Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-671/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı “X7” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı tikinti işlərinin dayandırılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal Skypark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh verilməsi, Cavabdeh ünvan 1 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MMC-yə icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 7 nömrəli mənzilinin sahibi Cavabdeh adlı şəxs İddiaçı MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqabilində yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb etmişdir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MMC ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MMC-yə təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən Cavabdeh məxsus 12 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq Cavabdeh verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən Cavabdeh məxsus 7 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq Cavabdeh verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19 evdə 7 №-li mənzili vardır. O, bildirir ki, cavabdeh tərəfindən aparılan qanunsuz söküntü işlərinin həyata keçirilmişdir. İddiaçı MMC tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. Belə ki, İddiaçı MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binamının yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzilimizin əvəzinə mövcud sahəsindən 20 kv.m artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Baxmayaraq ki, onun mənzili Sumqayət şəhərinin ən gözəl və bahalı küçəsində yerləşir. Hazırda cavabeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb iddiaçının mənzilinin divarına çatıb. O, qeyd edir ki, binanın sökülən hissəsinin yerində bünövrə qazmağa başlanılmışdır. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. İnsanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. İddiaçı bildirir ki, binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır və bunun nəticəsində xx.xx.2024-cü il tarixdə saat 07:00-09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün İddiaçı MTKnın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. İddiaçı bildiri ki, İddiaçı MMC mülki icraat qaydasında İcra Başçısının qanunsuz Sərəncamlarını əsas götürərək ona qarşı mülkiyyətinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 7 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında olan 7 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 7 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh verilməsi, Cavabdeh ünvan 1 ünvanında olan 7 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən Cavabdeh hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-751/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilkin iddia təmin edilmiş, cavabdeh X1 ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 4 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh X1 ünvan 1 ünvanında olan 4 saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddiaçı “X7” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 4 saylı mənzilin əvəzinə “X7” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh X2 verilməsi, cavabdeh X1 ünvan 1 ünvanında olan 4 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X7” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X2 hər ay cəmi 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı X1 iddiaçı-cavabdeh “X7” Mənzil Tikinti Koperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı X1 özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1923/2024 nömrəli qərardadından görünür ki, iddiaçı “X7” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı X1 cavabdeh “X7” Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6690/2024 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hazırki iş ilə məhkəmənin icraatında olan iddiaçı “X7” MMCnin cavabdeh X2 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı X1 cavabdeh “X7” MMC-yə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-212/2025 nömrəli mülki işin bir icraatda birləşdirilərək baxılmasını tərəflərin iştirakı ilə müzakirə etmişdir. Proses iştirakçıları mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etirazlarının olmadığını bildirirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı tikinti işlərinin dayandırılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair hazırki 2(105)-671/2025 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı “X7” MMC-nin cavabdeh X2 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı X1 cavabdeh “X7” MMC-yə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə qarşılıqlı iddia tələbinə dair mülki 2(105)-212/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki mülki iş üzrə iddiaçı “X7” Mənzil Tikinti Koperatividir, cavabdehlər isə eyni binadan yerləşən mübahisə predmeti olan mənzillərin mülkiyyətçiləridir, iddia tələbləri mahiyyəti üzrə eynilik təşkil edir. hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qanunun mənasına görə iddia tələblərinin birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin tez və düzgün həll edilməsindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki işlər üzrə iddia tələbləri qarşılıqlı əlaqəli olduğundan və bu tələblərin daha tez və düzgün həlli məqsədi ilə qeyd edilən mülki işlər bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263- 264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı tikinti işlərinin dayandırılması, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-671/2025 nömrəli mülki iş, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı “X7” MMC-nin cavabdeh X2 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı X1 cavabdeh “X7” MMC-yə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-212/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-671/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-671/2025
02.07.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver