Məhkəmə qərarları › İş №2(105)-741/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-741/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-741/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(012)-1624/2025 nömrəli qəradadından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı mənzillə təmin olunma tələbinə dair qarşılıqlı iddiasının icraata qəbulundan imtina edilməsi, iddiaçılara hazırki məsələnin həlli ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qərardaddan şikayət vermişlər. Abşeron Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1624/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 2(012)-1624/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onlara məxsus əşyaların Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzildən çıxarılması və 13/12 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsini qarşılıqlı iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılması üçün verilməsi qaydası və şərtləri MPM-nin 155, 156-cı maddələrində öz əksini tapmışdır. Lakin mövcud iddianın məzmunundan görünür ki, bu iddia MPM-nin 156-cı maddəsinin dizpozisiya şərtləri ilə uzlaşmır. Əksinə həmin tələbdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin onların başqa yaşayış sahəsinə köçürülmələri ilə bağlı mənzillə təmin olunmalarını xahiş etmişlər. Göründüyü kimi mövcud tələbin ilkin iddia tələbi ilə heç bir bağlı olmadan müstəqil tələb olaraq inzibati orqana qarşı onların mənzillə təmin edilmələri ilə bağlıdır. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə onlara geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1. 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli və onunla bağlı 01 aprel 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar