Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-761/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı artıq ödənilmiş alimentin geri qaytarılması və ya əvəzləşdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddiaçılar İddiaçı1 və Lətifov Sevil Vəli qızının Cavabdeh artıq ödənilmiş 2720 (iki min yeddi yüz iyirmi) manat alimentin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və ya artıq ödənilmiş aliment məbləğinin əvəzləşdirilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçılar Cavanşir və Sevil Lətifovlar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və Lətifov Sevil Vəli qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 2720 (iki min yeddi yüz iyirmi) manat alimentin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və ya artıq ödənilmiş aliment məbləğinin əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsini, iddiaçının hamiləliyi ilə əlaqədar uşaq doğulana kimi ayda 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşmə verərək, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin X3 tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı övladları vardır. Cavabdeh 1-ci qrup əlildir, pensiyası vardır, lakin pensiya kartı valideynlərində olduğundan cavabdeh ailəyə maddi yardım göstərə bilmir. Maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkir. Hər iki uşaq onun himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X7 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində aliment X3 tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2020 nömrəli mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair iddiasının qismən təmin edilərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 20 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin icrası üçün Sumqayıt Şəhər İcra İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 6666/31 saylı, 14 may 2020-ci il tarixli məktubu ilə İddiaçı2 və İddiaçı1 hər birinin aylıq pensiyasından 85 manat olmaqla ümumilikdə hər ay 170 manat tutulması təmin edilmişdir. Qeyd edir ki, İddiaçı2 və İddiaçı1 2020-ci ilin fevral ayından başlayaraq 2021-ci ilin avqust ayı da daxil olmaqla ümumilikdə 3230 manat aliment tutulmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə məhkəmə uşağın saxlanması üçün alimentin tutulmasının başlama tarixini 26 noyabr 2019-cu ildən hesablansa da X1 üçün məhkəmənin digər qətnaməsi ilə aliment tutulmuş və icra edilmişdir. Qeyd olunanlardan da aydın başa düşülür ki, iddiaçılar tərəfindən cavabdehə artıq aliment ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmamış və işi düzgün qiymətləndirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1814/2020 nömrəli mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 20 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin icrası üçün Sumqayıt Şəhər İcra İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 6666/31 saylı, 14 may 2020-ci il tarixli məktubu ilə İddiaçı2 və İddiaçı1 hər birinin aylıq pensiyasından 85 manat olmaqla ümumilikdə hər ay 170 manat tutulması təmin edilmişdir. Qeyd edir ki, İddiaçı2 və İddiaçı1 2020-ci ilin fevral ayından başlayaraq 2021-ci ilin avqust ayı da daxil olmaqla ümumilikdə 3230 manat məbləğində aliment tutulmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə məhkəmə uşağın saxlanması üçün alimentin tutulmasının başlama tarixini 26 noyabr 2019-cu ildən hesablansa da, X1 üçün məhkəmənin digər qətnaməsi ilə aliment tutulmuş və icra edilmişdir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Bu səbəbdən də məhkəmənin qətnaməsini əsassız və qanunsuz hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər İddiaçı2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçıların tələb etdiyi ödənilmiş alimentin geri qaytarılması üçün Ailə Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan halların məhkəmə tərəfindən müəyyən edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişlər. İddia tələbi artıq ödənilmiş alimentin geri qaytarılması və ya əvəzləşdirilməsi barədədir. Cavabdeh X8 ilə xx.xx.2015-ci ildə nikaha daxil olmaları, bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı övladlarının olması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 nömrəli mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə X3 aliment tutulması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetrilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilə müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideynin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Lakin aliment ödəyən valideynin işsizlik və digər üzürlü səbəblərə görə borc əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Ailə Məcəlləsinin 109.2. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda - bu hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. İşdən göründüyü kimi iddiaçıların tələblərinin faktiki əsasları Ailə Məcəlləsinin 109cu maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPMnin 76.1, 76.2-ci maddələri) İşdən göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçılar qeyd etdikləri hallar barədə heç bir tutarlı sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-761/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-761/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver