Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-656/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrində yerləşən quş sexindən istifadənin qadağan olunması, eləcə də, əmlaklarından istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(059)-752/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Siyəzən şəhərində yerləşən müvafiq olaraq **********95 və **********11 reyestr nömrəli, ölçüləri 0,08 ha və 0,08 olan torpaq sahələrindən Cavabdeh çıxarılaraq, onun həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə etməsi qadağan olunmaqla, sonuncu tərəfindən İddiaçı sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərardadı ilə (hakim B.Ələkbərov) Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(059)-752/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən buraxılmış müddətin bərpasından imtina edilsin. Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(059)-752/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(059)-752/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrində yerləşən quş sexindən istifadənin qadağan olunması, eləcə də, əmlaklarından istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Siyəzən şəhərində yerləşən müvafiq olaraq **********95 və **********11 reyestr nömrəli, ölçüləri 0,08 ha və 0,08 olan torpaq sahələrindən Cavabdeh çıxarılaraq, onun həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə etməsinin qadağan olunmaqla, sonuncu tərəfindən sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Babayev X1 Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh həmin qətnamədən məlumatsız olmuşdur. Həmin gün çatdırılmış poçt qəbzləri cədvəlində Cavabdeh qrafasının qarşısındakı olan imza ona məxsus deyildir. Bununla bağlı onun tərəfindən Siyəzən rayon X3 və "xxxx" MMC-yə müraciətlər edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cavabdehin müddətin bərpasına dair ərizəsində ötürülmüş prosessual müddətin bərpasına əsas ola biləcək üzrlü səbəbləri göstərməməsi və bu ərizəsini əsaslandırmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli və onunla bağlı 17 mart 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-656/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-656/2025
02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver