Məhkəmə qərarları › İş №2(105)-691/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-691/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-691/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-456/2022 nömrəli, 03 fevral 2025-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-456/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsinə və iş üzrə növbəti prosessual hərəkətlərin davam etdirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-456/2022 nömrəli qərardadından vermiş olduğu ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-456/2022 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 400 manat vurulmuş ziyan və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 420 manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti Abşeron Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-456/2022 nömrəli qərardadının ləğv edilməsinə və iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bilərəkdən işin hallarını təhrif etməklə, özünün qanunsuz qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair ərizəni təmin etməmək üçün təkrar qanunsuz hərəkətlər etmiş, işə qanun əsasında deyil, özünün şəxsi mülahizələri ilə baxmışdır. Məhkəmənin xx.xx.2022-ci il və 03.02.205ci il tarixli qərardadlarının məzmununda, bu qərardadların qəbul olunması əsası kimi göstərdiklərindən belə başa düşülür ki, məhkəmə iş materiallarını ya oxumamış, yaxud bilərəkdən, iddiaçıya münasibətdə qərəzli olaraq bu qərardadları qəbul etmişdir. Hazırki iş üzrə verilmiş iddia ərizəsi ilə bərabər, iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iflas prosesində olan Ləğvetmə Komissiyasının işçilərinin kifayət qədər olmadığından, məhkəmə iclaslarına gəlmək imkanı olmadığını üzürlü sayaraq, məhkəmənin hazırlıq və baxış iclaslarının İddiaçının/Ləğvedicinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və verilmiş sübutlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş materialına belə bir ərizənin verildiyini məhkəmə özü də iş üzrə xx.xx.2022ci il tarixli qərardadında Etiraf etmişdir. İş üzrə ekspertizanın təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardadında məhkəmə qeyd edir ki, “LPO ASC "xxxx" Sığorta Şirkətinin məhkəməyə ünvanladığı ərizəyə əsasən iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir...” Göründüyü kimi, məhkəməyə məlumdur ki, iddiaçı işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına və qətnamə çıxarılmasına dair ərizə vermişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş, hazırlıq iclaslarını iddiaçının (ərizəsini nəzərə alaraq) nümayəndəsinin iştirakı olmadan keçirmiş, ekspertiza təyin etmiş, iş üzrə ekspertiza rəyi alınmış, iş üzrə baxış iclası təyin edilmişdir. xx.xx.2022ci il tarixli baxış iclasında da – iş materialında iddiaçının (onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə dair) ərizəsi olmasına baxmayaraq, bu dəfə Məhkəmə iddianı baxılmamış saxlanılmasıan dair qərardad qəbul etmişdir. Bütün bunlar barədə iddiaçı tərəfindən xx.xx.2024 və xx.xx.2025-ci il tarixli ərizələrdə qeyd edilməsinə baxmayaraq, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Ən əsası isə odur ki, baxılmamış saxlanmanın ləğvinə dair ərizəyə baxış iclasının təyin edildiyi xx.xx.2025-ci il tarixdə də iddiaçı e-mehkeme kabineti vasitəsilə məhkəməyə ərizə göndərərək, Ləğvetmə Komissiyasının işçisinin olmadığından, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək imkanı olmadığını və xx.xx.2025-ci il tarixli iclasın iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək verilmiş ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə xx.xx.2025-ci il tarixli qərardadında yenə də yazır ki, “Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.” Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2025-ci il tarixli iclasda iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi imkanının olmamasına dair ərizə verilmişdir. Məhkəmə sanki iş materialını, iddiaçı tərəfindən verilmiş ərizələri görmür, yaxud görmək istəmir, görürsə də təhrifə, qəzərçiliyə yol verir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin baxılmamış saxlanılmasını iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti ərizəsində məhkəmə iclasına gəlməməsinin səbəbini 2020-ci ilin iyul ayından Sığorta Şirkəti ləğv prosesində olduğuna görə 2022-ci ildə cəmi 2 işçisinin olması və həmin işçilərin də qeyd olunan dövrdə sosial məzuniyyətdə olduqları ilə əlaqələndirməsi, lakin ərizəsinə bununla əlaqədar heç bir sübut əlavə etməməsi ilə əsaslandırmışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 saylı qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunan qərarın 17-ci bəndində isə göstərilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli və onunla bağlı 17 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli və onunla bağlı 17 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver