Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-661/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-739/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, cavabdeh Hümmətova Tahirə Camal qızının RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 3 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Hümmətova Tahirə Camal qızının ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X3" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 3 saylı mənzilin əvəzinə “X3" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh Hümmətova Tahirə Camal qızına verilməsi, cavabdeh Hümmətova Tahirə Camal qızı ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X3" Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Hümmətova Tahirə Camal qızına hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi, cavabdeh Cəlilov Cəlil Yusif oğlunun ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 10 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Cəlilov Cəlil Yusif oğlunun ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X3" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 10 saylı mənzilin əvəzinə “X3" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh Cəlilov Cəlil Yusif oğluna verilməsi, cavabdeh Cəlilov Cəlil Yusif oğlu ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X3” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh Cəlilov Cəlil Yusif oğluna hər ay cəmi 350 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-270/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçı “X3” MTK-nın cavabdehlər Hümmətova Tahirə Camal qızına və Cəlilov Cəlil Yusif oğluna qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair hazırki 2(105)- 270/2025 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh2 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-661/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi, həmin işə 2(105)- 270/2025 nömrəsi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki mülki iş üzrə iddiaçı “X3” MMC-dir, cavabdehlər isə eyni binadan yerləşən mübahisə predmeti olan mənzillərin mülkiyyətçiləridir, iddia tələbləri mahiyyəti üzrə eynilik təşkil edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hər iki iş üzrə iddia tələblərinin qarşılıqlı əlaqəsi olduğundan bu tələblərin daha tez və düzgün həlli məqsədilə İddiaçı MMC-nin Cavabdeh2 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-661/2025 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı “X3” MTK-nın cavabdehlər Hümmətova Tahirə Camal qızına və Cəlilov Cəlil Yusif oğluna qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair 2(105)-270/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 169.4, 263, 264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-661/2025 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı “X3” MTK-nın cavabdehlər Hümmətova Tahirə Camal qızına və Cəlilov Cəlil Yusif oğluna qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair 2(105)-270/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-661/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-661/2025
01.07.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver