Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-593/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməklə cavabdehin qeyri-yaşayış binasından çıxarılması və digər tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməklə cavabdehin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdehin qeyri-yaşayış binasından çıxmadığı hər ay üçün icarə haqqından əlavə aylıq 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1099/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-441/2023 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Astara Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməklə cavabdehin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdehin qeyri-yaşayış binasından çıxmadığı hər ay üçün icarə haqqından əlavə aylıq 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia ərizəsində bir neçə tələb birləşdirilsə də əsas tələb cavabdehin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, yəni daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsidir. Belə olan halda iddiaçının tələbi MPM-in müstəsna aidiyyətlə bağlı 39.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi daşınmaz əmlak Astara şəhərində yerləşdiyindən hazırkı tələbə Astara Rayon Məhkəməsində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sahibliyində olan daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə tələbə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməklə cavabdehin qeyri-yaşayış binasından çıxarılması və digər tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməklə cavabdehin qeyri-yaşayış binasından çıxarılması və digər tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-593/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-593/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver