Məhkəmə qərarları › İş №2(105)-565/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-565/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - Mənzi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-565/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh1 qarşı mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə ilk iddia tələbi və Cavabdeh1 İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyət hüququnun tanınması, istifadəyə qadağan olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X2, Qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakı ilə İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh1 qarşı mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə ilk iddia tələbi; Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. xx.xx.2015-ci il tarixli “Payçı Müqaviləsi”ndən görünür ki, "xxxx" MTK-nın Sumqayıt filialının balansında olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3 blok, 8 mərtəbə, 59 nömrəli, 2 otaqlı mənzili Cavabdeh1 dəyəri 63270 ABŞ dolları dəyərində qiymətləndirilməklə satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.

3. xx.xx.2023-cü il tarixli “Yaşayış sahəsinin kirayəsi” haqqında müqavilənin surətindən görünür ki, Kirayəyə verən İddiaçı2 oğlu Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir.

4. İşə əlavə olan “köçürmə qəbzlər”inin surətlərindən görünür ki, İddiaçı2 oğlu tərəfindən müxtəlif tarixlərdə X4 adına pul köçürmələri həyata keçirilmişdir.

5. Məhkəmədə şahid X11 bildirmişdir ki, o, hazırda "xxxx" MTK-da müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-ci il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişdirlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini və qızı azyaşlı olduğuna görə qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir.

6. Məhkəmədə şahid X14 bildirmişdir ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Mahir 6-cı mkr-da tikiliən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur.

7. Məhkəmədə şahid X5 bildirmişdir ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona ödənilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(105)-565/2024 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsi “onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilməsi, onların həmin mənzildən çıxarılması” hissəsində ləğv edilərək, iş üzrə icraat həmin hissədə baxılmamış saxlanılmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İlk iddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20 k) 3-cü blok, 59 saylı mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

10. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, iş üzrə birgə iddiaçılar ata – İddiaçı2 və onun qız övladı – İddiaçı1, Cavabdeh1 isə İddiaçı2 qaynı, digər iddiaçının isə dayısıdır. Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 64,2 kvm 59 saylı mənzili İddiaçı2 özü şəxsən seçmiş, qiymətini razılaşdırmış, Bayramova azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. İddiaçı1 xx.xx.2004-cü ildə anadan olmuşdur. 20 avqust 2015-ci il tarixli 300 saylı Payçı müqaviləsinin şərtlərinə görə: Mənzilin ümumi sahəsi 66,6 kvm (2.1 maddəsi); 1 kvm-i 950 USD, ümumi dəyəri 63270 USD (2.2 maddəsi); ilkin ödənilməli məbləğ 10890 USD (2.3 maddəsi); qalan məbləğin 24 ay ərzində hər ay 2465, 61 USD (2.4 maddəsi) olmaqla ödəniləcəyi razılaşdırılmışdır. İlkin ödənişi MTK-ya şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli Bayramovda olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili öz adına rəsmiləşdirib dövlət qeydiyyatına aldıraraq seriya EX N ******* nömrəli 2017-ci il tarixdə çıxarış əldə etmişdir. Bununla əlaqədar Cavabdeh1 iddiaçıları əmin etmiş və onlara vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin real olaraq Hüseynov bu istiqamətdə bütün təklif və müraciətlərdən yayınmışdır. İddiaçı2la arvadı – Cavabdeh1 bacısı X9 arasında münasibətlər 2020-ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı xx.xx.2022- ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bayramov 23 avqust 2023-cü ildə Hüseynovun istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazmaqla, habelə və onun yaşadığı ünvana (Masallı rayonu Qarğalı kəndinə) sifarişli poçtla məktub göndərərək mübahisəli mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etsə də, bugünə qədər heç bir müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməlidir.

11. Qarşılıqlı iddiaçı Cavabdeh1 (sonradan iddia tələbinin artırılması barədə ərizə verərək) məhkəməyə müqraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkur Fatmanın və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) istifadələrinin qadağan edilməsi, cavabdehlərin və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və həmin mənzilin cavabdehlər tərəfindən iddiaçı Cavabdeh1 təhvil verilməsi və 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin pulunu ödəyib alıb və xx.xx.2017-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzil 2 otaqdan ibarətdir və ümumi sahəsi 64.2 kv.metrdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi №1110578 saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, sözügedən mənzil iddiaçıya, yəni Cavabdeh1 tam pay hüququ ilə məxsusdur və iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni bacısı X1 həyat yoldaşı cavabdeh İddiaçı2 Sulu oğlu qızı İddiaçı1 ilə birlikdə onun razılığı və xəbəri olmadan qeyri qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və Cavabdeh1 mənzilində qanunsuz olaraq yaşamağa başlamışdır. O, bir müddət həmin mənzildə yaşamış və iddiaçının mənzilindən qanunsuz olaraq istifadə etmiş, eyni zamanda İddiaçı2 Sulu oğlu tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş və hal-hazırda iddiaçıya məxsus olan mənzildə yaşayaraq, iddiaçının mənzilindən qanunsuz olaraq istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamışdır, iddiaçının razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Hal-hazırda cavabdehlər İddiaçı2 Sulu oğlunun və Cavabdeh2 iddiaçıya məxsus olan mənzildən istifadəsinin qadağan edilməsi və onun və həmçinin mənzilə qanunsuz olaraq yerləşdirilən Cavabdeh2, arvadı və uşaqlarının mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı2 Sulu oğlu və onun tanışı Cavabdeh2 iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onların arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışdır. Cavabdehlərin bu mənzildə yaşaması və ya istifadə etməsi iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehlərin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilməlidir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsi (hakim G.Tağızadə) ilə ilk tələbi təmin edilməmiş; - qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1n, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilmiş,; -cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzil iddiaçı Cavabdeh1 təhvil verilməsi; -qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada 3-cü blok, 8-ci mərtəbədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab edib. Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, № ******* saylı “Çıxarış” nəzərə alaraq məhkəmə hesab edib ki, cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzilə istifadələri qadağan edilməli, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzil iddiaçı Cavabdeh1 təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində iddianı əsassız hesab etmiş və göstərmişdir ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə yuxarıdakı nəticəyə gəlmişdir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 152.5, 178.8-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

16. İlk iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarına istinad etmədən, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, tərəflər arasında mövcud olan münasibətlərin xarakterinin mahiyyətinə varmadan və heç bir maddi hüquq normasına istinad etmədən ilkin iddia tələbinin təmin edilməməsi kimi absurd nəticəyə gəlmiş, öz qanunsuz mövqeyini əsaslandırmaq zərurəti belə görməmişdir. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 64,2 kv.m sahəsi olan 59 saylı mənzilin dəyərini ilk iddia üzrə İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 Mahir qızı üçün almış, lakin həmin vaxtlarda sonuncu azyaşlı olduğuna və Bayramovun xarici ölkə vətəndaşı olmasına görə mənzil Bayramovanın dayısı ilkin iddia üzrə Cavabdeh1 adına rəsmiləşdirilmiş və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alınmışdır. Mənzilin dəyəri kimi 63.270 (altmış üç min iki yüz yetmiş ) ABŞ dollar vəsaiti bank vasitəsiilə hissə-hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. İddiaçı1 Mahir qızı artıq 18 yaşına çatdığından mənzilin Bayramovanın adına keçirilməsi ilə bağlı dəfələrlə ilkin iddia üzrə Cavabdeh1 müraciət edilmişdir. Lakin o müxtəlif bəhanələrlə notariat orqanına gəlməkdən yayınmışdır. Ona görə də onlar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qiymət verməmiş, şahid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirməkdən bilərəkdən yayınmışdır. Məhkəmənin ilkin iddiaya və qarşılıqlı iddiaya münasibətini ifadə etməməsi, hansı səbəbdən ilkin iddianı əsassız, qarşılıqlı iddianı isə qismən əsaslı hesab etməsini əsaslandırmaması məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən mühüm haldır. Məhkəmə iş materiallarında olan köçürmə sənədlərinə də hüquqi qiymət verməmiş, cavabdehin adına köçürülən vəsaitlərə dair qəbzlərə ümumiyyətlə istinad etməmişdir. Əgər həqiqətən mənzil cavabdeh tərəfindən alınmışdırsa, hansı səbəbdən ona iddiaçı tərəfindən xeyli miqdarda vəsait köçürülməsi məsələsinə cavabdeh heç bir cavab verə bilməmiş məhkəmə də bu halı qiymətləndirməmişdir. Məhkəmə iddiaçıların hansı qaydada mənzildən istifadə etmələri məsələsinə də münasibət bildirməmişdir. Məhkəmə iddiaçıların mənzili necə təmir etməsi, əşyalar, mebellər sifariş edərək yerləşmələri və mənzilin başqa şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilə bağlaması hallarına da biganə yanaşmışdır. Məhkəmə işə baxılması zamanı ciddi prosessual pozuntulara yol vermiş, tərəflər arasında çəkişmə prinsipinin tələblərini təmin etməmişdir. Belə ki, məhkəmə iclasında qayda pozuntusuna yol verilmiş, qarşı tərəfdən etik qaydalara əməl olunmamış, habelə məhkəmə çıxışlarına qədər İddiaçı2 “Mübahisəli mənzili qızım Leyla xanım Bayramova üçün aldığımı bir daha təsdiq edərək, iddia tələbimdən və mənzilə olan hüquqlarımdan bu işdə birgə iddiaçı olan 2004 cü il təvəllüdlü qızım İddiaçı1 Mahir qızının xeyrinə imtina edirəm və xahiş edirəm iddiaçı kimi iştirakıma xitam verəsiniz.” məzmunlu yazılı, imzalı ərizəsini geri qaytararaq qəbul etməmişdir. Habelə şahid “Kristal Abşeron MTK” nın Sumqayıt filialının sədr müavini X7 izahatı qətnamədə qismən təhrif edilmiş formada əks etdirilmişdir. Göstərilən hallar nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi və vəkili Vəkil1 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ilk iddia tələbinin dəlillərinə istinad etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzilin əldə edilməsi təşəbbüsü İddiaçı2 məxsus olmuşdur. Lakin MTK-dan xarici ölkə vətəndaşı olduğundan mənzilin daxili kredit müqaviləsi ilə ona satılmasının hüquqi cəhətdən mümkün olmaması bildirilmişdir. Bundan sonra iddiaçı qaynı hazırkı Cavabdeh1 adına mənzilin alqı-satqısını həyata keçirmişdir. İlkin ödəniş, habelə digər ödənişlər üçün vəsait müntəzəm olaraq İddiaçı2 tərəfindən cavabdehə, yaxud onun atasına göndərilmişdir. Bu faktları təstiq edən ödəniş hesabları iş materiallarına əlavə edilmişdir. 2023-cü ildə iddiaçı Azərbaycana gəlmiş və cavabdehə mənzilin qızı Leylanın adına özəlləşdirilməsini təmin etməyi xahiş etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə işi yubatmışdır. Bundan sonra birgə iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin işə baxan məhkəmə heç bir əsaslandırma aparmadan, kifayət qədər əsaslı iddianı təmin etməmişdir. Hazırkı iş üzrə qarşılıqlı iddia tələbi yalnız ilk iddia tələbi üzrə məhkəmə mübahisəsi yarandığından sonra verilmişdir. Bu da özlüyündə qarşılıqlı iddiaçının iddiasının formal şəkildə verildiyini göstərir. Məhkəmə iş üzrə şahid ifadələrinə, təqdim olunmuş sübutlara, tərəflər arasında “votsap” yazışmalarına öz qətnaməsində heç bir münasibət bildirməmişdir. Məhkəmə icraatı zamanı prosessual tələblərə əməl edilməmiş, etik davranış qaydalarına zidd hərəkətlərə yol verilmişdir. Bütün bunlar məhkəmənin iş üzrə obyektiv araşdırmadan uzaq, qərəzli mövqeyinin olmasını sübut edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X8 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. İddia tələbinin heç bir hüquqi əsası yoxdur. Mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Mənzil üzərində cavabdehin qeydə alınmış hüququ qüvvədədir. Hazırkı formada iddia tələbinin tmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. İddiaçı tərəfin mübahisəli mənzilin əslində ididaçı üçün alınması, habelə ödənişlərin onun tərəfindən icra edilməsi barədə qeyd etdiyi fikirlər əsassızdır və heç bir tutarlı sübutla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi bank hesablarından çıxarışlarda göstərilən Cavabdeh1 və Atabala Hüseynova göndərilmiş ödəmələrin təyinatı müəyyən edilmir. Bundan başqa tərəflər yaxın qohumluq münasibətlərində olmuşlar və iddiaçı tərəfin Qazaxıstan Respublikasında bizneslə məşğul olmaq üçün pula ehtiyacını və bu barədə xahişini nəzərə alaraq cavabdeh bankdan kredit götürmüş və pulu İddiaçı2 göndərmişlər. İddiaçıların hazırda istinad etdikləri ödəmələr məhz həmin kredit üzrə aylıq ödənişlərin ödənilməsi üçün sərf edilmişdir. Onda olan məlumata əsasən mübahisəli mənzilin açarları iddiaçılar tərəfindən zorla dəyişdirilmişdir. Cavabdeh mülkiyyətçi kimi hüquqlarının müdafiəsini tələb etmişdir. İşə baxan məhkəmə heç bir pozuntuya yol verməmiş və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 ona qarşı irəli sürülən iddia tələbinə etiraz edərək bildirdi ki, O Türkiyə Respublikası vətəndaşıdır. Mübahisəli mənzilin yerləşdiyi binanın yaxınlığında yerləşən mənzildə uzun müddət kirayədə yaşamışdır. Daha sonra mübahisəli mənzilə dair 1 illik kirayə müqaviləsi bağlamaqla, müqavilə üzrə razılaşdırılmış məbləği ödəməklə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. O keçən müddət ərzində həmin mənzilin sahibi kimi İddiaçı2 tanımış və kirayə müqaviləsi bağlamaqla orada yaşamışdır. Mənzilin Çıxarışını tələb etməyə isə zərurət görməmişdir. Bir müddət sonra İddiaçı2 həyat yoldaşı qismində bir nəfər özünü təqdim etmiş, qısa müddət sonra isə mənzili tərk etmələrini bildirmişdir. Bütün hallarda hazırkı mübahisənin ona aiddiyatı yoxdur. O, müqavilə əsasında mənzildə yaşayır. Müqavilə üzrə ödənişi icra etmişdir. Heç kəsin mənzilini zəbt etməmişdir. Cavabdeh1 ümumiyyətlə tanımır. Hazırkı mübahisənin ona aidiyyatı yoxdur. Göstərilənlərə əsasən ona qarşı irəli sürülən iddia tələbinin rədd edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq digər cavabdeh Başkurt Fatma Hasan qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatını, iş materialları ilə birgə nəzərdən keçirərək, birinci instansiya məhkəməsinin ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın qismən (ailə üzvlərinə münasibətdə istisna olmaqla) təmin olunmuş hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan işdən müəyyən olunur ki, iş üzrə həm ilk, həm də qarşılıqlı iddia mövcuddur.

30. İlk iddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən-mülkiyyət hüququna xitam verilməsi və iddiaçıların mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması barədədir.

31. Qarşılıqlı iddia tələbi də özlüyündə bir neçə hissədən- ilk iddia tələbinin rədd edilməsi, cavabdehlərin və onların ailə üzvlərinin mənzilə istifadələrinin qadağan edilməsi, mənzildən çıxarılma, həmin mənzilin qarşılıqlı iddiaçıya təhvil verilməsi və əldən çıxmış faydadan ibarətdir.

32. Qarşılıqlı iddia tələbinə nəzər saldıqda görünür ki, işə baxmış birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin mahiyyət və ifadə tərzinə xüsusi əhəmiyyət verməmiş, MPM-in 14.1-ci maddəsindən çıxış edərək iddia tələbini dəqiqləşdirməyərək, verilmiş iddiaya sonadək baxmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinə apellyasiya icraatı zamanı yeni tələbin əlavə edilməsi, tələbin hansısa formada dəyişdirilməsi (azaldılması və ya artırılması), iş üzrə iddiaçı və cavabdehin dairəsinin genişləndirilməsi və ya azaldılması MPM-in normalarının pozulması deməkdir.

34. Bu qaydanın ümumiyyətlə apellyasiya instansiyası məhkəməsində edilməsi MPMin 372.4-cü maddəsinin (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbi baxımından yolverilən deyidir.

35. MPM-in 372.3-cü maddəsinin tələbinə görə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər.

36. Qeyd olunmalıdır ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddihüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır.

37. Əlavə olaraq bildirilir ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddiaçı üzrə cavabdeh malikdir və qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə-iddiaçıya qarşı irəli sürülə bilər.

38. Lakin konkret halda kollegiya qarşılıqlı iddia tələbində digər iki əlavə şəxsin də (Cavabdeh2, Başkut Fatma Hasan qızı) cavabdeh kimi göstərilməsinə qiymət verir ki, nə qədər ki, qarşılıqlı iddia icraata qəbul edilib və tərəflər bunu mübahisələndirməyib, əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya instansiya məhkəməsi işə bu qaydada baxılmasını mümkün hesab etmişdir.

39. Araşdırılan işin müəyyən edilir ki, həm ilk, həm də qarşılıqlı iddiaçılar eyni mənzil üzərində hüquqların pozulduğunu mübahisələndirir.

40. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, mübahisəsi gedən mənzillə bağlı Cavabdeh1 ilə "xxxx" MTK arasında 20 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan binanın 8-ci mərtəbəsinin 3-cü blokunda 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul edərək, qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edildiyindən, sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.

41. Kollegiya qeyd edir ki, hər şeydən öncə ilk iddia tələbi Cavabdeh1 mübahisəli mənzilə olan mülkiyyət hüququna xitam verilməsi formasında tərtib olunsa da, iddianın hüquqi və faktiki əsasları mənzil üzərində cavabdehin adına qeydə alınmış mülkiyyət hüququna dair Çıxarışın etibarsızlığına yönəlmişdir. Bütün hallarda apellyasiya kollegiyası iddia tələbi həcmində işə baxmış məhkəmə qətnaməsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı zəruri hesab etmişdir.

42. Göründüyü kimi iddiaçı tərəf öz iddiasının ən tutarlı dəlili qismində məhkəməyə İddiaçı2 tərəfindən müxtəlif vaxtlarda Cavabdeh1 adına pul göndərişlərini əks etdirən bank çıxarışları təqdim edərək, ödənişlərin məhz iddiaçı tərəfindən edildiyini bildirmişdir. Kollegiya qeyd olunan dəlilə münasibət bildirərək qeyd edir ki, həmin ödənişlərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, həmin dəlil əsaslı hesab edilə bilməz.

43. Araşdırılan işin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 adına verilmiş RX seriyalı, № ******* nömrəli “Çıxarış” hazırda qüvvədədir.

44. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir

45. Apelyasiya şikayətinin dəlillərini bu hissədə araşdıran kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq ilk iddiaçı tələbini təsdiq edəcək mötəbər sübutları, məsələn mənzilin onlara məxsus olmasını, göndərilmiş pul məbləğinin məhz həmin mənzilin alınması üçün göndərildiyini, cavabdehin hüquqdan sui-istifadə etməsini, cavabdehin onların adından hərəkət etməli olmasını və s. məhkəməyə məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Onların izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. İlk iddiaçı apellyasiya şikayətində mübahisəli mənzilin onlara məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə tədqiq olunan sənədlərlə onların dəlilini təkzib edilmişdir.

47. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, mübahisələndirilən mənzil üzərində qarşılqılı iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, sonuncu bir mülkiyyətçi kimi ilk iddiaçıların (qarşılıqlı cavabdehlərin) həmin mənzilə müdaxiləsi ilə qarşılaşır ki, bu da onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

48. Əlavə olaraq məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən mənzilin qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, Cavabdeh1 mənzil sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır.

49. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

50. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi ilk iddiaçı tərəf mübahisəli mənzilin məhz onalara məxsus olmasına dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir

51. Yuxarıda qeyd olunanları, həmçinin Daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh iddiaçının adına verilmiş RX seriyalı, № ******* saylı “Çıxarış” nəzərə alan kollegiya hesab edir ki, cavabdehlər İddiaçı2 Sulu oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının sözügedən mənzilə olan istifadələri qadağan edilməli, sonuncular həmin mənzildən çıxarılmaqla, mənzil mülkiyyətçi Cavabdeh1 təhvil verilməlidir.

52. Əks yanaşmada, yəni mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə mənzildə kənar şəxsin yaşamaqda davam etməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak (mülkiyyət) mənafeləri gözardı edilməməlidir.

53. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə- ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın qismən (ailə üzvlərinə münasibətdə istisna olmaqla) təmin olunmuş hissəsində gəldiyi nəticə ləğv üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissələrə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə yəni, ilk iddianın təmin edilməməsi; - qarşılıqlı iddianın qismən təmin edilərək, cavabdehlər İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2 və Başkut Fatma Hasan qızının ünvan 1 ünvanında yerləşən mənzilə istifadələrinin qadağan edilməsi; - cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzilin Cavabdeh1 təhvil verilməsi; -qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər İddiaçı2 Sulu oğlu, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver