Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-661/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə və əmlak kompleksi kimi müəssisəyə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş əmlakdan çıxarılma, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)- 2047/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-12301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisənin yerləşdiyi 1,0024 ha torpaq sahəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə) həyata keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, onların və əşyalarının ona məxsus əmlak kompleksi kimi müəssisədən (binadan) və müəssisənin yerləşdiyi torpaq sahəsindən çıxarılması, mülkiyyətindən istifadəyə imkan verməməklə ona vurduqları maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə isə 30000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi 240 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Xucbala kəndində 462.0 kv.m. daşınmaz əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsindən çıxarılması, ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 140 (yüz qırx) manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev). Quba Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsinin nəticə (qət etdi) hissəsinin ikinci abzası “Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23- 10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Xucbala kəndində 462.0 kvm olan daşınmaz əmlak kompleksi kimi müəssisədən (binadan) və daşınmaz əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsindən çıxarılsınlar” kimi müəyyən olunmaqla yanlışlıqlar aradan qaldırılmışdır (hakim Aydın Babayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-661/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə və əmlak kompleksi kimi müəssisəyə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş əmlakdan çıxarılma, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə apellyasiya icraatı Quba Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “özəlləşdirmənin qanunsuz hesab edilməsi, xx.xx.2017-ci il tarixində keçirilmiş Hərracın nəticələrinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli 3435 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsızlığı, xx.xx.2018-ci il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair mülki işə baxılıb çıxarılacaq yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinədək dayandırılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə icraatının dayandırılmasına səbəb olmuş mübahisə üzrə yekun qərardad qəbul edilmiş və tərəflər arasında həmin iş üzrə barışıq sazişi bağlanmışdır. Razılıq əldə olunduğundan işin apellyasiya icraatında davam etdirilməsinə heç bir zərurət qalmamışdır. Bu səbəbdən apellyasiya şikayətindən imtina edirlər və qeyd olunanları nəzərə alaraq apellyasiya şikayəti və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş edirlər. İddiaçı nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə barışmışlar, hazırkı işlə bağlı aralarında mübahisə yoxdur. Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)- 2047/2023 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən imtina edirlər və qeyd edilənlərə əsasən də ərizəni nəzərə alaraq apellyasiya şikayətindən Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən imtinamın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini Sizdən xahiş edirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(105)-661/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1348/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadından da görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı özəlləşdirmənin qanunsuz hesab edilməsi, xx.xx.2017-ci il tarixində keçirilmiş Hərracın nəticələrinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli 3435 saylı Daşınmaz Əmlakın Alqısatqısına dair müqaviləsənin etibarsızlığı, xx.xx.2018-ci il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərindən imtina etmələri yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun. Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun. İş üzrə apellyasiya icraatına xitam verilsin. Quba Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(027)-2047/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-661/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-661/2024
15.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver