Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-77/2025 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənziln boşaldılaraq təhvil verilməsi və mənzilə dair sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə tələbinə dair ilk, qarşılıqlı iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, qarşılıqlı iddiaçı cavabdeh2, qarşılıqlı iddiaçının nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənziln boşaldılaraq təhvil verilməsi və mənzilə dair sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə tələbinə dair ilk, qarşılıqlı iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qətnaməsindən ilkin iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq, onların arasında bağlanmış ## ###### 2018-ci il tarixli, *** saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Gürcüstan vətəndaşı cavabdeh2 Zəkəriyyə qızının başqa cavabdeh qismində işə cəlb edilməsi, cavabdeh1 ilə Gürcüstan vətəndaşı cavabdeh2 Zəkəriyyə qızı arasında Abşeron rayon IH başçısının ## #### 2016-cı il tarixli, ** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilə dair bağlanmış ## ###### 2022-ci il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli, *** saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən cavabdeh1 ilə Gürcüstan vətəndaşı cavabdeh2 Zəkəriyyə qızı arasında Abşeron rayon, IH başçısının ## #### 2016-cı il tarixli, ** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10- cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilə dair bağlanmış ## ###### 2022-ci il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli, *** saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilindən cavabdehlərin çıxarılaraq və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh1 MMC arasında ## ###### 2018-ci il tarixdə mənzil tikintisi haqqında *** saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında Abşeron rayon IH başçısının ## #### 2016-cı il tarixli, ** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzil iddiaçıya verilməlidir. Həmin mənzilin dəyəri ## ### 2021-ci il tarixdə tam şəkildə ödənilmiş və iddiaçıya mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh mənzili iddiaçıya verməyi öhdəsinə götürmüş, lakin bir müddət bundan öncə iddiaçıya məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxslə də müqavilə bağlanmışdır. Şəxsin dəqiq kimliyi məlum olmasa da, özünü Asuman (telefon 055-529-40-77) olaraq təqdim edən şəxs mənzilin ona məxsus olduğunu bildirir, lakin hər hansı bir sənəd təqdim etməkdən imtina edir. Cavabdehə elektron sistem vasitəsi ilə pretenziya göndərilsə də, cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddia predmetini təşkil edən və ## ###### 2018-ci il tarixli müqavilə əsasında iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzillə bağlı cavabdeh cavabdeh1 ilə Gürcüstan vətəndaşı cavabdeh2 arasında ## ###### 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Halbuki, iş materiallarından görünür ki, həmin mənzilə dair ## ###### 2018-ci il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, mənzilin dəyəri ## ### 2021-ci il tarixdə tam şəkildə ödənilmiş və iddiaçıya mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Göründüyü kimi Abşeron rayon, IH başçısının ## #### 2016-cı il tarixli, ** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilə dair cavabdeh1 ilə Gürcüstan vətəndaşı cavabdeh2 arasında bağlanmış ## ###### 2022-ci il tarixlı müqavilə əhəmiyyətsizdir.
5. Qarşılıqlı iddiaçı cavabdeh2 İddiaçı və cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldıraraq İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında ##.##.2018-ci il tarixli *** saylı müqavilənin etibarsız hesab olunması, ödənilmiş 101 manat dövlət rüsumunun əvəzinin və 120 manat vəkil xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbini bununla əsaslandırmışdır ki, cavabdeh1 MMC ilə onun arasında bağlanmış ## ###### 2018-ci il tarixli, *** saylı mənzil tikintisi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə 1 ünvandakı yaşayış binasının 5-ci blok,10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.metrdən ibarət *** saylı mənzilinin pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin sahəsi 62.87 kv.metr, mənzilin hər kv.metrinin dəyəri 636 manat, ümumi dəyəri 40000 manat təşkil edir. Payçı mənzilin dəyərini ilkin olaraq tam ödəmişdir. 03 May 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvandakı yaşayış binası cavabdeh1 MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok,10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.mertdən ibarət *** saylı mənzilinin pay dəyəri olan 40000 manat payçı cavabdeh2 Zəkəriyyə qızı tərəfindən tam ödənilmişdir. Mənzil müqavilə üzrə ## ###### 2018-ci il tarixdə ona təhvil verilmiş, ailə üzvləri ilə birlikdə mənzilə köçmüş və orada yaşayır. Mənzilə işıq, qaz və su çəkdimiş, abonent kimi onun adı müvafiq qurumlarda qeydə alınmışdır. Mənzilin kommunal xərclərini, yəni elektrik enerjisi, təbii qaz və suya görə ödənişləri mütəmadi olaraq ödəyir. Cavabdeh cavabdeh1 MMC-nin məsul şəxsləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi başlanılmış, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, istintaq orqanı tərəfindən şahid qismində dindirlmişdir. Abşeron Rayon Məhkəməsinin qərardadı ilə iddia tələbinə münsibətdə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Bundan sonra ona məhkəmə bildirişi göndərilən zaman İddiaçı ilə cavabdeh xxxx ” MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli, *** saylı mənzil tikintisi haqqında müqavilənin mövcudluğu ona məlum olmuşdur.
7. Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 kv.metr olan *** nömrəli mənzilə dair İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında ##.##.2018-ci il tarixli *** saylı müqavilənin etibarsız hesab edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, İddiaçı ilkin iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi, cavabdeh2 (cavabdeh2 Zəkəriyyə qızının) qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat pul İddiaçı tutularaq cavabdeh2 (cavabdeh2 Zəkəriyyə qızına) verilməsi qət edilmişdir.
8. Ilkin iddia tələbinin təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi mübahisəli mənzilin K.Z.Kasumova tərəfindən maneəsiz istifadə olduğu, cavabdeh1 MMC-nin buna heç bir etiraz etmədiyini və onunla bağlanan əqdi qəbul etdiyini, bu əmlakla bağlı K.Z.Kasumovanın İddiaçı münasibətdə üstünlük hüququ əldə etdiyindən, mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddianın əsaslı hesab edilmədiyi, qarşılıqlı iddianın qismən təmin edilməsini isə İddiaçı ilə bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz və yalan əqd olması, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş K.Z.Kasumovanın sahiblik hüququnun pozulması kimi qiymətləndirilməli olması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Ilkin iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə uydurma əqdlə yalan əqdi bir-birindən ayıra bilməmiş, İddiaçı ilə bağlanmış müqaviləni həm uydurma, həm də yalan əqd kimi qiymətləndirmişdir. Halbuki, Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Başqa sözlə yalan və uydurma əqdlər ifadələri məzmun etibarı ilə tamamilə fərqlənirlər. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh1 təsisçisi X5 və direktoru X1 Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binada mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satılmasına dair faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə istintaq materiallarının cari tarixə olan vəziyyətinə görə cavabdeh1 MMC-nin təsisçisi X5 və direktoru X1 tərəfindən ilkin olaraq ## ###### 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə İddiaçı adına rəsmiləşdirilmiş həmin Cəmiyyətin ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 kv.m. olan *** nömrəli mənzil cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən ## ###### 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə cavabdeh2 Zəkəriyyə qızının adına təkrarən rəsmiləşdirilmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, İddiaçı müqavilənin dəyərini hissə-hissə olmaqla ## ###### 2018-ci ildən başlayaraq ## ### 2021-ci il tarixinə qədər 28 dəfəyə ödəmişdir. Bununla bağlı məhkəməyə ödəniş qrafiki təqdim edilsə də, məhkəmə ümumiyyətlə bu sübuta heç bir qiymət verməmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, İddiaçı cavabdeh1 MMC tərəfindən ödənişlər edilməsi ilə bağlı mütəmadi olaraq sms bildirişlər göndərilmişdir. Məhkəməyə 2019 və 2020-ci illərdə İddiaçı cavabdeh1 MMC tərəfindən ödənişlər edilməsi ilə bağlı göndərilmiş sms bildirişlər təqdim edilsə də, məhkəmə ümumiyyətlə bu sübutlara heç bir qiymət verməmişdir. Bundan başqa məhkəmə İddiaçı cavabdeh1 MMC tərəfindən Tikintiyə görə Icazə Vəsiqəsi adlı sənədin təqdim edildiyini və mənzilin ona təhvil verildiyini, sayğaclara görə 1100 manat həcmində ödəniş alındığını, İddiaçı 2023-cü ilin mart ayında mübahisə predmeti olan mənzili təmir etdirmək məqsədi ilə foto və videoya çəkdiyini nəzərə almamışdır. cavabdeh1 MMC-nin nümayəndəsi nümayəndə1 da izahatında bildirmişdir ki, mənzillər 3 illik kreditə verilirdi, icazə vəsiqəsi və sayğacla bağlı sənədlər verilirdi, icazə vəsiqəsi mənzilin təhvil-təslimi zamanı təmir üçün verilirdi. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, cavabdeh1 MMC-nin nümayəndəsi nümayəndə1 dələduzluq cinayətinə görə əvvəllər məhkum edilmiş, məhkəmədə verdiyi izahatı da ziddiyyətlidir. Belə ki, izahatında əvvəlcə İddiaçı mənzili barterlə Malik adlı şəxsdən aldığını, sonra isə İddiaçı sənədlərinin saxta olduğunu bildirmişdir. Belə bir şəxsin verdiyi izahatı isə məhkəmə mötəbər hesab etmişdir. Ümumiyyətlə sonuncu məhkəmə iclasının audio-video yazısına nəzər salındığı zaman nümayəndə1 ilə özünü cavabdeh2 qohumu kimi təqdim edən Asuman adlı xanımın yaxın münasibətlərdə olduğu aşkar şəkildə görünür. Asuman adlı xanım hətta cavabdeh2 vəkilini və məhkəmədə dindirilmiş şahidləri belə zərurət olduqda yönləndirirdi. Mənzilin cavabdeh2 tərəfindən təmir edilməsinə gəlincə isə bildirir ki, mənzil məhkəmə ərəfəsində tez bir zamanda təmir edilmişdir. Belə ki, özünü cavabdeh2 qohumu kimi təqdim edən Asuman adlı şəxs 2023-cü ilin may ayında İddiaçı ilə müqavilə bağlanmasından xəbər tutmuşdur. İddiaçı ilə Asuman arasında olan WhatsApp yazışmaları məhkəməyə təqdim edilsə də, məhkəmə bu yazışmalarla bağlı heç bir araşdırma aparmamışdır. 2023-cü ilin mart ayında İddiaçı mənzilin foto və videosunu çəkərkən mənzil təmirsiz vəziyyətdə olmuşdur. Işıqla bağlı müqavilə 2023-cü ilin iyul ayında, qazla bağlı müqavilə 2023-cü ilin avqust ayında, su ilə bağlı müqavilə isə 2023-cü ilin noyabr ayında bağlanmışdır. Ödəniş qəbzlərindən görünür ki, mənzildə yaşayış 2024-cü ildən başlamışdır. Şahidlərin ifadələri də ziddiyyətli olmuşdur. Belə ki, 1 şahid cavabdeh2 1 ildir mənzildə yaşadığını desə də, digəri qış aylarında mənzilə köçdüyünü bildirmişdir. Halbuki, 1 il 2023-cü ilin may ayına təsadüf edir. Yuxarıda sadalananlar İddiaçı ilə bağlanan müqavilənin nə yalan, nə də uydurma əqd olmadığını, həqiqətən də 2018ci ildə bağlandığını və mənzilin İddiaçı təhvil verildiyini birbaşa təsdiq edir. Iş materiallarında olan və məhkəmənin istinad etmədiyi sübutlardan (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində aparılan cinayət işinin mateiallarından, hissə-hissə ödənişlərdən, sms bildirişlərdən, Tikintiyə icazə vəsiqəsi və sayğaca görə ödəniş sənədlərindən, İddiaçı tərəfindən təqdim edilmiş mənzilin foto şəkillərindən) aşkar şəkildə görünür ki, İddiaçı ilə bağlanan müqavilə nə yalan, nə də uydurma əqd deyildir. Müqavilə həqiqətən də 2018-ci ildə bağlanmış və mənzil İddiaçı təhvil verilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin Qərarında əks edilən və araşdırmalı olan halların heç birini araşdırmamışdır. Belə olan halda məhkəmə bu maddi hüquq normasını tətbiq etməməli idi. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları – mənzilin İddiaçı təhvil verilib-verilməməsini araşdırmamış, işdə olan bir sıra sübutlara hissə-hissə ödəniş sənədlərinə, SMS bildirişlərə, İddiaçı tərəfindən təqdim edilmiş mənzilin foto şəkillərə, WhatsApp yazışmalarına qiymət verilməmişdir. Məhkəmə cinayət işində mübahisə predmeti olan mənzillə bağlı verilən ifadə və izahatları tələb etməmiş və araşdırmamışdır. Eyni zamanda cavabdeh1 MMC-nin nümayəndəsi izahatında sənədlərin saxta olduğunu, onlarda “şaxmatka” deyilən sənəd olduğunu və orada mənzillərin əsl sahiblərinin qeyd olduğunu bildirsə də, məhkəmə bu istiqamətdə də heç bir araşdırma aparmamış, ekspertiza təyin etməmiş və sənədləri tələb etməmişdir. Maddənin tələbinə əsasən bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. Məhkəmə nə işdə olan sübutları tərəflərin iştirakı ilə tədqiq etmiş, nə də çıxış üçün tərəflərə söz vermişdir. Izahatlar alındıqdan dərhal sonra hakim müşavirə otağına getmiş, tərəflərə çıxış üçün söz verilməmişdir. Məhkəmə tərəflər arasında olan münasibətləri araşdırmadan müqavilənin uydurma və yalan əqd olması qənaətinə gəlmişdir ki, bu da ümumiyyətlə mümkün deyildir. Belə ki, müqavilə tərəfləri arasındakı münasibətlər aydınlaşdırılmadığı təqdirdə müqavilənin uydurma və yalan olmasını müəyyən etmək mümkün deyildir. İddiaçı ilə bağlanmış müqavilənin uydurma və ya yalan olması işdə olan heç bir sübutla öz təsdiqini tapmır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ilkin iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 752.1. podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Mülki Prosessual Məcəllə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni ilkin iddiaçı apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. Ilkin iddia tələbinin təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi mübahisəli mənzilin K.Z.Kasumova tərəfindən maneəsiz istifadə olduğu, cavabdeh1 MMC-nin buna heç bir etiraz etmədiyini və onunla bağlanan əqdi qəbul etdiyini, bu əmlakla bağlı K.Z.Kasumovanın İddiaçı münasibətdə üstünlük hüququ əldə etdiyindən, mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddianın əsaslı hesab edilmədiyi, qarşılıqlı iddianın qismən təmin edilməsini isə İddiaçı ilə bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz və yalan əqd olması, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş K.Z.Kasumovanın sahiblik hüququnun pozulması kimi qiymətləndirilməli olması ilə əsaslandırmışdır.
23. Aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni ilkin iddiaçı apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
24. Baxılan iş üzrə ilkin iddia tələbi ##.##.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılaraq, boşaldılıb ona təhvil verilməsi və mənzilə dair sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh1 MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddia tələbi isə ##.##.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədədir.
25. ##.##.2018-ci il tarixli *** saylı müqaviləyə əsasən cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.m sahədən ibarət *** saylı mənzili hər kv.m üçün 500 manat olmaqla, 30 ay ərzində cəmi 31435 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürülməsi, eləcə də ##.##.2022-ci il tarixli ***M saylı müqaviləyə əsasən cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.m sahədən ibarət *** saylı mənzili hər kv.m üçün 636 manat olmaqla, cəmi 40000 manat pul ödəməklə inşa edib cavabdeh2 Zəkəriyyə qızına təhvil verməyi öhdəlik götürülməsi işin mübahisəsiz halıdır.
26. Işin mübahisə olunmayan digər halına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə X5 və X1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə “xxxx” MMC tərəfindən ünvan 3 ünvanda inşa olunan iki girişli çoxmənzilli yaşayış binasının B (5-ci) girişi 10-cu mərtəbəsində yerləşən sahəsi 62,87 kv.m. olan *** nömrəli mənzilin 31.435 (otuz bir min dörd yüz otuz beş) manat müqabilində İddiaçı ## ###### 2018-ci il tarixdə sonuncu ilə “xxxx” MMC arasında bağlanmış həmin tarixli mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq, mənzilin İddiaçı məxsus olduğunu bildikləri halda, 2022-ci ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə dəyərindən ucuz qiymətə mənzil almasını təklif etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzilin heç kimə satılmadığına və tam əminliklə mənzilin dəyərinin 34.578 manat olduğu halda 28.292 (iyirmi səkkiz min iki yüz doxsan iki) manata ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə ## ###### 2022-ci il tarixdə Cəmiyyətin ünvan 2 ünvanda yerləşən ofisində 28.292 (iyirmi səkkiz min iki yüz doxsan iki) manat məbləğində pul vəsaitini, 2022-ci ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə mənzil almaq üçün özünə müraciət etmiş cavabdeh2 Zəkəriyyə qızını aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzilin heç kimə satılmadığına və tam əminliklə 40.000 (qırx min) manata ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə ## ###### 2022-ci il tarixdə Cəmiyyətin ünvan 2 ünvanda yerləşən ofisində 40.000 (qırx min) manat məbləğində pul vəsaitini şəxsən almaqla, cavabdeh2 Zəkəriyyə qızına qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə həmin şəxslərə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, İddiaçı qeyd olunan mənzilə faktiki sahib olmaq hüququndan məhrum etməklə onların hüquqlarına və qanuni mənafelərinə X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər, vəzifəli şəxs kimi X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər.
27. Ilkin iddiaçı cavabdeh1 MMC ilə bağladığı ## ###### 2018-ci il tarixli *** saylı müqaviləyə əsasən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilin dəyərini ## ### 2021-ci il tarixdə tam şəkildə ödənildikdən sonra mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı və tikintiyə görə icazə vəsiqəsi adlı sənədin təqdim edilərək mənzilin ona təhvil verildiyini, sayğaclara görə ondan 1100 manat həcmində ödəniş alındığını, 2023-cü ilin mart ayında mübahisə predmeti olan mənzili təmir etdirmək məqsədi ilə foto və videoya çəkdiyini, lakin cavabdeh1 MMC tərəfindən həmin mənzilin ##.##.2022-ci il tarixdə uydurma əqd əsasında cavabdeh2 Zəkəriyyə qızına satıldığını əsas gətirərək, həmin müqavilənin etibarsızlığını, cavabdehlərin mənzildən çıxarılaraq boşaldılıb ona təhvil verilməsi və mənzilə dair sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmiş, qarşılıqlı iddiaçı isə ##.##.2021-ci il tarixli maliyyə arayışına əsasən yaşayış binasının cavabdeh1 MMC-yə məxsus olduğunu, payçı kimi ondan 40.000 manat alınmaqla mənzilin ona təhvil verildiyini və ailəsi ilə birlikdə orada yaşadığını bildirərək, ilkin iddaçı İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.
28. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
29. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
30. Lakin mübahisəni mahiyyəti üzrə həll edən aşağı instansiya məhkəməsi ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən işin əhəmiyyət kəsb edən hallarına hüquqi qiymət verməklə qətnamədə kifayət qədər əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
31. Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumu ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
32. Bu mənada məhkəmə kollegiyası ilk öncə ilkn iddiaçının əsaslandığı həmin əqdə hüquqi qiymət verilməsini zəruri hesab edir.
33. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
34. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).
35. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli qərarı).
36. Işdən görünür ki, İddiaçı ilə cavabdeh1 MMC arasında ## ###### 2018-ci il tarixdə mənzil tikintisi haqqında *** saylı müqavilə bağlanmış, İddiaçı cavabdeh1 MMC tərəfindən ödənişlər edilməsi ilə bağlı mütəmadi olaraq sms bildirişlər göndərilmiş, mənzilin dəyəri ## ###### 2018-ci ildən başlayaraq ödəniş qrafikinə uyğun olaraq hissə-hissə olmaqla ## ### 2021-ci il tarixədək tam şəkildə ödənilmiş və buna dair ona maliyyə arayışı, eləcə də cavabdeh1 MMC tərəfindən İddiaçı tikintiyə görə icazə vəsiqəsi təqdim edilərək mənzili ona təhvil verilməklə, sayğaclara görə sonuncudan 1100 manat həcmində ödəniş alınmışdır.
37. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh cavabdeh2 Zəkəriyyə qızı ##.##.2022-ci il tarixli müqavilənin bağlandığı vaxtdan mənzili təhvil alaraq təmir etdirdiyini iddia etmiş olsa da, ilkin iddiaçının məhz məhkəməyə təqdim etdiyi ##.##.2023-cü il tarixdə həmin mənzildə qeydə alınmış foto şəkillərdən görünür ki, sözügüdən mənzil boş olmuş və həmin vaxtda qədər mənzildə hər hansı bir təmir işləri aparılmamışdır (cild 1, səhifə 82-89). Mənzilin cavabdeh2 tərəfindən təmir edilməsinə gəlincə isə qeyd olunmalıdır ki, bu işin mübahisəsiz halı olsa da, sonuncu təmiri məhz 2023-cü ildə yuxarıda qeyd olunduğu kimi İddiaçı ilə müqavilə bağlanmasından xəbər tutmasından sonra aparmışdır. Bu hal cavabdeh2 mənzilə görə işıqla bağlı müqaviləsinin 2023-cü ilin iyul ayında, qazla bağlı müqaviləsinin 2023-cü ilin avqust ayında, su ilə bağlı müqavilə isə 2023-cü ilin noyabr ayında bağlanması və ödəniş qəbzlərindən də mənzildə yaşayışın 2024-cü ildən məhz ilkin iddiaçı İddiaçı ##.##.2023-cü ildə artıq rəsmi məhkəməyə müraciət etdikdən sonra başlamasını bir daha təsdiq etmiş olur. Çünki, əvvəldə qeyd olunduğu kimi İddiaçı mənzildə çəkdiyi foto şəkillərdən də 2023-cü ilin mart ayında mənzilin təmirsiz vəziyyətdə olduğu aydın şəkildə görünür.
38. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər.
39. Mülki Məcəllənin 752-ci maddəsinin dizpozisiya şərtinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, podrat müqaviləsinə əsasən, iştirakçılardan biri (podratçı) digərinin (sifarişçinin) istəyi ilə müəyyən iş görür və onun maddiləşdirilmiş nəticəsini sifarişçiyə verir.
40. Göründüyü kimi sözügedən ##.##.2018-ci il tarixli əqdin bağlanması zamanı hər iki tərəfin (İddiaçı və cavabdeh1 MMC-nin) iradə ifadələri mövcud olmaqla, əqdin bağlanması zamanı mülki qanunvericiliyin müəyyənləşdirilmiş hər hansı şərtləri pozulmamışdır.
41. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İddiaçı mənzilə faktiki sahib olmaq hüququndan məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı törətməsi müəyyən edilmişdir.
42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında ##.##.2018-ci il tarixli *** saylı müqavilənin etibarsızlığı üçün hüquqi əsaslar olmadığından, başqa sözlə etibarlı əqd olduğundan, qarşılıqlı iddiaçının həmin əqdin etibarsızlığına dair iddia tələbi təmin edilməməlidir.
43. Ilkin iddia tələbinin ##.##.2022-ci il tarixli müqavilənin etibarsızlığına gəldikdə məhkəmə kollegiyası hesab edir ki, eyni mənzillə bağlı ##.##.2018-ci il tarixdə İddiaçı ilə müqavilənin bağlandığı və qüvvədə olduğu halda (mübahisələndirilərək ləğv və ya etibarsız hesab edilmədiyindən), təkrar olaraq həmin mənzillə bağlı cavabdeh2 Zəkəriyyə qızı ilə cavabdeh1 MMC arasında müqavilə bağlanması müqavilə münasibətlərini tənzimləyən mülki qanunverciliyin müddəalarına zidd olmuşdur.
44. Qeyd olunmalıdır ki, məhkəmənin yuxarıda sözügedən hökmü ilə cavabdeh cavabdeh2 Zəkəriyyə qızına qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə pulunu ələ keçirərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə cavabdeh2 Zəkəriyyə qızına xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmələri öz təsdiqini tapmışdır.
45. Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
46. Göründüyü kimi ## ###### 2022-ci il tarixli müqavilənin tərəfi olmuş cavabdeh cavabdeh1 MMC-nin vəzifəli şəxslərinin məqsədi cavabdeh2 Zəkəriyyə qızına sözügedən mənzili satmaq deyil, ona olan inam və etibarından istifadə edərək eyni mənzilin heç kimə satılmadığına onu tam əmin edərək, sonuncudan mənzilin ona satılması adı ilə ## ###### 2022-ci il tarixli uydurma əqd (əhəmiyyətsiz) bağlamaqla 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ələ keçirmək olmuşdur.
47. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
48. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
49. Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh1 ilə cavabdeh2 Zəkəriyyə qızı arasında bağlanmış ## ###### 2022-ci il tarixli müqavilə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, ilkin iddia tələbi bu hissədə təmin edilməklə ## ###### 2022-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir.
51. Ilkin iddia tələbinin mənzildən cavabdehlərin çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin cavabdeh1 MMC-yə həvalə edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 452.1. maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
52. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı mübahisəli mənzili ##.##.2018-ci il tarixli müqavilə üzrə qanuni əsaslarla əldə etdiyindən, cavabdeh cavabdeh2 Zəkəriyyə qızı ilə cavabdeh1 MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə isə etibarsız hesab edildiyindən, ilkin iddiaçı cavabdeh cavabdeh2 Zəkəriyyə qızının sözügedən mənzildən çıxarılmaqla, boşaldılıb ona təhvil verilməsi hissəsində haqlı olsa da, mənzilin hazırda cavabdeh cavabdeh1 MMC-nin deyil, cavabdeh2 Zəkəriyyə qızının istifadəsində olduğu nəzərə alınaraq, ilkin iddia tələbinin cavabdeh cavabdeh2 Zəkəriyyə qızının mənzildən çıxarılaraq, boşaldılıb ilkin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməli, cavabdeh cavabdeh1 MMC-yə aid hissədə isə təmin edilməməli, mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin cavabdeh1 MMC-yə həvalə edilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
53. Işin hallarının ədalət və vicdan prinsipləri baxımından qiymətləndirilməsi də iddianın təmin edilməsini şərtləndirir. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
54. Mülki Məcəllənin 560.1 və 560.3-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.
55. Mülki hüquq münasibətlərinin məqsədi tərəflərin hüquqlarının balansını və ədalətli bərabərliyini təmin etməkdir. Ilkin iddiaçının öz vəsaiti hesabına qanuni əsaslarla əldə etdiyi mənzilin sonradan qanunsuz əqd əsasında cavabdehin istifadəsinə keçməsi, ədalət və vicdan prinsiplərinə zidd olaraq bir tərəfin əsassız əmlak əldə etməsinə gətirib çıxarır.
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməməsi cavabdeh2 cavabdeh1 MMC-yə qarşı mənzilə görə ödənilmiş məbləğin ona geri qaytarılması, ilkin iddiaçı İddiaçı qarşı isə sözügedən mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna deyil.
58. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
59. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).
60. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).
61. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh2 Zəkəriyyə qızından tutularaq İddiaçı verilməli, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilən 100 manat pul qarşılıqlı iddiaçı cavabdeh2 Zəkəriyyə qızına aid edilməlidir.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Ilkin iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ilkin iddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilə dair cavabdeh1 MMC ilə cavabdeh2 Zəkəriyyə qızı arasında bağlanmış ## ###### 2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh cavabdeh2 Zəkəriyyə qızı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq ilkin iddiaçı İddiaçı təhvil verilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət *** saylı mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsi cavabdeh1 MMC-yə həvalə edilsin. Ilkin iddia tələbi cavabdeh1 MMC-nin mənzilindən çıxarma və boşaldılaraq ilkin iddiaçı İddiaçı təhvil verilməsi hissəsində təmin edilməsin. Qarşılıqlı iddiaçı cavabdeh2 Zəkəriyyə qızının cavabdeh İddiaçı və cavabdeh1 MMC-yə qarşı ##.##.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh2 Zəkəriyyə qızından tutularaq İddiaçı verilsin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul qarşılıqlı iddiaçı cavabdeh2 Zəkəriyyə qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.