Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-604/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma barədə ilk, Cavabdeh1 və X1 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-587/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilən apellyasiya şikayətlərinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-587/2015 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, cavabdehlər Cavabdeh1 və X1 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim İlham Kərimli). Maraqlı şəxs2 və Sadıqov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 587/2015 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin bərpa edilərək aidiyyəti üzrə göndərilməsi barədə qərar (qərardad) qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizələrini təmin etsə də, qətnamənin onların hüquq və vəzifələrinə toxunması məsələsinə diqqət yetirməmiş və münasibət bildirmədən qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-587/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətlərə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357,366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-587/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-604/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-604/2024
09.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver