeh1 maddi vəsaiti hesabına alındığını iddia edir. Hazırki iş üzrə iddiaçı tərəf mübahisəli mənzilin birgə nikah dövründə alınmaqla birgə gəlirlər hesabına alındığını sübuta yetirə bilmiş, cavabdeh isə mübahisəli mənzilin qardaşı tərəfindən onun maddi vəsaiti hesabına alınmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə şahid ifadələri təqdim etmişdir. Həmin şahidlər isə cavabdehlərin qohumlarıdır. Məhkəmə qeyd edir ki, ər (arvad) arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumlarının onun mənafeyi baxımından çıxış etməsi, yəni hazırki halda mübahisəli evin Cavabdeh4 deyil, qardaşı Cavabdeh1 vəsaiti hesabına alınmasını bildirməsi normal haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəf mübahisələndirilən əmlakların iddiaçı ilə birgə nikah dövründə birgə gəlirlər hesabına alınmadığını sübuta yetirə bilməmişdir. Bağışlanma müqaviləsinin bağlandığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və 8 oktyabr 2015-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil 25 aprel 2024-cü il tarixli 4Ə-313 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilən mənzil (ünvan 1) iddiaçının razılığı alınmadan bağışlanmaqla Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1, 33.3-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh1 cavabdehin qardaşı olmasını nəzərə alaraq belə hesab edir ki, mübahisələndirilən müqavilə həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək, mənzilin tərəflər arasında bölgüsündən yayınmaq məqsədilə bağlanmışdır. Birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evinin tərəflər arasında bərabər bölünməməsi üçün ailə qanunvericiliyində (Ailə Məcəlləsi, 37.2-ci maddə) nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. İddia ərizəsində Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kv.m-lik qeyri yaşayış sahəsi üzərində iddiaçının payının ½ hissədə müəyyən edilsə də qeyd edilən əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlaklara hüquqda iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının və Cavabdeh4 payları bərabər (½ hissədə) müəyyən edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 329.1, 337.1, 340.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,33cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh4 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsinin iddianın (qismən) təmin edildiyi hissədə ləğv edilməsi, İddiaçı iddia tələblərinin təmin edildiyi hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə yalan məlumatlar verib bildirmişdir ki, guya “İddiaçı Cavabdeh4 ilə 17 may 1998-ci ildə rəsmi nikaha girdikdən sonra ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşamış, aralarında yaşanmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir.” Halbuki, işin həqiqi və faktiki hallarını məhkəməyə təqdim etməklə iddiaçının bu mülahizlərinin uydurma və yalan olduğunu tam sübuta yetirmişlər. Belə ki, İddiaçı Cavabdeh4 ilə xx.xx.1998-ci ildə nikah daxil olub ailə qurmuş və aralarında olan rəsmi nikahları İddiaçı iddia tələbi əsasında xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi aralarında olan nikaha 16 fevral 2024-cü il tarixdə deyil, məhz xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Nikah pozulandan sonra onlar arasında ailə münasibətləri kəsilmiş, birlikdə yaşamamış və hər hansı birgə təsərrüfat da aparmamışlar. Lakin, göründüyü kimi iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə uydurma mülahizələrinə inandırmaq üçün işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz hiyləgər oyunlarına alət etməyə çalışmışdır və buna tam nail olmuşdur. Nəticədə işə baxan birinci instansiya Məhkəməsi iddiaçının maddi maraqlarına xidmət edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, İddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür: Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizədə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürdüyünü və bu əsasla qanunvericiliyin tələblərini əsas tutaraq iddia müddəti tətbiq edilməklə iddiaçının iddia ərizəsi rədd edilməsini xahiş etsələr də, nədənsə işə baxan məhkəmə bu halları göz ardı etmiş, işi iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Halbuki, İddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini buraxdığına görə Mülki Məcəllənin 372, 375-ci və Ailə Məcəllənin 36.9-cu maddələrinin müddəaları tətbiq edilərək iddiaçının iddia tələbləri məhkəmə tərəfindən rədd edilməli idi. İddiaçı Cavabdeh4 ilə 1998-ci ildə nikaha daxil olub ailə həyatı qurmuşlar. Lakin, bir müddət sonra İddiaçı Cavabdeh4 qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhz iddiaçının tələbi ilə xx.xx.2018-ci ildə onların rəsmi nikahı məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulandan sonra onlar arasında ər-arvad münasibətləri kəsilmiş, bundan sonra birlikdə yaşamadıqlarına görə hər hansı birgə təsərrüfat da aparmamışlar. İddiaçı 2018-ci ildə nikahın pozulması tələbinə dair iddia qaldırsa da, lakin sonrakı 3 il ərzində əmlak tələbinə dair məhkəmədə hər hansı bir iddia tələbi qaldırmamışdır. Halbuki, İddiaçı həmin vaxt belə bir hüququnun olması barədə məlumatlı olmuş və nikah pozulduqdan sonra 3 il ərzində belə bir tələblə məhkəməyə müraciət etməli idi. Lakin, məlum olduğu kimi xx.xx.2018-ci ildən - xx.xx.2021-ci il tarixədək olan 3 il müddətdə İddiaçı tərəfindən Cavabdeh4 qarşı hər hansı əmlak və ya digər tələblər irəli sürülməmişdir. İddianın əsası olan tərəflər arasındakı rəsmi nikah xx.xx.2018-ci il tarixdə pozulsa da, lakin iddiaçı 2024-cü ilin iyun ayında, yəni həmin nikahın pozulduğu tarixdən 6 il sonra iddia müddətini keçirməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, halbuki Ailə Məcəllənin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur və bu tələb üzrə iddia nikahın pozulduğu gündən 3 il ərzində irəli sürülə bilərdi. Həmçinin, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, 2018-ci ildə nikahın pozulmasına dair məhkəməyə iddia verən İddiaçı onun əmlak tələbinə dair iddia müddətinin axımını bilirdi və ya bilməli idi. Lakin, göründüyü kimi nikah pozulduğu tarixdən etibarən, iddiaçı 3 il ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticədə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. Bu səbədən, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxdığına görə belə bir tələblə iddia qaldırmaq hüququnu çoxdan itirmişdir. Qeyd olunan qanun normasının tələblərinə əsasən, iddaçının hazırki tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu halda, iddiaçının 6 il sonra məhkəmədə belə bir iddia tələbi qaldırması və məhkəmə tərəfindən təmin edilməsi kobud qanun pozuntusu ilə nəticələnmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddia müddətin buraxılması isə iddianın rədd olunması ilə nəticələnir. Bundan başqa, iddiaçı öz ərizəsində uydurma mülahizələrə əsaslanaraq, belə bir tələb irəli sürmüşdür ki, guya onunla birgə nikahda olan zaman söügedən əmlakları əldə etmiş və hazırda onlar üzərində onun da payı var. Halbuki, iş üzrə təqdim olunmuş dəlil-sübutlar və şahid ifadələri ilə tam təsdiqini tapmışdır ki, sözügedən əmlakların əsl sahibi olan Cavabdeh1 öz vəsaiti hesabına satın aldığı həmin əmlaklarla onların, eləcədə İddiaçı heç bir hüquqi bağlılığı yoxdur, bununla yanaşı iddiaçının məhkəmədə belə bir iddia tələbləri qaldırmağa sübyektiv hüququ yoxdur və bu tələblər kökündən əsassız və qanunsuzdur. Sözügedən əmlaklar üzərində heç bir haqqı hüququ olmayan iddiaçı hansı haqla məhkəmədə belə bir iddia irəli sürməsinin yalnız bir adı varki o da başqasının əmlakını mənimsəməklə əsassız varlanmaq. Göründüyü kimi iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələb olsa da, işə baxan birinci instansiya məhkəməsi işi iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Halbuki ki, heç bir dəlilsübuta söykənməyən və həqiqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri elə başından rədd edilməli idi. Həmçinin, iddiaçı məhkəməyə yalan məlumat verib bildirmişdir ki, guya cavabdehlə birgə nikahda olan zaman sözügedən daşınmaz əmlakları əldə etsələr də, lakin o, bu əmlakların olması barədə sonradan, yəni nikah pozulandan 6 il sonra xəbəri olmuşdur. Lakin, məhkəmə iclasında iddiaçıya verdiyi suallara cavab olaraq, həmin əmlakların alınmasından elə ilk gündən xəbəri olduğunu bildirmişdir. Bununla da, iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə öz hiyləgər planlarına inandırmaq üçün işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyunlarına alət etmişdir. Halbuki, iş materiallarına əlavə etdiyi etibarnamədən məlum olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə bütün əmlaka dair hüquqlar haqqında Cavabdeh1 etibarnamə vermişdir ki, sözügedən əmlakların əsl sahibi olan qardaşı Cavabdeh1 öz əmlakların adına keçirsin. İş materiallarına əlavə edilmiş digər sənəd sübutlardan da tam şəkildə müəyyən olur ki, sözgedən əmlakların kommunal xidmətləri haqqında (işıq, qaz, su sayğaclarının) müqavilələri hamısı Cavabdeh1 adınadır. Belə olan halda sual yaranır ki, əgər həmin əmlaklar ailəyə məxsus olmuşdusa bəs nə üçün kommunal xidmətlər Cavabdeh1 adına sənədləşirdi? Qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi əmlakların guya onların birgə yaşadıqları və birgə təsərrüfatı nəticəsində alındığını bildirməsi ağ yalandır. Halbuki, sözgedən əmlakların alındığı vaxtlarda o, aylıq maaşa baxan adam olmuş və aylıq maaşdan başqa hər hansı əlavə gəlir də olmamışdır ki, hər hansı ev-əmlak alsın. Məhkəmə iclasında iddiaçıdan həmin əmlakların hansı pulla, nə zaman alındığını soruşan zaman, iddiaçı bu suallardan yayaınaraq konkret cavab verə bilməmişdir. Lakin, qardaşı Sərxana məxsus əmlakların onun adına olmasından sui istifadə edən iddiaçı 6 il sonra belə bir absurd iddia qaldırmaqda əsas məqsədi qardaşı Sərxana məxsus əmlakları ələ keçirməklə mənimsəmək olmuşdur. İddia tələbinin mahiyyətinə baxdığı zaman məlum olur ki, iddiaçı öz yalanlarını pərdələmək məqsədi ilə işə baxan məhkəməni yalnış məlumatlandırmış, bununla bərabər öz uydurma iddiasının təmin olunması üçün hər cür qanunsuz yollara əl ataraq qabaqcadan qurulmuş plan əsasında özünü yazıq, guya hüquqü tapdalanmış şəxs kimi qələmə verib, yalan ifadələri ilə məhkəməni inandırmaqa və bununlada öz məkirli niyyətini həyata keçirməyə çalışmışdır. Halbuki, yalan ifadələrlə məhkəməni aldatmaq və həmin ifadələrdən sübut kimi istifadə edilməsi qanunsuz olmaqla yanaşı həm də, qanun qarşısında məsuliyyət yaradır. Məhkəmə qətnaməsi hüquqla bağlı mubahisəyə baxıldıqdan sonra məhkəmə iclasında muəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ mudafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını mudafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk novbədə, məhz mubahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini mudafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa, iddiaçı məhkəməyə yalan məlumat verib bildirmişdir ki, guya “cavabdeh nikakhlarının xitamı barədə 16 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh4 aralarında olan nikahın pozulması ilə əlaqədar birgə nikah döründə əldə edilmiş əmlakların tam şəkildə əldə etmək məqsədi ilə bir qrup şəxslərlə əlaqəyə girib saxta sənədlər tərtib etdirmiş və notariat vasitəsi ilə bağışlama müqaviləsi ilə ona üşən payını bağışlamaqla uydurma əqd bağlamaqla qanunsuzluğa yol verilmişdir.” Həmçinin, iddiaçının bu mülahizlərinin tam uydurma və yalan olmasını tərəfindən tam sübuta yetirilmişdir. Sözügedən əmlak (ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzil) sənəd üzrəində Cavabdeh4 adında olsa da, onlar bu mənzili birgə nikah dövründə ailə büdcəsi hesabına almamış, alındığı gündən həmin mənzilin əsl sahibi Cavabdeh1 olmuşdur. Belə ki, sözügedən mənzli digər əmlaklarla birlikdə Cavabdeh1 öz vəsait hesabına satın aldığına görə əvvəldən ona məxsus olmuşdur. Sadəcə həmin vaxt Cavabdeh1 özü xarici ölkədə yaşadığına görə alqı-satqı işlərinin aparılmasını və aldığı əmlakları həmin vaxt Azərbaycanda yaşayan qardaşı Cavabdeh4 adına müvəqqəti rəsmiləşməsini tapşırmışdır. Eyni zamanda digər əmlakları da qardaşı Cavabdeh1 öz vəsaiti hesabına satın aldığından həmin əmlakların əsl sahibi odur. İşin həqiqi və faktiki halı odur ki, sözügedən əmlakların sənədlərində Cavabdeh4 adı formal olaraq olmuşdur və hər hansı bir mülkiyyət hüququnun olmasından söhbət gedə bilməz. Bu faktları İddiaçı özü də yaxşı bilir ki, həmin əmlakların ailəyə heç bir aidiyyatı yoxdur və birgə nikah dövründə ailə təsərrüfatı hesabına almamışlar. Hətta bununla əlaqədar iddiaçı özü Cavabdeh1 etibarnamə vermişdir ki, söügedən əmlakları əmlakın sahibi öz adına keçirsin. Lakin, iddiaçı qərəzli və məqsədli şəkildə bu faktları məhkəmədən qəsdən gizlədərək özgə əmlakını mənimsəməklə əsassız varlanmağa çalışır. Halbuki, mənzilin əsl sahibi olan Cavabdeh1 tələbi ilə Cavabdeh4 belə bir sənədləşmənin aparılması üçün müvafiq Notariat kontoruna müraciət etmiş, bunun üçün lazimi olan sənədlərə Bakı şəhəri 11 saylı notariat ofisində baxıldıqdan sonra tam qanuni şəkildə bağışlama müqaviləsi rəsmiləşdirilmiş və sözügüdən mənzil əsl sahibinə - yəni Cavabdeh1 geri qaytarmışdır. Bu prosesdə hər hansı qanunsuzluqdan və saxta sənədləşmədən söhbət gedə bilməz. Lakin, iddiaçı MMnin 337.4-cü bəndini əsas gətirsə də, belə bir halı sübuta yetirən hər hansı möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, əqdin etibarsızlığı üçün vacib olan hər hansı şərt yoxdur və iddiaçının formal mülahizələrinə görə qanuni şəkildə bağlanmış əqd etibarsız hesab edilə bilməz.Mülki qanunvericiliyin tələblərinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası MM-nin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.Qanun normalarının tələblərindən göründüyü kimi daşınmaz əşyanın bağışlanması haqqında müqavilə yazılı formada bağlanmış və notariat qaydasında təsdiqlənmişdir ki, bu da daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılması üçün əsas şərtlərdəndir və olması mütləqdir. Əgər həmin şərtlərə əməl edilməzsə bu zaman müqavilənin etibarlılığını şübhə altına alan hallar ortaya çıxa bilərdi. Hazırkı mübahisə üzrə isə bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hallar və əsaslar belə yoxdur. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olması vacib şərtlərdəndir ki, hazırki işdə bütün bu şərtlərə və tələblərə Notariat kontoru tərəfindən tam əməl edilməklə həyata keçirilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edilərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmunununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. İşə əlavə edilmiş notariat işinin materiallarından aydın olur ki, sözügedən bağışlanma müqaviləsi bağlanarkən «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə tam əməl edilmişdir. Göründüyü kimi, iddiaçı öz ərizəsində əqdin etibarsızlığından bəhs edərək guya həmin əmlaklarda payının olmasına və bağışalma müqaviləsi onun razılığı olmadan bağlanmasına dair əsassız mülahizələr irəli sürmüşdür. Lakin, işin əslinə baxdıqda məlum olur ki, iddiaçı əsassız varlanmaq niyyəti ilə məhkəməyə yalan məlumatlar verərək ona aid olmayan əmlaka mənimsəməyə çalışmış, işə baxan məhkəmə də öz növbəsində qanunçuluq və ədalət prinsiplərini bir kənara qoyub, yalnız formal mülahizələr əsasında iddiaçının maraqlarına xidmət edən və maddi hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı öz iddiasını əsaslandırmaq üçün məhkəməyə “sübut” qismində bəzi foto şəkillər, video yazı və digər sənədlər tədim etmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsassız və qeyri-müəyyən olduğundan sübut kimi qiymətləndirilə bilməzdi. Tarixi bəlli olmayan foto şəkillər və video yazı - ilə bağlı bildirir ki, dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçı həmin video və foto şəkillərin nə vaxt, kim tərəfindən, hansı şəraitdə və hansı tarixdə çəkildiyinin dəqiq tarixini göstərə bilməmişdir. Eləcədə, öz iddiasını təsdiq edən möhtəbər sübutları hələ də məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə, həmin video və foto şəkillərin məhz hansı tarixlərdə çəkildiyi dəqiq məlum olmadığından heç bir halı sübut edə bilməz və sübut kimi də qəbul edilə bilməzdi. Həmçinin, ər-arvad kimi birgə yaşama və birgə təsərrufat aparmaq elə bir haldır ki, bunu hər hansı foto şəkil və ya video yazı ilə bu münasibətlərin movcudluğunu müəyyən etmək çətin və qeyri mümkündür. İşə baxan məhkəmə məhz bu “sübutlarla” birgə yaşayışı müəyyən etməyə çalışmış və nəticədə bu halları aydınlaşdırılmadan tam qanunsuz qərar qəbul etmişdir. Halbuki, məhkəmə özlüyündə həmin video və foto şəkillərin çəkilmə tarixini dəqiq müəyyən edə bilməzdi və bunun üçün mütləq şəkildə ekpertiza təyin etməli olduğu halda məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. A4 kağızda çap olunmuş həqiqiliyi məlum olmayan “təyyarə bileti” - ilə bağlı bildirirk ki, iddiaçının “təyyarə bileti” kimi təqdim etdiyi A4 kağızda çap edilmiş yazıların həqiqətən təyarrə bileti olduğu, nə vaxt, hansı məqsədlə, hardan alındığı, həqiqətən belə bir səfərin olub-olmaması barədə heç bir sübutedici sənəd yoxdur. Halbuki, istənilən şəxsin belə bir saxta sənədi texniki vasitələrdən istifadə etməklə tərtib edib “təyyarə bileti” kimi təqdim edə bilər və ya online aviabilet satışı ilə məşğul olan şirkətlərin saytlarına daxil olub istənilən şəxs barədə məlumatları yazmaqla belə bir bilet sifarişi formalaşdıra və çap etdikdən sonrada da imtina edə bilər. Lakin, bu o demək deyil ki, belə bir səfər mütləq şəkildə baş tutmuşdur. Eyni zamanda, hətta təyyarə biletinin mövcudluğu ər-arvadın birgə yaşayışını təsdiq etmir, onların bir ailə kimi yaşamasını, birgə təsərrüfat aparmasını və ailə münasibətlərinin davam etdirməsini sübut edə bilməz. Belə olan halda, işə baxan Məhkəmə həmin saxta “təyyarə biletini” sübut kimi qəbul edib və bu tip saxta sübutlar əsasında qərar qəbul etməsi tamamilə qanunsuz olmuşdur. Xarici dövlətdə tərtib edilmiş saxta “Sertifikat” - ilə bağlı bildirirk ki, xarici dövlətdə, xarici dildə tərtib edilmiş “Seritifikat” adlı bu sənədin necə və hansı yolla əldə edildiyi, eyni zamanda onun həqiqiliyi heç kimə məlum deyil. Halbuki, xarici ölkədə bu tip saxta seritifikatlardan istənilən sayda və formada tərtib etdirib əldə etmək olar. Belə bir sənədin həqiqiliyini və rəsmi olub-olmamasını müəyyən etmək üçün mütləq şəkildə onu verən xarici orqana sorğu edilməsi vacib şərtdir. Lakin, tələb olunmasına baxmayaraq məhkəmə bu tələbii təmin etməmişdir. Qeyd edək ki, xarici dildə yazılan hər hansı sertifikatın içındə yazılanları sadəcə tərcümə edilməklə məhkəməyə təqdim edilməsi hələ o sənədin rəsmiliyini və həqiqiliyini təsdiq etmir, eləcədə rəsmi sənəd kimi qəbul edilə bilməz. Bununla yanaşı, hətta həmin sertifikatın içində yazılan bir-birinə ziddiyyətli cümlələr həqiqət olsa belə, bu tərəflərin bir ailə kimi birgə yaşamasını və birgə təsərrüfat aparmasını sübuta yetirmir. Lakin, məhkəmənin bu kimi “saxta sübutlara” əsaslanıb iddiaçının xeyrinə qərar qəbul etməkdə əvvəlcədən maraqlı olmuşdur. Halbuki, iddiaçı ilə cavabdehin birgə nikahında olan iki övladı Bayramov Soltan və Cavabdeh3 uzun illər bu ailənin içində yaşamış və bütün ailə münasibətlərinə hərtərəfli şahid olan yeganə ailə üzvləri olduğu üçün həmin şəxslərin məhkəmədə iştirakı və izahat verməsi təmin edilmiş, hər iki ailə fərdinin ifadəsi ilə İddiaçı uydurduğu yalanlar və təqdim etdiyi “sübutların” saxtalığı aşkar edilməklə, anaları İddiaçı xx.xx.2018-ci il tarixdə ataları Cavabdeh4 rəsmi şəkildə boşandıqdan sonra faktiki olaraq onlar arasında hər hansı ailə münasibətlərinin olmadığı və bir ailə kimi yaşamadıqları sübut olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, həmçinin, iş üçün əhəmiyyətli olan faktiki halları düzgün qiymətləndirməmişdir. Halbuki, iddia tələblərinin hüquqi əsası olmamaqla yanaşı, iddiaçı tərəfindən “sübut” kimi təqdim edilənlər işin faktiki halları ilə düz gəlməmiş, konkret dəlillərlə təkzib olunmuş və hər hansı möhtəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, boşanmadan sonra hər hansı birgə yaşayış olmadığı halda və iddia müddəti ötürüldüyü halda məhkəmə yalnız iddiaçının zənn və ehtimallarına, yalan ifadələrinə əsaslanıb belə bir qanunsuz nəticəyə gəlmişdir. İddiaçının bölünməsini tələb etdiyi əmlaklar həqiqətən birgə təsərüfüt nəticəsində alınması faktı nə məhkəmə, nə də iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, cavabdehlərdən Cavabdeh4 şikayəti tam əsassız, yalan və həqiqətə uygun olmayan heç bir maddi və prosesual hüquq normalara əsaslanmamış şəkildə yaşılmışdır. İddiaçı ilə cavabdehin nikahın pozulması formal xarakter daşımışdır. Tərəflər 09 iyun 2021-ci ilə kimi bir mənzildə iki nəfər uşaqları ilə yaşamış və müxtəlif vaxtlarda müxtəlif yerlərə səyahətdə olmuşlar. Bundan əlavə ər-arvad kimi Bakı şəhərinə bir yerdə gəlmiş və mübahisəli mənzildə yaşamışlar. Cavabdeh ərizəsində göstərir ki, iddia müddəti ötürülmüş lakin məhkəmə iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Qanunvericiliyə əsasən iddia müddəti ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axını nikah pozulduğu andan deyil, tərəflərin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024cü il tarixli № 1/2024 qəraraın 93 və 94 bəndi) Ona görə də Sumqayıt 2 saylı DƏDRX-dən sorğuya cavab məktubu və Sumqayıt Asan Xidmət mərkəzindən nikahın 24 aprel 2024-cü il ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx-xx-2024-cü il tarixlərdə əmlakla bağlı hüquqlarınını pozulduğunu bilmişdir. Bundan başqa tərəflər boşanmadan sonra da ümumi əmlaklardan birlikdə istifadə etməyə davam etmiş, həmçinin ümumi əmlaklar barədə məlumatsız olmağın səbəblərindən biri də cavabdeh tərəfindən daşınmaz əmlaklara dair sənədləri özündə saxladığından mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata kecirməyə maneələr yaratmışdır. Cavabdeh apelyasiya şikayətini iki əsas səbəbə görə ləğv edilməsini xahiş edir. Birincisi iddia müddətin kecməsinə, ikincisi isə daşınmaz əmlakların hamısının önun qardaşına məxsus olması faktına əsaslanmasını qeyd edir. Əvvəla cavabdeh iddia müddətin ötürülməsinə əsaslanırsa- deməli iddianı tam qəbul edilmiş kimi hesab edir. İkinci əsas səbəbini – bütün daşınmaz əmlakların onun deyil qardaşı Cavabdeh1 məxsus olduğunu göstərir. Sual oluna bilər: Niyə Cavabdeh1 Sultan oğlu qətnaməsindən şikayət verməmişdir? Mübahisəli əmlakların Cavabdeh1 məxsus olmasına dair hansı möhtəbər subutlara əsaslanır? Şikayətçi ərizəsində daha sonra qeyd edir. Mübahisəli ünvan 8 ünvanında yerləşən mənzil birgə nikah dövründə ailə büdcəsi hesabına almamışlar. Daha sonra göstərir həmin dövrdə polis işcisi işləmiş və əmək haqqısı 600 manat olan cavabdehin öz əmək haqqı almaqla “həmin əmlakları” ala bilməzdi göstərməsini” uydurmasından başqa bir şey deyil . Onun yəni Cavabdeh4 xaricə gedənə qədər Bakı şəhərində yerləşən “Moskva” univermağında qızıl alqı-satqısı şöbəsi olmuş və oradan qazanc əldə etmişdir. Həmin faktı təsdiq edən onunla qonşu şöbədə işləyən şahid kimi dindirilən X5 bir daha məhkəmədə təsdiq etdi. Bunlardan əlavə olaraq qeyd edir ki, Cavabdeh4 birgə mülkiyyətində olan torpaq sahəsini ayrı-ayrı insanlara qeyri rəsmi satmış və həmçinin qeyri yaşayış sahəsini icarəyə verərək hər ay 3 min manat qazanc əldə etmiş və edir. Cavabdeh apellyasiya şikayətində daha sonra qeyd edir ki, iddiaçı həmin əmlakları Cavabdeh1 məxsus olduğunu nəzərə alaraq ona etibarnamə vermişdir ki, sözügedən əmlakları öz adına kecirsin. Sözügedən etibarnaməni Cavabdeh4 İddiaçı aldadaraq ondan almışdır. Lakin həmin etibarnaməni aldadılaraq verdiyini bilmiş verdiyi etibarnaməni ləğv etmişdir. Daha sonra qeyd edilir: Əmlakların S. Bayramova məxsus olmasını şahid ifadələri ilə təsdiq olunur. Göstərdiyi şahidlər cavabdein əmisi oğlu Bayramov Oktay, dayısı oğlunun arvadı Niftəliyeva Sevinc olan şəxslər məhkəmədə şahid kimi yaxın qohumu olan cavabdehin xeyrinə ifadə vermişlər. Buna baxmayaraq Niftəliyeva Sevinc məhkəmədə göstərmişdir ki, Elşənə məxsus olan tək mağazadır. (qeyri-yaşayış sahəsi) Cavabdeh daha sonra qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən xarici dövlətin tərtib etdiyi “saxta sertifikat” onun həqiqiliyi heç kimə məlum deyil Bununla əlaqədar həmin sənədin həqiqiliyini təsdiq edən sənəd hal-hazırda İsveç Krallığından alınmış və həmin sənədin əsli təqdim olunacaq. Ümumiyyətlə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki qanunvericiliyin normaları ilə təsdiqini tapmadığından şikayət təmin edilməməlidir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara əhəmiyyət verməmiş və əsassız qərar qəbul etmişdir. Belə ki, 2018-ci ildə nikah pozulmuş, iddia müddətinin axımı həmin tarixdən başlamış, iddiaçı məhkəməyə 2024-cü ildə, yəni 6 ildən sonra müraciət etmiş, beləliklə iddia müddətini ötürmüşdür. 2014-cü ildə iddiaçı Cavabdeh1 əmlaklara sərəncam vermək üçün etibarnamə vermiş, həmin etibarnamə 2017-ci ildə ləğv edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra tərəflər bir yerdə yaşamamış, 2018-ci ildən sonra tərəflərin bir yerdə yaşamasına dair qarşı tərəfin təqdim etdiyi sübutlar əsassızdır. Fotoşəkillərin hansı tarixdə və harada çəkilməsi məlum deyil. Cavabdeh1 qətnamədən rəsmi qaydada şikayət verməsə də hazırda öz narazılığını ifadə edir, şikayət verməməsi birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşdığı mənasına gəlmir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bildirdi ki, mübahisə predmeti olan əmlaklar onun zəhməti hesabına alınıb. Pulu qardaşı Elşənə vermişdir ki, əmlakları öz adına alsın. 2014-cü ildə ölkədən gedəndə ona əmlakları adına keçirməyi təklif etmiş və buna dair ona etibarnamə verilmişdir. O həmin əmlakları birbaşa öz övladlarının adına keçirmək istəmiş, lakin yetkinlik yaşına çatmadıqlarından bunu edə bilməmişdir. Etibarnamənin ləğv edilməsini təxminən 2020-ci ildə öyrənmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalsa da, apellyasiya şikayəti verməmişdir. Etibarnamə almağının səbəbi əmlakları gələcəkdə övladlarının adına rəsmiləşdirmək niyyətinin olması idi. Qardaşına etibarı olub, ona görə də əmlakları öz adına rəsmiləşdirməmişdir. Özü Azərbaycanda olmadığından əmlakların alınmasını qardaşına tapşırmış, ona etibar etmişdir. Azərbaycanda öz adına heç bir əmlakı yoxdur, hamısı qardaşının adına rəsmiləşdirilib. Qeyd olunanlara əsasən əmlaklarının geri qaytarılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdi ki, iddiaçı və Cavabdeh4 2014-cü ildə ölkədən çıxıb getdikdən sonra münasibətlərində gərginlik yaranmış, nəticədə iddiaçı etibarnaməni 2017-ci il tarixdə ləğv etdirmiş, iddia müddətinin axımı həmin tarixdən başlamış, 2018-ci ildə tərəflər arasında nikah pozulduqdan sonra bütün ailə bağları qırılmış, ailə olaraq bir yerdə yaşamamışlar. 40-cı məhəllədəki ev barədə alqı-satqı müqaviləsi 2007-ci ildə bağlanıb, 2015-ci ildə çıxarış alınıb. Cavabdeh1 qardaşı Elşənə etibar etdiyindən əmlakları onun vasitəsilə almışdır.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəf 2024-cü ildə məhkəməyə müraciət etdikdə, əmlakların Sərxanın adına rəsmiləşdirildiyini eşidib, həmin zaman hüquqlarının pozulduğunu öyrənib. 2018-ci ildə tərəflər rəsmi olaraq boşansalar da, 2021-ci ilə qədər faktiki olaraq bir yerdə yaşamışlar. Bununla bağlı, məhkəməyə fotoşəkillər, səyahət biletləri və digər sübutlar təqdim edilmişdir. İddiaçı 2014-cü ildə ərinin təkidi ilə Sərxan və Əjdərə etibarnamə vermişdir ki, həmin etibarnamə iddiaçının adına olan əmlakla bağlı olmuşdur. Təmsil etdiyi şəxs 2017-ci ildə adına olan əmlakı öz adlarına keçirəcəklərini düşünərək etibarnaməni ləğv etdirmişdir. 2018-ci ildə boşanmalarının səbəbi münasibətlərin gərginləşməsi olmuş, buna baxmayarq sonradan barışıq olmuş və bir yerdə yaşamışlar. Təmsil etdiyi şəxs etibarnamənin mahiyyətini bilməyib. İddiaçının öz qohumlarına yox, ərinin qohumlarına etibarnamə verməyinin səbəbi ərinin onu məcbur etməsi olmuşdur. 2014-cü ildə Sərxan və Əjdərə verilmiş etibarnamə əsasında hər hansı əməliyyatların aparılmasına şübhə yarandığı üçün iddiaçı 2017-ci ildə etibarnaməni ləğv etdirmişdir.
14. Məhkəmə iclasına video-əlaqə vasitəsilə qoşulan Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli əmlakların hamısı qardaşının olmuş, iddiaçı da həmin əmlakların qardaşının olduğunu bilmişdir. Əgər Saray qəsəbəsi, yaxud 40-cı məhəllədə yerləşən evlər onun olsa idi, o zaman həmin ünvanlarda qeydiyyata düşərdi. Etibarnamə Sərxan və Əjdərin adına ona görə verilib ki, Sərxan əmlaklar barəsində sərəncam verə bilsin. Əmlaklar Sərxanındır, onların əmlakı olmayıb. 2020-ci ildə Azərbaycana birgə gəlmələrinin səbəbi iddiaçının anasının xərçəng xəstəsi olması ilə bağlı olub, övladları xahiş edib, xəstəni ziyarətə gəlmişlər. İddiaçı 2018-ci ildən etibarən onlardan ayrı yaşayırlar. Təmir 2011-ci ildə onun göstərişi ilə olmuş, təmir xərcini də Sərxan vermişdir. İddiaçı həmin evdə dəfələrlə olmuşdur.
15. Məhkəmə iclasına video-əlaqə vasitəsilə qoşulan Cavabdeh3 bildirmişdir ki, Sumqayıt şəhəri, 1-ci məhəllədə qeydiyyatda olsalar da, Saray qəsəbəsində yaşamış, oradan İsveçə köçüb gəlmişlər. Qardaşı ilə uşaq vaxtından əmlakların hər birinin əmisi Cavabdeh1 məxsus olduğunu bilmişlər. O, subaydır, qardaşı 2-3 il olar ki, evlənmişdir. Qardaşının toyu Bakı şəhərində olmuş, anası toy məclisində iştirak etməmişdir. Valideynləri boşandıqdan sonra bir yerdə yaşamamış, yalnız onlara görə arabir gəlibgetmişdir.
16. Məhkəmə iclasına video-əlaqə vasitəsilə qoşulan iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 1998-ci ildə qarşı tərəflə nikaha daxil olmuş, 2014-cü ilə kimi Azərbaycanda yaşamışlar, 2014-cü ildə İsveçə köçmüş, İsveçə köçməzdən əvvəl qeyri-yaşayış obyektinə görə etibarnamə vermişdir. Etibarnaməni öz bacı-qardaşına vermək istəmiş, lakin Cavabdeh4 buna imkan verməmiş, daim ona hədə-qorxu gəlmiş, etibarnamə verməyə məcbur etmişdir. Azərbaycana gələn kimi ilk fürsətdə etibarnaməni ləğv etdirmişdir. 2018-ci ildə aralarındakı münasibətlər gərginləşdiyindən boşanmışlar, buna baxmayaraq cəmi iki ay müddətində ayrı yaşamış, cavabdehin yalvarışlarından sonra 2021-ci ilə kimi Cavabdeh4 və övladları ilə bir yerdə yaşamışlar. İddia qaldırdığı əmlakların cavabdehin mülkiyyətində olmasından xəbərsiz olmuş, yalnız qeyri-yaşayış obyekti barədə məlumatlı olmuşdur. Azərbaycana gələndə qeydiyyatda olduğu ünvanda, yəni Sumqayıt şəhəri, 1-ci məhəllə ev 4, mənzil 29 ünvanında yaşamışdır. Həmin ev Cavabdeh4 məxsus olmuşdur. Həmin ünvana gəlin köçmüş, övladları orada doğulub, böyüyüblər. İddia qaldırdığı Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən əmlak barədə məlumatı olmayıb, 2024-cü ilin may ayında Azərbaycanda nikahın pozulması ilə əlaqədar məhkəmə işinin gedişində məlumatı olub. Digər əmlaklar barədə məlumatı polis vasitəsilə öyrənmişdir. Hazırda subaydır, İsveçdə pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ildə Azərbaycana Elşənin sənəd işləri, həmçinin anasının xəstəliyi ilə bağlı gəlmişlər. Cavabdeh4 ona hədə-qorxu gəldiyi üçün 2017-ci ildə Azərbaycana gələndə etibarnaməni ləğv etdirmişdir. İsveçdə nikahın pozulması ilə əlaqədar 2018-ci ilin iyul ayında müraciəti olmuşdur. 2018-ci ildən 2024-ci ilə kimi əmlakla bağlı iddia qaldırmamağının səbəbi, həmin müddətdə cavabdehin ona təzyiq göstərməsi, psixoloji olaraq gərginlik içində olması olmuşdir. Digər əmlakın ərinin mülkiyyətində olmasından isə ümumiyyətlə məlumatı olmamışdır. 40-cı məhəllədəki evə arabir getmiş, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Azərbaycana gələndə Sumqayıt şəhəri 1ci məhəllədəki evdə qalmılar. Etibarnamədə qeyri-yaşayış obyektindən başqa qalan bütün əmlakların qeyd olunmasının səbəbini bilmir. Cavabdehlə gərgin vəziyyətdə yaşamışdır. Elşənin qardaşı Elxanın ailəsi onlar İsveçə gedəndən sonra 1-ci məhəllədəki evə köçüb. Etibarnaməni öz bacı-qardaşına verməməyinin səbəbi Cavabdeh4 onu öz qardaşına etibarnamə verməyə məcbur etməsi olmuşdur. 40-cı məhəllədəki evdə olan əmlakların kimə məxsus olduğunu bilməmişdir. 40-cı məhəllədə yerləşən evə arabir oğluna dərmanlarını vermək üçün getmişdir. Övladları 40-cı məhəllədə yaşamayıblar. Cavabdeh4 əmlaklar barədə ona məlumat verməmişdir. İsveçdən Azərbaycana ilk dəfə 2017-ci ildə qayıtmışdır. 2020-ci ildə cavabdehlə aralarında olna münasibətlə əlaqədar hamiləlik və ginekoliji problemi olmuş, cavabdeh olmuş əri onu xəstəxanaya aparmışdır. Buna dair yazılı sübutları da vardır. Bu da aralarında faktiki ailə münasibətlərinin 2021-ci ilədək pozulmadığını göstərir. İşdə olan sübutlar
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Cavabdeh4 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 24 iyul 2003-cü il tarixli, 9908 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 12 ünvanında yerləşən 26 nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsinin 3 may 1997-ci il tarixli, 13406 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzi notariat kontorunun 24 fevral 2014-cü il tarixli 4Ə-573 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 13 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində 31 may 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun 4 sentyabr 2006-cı il tarixli 4Ə/4- 556 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21A ünvanında yerləşən 39 nömrəli mənzil üzərində 8 oktyabr 2015-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli 4Ə-313 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 14 ünvanında yerləşən 36 nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsinin 6 yanvar 2004-cü il tarixli, 30682 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun 6 mart 2007-ci il tarixli 4Ə-1-140 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri, Saray bağlar massivi, B3057 ünvanında yerləşən 0.1144 ha bağ torpaq sahəsi üzərində 2 iyun 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı 1/4 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzinin notariat ofisinin 29 iyul 2021-ci il tarixli 4Ə-1472 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
18. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır.
19. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
20. Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 24 kv.mköməkci sahəsi 18 kv.m 1(bir) otaqlı yaşayış evi Cavabdeh4 adına qeydiyyata alınmışdır.
21. AZ-İ 484861 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 ilə İddiaçı arasında olan nikah Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024cü il tarixdə 127 nömrə ilə qeydə alınmışdır.
22. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindn görünür ki, Cavabdeh4 Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, 39 saylı mənzili Cavabdeh1 bağışlamışdır.
23. AZ-Vİ 467891 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X7 xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində nikaha girərək ailə qurmuşlar və bu nikah 271 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir.
24. Abşeron Rayon Bələdiyyəsinin 64 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Hökməli Bələdiyyə torpaqlarından Cavabdeh4 0.005 ha torpağın satılması və vətəndaşa fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.
25. xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon Bələdiyyəsinin 64 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə Cavabdeh4 ayrılmış 0.005 ha torpaq sahəsi ona təhvil verilmişdir.
26. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 28 nömrəli qərarından görünür ki, həmin qərar ilə X8 razılığı ilə ona yarılmış Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 noyabr 2003-cü il tarixli 409 saylı sərəncamı ilə Sumqayıt şəhəri, məhəllə 3, N.Nərimanov küçəsində 12.kv.m torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.
27. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış nikahın pozulmasına dair X4 şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınmışdır.
28. X17 oğlunun notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda xarici ölkədə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Anası İddiaçı 2018-ci ildə atası Cavabdeh4 boşanmışdır. Ana və atası boşandıqdan sonra onun və qardaşının ad günlərində, özəl günlərində, eləcə də digər əlamətdar günlərdə onların istəyi ilə bir araya gəlsələr də, lakin faktiki olaraq onlar arasında ailə münasibətləri olmamış və bir ailə kimi yaşamamışlar.
29. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Vüsalə və Elşəni çoxdan tanıyır, ailəvi yaxın olublar. Elşən 2008ci il tarixində o, işlədiyi yerdə yəni, "Moskva Univermağı"nda, onun qızıl "polka"sınının yanında qızıl polkası açmışdı. Qızıl-zinət əşyaları Elşənin özünə məxsus idi. Elşən bir dəfə Sulutəpədə evinin olduğunu demişdi. Saraydakı ev də yəqinki Elşənin idi. Onu da bildirir ki, Elşənin ailəsi ilə münasibətləri olmuş, evlərinə gedib gəlmişdir. Elşən və ailəsi xaricə gedənə qədər tez-tez görüşürdülər. Onlar xaricə getdikdən sonra hərdən bir telefonla danışırdılar. O, bildikləri haqqında düzgün danışır, heç bir yalan məlumat vermir. Bildiyinə görə Elşənin yaşadığı ev özünün olub, Sərxanın adına olmayıb.
30. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Elşən onun əmisi oğludur və Vüsalə də Elşənin həyat yoldaşıdır. Elşən və Vüsalə xeyli vaxtdır ki, boşanmışdırlar. Lakin Elşən Vüsalə ilə boşandıqlarını gizlətmişdir. Çünki, Elşən boşandığını həmkəndlilərinin bilməsini istəmirdi. O, Elşəngilin boşandığını Vüsalənin anası vəfat edəndə, təxminən 3-4 il olar ki, öyrənib. Onların boşanma tarixini dəqiq bilmir. Elşən hətta ona bu məsələni uşağından da soruşmamağını tapşırmışdır. Elşənin adına olan hər şey Sərxanın mülküdür. Sərxan Rusiyada yaşayıb və işləmişdir. Sərxan Rusiyadan qazandığı pulların hesabına bütün qohumlarına köməklik edib. Elşən mümkün deyil ki, 500-600 manat maaş almaqla qeyd edilən mülkləri alsın. Hətta, Elşən İsveçə gedəndə o, Elşənə köməklik üçün pul verməyi təklif etmişdi. Elşən İsveçə gəliri olmaması səbəbilə getmişdi. X2 qızıl polkasını da Sərxanın pulu hesabına açmışdı. Bundan başqa Sərxanın göndərdiyi pullar hesabına Elşən evlər alıb. Elşən İsveçdə işləyirdi. Bu yaxınlarda Elşənin işləmədiyini öyrənib. Elşən Sumqayıtda Vüsalə ilə 40 saylı məhəllədəki evdə yaşayırdı. Onu da bildirir ki, Vüsalə ona etibarnamə verməyib.
31. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Elşənin dayısı oğlu Əjdərin arvadıdır. Elşən və Vüsalə 2018-ci il tarixində İsveçdə boşanıblar. Vüsalə və Elşənin hər ikisi ilə əlaqə saxlamış və beləcə boşandıqlarını öyrənmişdir. Vüsalə və Elşən hər ikisi ayrı ayrılıqda Azərbaycana gəlmişdilər. Vüsalə və Elşənin arasında barışıq olmasına dair hər hansı məlumatı yoxdur. Elşənə məxsus olan tək şey mağazadır ki, Elşən onu da Sərxanın hesabına almışdır. O, inanmazdı ki, Vüsalə Sərxanın hesabına alınmış evlərə göz dikər. O, Vüsalə və Elşəni özü İsveçə yola salıb. Elşən və Vüsalə imkansızlıqdan İsveçə getmişdilər. Elşən mağazanı Sərxanın hesabına almışdır. Sərxanın başqa mülklərindən xəbəri yoxdur. Elşən İsveçə gedəndə Əjdərə etibarnamə verib getmişdi. Sonradan isə onun həyat yoldaşı beyin insultu keçirtdi.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsi
32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətindədir. 33.1.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4.Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
34. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
35. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarında da qeyd edilmişdir ki, ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi). Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakının bölünməsi zamanı yaranan əsas sual iddia müddətinin axımının başlanması anı (tarixi) ilə bağlıdır.... Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyriyaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır
36. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, arayışın təqdim edildiyi gündən iddia müddətinin axımı bərpa olunur.
37. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
38. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 4475/2024 nömrəli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlidiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsinin işdə olan sübutları hərtərəfli, tam və obyektiv tədqiq etməklə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
41. Məhkəmə kollegiyası mübahisələndirilən əmlaklara dair iddiaçı tərəfindən 2014cü il tarixdə müvafiq etibarnamə verilməsi və 2017-ci il tarixdə isə həmin etibarnaməni ləğv etdirilməsi ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, həmin etibarnamənin hansı məqsədlə verilməsindən və hansı səbəbdən ləğv edilməsindən asılı olmayaraq, mübahisələndirilən əmlakların birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına alınmasını istisna edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, tərəflər arasında nikah 2018-ci il tarixdə pozulmuşdur ki, ümumiyyətlə nikah pozulanadək ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə iddia müddətinin tətbiqi istisna olunur.
42. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiqinin nikahın pozulması tarixindən hesablanmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yəni, qanunvericilik iddia müddətinin axımının başlamasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirərək ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımını nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığını təsbit etmişdir.
43. Bundan başqa qeyd olunur ki, cavabdeh tərəf 2018-ci il tarixdə nikah pozulduqdan sonra iddiaçı ilə faktiki ailə münasibətlərinə də son verildiyini iddia etsə də iddiaçı tərəfindən faktiki ailə münasibətlərinin 2021-ci ilin iyun ayından etibarən son verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilmişdi ki, cavabdeh tərəf bunun əksini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməklə yanaşı, hər hansı bir inandırıcı dəlil də irəli sürə bilməmişlər. Əksinə, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onların 2019-cu ilin sentyabr ayında birlikdə Azərbaycan Respublikasına gəlməsi və qayıtmasını təsdiq edən təyyarə biletinin mövcudluğunu inkar etsə də məhkəmə kollegiyasının iclasında video-əlaqə vasitəsi ilə verdiyi izahatında iddiaçı ilə birlikdə təyyarə ilə Azərbaycan Respublikasına gəlməsi və qayıtmasını təsdiq etmişdir ki, bu da cavabdeh tərəfin şikayətdəki mövqeyi ilə izahatı arasında kəskin ziddiyyətin olduğunu təsdiq etmişdir.
44. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, iş materiallarında olan Sundsvall Kvinnojouren qadın sığınacaq evindən verilmiş xx.xx.2024-cü il tarixli sertifikatın məzmunundan isə göründüyü kimi İddiaçı Şəxsi Təhlükəsizlik Qrupu və Sosial Xidmətlər Sundsvall tərəfindən xx.xx.2021-ci il tarixdə Kvinnojourenə yerləşdirmiş, xx.xx.2021-ci il tarixədək orada qalmışdır. Sığınacağa yerləşdirilərkən İddiaçı verdiyi izahatında 2018-ci ildə boşanmaq üçün ərizə verdiyini, sonradan əri qohumlarının köməyi ilə onu əri və uşaqlarının yanına qayıtması üçün razılığa gətirdiyini, həmin tarixdən əri tərəfindən fiziki zorakılığa məruz qaldığı xx.xx.2021-ci il tarixədək əri və uşaqları ilə birlikdə eyni ünvanda yaşadığını bildirmişdir ki, iddiaçının həmin vaxt hazırkı mübahisənin yaranmasını və mübahisəyə məhz iddia müddətinin tətbiqinə dair ərizə verilməsini ehtimal etməsi mümkün olmamaqla, iddiaçının həmin sənəddəki izahatı işdə olan digər sübutlarla yanaşı qiymətləndirildiyində iddiaçının 2021-ci ilin iyun ayınadək Cavabdeh4la faktiki ailə münasibətləri çərçivəsində eyni yerdə yaşamasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
45. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.