Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-602/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı mülki iş üzrə (kateqoriya; alğı-satqı müqaviləsinin etibarsızlığı, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X30 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X8, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh2, onun nümayəndəsi və və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-190/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Cavabdeh1 MTK-nın sədri X15 ilə İddiaçı arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqavilədən görünür ki, müqavilənin predmeti Cavabdeh1 MTKnın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzilidir. Müqavilənin ümumi məbləği 68484 manatdır. Müqavilədə mənzilin nömrəsi göstərilməmişdir.
2. Cavabdeh1 MTK-nın sədri və mühasibin imzaları olan tarixsiz maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyəri 68484 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. Cavabdeh1 MTK-nın baş mühasibinin imzası olan xx.xx.2014-cü il tarixli nömrəsi göstərilməyən kassa mədaxil orderinə qəbzdən görünür ki, İddiaçı tərəfindən 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən kooperativ mənzil üçün 68484 manat ödənilmişdir, MTK-ya borcu yoxdur.
4. İddiaçı Cavabdeh1 MTK-ya xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli 157 №li mürqaviləyə əsasən, MTK-nın Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili 5 iş günü ərzində təhvil verməsi və mənzilin təmirinə şərait yaradılması tələb edilmiş, əks təqdirdə tərəfindən Məhkəməyə müraciət ediləcəyi və bütün məhkəmə xərclərinin Cavabdeh1 MTK-dan tələb olunacağı bildirilmişdir.
5. Cavabdeh1 MTK-nın direktor əvəzi A.Dadaşovun imzaladığı xx.xx.2023-cü il tarixli 01 saylı maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14- cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 133,26 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyəri 98000 manat payçı Cavabdeh2 tərəfindən ödənilmiş, MTK-ya borcu 4000 manat təşkil edir.
6. Cavabdeh1 MTK-nın direktor əvəzi A.Dadaşovun imzaladığı xx.xx.2023-cü il tarixli 02 saylı maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14- cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 133,26 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyərindən 98000 manat payçı Cavabdeh2 tərəfindən ödənilmiş, Qalıq borcu yoxdur.
7. X15 tərəfindən X16 verilmiş, özündə müəyyən səlahiyyətləri əks etdirən xx.xx.2016-cı il tarixli etibarnamə Bakı şəhərinin notariusu Hikmət B.Süleymanlı tərəfindən təsdiq edilmişdir.
8. Cavabdeh1 MTK-nın sədri X15 tərəfindən X16 verilmiş 15 iyul 2014-cü il tarixli etibarnamədən görünür ki, sonuncu "xxxx" MTK adından lazımi sənədləşmələrin aparılmasına, alqı-satqı müqavilələrinin bağlanmasına və imzalanmasına səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixə qədər etibarlıdır.
9. Cavabdeh1 MTK-nın sədri X6 ilə Cavabdeh2 arasında bağlanılmış 19 avqust 2023-cü il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 3 otaqlı, sahəsi 133,26 kv.m olan 79 №li mənzildir. Müqavilənin ümumi dəyəri 95000 manatdır. Payçı ilkin olaraq 91000 manat məbləğində avans ödəyir, 1 ay müddətində 4000 manat ödəməyi öhdəsinə götürür.
10. Cavabdeh1 MTK-nın sədri X4 imzaladığı tarixsiz maliyyə arayışından görünür ki, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 3 otaqlı, sahəsi 133,26 kv.m olan 79 №li mənzilin pay dəyəri 95000 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
11. Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyind yerləşən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blokuna aid quraşdırılmış qaz sayğaclarının siyahısından görünür ki, 25-ci sırada Rasim Dəmirovun adının qarşısında sayğacın nömrəsi **********3 qeyd edilmişdir.
12. X1 orqanlara ünvanladığı, imzası notarial qaydada xx.xx.2023-cü il tarixdə ünvan 1isi tərəfindən təsdiq edilmiş ərizəsindən görünr ki, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyind yerləşən 10 bloklu çoxmərtəbəli yaşayış binasının müqavilə ilə ona məxsus blok D, mərtəbə 6, 3 otaqlı sahəsi 114,14 kv.m olan mənzilinə pay hüququndan imtina edir, həmin pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur.
13. Abşeron rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin «Müvəqqəti qeydiyyat vəsiqə»lərindən görünür ki, Cavabdeh2, oğlları X35, X31, aradı X9, gəlini X2 şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D bloku, 79 saylı mənzilə qeydiyyata düşmüşlər.
14. Cavabdeh1 MTK-nın direktoru F.S.Quliyev tərəfindən təsdiq edilmiş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D bloku, 79 saylı mənzilin sxemindən görünür ki, mənziin ümumi sahəsi 133,26 kv.m-dir.
15. "xxxx" ASC-nin Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, onun xx.xx.2023-cüil tarixdən xx.xx.2023-cü il tarixə kimi **********D0079 abonunt kodu üzrə borcu yoxdur.
16. «Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balan mənsubiyyəti sərhədi barədə xx.xx.2022-ciil tarizli aktdan görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X33 Departamentinin Müştəri xidmət şöbəsi ilə Cavabdeh2 arasında müvafiq müqailə bağlanmışdır.
17. Cavabdeh1 MTK-nın direktorunun elektron məhkəmə vasitəsilə təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərfindən irədi surülən iddia tələbində göstərilən mənzil Cavabdeh2 satılmışdır və hazır-hazırda məhmin şəxs ailəsi ilə birlikdə bu mənzildə yaşıyır. Mənzili təmir etdirmiş və bütün kommunal ödənişlər onun tərfindən ödənilir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə və maliyyə arayışı Cavabdeh1 MTK-da aşkar edilməmişdir.
18. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6-cı mərtəbəsində yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin mənzilin 3 otaqdan ibarət və müqavilədə göstərildiyi kimi sahəsinin 133,26 kv.m olması, həmçinin tam təmirli olması eləcə də, mənzildə Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı müəyyən olunmuşdur.
19. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən 2016-cı ilin ayınadək Cavabdeh1 MTK-nın sədri olmuşdur. Lakin bütün işləri onun verdiyi etibarnamə əsasında qardaşı X24 aparmış və demək olar ki, bütün müqavilələrə Hacıyev Nofəl qol çəkmişdir. Bundan əlavə Nofəl ona bildirmişdir ki, İddiaçı obyektinin (avto yuma) əvəzinə Xırdalandan ev almışdır. Bununla bağlı Nofəl ilə Fuad arasında müqavilə bağlanmışdır. Cavabdeh1 MTK-dakı binaların tikilməsində investisiya qoyan da Nofəl olmuşdur. Bina tikilən torpağın bir hissəsi Anarın olmuşdur. Həmin torpağın əvəzinə Nofəl Anara mənzil və qeyri-yaşayış sahəsi vermişdir. 2017-ci ildən 2022-ci ilədək Abbasov Gülməmməd "xxxx" MTK-nın sədri olmuşdur.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 tanıyır. Belə ki, o, binada usta olaraq işləyir və Cavabdeh2 mənzilini də o təmir etmişdir. Sonradan Cavabdeh1 MTKda C blokunda, 9-cu mərtəbədə yerləşən 78 kv.m mənzili almışdır və hazırda orada yaşayır. Lakin o, mənzildə yalnız Cavabdeh2 görmüşdür. Bina 2014-cü ildə hazır tikilmiş olsa da, təmirə başlanılmamış, artıq 2015-ci ildən o, binada təmir işləri aparmış və binada yaşayış olmuşdur.
21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MTK-da usta olaraq işləmişdir. Daha sonra o, ödəniş edərək 2022-ci ildə Nofəl ilə müqavilə bağlayaraq evi almışdır. Daha sonra Fuad evin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Nofəllə görüşərək eyni evin həm ona həm Fuada necə satdığını soruşmuşdur. Bu zaman Nofəl ona bildirmişdir ki, bu evi ona vermiş, Fuada isə Ayna Sultanovada ev satmışdır. Daha sonra o, sağlamlığı ilə bağlı işləyə bilmədiyi üçün evi MTK-ya təhvil vermiş və Notariusda imtina ərizəsi yazmışdır.
22. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X26 ifadəsində göstərmişdir ki, o Xırdalan ərazisində olan torpaq sahəsini Nofələ satmış və Nofəl həmin torpaqda ev tikirdi. Bunun əvəzində Nofəl qardaşı Tariyelin direktoru olduğu MTK-dan ona mənzil verilməsini vəd etmişdir. Bununla əlaqədar o tez-tez MTK-nın ofisində olurdu və Fuadı da orada görmüşdür. Həmin ərəfələrdə MTK binanın 3-4 mərtəbəsini tikmişdir, bina tam hazır deyildir. Bildiyinə görə mənzillərlə bağlı danışıqları Nofəl aparırdı, müqavilələri isə Tariyev imzalayırdı. Fuadla bağlanmış müqavilənin kim tərəfindən imzalanmasını dəqiq bilmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdeh1 MTK-ya qarşı, sonradan isə iddianın artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi göstərməklə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili İddiaçı təhvil verilməsi, mənzilin təmirinə şərait yaradılması və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
24. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın qarşısında 28.7 kv.m ümumi sahəsi olan qaraj son 30 ildə onun istifadəsində olmuş, həmin qarajı ƏMDX-yə aylıq icarə haqqı ödəməklə avtomobil yuma məntəqəsi kimi istifadə etmişdir. 2014-cü ilin sentyabr ayında qonşu, habelə bina inşa edən şəxs kimi tanıdığı Nofəl Hacıyev ona müraciət edib qarajın yerləşdiyi yerdə bina inşa etmək istədiyini, həmin yerdə yerləşən obyekt sahiblərini razılaşma yolu ilə oradan çıxardığını bildirib, ona razılaşma təklif etmişdir. Razılaşmaya əsasən, həmin qarajın onun tərəfindən özəlləşdirilməsinə icazə verməklə bağlı ƏMDX-yə ərizə yazsa, Nofəlin faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri ərazisində inşa edilən binadan ona bir ədəd mənzil verəcəkdir. O da həmin şərtlə razılaşıb, 23 sentyabr 2014-cü il tarixdə ƏMDXyə getməklə sözügedən qarajdan imtina etməyi ilə bağlı ərizə yazıb. Bundan bir gün sonra Nofəl Hacıyev İ.Dadaşov 57 ünvanında yerləşən ofisinə onu dəvət edib, orada onun faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilə və MTK-ya mənzilə görə 68.484 manat məbləğində vəsait ödənilməsi barədə qəbz vermişdir. Ancaq illər keçməsinə baxmayaraq, mənzil hələ də ona təhvil verilməyib. Cavabdeh1 MTK ilə aralarında xx.xx.2014-cü ildə mənzil alqı-satqısına dair 157 №li müqaviləyə əsasən, hər bir kv.m sahəsinin ilkin dəyəri 600 manat olmaqla, ümumi məbləği 68484 manat olan Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzili Cavabdeh1 MTK tikib ona təhvil verməyi öhdəsinə götürüb. Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 22 sentyabr 2014-cü il tarixli maliyyə arayışına əsasən, tərəfindən 68484 manat məbləğ Cavabdeh1 MTK-ya tam həcmdə ödənilib. Maliyyə arayışı Cavabdeh1 MTK-nın sədri X17 tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. Ödənişin tam həcmdə edilməsinə və binanın tiktintisinin başa çatmasına baxmayaraq, bu günə kimi mənzil hələ də ona təhvil verilməyib. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəfindən Cavabdeh1 MTK-ya xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq mənzilin 5 iş günü ərzində ona təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması tələb edilmiş, əks təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi və bütün məhkəmə xərclərinin Cavabdeh1 MTK-dan tələb olunacağı bildirilmişdir. Lakin Cavabdeh1 MTK tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
25. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilə, Cavabdeh2 məxsus sənədlər və şəxsiyyət vəsiqəsi Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Hazırda hesab edir ki, iddia tələbimin həcminin artırılmasına zəruriyyət yaranmışdır. Belə ki, təqdim etdiyi sənədlərdən görünür ki, sözügedən mənzilə dair "xxxx" MTK ilə aralarında xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısına dair ilkin müqavilə bağlamış və həmin mənzilə aid maliyyə arayışı da mövcuddur. Belə olduğu təqdirdə həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ yaranmış və mənzil Cavabdeh1 MTK-nın balansından çıxmışdır. Buna görə də, Cavabdeh1 MTK artıq özünün balansında olmayan əmlakı digər şəxsə sata bilməz. Cavabdeh1 MTK üzərində sahiblik və istifadəsində olan əmlakı 3-cü şəxsə satmışdır. Halbuki, həmin əmlak üzərində Cavabdeh1 MTK-nın heç bir hüququ qalmamışdır, həmin əmlakı digər 3-cü şəxsə sata bilməz. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən iddianın təmin edilməsi xahiş edilir.
26. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-190/2025 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbi təmin edilməmişdir.
27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Həmçinin iddiaçının ona təhvil verilməsini iddia etdiyi mənzillə bağlı Cavabdeh2 ilə 19 avqust 2023-cü il tarixdə Cavabdeh1 MTK ilə arasında bağlanmış müqavilədə mübahisəli mənzilin nömrəsi 79 saylıdır. Məhkəmə həmçinin qeyd edib ki, mənzilin nömrəsindən əlavə, iddiaçı ilə bağlanmış müqavilədəki mənzilin ölçüləri (114,14 kv.m) Cavabdeh2 satılmış mənzilə göstərilən ölçülərlə (133,26 kv.m eynilik təşkil etmir. Eləcə də iddiaçı mənzillə əlaqədar 24 sentyabr 2014-cü il tarixli müqavilə və ödəniş qəbzinin Nofəl Hacıyevin verməsini, maliyyə arayışının isə Cavabdeh1 MTK-nın sədri X17 tərəfindən imzalanmasını və MTK-nın möhürü ilə təsdiq edilməsini göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh1 MTK-nın keçmiş sədri X7 qardaşı X16 MTK-nın adından lazımi sənədləşmə işlərinin aparılması, alqı-satqı müqavilələrinin bağlanması və imzalanması səlahiyyətinin verifməsi ilə bağlı xx.xx.2014-cü il tarixli etibarnamə verilmişdir. Cavabdeh tərəfin bununla bağlı etirazında qeyd etdiyi Abşeron Rayon Məhkəməsində xx.xx.2022-ci iİ tarixdə 2(012)-58/2022-saylı mülki iş üzrə iddiaçı X5 cavabdeh Çinar-AN” MTK-ya qarşı oxşar mübahisə üzrə mülki işə baxılarkən Cavabdeh1 MTK-nın keçmiş sədri X15 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməmişdir.
28. Məhkəmə qeyd edib ki, cavabdeh tərəfin istinad etdiyi qətnamənin hazırki işə aidiyyatı olmasa da, həmin iş üzrə Cavabdeh1 MTK-nın keçmiş sədri X7 şahid qismində verdiyi ifadəsində MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməməsini göstərsə də, hazırki iş üzrə verdiyi ifadəsində bütün işləri onun verdiyi etibarnamə əsasında qardaşı X24 aparmasını və demək olar ki, bütün müqavilələrə Hacıyev Nofəl qol çəkməsini göstərməsinə qiymət verilməsi zəruridir. Belə ki, əvvəla X24 MTK-nın rəsmi işçisi olmamış və Cavabdeh1 MTK-nın keçmiş sədri X7 verdiyi qeyd edilən etibarnamə hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə ziddir və qanunun tələblərinə uyğun olmayan əqddir. Cavabdeh1 MTK-nın Nizamnaməsində MTK-nın sədrinin belə bir səlahiyyətinin olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim ediməmişdir.
30. Məhkəmə iddiaçı tərəfin şahid ifadələrinə və iddiaçı tərəfin izahatlarına qiymət verərək hesab edib ki, bu ifadə və izahatlar özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfin izahatları və şahidlərinin ifadələri cavabdeh tərəfin təqdim etdiyi sübutlarla və işin araşdırılmış halları ilə təkzib edilir.
31. Belə ki, iddiaçı tərəfin iddia etdiyi kimi mənzil 2022-ci ildə Rasim adlı şəxsə, daha sonra isə həmin şəxs tərəfindən mənzilin Cavabdeh2 satılmasına baxmayaraq iddiaçı mübahisəli mənzillə əlaqədar adı qeyd edilən Rasim adlı şəxslə bağlanmış müqaviləni mübahisələndirməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş "xxxx" MMC illə Cavabdeh1 MTK arasında imzalanmış Qaz sayğaclarının quraşdırılması barədə dislokasiya cədvəlindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14- cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu yaşayış binasının giriş D bloku, 79 saylı mənzil X11 adına qeydə alınmışdır. İşin araşdırılmış hallarından da görünür ki, həmin mənzilə dair əvvəlcə X25 ilə müqavilə bağlanmış, daha sonra sonuncu xx.xx.2023-cü il tarixli **********828 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsi ilə mübhisəli mənzilə dair pay hüququndan imtina edərək, həmin pay hüququnun digər şəxsin adına və sənədləşdirilməsinə etiraz etmədiyini bildirmiş və onun payçılıqdan azad edilməsini xahiş etmişdir. Bundan sonra qeyd edilən mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2023-cü il tarixli “Mənzilin Tikintisi Haqqında Müqavilə”yə əsasən X27 95.000 manata satılmış və o həmin məbləği 2 dəfəyə ödəyərək ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Cavabdeh2 mənzili aldıqdan sonra təmir işləri aparmış, qaz, işıq və su sayğacları qoyulmuşdur.
32. Məhkəməyə təqdim edilmiş Abşeron Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin “Müvəqqəti Qeydiyyat vəsiqəsindən” göründüyü kimi Cavabdeh2 və onun ailə üzvləri oğlanları-X35, X31, arvadı-X9 və gəlini X3 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu yaşayış binasının giriş D bloku, 79 saylı mənzilə qeydiyyata düşmüşlər. Göstərilənlərə əsasən məhkəmə iş üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 340.2, 389.1, 405.1, 452.2-ci madələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri
34. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Bu səbəbdən qətnamə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh1 MTK ilə 24 sentyabr 2014-cü il tarixində bağlamış olduğu müqaviləyə əsasən MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etmiş olduğu binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv .m olan mənzili 64.484 manat ödəniş müqabilində əldə etmişdir. Bundan 9 il sonra yəni, 19 avqust 2023-cü il tarixində Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında bağlanmış olan müqaviləyə əsasən ona məxsus olan mənzil sonuncuya satılmışdır. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə qətnaməsi yanlış əsaslandırılmışdır. Belə ki, X12 Cavabdeh1 MTK-nın rəsmi işçisi olmadığından həmin vaxt MTK-nın sədri olmuş X10 qardaşı X18 vermiş olduğu 15 iyul 2014-cü il tarixli etibarnamənin- hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə zidd olması və qanunun tələblərinə uyğun olmaması barədə məhkəmənin nəticəsi tamamilə absurrdur. Əvvəla, işin faktiki hallarından da göründüyü kimi, X24 MTK-nın inşa etmiş olduğu binanın əsas maliyyələşdirəni və faktiki sahibi olmuşdur. X10 qardaşı X18 vermiş olduğu 15 iyul 2014cü il tarixli etibarnamənin etbarlılığı şərtləri hüquqi şəxsin nizamnaməsi ilə deyil, Mülki Məcəlləninin müvafiq normaları ilə tənzimlənir. Bu baxımdan X10 qardaşı X18 vermiş olduğu 15 iyul 2014-cü il tarixli etibarnamənin nizamnaməyə zidd olması barədə məhkəmənin gəlmiş olduğu nəticə tamamilə əsasızdır. Çünki, etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinin tələbinə uyğun tərtib edilmişdir. Hətta həmin vaxt MTK-nın sədri olmuş X22 məhkəmədə şahid qismində dindirilərkən 2011— 2016-cı illərdə Cavabdeh1 MTK-nın sədri olduğunu lakin bütün işlərin onun verdiyi etibarnamə əsasında qardaşı X24 tərəfindən aparıldığını özü təsdiq etmişdir. Digər tərəfdən məhkəmənin 24 sentyabr 2014-cü il tarixli müqavilədə mənzilin nömrəsinin göstərilməməsi və mənzilin nömrəsindən əlavə mənzilin ölçülərinin eynilik təşkil etməməsi barədə gəldiyi nəticə də işin həqiqətən tam və hərtərəfli araşdırılmadığını və gəlinmiş nəticənin işin faktiki hallarına uyğun olmadığını bir daha təsdiq edir. Çünki, Cavabdeh1 MTK ilə iddiaçı arasında 24 sentyabr 2014-cü il tarixli müqavilə bağlanarkən bina hələ hazır deyildi və onun təxminən 3 mərtəbəsi inşa edilmişdi. Həmin vaxt mənzillərin nömrəsi müəyyən olunmadığından müqavilədə də əks olunmamışdır. Eyni zamanda, iş materiallarında olan həmin vaxt MTK tərəfindən ona verilmiş “Broşurdan” da göründüyü kimi 6-cı mərtəbədə yalnız bir 3 otaqlı mənzil olmuşdur. Ümumiyyətlə isə mənzillərin eyniliyini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli olduğu halda işin tam və obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmə mülki prossesual hüquq norması baxımından da yanlış nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində “iddiaçı tərəfin şahid ifadələrinə tənqidi yanaşdığını qeyd edir. Belə ki, cavabdeh tərəfin istinad etdiyi Abşeron Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh1 MTK-nın keçmiş sədri X10 şahid qismində ifadəsində MTK-nın adından müqavilə bağlanması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə vermədiyini, hazırki işdə ifadəsində isə bütün işləri onun verdiyi etibarnamə ilə qardaşı X13 aparmasını göstərərək bu ifadələrin ziddiyətli olmasını qeyd edir”. Halbuki Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin istinad etdiyi qətnamədə iddiaçı tərəf olmamışdır. Bütün bunlar işə baxan məhkəmənin lazımı qaydada araşdırma aparmadığını sübut edir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən binanın qarşısında yerləşən qaraj 20 ildən çox onun istifadəsində olmuş, həmin qarajı ƏMDX-yə aylıq icarə haqqı ödəməklə istifadə etmişdir. Nofəl Hacıyev ona müraciət edib qarajın yerləşdiyi yerdə bina inşa etmək istədiyini və onunla razılıq əldə edilməsini təklif edib. Əvəzində ona qeyri-yaşayış sahəsinin verilməsini vəd etmişdir. Lakin sonradan hazırki binada inşa edilən mənzillə bağlı müqavilə bağlamağı təklif etmişdir. O əvvəlcə razılaşmamışdır. Çünki qeyri-yaşayış sahəsi Bakı şəhərinin mərkəzində Teymur Əliyev küçəsində, həmin mənzil isə şəhərkənarı ərazidə yerləşirdi. Nofəl Hacıyev isə ona hələki sözügedən mənzili qəbul etməyini, qeyriyaşayış sahəsinin yerləşdiyi yerdə bina tikilən zaman yenə də aralarında razılıq əldə ediləcəyini bildirmişdir. Bundan sonra aralarında müqavilə bağlanmış və ona mənzilə görə 68484 manat vəsaitin ödənilməsi barədə qəbz, maliyyə arayışı verilmişdir. 2014-cü ilin sentyabr ayında lift olmadığından həmin mərtəbəyə çıxa bilməsə də, 2 ya 3-cü mərtəbəyə çıxıb baxmış və tikilinin üslubunu bəyənmişdi. Zaman–zaman yolu həmin istiqamətdən keçəndə binanın tikildiyini görürdü. Bundan başqa Ziya Bünyadov prospektində bina tikintisinə başlanan zaman Nofəl Hacıyevlə razılaşmışlar ki, əlavə ödənişlər etmək şərtilə ona 2 otaqlı mənzil veriləcək. Bununla bağlı aralarında natamam müqavilə bağlanmışdır. Lakin sonradan Nofəl Hacıyev həbs edildi. Ziya Bünyadov prospektində yerləşən mənzilə münasibətdə o cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır və həmin iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki mənzilə gəlmiş və həmin mənzilə qapı qoyulduğunu gördükdə Nofəl Hacıyevin işçisindən mənzilin kimə aid olduğunu soruşmuş, işçi isə mənzilin başqa şəxsə məxsus olduğunu və orada yaşayış olduğunu bildirmişdir. Bundan sonra o, Nərimanov Rayon Prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Hazırda o mübahisəli mənzilin ona verilməsini tələb edir. MTK isə mənzilin hazırda Cavabdeh2 məxsus olduğu bildirilir. Buna görə də hesab edir ki, Cavabdeh2la MTK arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəsi gedən mənzil Rasim adlı şəxsin adına sənədləşdiriləndə o, həmin evdən istifadə etməmişdir. Cavabdeh2 özü də etiraf etmişdir ki, MTK ilə müqaviləni 2023-cü ilin avqust ayının 19-da bağlamışdır. Belə ki, həmin evdən fərdi müəyyən əşya kimi faktiki istifadə o vaxtdan sonra başlamışdır. İşə baxan məhkəmənin qətnaməsi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə Nofəl Hacıyevin MTK-nın rəsmi işçisi olmaması, MTKnın sədri Hacıyev Tariyel tərəfindən verildiyi qeyd edilən etibarnamənin hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə zidd və qanunun tələblərinə uyğun olmayan əqd olduğu qeyd edilmişdir. Bundan başqa qətnamədə göstərilmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədəki mənzillə Cavabdeh2 satılmış mənzil nömrə və ölçü baxımından eynilik təşkil etmir. Bu halla bağlı da birinci instansiya məhkəməsində araşdırma aparılmışdır. Mənzilin yerləşdiyi binanın D bloku 6-cı mərtəbəsində həmin mənzillərin eyniləşdirilməsi üçün tikinti-texniki ekspertizanın təyin edilməsi zərurəti yaranmışdı. Məhkəmə tərəfindən bildirilmişdi ki, bu zərurət eyni blok və mərtəbədə ən azı 2 ədəd 3 otaqlı mənzil olduğu təqdirdə yarana bilərdi. Hazırkı halda isə binanın D bloku 6-cı mərtəbəsində 1 ədəd 3 otaqlı mənzil vardır. Həmçinin o vaxtı MTKnın tərtib etdiyi broşürdə hər bir blokun sahəsinin nə qədər olması, mənzilin sahəsinin 114,14 kv.m. olması göstərilmişdir və həmin sahə ilə bağlı iddiaçı ilə MTK arasında müqavilə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilə əslində alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsidir. Belə ki, MTK icraçı kimi çıxış edib, iddiaçı sifarişçi olaraq ödəniş etmiş, bununla bağlı iddiaçıya maliyyə arayışı verilmişdir. Hazırda da mübahisəsi gedən mənzil kiminsə mülkiyyətində deyil, belə olan halda, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası da mövcud olmur. Bu baxımdan hesab edir ki, iddiaçı ilə müqavilə bağlandıqdan sonra Cavabdeh2la bağlanmış müqavilə öz-özlüyündə əhəmiyyətsiz əqddir. Göstərilənlər əsasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Neftçilər metrostansiyasının yaxınlığında evi var idi. Ailə üzvləri say çoxluğu səbəbindən həmin mənzili sataraq böyük sahəli ev almaq istəyirdi. Bu səbəbdən də Cavabdeh1 MTK-ya ailə üzvləri ilə birlikdə yaxınlaşıb mübahisəsi gedən mənzilə baxış keçirmişlər, həmin zaman mənzilin qapısı yox idi. Həmin mənzilə 5-6 dəfə gəlib baxmış, lakin heç bir müdaxilə ilə qarşılaşmamışdır. Mübahisəli mənzilin yerləşdiyi bina 2015-ci ildə təhvil verilib, həmin vaxtdan da orada yaşayıb olub. Həmin mənzili alan zaman mənzil Rasim adlı şəxsin adına olmuşdur. Sonradan isə o həmin mənzildən imtina etmişdir və buna görə də mənzil boş qaldığından ona satılmışdır. Bu barədə də Rasim adlı şəxsin mənzildən imtina ərizəsi MTK tərəfindən ona təqdim edilmiş, həmin ərizəni oxuyub tanış olmuşdur. Bundan sonra isə MTK ilə müqavilə bağlanmış, tərəfindən ödəniş edilmişdir. Müvafiq icazə aldıqdan sonra mənzillə bağlı 3 ay ərzində təmir işləri görmüş sonra isə ora köçüb yaşamağa başlamışlar. Bu müddət ərzində mənzillə bağlı hər hansı şəxs ona yaxınlaşıb irad bildirməmişdir. 1 il yarım müddət keçdikdən sonra məhkəmədən ona SMS bildiriş gəlmiş və məlum məsələdən məlumatı olmuşdur. O, tam qanuni əsaslarla mənzili əldə etmişdir. Ona qarşı irəli sürülən iddia tələbi əsassızdır. Ona görə də cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı hüquqşünasdır, onun kifayət qədər hüquqi biliyi vardır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilədə mənzilin ölçüsü 114,14 kv.m olaraq göstərilmişdir, mənzilin nömrəsi isə ümumiyyətlə qeyd edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən müqavilədəki mənzilin nömrəsi və ölçüsü Cavabdeh2 satılmış mənzillə eynilik təşkil etmir. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında hansı nömrəli mənzilə dair ödəniş edildiyi də göstərilməmişdir. Həmin arayışda sədr və mühasibin adı qeyd edilməməklə onun kimlər tərəfindən verildiyi müəyyən edilmir. Belə bir maliyyə sənədi ola bilməz. Cavabdeh2 hazırkı iddia üzrə cavabdeh ola bilməz. Çünki onun faktiki istifadəsində olan mənzil 79 saylı mənzildir və sahəsi 114,14 kv.m deyil. Cavabdeh2 79 saylı mənzilə həm faktiki istifadə hüququ, həm də gözlənilən mülkiyyət hüququ var. Bundan başqa mənzilin sayğacları Cavabdeh2 adınadır, kommunal ödənişlər onun tərəfindən edilmişdir. Eyni zamanda dislokasiya cədvəlində mənzilin sayğacı Cavabdeh2 adına qeyd edilmişdir. Əgər mənzil ilkin olaraq başqa bir şəxsə satılmışdısa, “Azəriqaz” İB tərəfindən dislokasiya cədvəlində qaz sayğacının aid olduğu adın dəyişdirilməsi üçün ən azından MTK tərəfindən müraciət edilərdi. Cavabdeh2 tərəfindən mənzil alınan zaman binada faktiki olaraq yaşayış var idi. Cavabdeh2 mənzili alan zaman mənzilin qapısı olmamış, sonuncu mənzili aldıqdan sonra təmir işləri görmüşdür. Bundan başqa cavabdeh və ailə üzvləri müvəqqəti olaraq həmin mənzilə müqavilə əsasında pasport qeydiyyatına düşmüşlər. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 MTK-ya lazımı qaydada və vaxtında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh MTK məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir
112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-190/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul olunmalıdır.
48. Baxılan iş üzrə iddianın mahiyyət və ifadə tərzindən müəyyən edilir ki, tələb üç hissədən - 1) Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab olunması, 2) Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili İddiaçı təhvil verməsi və 3) mənzilin təmirinə şərait yaradılması barədədir.
49. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan kollegiya bildirir ki, məhkəmə iddia tələbini rədd etsə də, mövqeyini bir neçə istiqamətdə, həm mübahisəli mənzilə münasibətdə iddiaçının müqaviləsinin əhəmiyyətsiz olması, həm də mənzillərin fərqli olması səbəbindən tələbin sübut olunmaması istiqamətində əsaslandırmışdır.
50. Kollegiya qeyd edir ki, əgər mübahisələndirilən müqavilə üzrə mənzilin eyni olmaması səbəbindən iddia təmin olunmursa, onda iddiaçının müqaviləsinin etibarlı və ya etibarsız olmasına qiymət verilməsinə lüzum qalmır, əks halda bu iddiaçının gələcəkdə dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər.
51. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzili iddiaçıya verməyi, iddiaçı da öz növbəsində mənzilin müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 68484 manat təşkil etmişdir. Lakin sözügedən müqavilədə mənzilin nömrəsi göstərilməmişdir.
52. Araşdırılan işin digər hallarından həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 19 avqust 2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbəki 3 otaqlı, 79 nömrəli mənzili Cavabdeh2 verməyi, öz növbəsində cavabdeh raşılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən mənzilin dəyəri 91000 manat müəyyən edilmişdir.
53. Qeyd olunan müqavilələr kollegiya tərəfindən müqayisəli təhlil edilərkən müəyyən edlmişdir ki, İddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsi göstərilməməklə yanaşı, sahəsi 114.14 kv.m olduğu halda, Cavabdeh2la bağlanmış müqavilədə isə mənzilin konkret nömrəsi (79 nömrəli mənzil) göstərilməklə, sahəsi də eynilik təşkil etmir, yəni 133.26 kv.m-dir (cavabdehin mənzilinin sahəsi daha çoxdur).
54. Apellyasiya icraatı zamanı cavabdeh mənzilin yerləşdiyi mərtəbənin eskiz layihəsini də təqdim etmişdir ki, həmin layihəyə əsasən mübahisəli mənzilin sahəsinin 133.26 kv.m olması təsdiqini tapmışdır.
55. İddiaçı iddia edir ki, tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq, MTK müqavilənin şərtlərini pozaraq mənzili ona təhvil verməmiş, əksinə həmin mənzil bilmədiyi səbəbdən digər şəxsə satılmışdır. Halbuki, o müqavilədə nəzərdə tutulmuş pulu tam olaraq ödəmiş, qarşı tərəf də bununla bağlı maliyyə arayışı vermiş, həmçinin mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bu isə onun hüquqlarının pozulması deməkdir.
56. Cavabdeh2 isə iddaya etiraz edərək bildirir ki, o sözügedən mənzilin dəyərini tam olaraq ödəmiş, mənzil MTK tərəfindən ona təhvil verilmiş, sonradan təmir etdirərək xeyli müddətdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzillə bağlı qaz, su, işıq müqavilələri onunla bağlanmış, sayğacları onun adınadır və xeyli müddətdir ki, kommunal xidmətlər də onun tərəfindən ödənilir. Hətta ailəsi ilə birlikdə sözügedən mənzilə müvəqqəti qeydiyyata da düşmüşdür.
57. Cavabdeh etirazını həm də onunla əsaslandırır ki, MTK ilə onun arasında müqavilə bağlanan zaman mənzilin nömrəsi konkret olaraq müəyyən edilsə də, iddiaçının müqaviləsində hansı mənzildən söhbət getməsi müəyyən edilmir, həm də mənzilin sahələri tamamilə fərqlidir. Bundan əlavə o mənzil axtarışında olarkən, həmin mənzilə gah özü, gah da ailə üzvləri ilə birlikdə baxış keçirmiş, sonda bəyənərək almışdır. Həmin vaxt mənzilin heç qapısı belə olmamış, təhvil alandan sonra qapını da özü qoymuşdur.
58. Kollegiyanın araşdırması zamanı əlavə izahat vermiş iddiaçı bildirmişdir ki, MTK-nın təsisçisi onun qonşusu olduğundan ona inanmışdır. Belə ki, o özünə məxsus olan qarajı (onun yerləşdiyi torpaq sahəsini) MTK-nın təsisçisinə verməklə, əvəzində ona Bakı şəhəri Z.Bünyadov prospektində inşa edilən binadan qeyri-yaşayış sahəsi və mənzil verilməli idi. Lakin həmin binada tikinti işlərinin yubanması səbəbindən, razılaşmaları etibarlı olsun deyə hazırkı müqavilə bağlanmışdır.
59. İddiaçı həmçinin qeyd etmişdir ki, onunla müqavilə bağlanarkən bina natamam vəziyyətdə idi. Əslində onun özünün də marağı Bakı şəhərində inşa edilən binadan qeyriyaşayış sahəsi əldə etmək idi. Hazırda həmin bina (Bakı şəhəri Z.Bünyadov prospektində inşa edilən) ilə bağlı araşdırılan cinayət işində də zərərçəkmiş şəxs qismində tanınmışdır.
60. Beləliklə araşdırılan işin faktiki hallarından, eləcə də iddia tələbindən və iddiaçının vermiş olduğu izahatdan belə qənaətə gəlinir ki, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi ərazini MTK-ya verməklə, əvəzində MTK-nın Bakı şəhəri Z.Bünyadov prospektində inşa etdiyi binadan qeyri-yaşayış sahəsi əldə etməli idi. Lakin iddiaçı görəndə ki, sözügedən ünvanda tikinti işləri yubanır, onda hər ehtimala qarşı hazırki müqaviləni bağlamağa razı olmuşdur. Əsl həqiqətdə isə iddiaçının hazırki binada (Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binada) hüquqi marağı olmamışdır. Bundan əlavə iddiaçı özü də etiraf etmişdir ki, araşdırılan cinayət işi üzrə məhz Bakı şəhəri Z.Bünyadov prospektində inşa edilən tikintidən ona çatmalı əmlakla bağlı zərərçəkən qismində tanınmışdır.
61. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət) və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.
62. Baxılan işin mübahisəsiz hallarından görünür ki, eyni binanın eyni mərtəbəsində iki fərqli şəxslə (iddiaçının mənzilinin nömrəsi də müəyyən deyil) ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı mənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, bu ötən müddət ərzində mənzillə bağlı mübahisə də açmamışdır. İkinci alıcı (cavabdeh) Cavabdeh2 isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir edib yaşamaqla faktiki sahibliyi həyat keçirmiş, bütün kommunal xidmətlərlə bağlı müqavilə bağlamış, hətta qanunvericiliklə müəyyən olunmuş qaydada özü və ailə üzvləri mübahisəli mənzilə müvəqqəti qeydiyyata alınmışdır.
63. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, hazırki mübahisənin həlli sözügedən mənzillə bağlı müqavilələr bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində ifadə edilmiş hüquqi mövqelərdə axtarılmalıdır.
64. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. İşin yuxarıda sadalanan ardıcıllığından müəyyən olunur ki, müqavilə İddiaçı ilə MTK arasında 2014-cü il tarixdə, Cavabdeh2la ilə isə 2023-cü il tarixdə bağlanmış, hər iki şəxs tərəfindən ödənişləri təsdiq edən maliyyə arayışları da müvafiq olaraq müqavilə bağlanan dövrə təsadüf edir. Göründüyü kimi birinci müqavilənin rəsmiləşdirmə tarixi 2018-ci ilin iyul ayının 1-dən əvvələ, ikinci müqavilənin bağlanma tarixi isə sonraya təsadüf edir.
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (178.8-ci maddənin 2018-ci il iyulun 1-dən qüvvədə olan mətni)
67. (Əvvəlki redaksiya) MM-in 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni)
68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
69. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur.
70. Göründüyü kimi hər iki Plenum Qərarı MM-in 178.8-ci madddəsinin birinci redaksiyasının qüvvədə olduğu dövrə təsadüf edir və bu da onu deməyə əsas verir ki, sözügedən Qərarlar maddənin ikinci redaksiyasına şamil olunmur.
71. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən göründüyü kimi kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır.
72. Baxılan iş üzrə iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya belə qənaətə gəlir ki, mübahisələndirilən mənzillə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dən əvvəl qüvvədə olan mətnini tətbiq etmək düzgün olmazdı. Belə ki, baxmayaraq ki, iddiaçının müqaviləsi cavabdehə münasibətdə daha əvvəl tarixə təsadüf edir, lakin sonuncunun etibarsızlığını tələb etdiyi müqavilədəki mənzillə özünün müqaviləsindəki mənzilə dair məlumatlar eynilik təşkil etmir. Yəni hər iki müqavilədəki mənzilin “D” blokunun 6-cı mərtəbəsində yerləşməsi hələ həmin mənzillərin eyni olması anlamına gəlmir. Konkret halda isə hazırki icraatda olan iş mülki qanunvericiliyin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə uzlaşmır.
73. Araşdırması aparılan işin müəyyən olunmuş digər hallarına görə İddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzilin ona faktiki olaraq təhvil verilməsi, bununla bağlı hər hansı sənədləşmənin aparılması (təhvil-təslim aktı, mənzilin açarlarının iddiaçıda olması, təmir etdirməsi və s.) müəyyən edilməmiş, qeyd edilənlərlə bağlı sonuncu tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
74. Cavabdeh2 tərəfindən isə əksinə, mənzilin onun tərəfindən təmir olunması, hazırda əşyalarını həmin mənzilə yerləşdirməklə ailəsi ilə birlikdə orada daimi olaraq yaşaması, kommunal xidmətlərlə bağlı müqavilələrin onun adına olması, vaxtaşırı kommunal ödənişlər etməsi, hətta müvəqqəti qeydiyyata alınması kimi sübutlar iş üçün əhəmiyyət kəsb edən hallardandır.
75. Kollegiyanın araşdırması zamanı Cavabdeh2 bütün bu proseslərdən yalnız birinci instansiya məhkəməsi tərəfindən onların yaşadığı mübahisəli ünvana bildirişlər gələndən sonra məlumatlı olduğunu bildirmiş, bu barədə MTK-nı məlumatlandırdıqda isə, MTK problemin ona aidiyyətinin olmadığını bildirmişdir.
76. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya eyni zamanda qeyd edir ki, iddiaçının cavabdeh MTK ilə bağladığı müqavilə özlüyündə etibarlı sayıldığı halda da belə, onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
77. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh MTK ilə digər Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı mənzilin cavabdeh MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin Cavabdeh2 təhvil verildiyi andan aradan qalxmışdır.
78. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda apellyatorun qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun cavabdeh MTK və ya direktoru (təsisçiləri) arasında kompromis mövqenin olmaması, digər bir şəxsin, konkret halda Cavabdeh2 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Bu halda apellyator MTK-nın hərəkətləri nəticəsində ona dəymiş ziyanla bağlı ayrıca iddia qaldırmaqla, ona dəymiş ziyanı tələb etmək hüququndan istifadə edə bilər.
79. Qeyd olunanları nəzərə alan kollegiya qeyd edir ki, hazırki mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında, mənzili təmir edərək uzun müddət orada yaşayan, polis orqanı tərəfindən müvəqqəti qeydiyyata alınan, bütün kommunal xidmətlər göstərən təşkilatlarla müqavilə bağlanan şəxsə daha üstün mövqedən yanaşılmalı, iddiaçıya isə mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini ilə bağlı MTK-ya qarşı mülki qaydada tələb etmək hüququnun istisna edilməməsi izah olunmalıdır.
80. Beləliklə, yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 190/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
81. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-190/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili İddiaçı təhvil verilməsi, mənzilin təmirinə şərait yaradılması və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab olunmasına” dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.